Cənub rayonlarında yaşayan vətəndaşların nəzərinə

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 10 mart 2015-ci il tarixində saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar  5 və 6 mart 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here