Çərşənbə, Mart 29, 2017
ƏSAS SƏHİFƏ

“FINCA Azerbaycan” – bank olmayan kredit təşkilatı (BOKT) baş ofisinə “Hesabatvermə üzrə işçi/analitik” vəzifəsinə işə qəbul elan edib. Namizədlər iqtisadiyyat, riyaziyyat və yaxud idarəetmə sahəsində ali təhsilli olmalı, MS Office (xüsusilə Excel və Power Point) proqramlarında işləməyi bacarmalıdır. Azərbaycan, ingilis və rus dilini mükəmməl bilənlərə üstünlük verilir. Banklarda və ya mikromaliyyə institutlarında kiçik və ya orta idarəetmə vəzifələrində iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
– Portfel üzrə hesabatları istifadəçilər üçün daha rahat etməkdə mövcud hesabatların tərtibatında dəyişikliklər edir və yeni hesabatlar təqdim edir;
– Xarici tərəfdaşlar üçün əməliyyat hesabatları hazırlayır;
– Bazar, yeni məhsullar, müştəri yönümlü statistika, riskli portfel və s.-ə dair istiqamətlər üzrə hesabat verir.
“FINCA Azerbaycan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir. Maraqlananlar öz CV-lərini yanvarın 5-nə qədər recruitment@fincaazerbaijan.com elektron poçt elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı və iş elanının nömrəsi (№851/14) qeyd edilməlidir.

“Bank VTB” “İri korporativ müştərilərin kreditləşməsi şöbəsinin aparıcı mütəxəssisi” (Kredit eksperti) vəzifəsinə işə qəbul elan edib. Namizədlər ali iqtisadi təhsilli olmalı, MS Office (Word, Excel) proqramlarında sərbəst işləməyi bacarmalı, Mərkəzi Bankının normativ xarakterli aktlarını, rus və Azərbaycan dillərini bilməli (ingilis dilini bilmək arzuolunandır), bu dillərdə rəsmi yazışmaları aparmağı bacarmalıdır. Bank sektorunda ən azı 2 illik iş təcrübəsi (korporativ/SME müştərilərinin kredit təhlili sahəsində), analitik bacarıqlar, mühasibatlıq hesabatlarını təhlil etmək bacarığı (milli standartlar və MHBS üzrə), bank kreditləşməsi, maliyyə, kredit və portfel təhlilinin aparılması sahəsində biliklər tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
– Korporativ müştərilərin maliyyə hesabatlığının təhlili və kredit memorandumunun hazırlanması;
– Müştərinin qeyri-maliyyə təhlili (biznes, bazar və s. təhlili);
– Ekspert bölmələri ilə iş;
– Müştərinin maliyyə fəaliyyətinin monitorinqinin aparılması;
– Müştərinin bildirdiyi maliyyə hesabatlarının doğruluğunun yoxlanılması;
– Müştərinin kredit sazişinin strukturizasiyası;
– Müştərilərə yüksək dərəcədə xidmət göstərilməsini təmin etmək.

Maraqlananlar öz Cv-lərini hr@vtb.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vakansiyanın adı qeyd olunmalıdır.

ADPU İntellektual Oyunlar Klubu mövsümə yekun vurdu.
Dekabrın 20-də ADPU TGT İntellektual Oyunlar Klubu və Prestij S Tədris mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan İntellektual Oyunlar klubunun təşkilatı dəstəyi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ”Qış kuboku” turniri keçirilmişdir.Təşkil olunan yarışda 17 komanda iştirak etmişdir.Yarış 3 mərhələdən ibarət olmaqla, hər mərhələdə 12 sual səslənmişdir.36 sualın nəticəsinə əsasən, 20 xal toplayan, Coğrafiya fakültəsini təmsil edən ”Noosfer” komandası yarışmanın qalibi olmuşdur.Eyni fakültəni təmsil edən ”Caspian” komandası isə yarışmanın 2-si oldu.3 yeri isə Biologiya fakültəsinin ”Bio TGT” komandası qazandı.Qalib komandalar diplom ve medallarla,1-ci yerin qalibləri isə yarışın əsasmükafatı olan ”Qış kuboku” ilə mükafatlandırıldılar.Mövsümün son oyununda klubun fəaliyyətinə göstərdiyi köməyə görə fərqlənən şəxslər də klubun xüsusi “Təşəkkürnamə” ləri ilə mükafatlandırılıb.
Həmçinin ilk dəfə olaraq “Mövsümün ən yaxşı komandası” və “Mövsümün ən yaxşı oyunçusu” mükafatları təqdim edilib.Kimya fakültəsinin təmsilçisi olan “Evrika” komandası “Mövsümün ən yaxşı komandası” adını qazanaraq mövsümün çempionu oldu.”Mövsümün ən yaxşı oyunçusu” adını isə Coğrafiya fakültəsinin IV tələbəsi Rövşən Hicranlı və Tarix fakültəsinin II kurs tələbəsi Ülvi Şamilov qazandı.Klubun fəaliyyətinə göstərdikləri xüsusi köməyə görə Sədaqət Məmmədova, Ağaəhməd Göyüşov, Turan Kərimli, Orxan Baxşıyev, intellektual klubun idarə heyyəti- Məsmə Həsənova,Fidan Cəbrayılova,Ülkər Quliyeva,Elsevər Danyarov mükafatlandırılıb.Ən aktiv fakültə sədrləri kimi isə Kimya fakültəsinin sədri Ayşən Xəlilova və Biologiya fakültəsinin sədri Xoşqədəm Həsənli təltif edildi.

1507164_757310710991422_3761289493587847116_n 10429239_757323027656857_7615973197447128285_n 10676377_757323757656784_656580025921716546_n

Qış eneji sezonunu ilk olaraq biz açırıq! Hər biriniz qışın ən ekstramal və maraqlı yarışının şahidi və hətta iştirakçısı ola bilərsiniz – JAGUAR Snow Bowling gəlir!
Sizə komanda, sürətli ayaqlar və bol pozitiv lazım olacaq. İştirakçılardan biri ikikamerli böyük bir hava şarının içərisinə daxil olur, hansı ki, çox böyük sürətlə hündürdən aşağıda düzülmüş 3 metrlik nəhəng keqliləri dağıtmaq üçün dağdan aşağı atılacaq. Bəs şarı həmin yola gətirən ikinci iştirakçı nə edəcək?! O, bütün gücü ilə şarın qabağında qaçacaq ki, altında qalmasın.

Yarış günü: 24 yanvar 2015

Yarış yeri: Şahdağ Qış-Yay Turizm Kompleksi

Qusar, Qusar, Azerbaijan

Daha aydın məlumat aşağıdakı video misalda:
Qeydiyyat üçün lazım olanlar:
– 2 nəfərdən ibarət komanda
1-ci iştirakçı hansı ki, şarın içinda olacaq – yüngül çəkili (qız olması arzuolunandır)
2-ci iştirakçı hansı ki, şarı yoxuşa gətirəcək və qarşısında qaçacaq – MÜTLƏQ məzəli kostyumla (kreativ olmağa çalışın)
– Çıxışında istifadə edəcəyi musiqini seçmək
– Aşağıdakı linkdə qeydiyyatdan keçmək (10 Yanvara qədər)
http://goo.gl/UaFufj

  • İştirakçılara müəyyən səhnəcik göstərmək üçün imkan veriləcək, bu barədə düşünməyiniz məsləhətdir, sizə əlavə ballar qazanmağa şans yaradacaq
  • İştirakçılar qeydiyyatdan keçdikdə avtomatik olaraq məlumatları qeydə alınacaq və sonradan onlarla əlaqə saxlanılıb ideya ilə bağlı görüş keçiriləcək. Yalnız maraqlı konsepsiya və kostyum sahibləri iştirak hüququ qazanacaq
    *İştirakçılar üçün bütün xərclər (avtobus, yemək və s.) təşkilatçılar tərəfindən qarşılanacaq.
  • Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
    Münsiflər heyəti aşağdakı kriteriyalara görə çıxışları qiymətləndirəcək:
    Konseptin kreativliyi, (Ad, kostyumlar, çıxış və s.)
    Çıxış texnikası (Aşırdılmış keqlilər, Qaçanın sürəti və top altına düşməsi və s.)
    Tamaşaçıların simpatiyası!

Layihə SaySome Production və JAGUAR Energy Drink tərəfindən Şahdağ Qış İstirahət Kompleksinin dəstəyi ilə təqdim olunur.
Qeydiyyatdan keçməyə tələsin!

Seymur Nuriyev: (+994)51-806-86-89
Orxan Hacılı: (+994)55-590-27-54

http://goo.gl/zkZdXd


Откроем первыми зимний сезон энергии! Вы станете свидетялями и даже участниками самого экстримального и веселого соревнования зимы, JAGUAR Snow Bowling!
Вам понадобится команда, большая скорость ног и конечно море позитива. Один из участников влезает в огромный воздушный двухкамерный шар, в которым с большой скоростью будет спускаться с горы чтобы сбить кегли для боулинга высотой по три метра! А куда денется второй участник остающийся перед шаром? Он будет бегать из-за всех сил чтобы не попасть под шар!

Для прохождения регистрации нужно:
– Команда из 2-х участников
1-ый который будет заходить в шар и катиться вниз – маленький, легкий (желательно девушка)
2-ой который вытянет шар на спуск и будет бегать перед шаром – ОБЯЗАТЕЛЬНО с костюмом (будьте креативны 🙂 )
– Выбрать музыку под которую будете скатываться с горы
– Регистация до 10-го января !
http://goo.gl/UaFufj

*Для участников, которые хотят показать какой-либо пэрформанс, мы дадим возможность, так что можете над этим подумать, это вам даст лишние баллы при подсчете.

Жюри выберет призеров по данным критериям:
Креатив концепта (имя, костюм, выступление и т.д.)
Техника выступления (сбитые кегли, попадание бегуна под шар и т.д.)
Оценка зрительских симпатий!

Организаторами выступает JAGUAR Energy Drink и SaySome Production, при партнерстве с горнолыжным курортом “Шахдаг”.
Сделаем зиму настолько горячей, что никакие крылья не понадобятся для энергии свободы! Главное ваш позитив и энергия, а кучу призов, массу зрелища и незабываемое развлечение мы вам предоставим!

Для вопросов и связи:
Сеймур Нуриев: (+994)51-806-86-89
Орхан Гаджилы: (+994)55-590-27-54

 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanovun “Damğalar, Rəmzlər… Mənimsəmələr” adlanan yeni kitabı çap olunub. Üç hissədən 327 səhifədən ibarət olan kitabın baş məsləhətçisi və redaktoru professor Ramiz Əskər, məsləhətçiləri professor Tahirə Allahyarova, fəlsəfə doktoru Məsiağa Məhəmmədi, elmi redaktoru fəlsəfə doktoru Aqşin Məmmədovdur.

Kitab çox ağır, çətin və mürəkkəb bir mövzuya – damğalara həsr olunmuşdur. Kitab bu sahədəki çox mühüm boşluğu dolduran, saxtakarlara tutarlı cavab verən, türk və Azərbaycan damğa və rəmzlərilə bağlı bir çox məsələləri ilk dəfə elmi dövriyyəyə daxil edən, bəzi qaranlıq məqamlara aydınlıq gətirən – bir sözlə, mövzuya öz damğasını vuran tədqiqatdır. Hazırda müəllifin geniş həcmli “Ortaq türk rəmzləri və damğalar” kitabı nəşrə hazırlanır. Müəllifə bu çətin işində də uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Gənc İnsan Hüquq Müdafiəçiləri”  İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin Hüquqları –Festivalı” layihəi yekunlaşmışdır. Layihə Şamaxı və Qobustan gəncləri üçün nəzərdə tutulmuşdu. 3 gün təlim və bir gün teatr forum şəkilində keçirilən layihədə, gənclərə insan hüquqları, kostitusiya, qanunlar haqqında təlimlər keçirilmiş və videoroliklər göstərilmişdi. Təlimlərdə iştirak edənlərə sertfikatlar təqdim olunmuşdu.

 

Photo0515Photo0519 IMG_1014

Institution: TuranBank OJSC
Department: Business Development
Division: International Relations
Country: Azerbaijan
Location: 85 I. Gutgashinli, Baku AZ1073, HQ
Position: Manager

Salary: competitive salary + social package

JOB PURPOSE: This role is responsible for international relations of the Bank, reporting to IFI’s, monitoring of the Bank’s financials reported to IFI’s, organizing meetings with IFI’s, presenting the Bank at conferences and seminars, providing due diligence process with foreign partners KEY

RESPONSIBILITIES: Developing the Bank’s international relations Providing monthly newsletters to the foreign partners Analysis the Bank’s and market demand on the special areas and find proper foreign partners Presenting the Bank in local and/or foreign meetings, seminars & conferences Actively coordinate the due diligence process with Bank and foreign partners Monthly monitoring the Bank’s commitments on agreements with foreign partners Monthly financial analysis of the Bank’s financials Reporting to IFI’s Analysis special areas such as MSME, syndicate loans, equity investment, mortgage programs, trade financing facilities and etc Coordinating on Advisory services the Bank receive and report on outcomes Travel to abroad

Educational Qualification: Bachelor Degree + Master or MBA is preferable Language requirement: Mastering in English (IELTS/TOEFL), additional languages are preferable

Software requirement: MS Office pakage, particurlary in EXCEL Work Experience: 1-3 years (over 3 years preferable)

*NOTE: candidates matching above criteria will be accepted only E-mail: rtanriverdiyev@turanbank.az

Dekabr ayının 24-də saat 16:00-da Azərbaycan Dillər Universitetində Beynəlxalq ərəb dili günü keçiriləcəkdir. Bayram tədbirində ölkəmizdə fəaliyyət göstərən 11 ərəb səfirliklərinin səfirləri və səfirlik nümayəndələri iştirak edəcək. Tədbirimizdə ərəb dilində mahnılar, şeirlər səslənəcək, səhnəcik, rəqslər nümayiş etdiriləcəkdir. Həmçinin Azərbaycanda təhsil alan müxtəlif ərəb ölkələrinin tələbələrinin ifasında milli ərəb rəqsləri nümayiş etdiriləcək.
Tədbir Universitetin Akt Zalında keçiriləcək.
Əlaqə nömrəsi 050 751 82 81 Ülviyyə müəllimə.

Ödənişsiz Rus dili danışıq dərsləri !
İlk dərs 20 dekabr 15 :00-da keçiriləcək.
Əlavə suallarla bağlı (012) 409 90 99. (050) 404 90 99 nömrələrinə zəng etməklə maraqlana bilərsiniz.
Ünvanımız: Caspian Plaza 1/14
İştirakınızı e-mail vasitəsilə də təsdiqləyə bilərsiniz educlub.az@gmail.com

2015-ci ildən Mərkəzi Bank-da yeni layihə (Milli SWITCH Mərkəzi) start veriləcək. Layihəyə təcili mütəxəssislər axtarılır. Vakansiyalar üzrə tələblər aşağıdakı şəkildədir.

Maraqlı olanlar fuad.sabziyev@gmail.com – a CV-lərini göndərə bilərlər.

—————————
Azərbaycan Respublikası Mərkəzi Bankı

Ödəniş sistemləri və hesablaşmalar departamenti

Sistem inzibatçısı

Təhsil: Ali təhsil (İqtisadi Kibernetika, Tətbiqi riyazıyyat, və İT ixtisasları üzrə magistr dərəcəsi);

Təcrübə: Maliyyə və Bank sektorunda İT yönümlü sahələrdə bizness proseslərin təşkili, layihələrin idarəedilməsi üzrə 2 illik iş təcrübəsi;

Dil bacarığı: Səlis azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bacarığı;
Kompüter bacarığı:

– MS Office proqramları (mükəmməl səviyyədə);
– Muxtəlif platformalı (Unix,Windows) əməliyyat sistemləri uzrə iş təcrübəsi;
– Web/Application serverlərin (Weblogic, Tomcat, Apache) inzibatçılığı bacarığı;
– Oracle Verilənlər Bazasının İdarəedilməsi Sistemində monitorinq və inzibatçılıq bacarığı;
– Proqlamlaşdırma üzrə biliklər;
– Kriptoqrafiya, elektron imzadan istifadə üzrə biliklər;
– Şəbəkə texnologiyaları üzrə bliklər;

Digər bacarıqlar:
– Ödəniş sistemləri və alətləri üzrə baza biliklər;
– Komandada işləmə, işinin təşkilində innovasiyalar tətbiq etmə və təşəbbüskarlıq bacarığı, analitik düşüncə və analitik hesabat tərtib etmə, müxtəlif səviyyələrdə prezentasiyaların hazırlaması və təqdim etmə bacarığı;
—————————
Kiçik sistem inzibatçısı
—————————
Təhsil: Ali təhsil (Iqtisadi Kibernetika, Tətbiqi riyazıyyat, və İT ixtisasları üzrə bakalavr dərəcəsi);

Təcrübə: İT yönümlü sahələrdə 1 illik iş təcrübəsi;

Dil bacarığı: Səlis azərbaycan, orta səviyyədə ingilis və rus dili bacarığı;
Kompüter bacarığı:

– MS Office proqramları (yaxşı səviyyədə);
– Muxtəlif platformalı (Unix,Windows) əməliyyat sistemləri uzrə biliklər,
– Web/Application serverlərin (Weblogic, Tomcat, Apache) inzibatçılığı bacarığı;
– Oracle VerilənlərBazasınınİdarəedilməsiSistemindəmonitorinqvəinzibatçılqbacarığı;
– Proqlamlaşdırma üzrə baza bilikləri;
– Kriptoqrafiya, elektron imzadan istifadə üzrə baza bilikləri;
– Şəbəkə texnologiyaları üzrə baza bliklər;

Digər bacarıqlar: Komandada işləmə bacarığı.

 “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi Azərbaycan Milli İncəsənət Muzeyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirovanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirir.
Tədbirdə Sara xanımla bir neçə filmə imza atmış kino rejissoru, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin  Sara Oğuzun çoxsahəli zəngin yaradıcılığına və həyat yoluna həsr olunmuş sənədli filmi nümayiş etdiriləcək, qələm dostlarının yazıçı haqqında ürək sözləri, xatirələri səslənəcək.
Tədbirdə mərhum yazıçının yaxın dostlarının, onun böyük sənətini sevənlərin, o cümlədən tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, xatirə gecəsi 22 dekabr, saat 15.00-da  Azərbaycan Milli İncəsənət Muzeyinin kino zalında  keçiriləcək.

CIBS (Caspian International Business Services) təlim mərkəzi “STRESS MANAGEMENT” Psixoloji seminarına start verir.

Seminar ödənişsizdir !!!

Müasir dövürdə STRESS həyatımızın bütün sahələrində mövcuddur və hər an bizi təqib edir. Ondan qaçmaq mümkün deyil, lakin biz STRESS özümüzü qoruya bilərik.

Seminarın proqramı:

• Stress nədir
• Stressin həyatımızda mövqeyi
• Psixoloji stressin qarşısının alınması və profilaktika
• Stressin neqativ və pozitiv tərəfləri
• Stress və meditasiya
• Antistress gimnastika
• Tənəffüs texnikalarına yiyələnmək

Seminar ödənişsizdir !!!

Təlimçi:

Eldəniz Gözəlov

“Psixofiziki saqlamliq merkez ” inin Psixoloq ve yoqaterapevti

Təlim 1 gün davam edir.
Başlanma tarixi: 20.12.2014
Saat: 14:30-16:00

İştirak etmək üçün qeydiyyatdan keçin:
Telefon: (+994 12) 505 47 46
Mobil: (+994 55) 374 80 63,
Elektron ünvanı: info@cibs.com.az

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı 44 Caspian Plaza, korpus 1, mərtəbə 9, Nizami M/S yaxınlığı.

PsyLab- Psixologiya və Fərdi İnkişaf Mərkəzi (MS PRO) 21 DEKABR-da  SEMİNARA keçirəcək.

Məqsəd: Şəxslərdə utancaqlığın müəyyənləşdirilməsi və onlarla mübarizənin üsulları

Mövzular :

Utancaqlıq Utancaq şəxslər

Utancaqlığın əsas əlamətləri

Utancaqlığa səbəb olan və ona təsir edən amillər

Oyunlar və video roliklər

Təlimin keçirilmə qaydası: Qrup şəklində

Müddət: 2 saat

Təlimçi: 1 saylı Respublika Psixiatriya xəstəxanasının həkimi Klinik Psixoloq və Psixoterapevti və Psylab-Psixologiya və Fərdi İnkişaf Mərkəzinin mütəxəssisi Kərimli Nəzrin təqdim edəcək

SEMİNAR ÖDƏNİŞSİZDİR !!!

Vaxt: 21 dekabr saat 12:00
Əlavə məlumat və qeydiyyat üçün:

Psylab-Psixologiya və Fərdi İnkişaf Mərkəzi (MS PRO)
Tel: 012 4081619
Mob: 055 4203260
Email: psylab@mspro.az

MS PRO

44, rue Jafar Jabbarli, Caspian Plaza 1|14

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası “SharkHead” velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü keçirəcək.

Veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək

Dekabrın 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək.

AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edəcəklər.

Qurultay saat 9:30-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pros., 115, AMEA-nın Əsas binası

www.science.gov.az

XƏBƏR LENTİ