RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

«Çağdaş Azərbaycan postmodern romanı» adlı monoqrafiya işıq üzü gördü

785

«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 noyabr 2014-cü il tarixli 12 saylı iclasının qərarı ilə çapa tövsiyə olunan Şərifova Salidə Şəmməd qızının «Çağdaş Azərbaycan postmodern romanı» adlı monoqrafiyası işıq üzü görmüşdür.

Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Əhmədov Bədirxan və filologiya üzrə fəlsəfə doktoru, dosent Sadıqov Şəmildir. Monoqrafiyada kifayət qədər tədqiq olunmamış, sistemsiz xarakter daşımış Azərbaycan postmodernizmin mahiyyətinin, Azərbaycan postmodern romanların yaranması və janr xüsusiyyətlərinin, Azərbaycan postmodern romanın bədii təşkili xüsusiyyətlərinin, Azərbaycan postmodern romanının fabulasının, Azərbaycan postmodern romanında süjet və süjet xətlərinin, Azərbaycan postmodern romanının obrazlarının açıqlanmasına nəzər salınmışdır.

Monoqrafiyada Azərbaycan nəsrində postmodern romanların meydana gəlməsi XX əsrin sonlarına təsadüf etməsi vurğulanır. Azərbaycan ədəbiyyatında Kamal Abdullanın «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi», Sabir Rüstəmxanlının «Göy Tanrı», Anarın «Ağ qoç, qara qoç», Həmid Herisçinin «Nekroloq», Şəmil Sadiqin «OdƏrlər», İlqar Fəhminin «Qarğa yuvası», «Akvarium», Aydın Talıbzadənin «Kəpənək modeli. 102», Şərif Ağayarın «Haramı», Şəbnəm Karslının «2087-ci il», Taleh Şahsuvarlının «Canlanma», Kəramət Böyükçölün «Çöl», Əli Əkbərin «Amneziya», Pərviz Cəbrayılın «Yad dildə», Aqşin Yeniseyin «Göləqarğısancan», Nərmin Kamalın «Aç, mənəm», Elxan Qaraqanın «A», Nicat Məmmədovun «Прогулка» («Gəzinti»), Elxan Xanəlizadənin «Yol», Hafiz Mirzənin «Son və başlanğıc», Kamran Qasımovun «İyirmi üç ay», Nurəddin Adiloğlunun «Qara sarmaşıq», Аkif Əlinin «Dumanlı dağlar» və digər yazarların qələmə almış olduqları əsərlər postmodern üslubda yazılmış əsərlər kimi təhlil obyektinə çevrilmişdir.

Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da postmodern üslubda qələmə alınmış ilk əsərlərə reaksiyalar sərt olması faktı monoqrafiyada açıqlanır. Monoqrafiyada postmodern üslubda qələmə alınmış əsərlərdə olan janr və struktur yeniliklərini qəbul etməyənlər arasında ədəbi metod, mövqe mübarizəsinə çevrilməsi qabardılır. Postmodernizm tərəfdarlarının az olmasına baxmayaraq, bu üslubda qələmə alınmış əsərlərə real qiymət verilərək, ədəbi müstəvidən nəzərdən keçirildikləri monoqrafiyada toxunulur.

Monoqrafiya oxucuya çox yönlü janr imkanları olan ədəbi fenomen kimi Azərbaycan postmodern romanı ilə tanış olmaq imkanı yaradır.

Kitab: ÇAĞDAŞ AZƏRBAYCAN POSTMODERN ROMANI (pdf faylı)
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı