Cümə, Fevral 24, 2017
BAXIŞ BUCAĞI

Məkkə və Mədinə şəhərləri İslam tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyidir
Səudiyyə Ərəbistanına səfərimiz çərçivəsində yeddi günlük zəngin proqram və çoxsaylı görüşlərdən sonra, nəhayət, Ciddə şəhərinə və oradan müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşməli olduq. Əslində bu yerlərə getmək vaxtı yaxınlaşdıqda insanda qəribə bir həyəcan başlayır. Sanki çoxdandır görmədiyin sevdiyin biri ilə görüşə gedəcəksən, sanki illərdir görmədiyin, ruhunun dünyaya göz açdığı doğma kəndinə gedəcəksən. Belə səmimi hiss və həyəcanla da Ciddə şəhərinə yola düşdük. Sosialogiya insanın sosial münasibətlər prosesində əldə etdiyi keyfiyyətləri onun şəxsiyyəti kimi xarakterizə edir. Başqa sözlə, şəxsiyyət fərdin sosial münasibətlər nəticəsində əldə etdiyi davranışların, vərdişlərin, dərketmə və izahetmə keyfiyyətlərinin məcmusudur. Bu mühüm prosesdə əsaslı keyfiyyət fərqi yarada biləcək faktorlardan biri də din faktorudur. Din bizim düşüncələrimizə, dünyagörüşümüzə, alacağımız bu və ya digər qərarlarımıza, ictimai mühitdə davranışlarımıza, əxlaqi keyfiyyətlərimizə, bir sözlə, həyatımızın bütün sahələrinə təsir edən mühüm mənəvi vasitədir.
Dini kimliyimiz sosial kimliyimizdə əsaslı keyfiyyət dəyişikliyi yaradır
Məsələ ondadır ki, biz hələ erkən yaşlarımızdan dini kimliyimizi dərk etməyə başlayırıq. Bu ənənə bizə ailə böyüklərimiz vasitəsilə ötürülür. Azərbaycan ailə modelinin ən əsas səciyyəvi xüsusiyyətlərindən bir də odur ki, bu modeldə üç nəsil, baba-nənə, ata-ana və yeni nəsil, yəni uşaqlar bir yerdə yaşayır. Dinlə erkən tanışolma səbəbimiz də elə bununla bağlıdır. Çünki ətraf mühiti dərk etməyə başlayarkən ilk diqqətimizi çəkən, yaxud ilk müşahidə etdiyimiz məsələlərdən bir də nənələrimizin pıçıltı ilə söylədikləri dualardır. Bu maraqlı hadisə əvvəlcə bizi ovsunlayır, sonra qəribə bir maraq yaradır, daha sonra onu təqlid etməyə, ən sonda isə onu dərk etməyə çalışırıq. Bax dinlə aramızdakı gerçək ünsiyyət də elə buradan başlayır və ömrü boyu davam edir. Biz böyüdükcə bu ünsiyyət də böyüyür. Beləliklə dünyanı və özümüzü dərketmə prosesində din mühüm bir vasitəyə çevrilir. Obyektiv gerçəkliyi hər nə qədər idraki əsaslarda dərk etdiyimizi düşünsək də, amma burada mütləq dinin də rolu olur. Əgər bir qədər daha cəsarətlə ifadə etmək istəsək, obyektiv gerçəkliyi dinin eynəyi vasitəsilə gördüyümüz həqiqətini ifadə etməyimiz lazım gəlir, amma biz bunu etiraf etmirik. Çünki bunu özümüzə isbat etməkdə çətinlik çəkirik. Bu fəlsəfi analizi daha da dərinləşdirmədən ümumiləşdirmə aparsaq, söyləməliyik ki, hər bir müsəlmanın dünyagörüşünün formalaşmasında biz istəsək də, istəməsək də, mütləq dini mənsubiyyətimiz müəyyən qədər rol oynayır. Əlbəttə, başqa dinlərin daşıyıcıları üçün də mütləq mənsub olduqları din bu rolu oynayır. Dini mərkəzlərimizi, xüsusilə müqəddəs məkanlarımız olan Məkkə və Mədinəni ziyarət etmək arzumuzun əsasında da elə bu məsələlər dayanır. Məkkəyə getmək üçün ilk öncə Ər-Riyaddan cənuba doğru təyyarə ilə iki saatlıq məsafəni qət etmək lazımdır. Bundan sonra isə Məkkə yolçuluğuna təqribən bir saat avtobusla davam etmək lazım gəlir. Amma əgər Ümrə ziyarəti niyyətinizi Ciddədə etmisinizsə, bu, keçərlidir. Yox əgər Riyadda niyyət edib Ciddəyə gəlmisinizsə, bu zaman başqa məsələlər ortaya çıxır. Bu barədə bir az sonra…
Adəmlə Həvvanın qovuşduğu şəhər, yaxud mühüm mədəniyyət və tranzit mərkəzi
Ciddə şəhəri Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəridir. Bu şəhər özünün müasir infrastrukturu, Qırmızı dənizə açılan limanları, Məkkə və Mədinəyə gələn çoxsaylı zəvvarların mühüm tranzit məntəqəsi olmaqla bərabər, həm də böyük ticarət mərkəzidir. Ər-Riyaddan havalanan təyyarəmiz təqribən iki saatdan sonra Ciddə hava limanına eniş etdi. Bu tarixi şəhərdə yüksək qonaqpərvərliklə qarşılandıq və ən müasir tipdə inşa edilmiş hotelə yerləşdirildik. Səhər erkən Mədəniyyət və İnformasiya Nazirliyinin təmin etdiyi ehram adlandırılan xüsusi geyimimizi qurşanıb Məkkəyə yola düşəcəkdik. Bu zaman nazirliyin bizi müşahidə edəcək iki əməkdaşı arasında bir anlaşılmazlığın olduğu ortaya çıxdı. Sən demə, məsələ belə imiş. Riyaddan Ümrə ziyarəti üçün niyyət edib gələn zəvvarlar təqribən 150 km əks istiqamətdə olan bir məsciddə namaz qılıb sonra Məkkəyə getməli imiş ki, bu, doğrusu imiş. Ancaq bəzi zəvvarlar yol qısa olsun deyə elə Ciddədən birbaşa Məkkəyə yola düşürlərmiş. Əməkdaşlar da bunu bizə deyib deməməklə bağlı tərəddüd içində imişlər. Nəhayət, belə qərara gəlirlər ki, bu vacib şərti bizə bildirsinlər və qərarı biz verək. Əks təqdirdə bu işin babalı onlara aid olacaqmış. Doğrusu, müsəlman qardaşlarımızın bu dürüstlüyü bizi ürəkdən sevindirdi və biz heç düşünmədən əvvəlcə həmin məscidə gedib namaz qılmağa, yalnız bundan sonra Məkkəyə getməyə qərar verdik. Beləliklə Ümrə ziyarətimiz başlamış oldu. Bütün zəvvarlar kimi Məkkədə olmaq, Məscudil-haramda namaz qılmaq, müqəddəs Kəbəni tavab etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə yürüş etmək xoşbəxtliyi bizə də nəsib oldu. Dövlətimizin, millətimizin rifahı, əminamanlığı, Qarabağımızın azad olunması üçün dualar etdik. Bütün müsəlman dünyasına sabitliyin və sülhün gəlməsini dilədik.
Məkkə şəhəri olduqca mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Bu şəhərin cəmisi üç yüz min əhalisi var. Şəhərin genişlənmə perspektivi, demək olar ki, yoxdur. Həcc ziyarəti zamanı bəzən sıxıntıların da yaşanması, görünür, bununla əlaqədardır. Ancaq buna baxmayaraq, çoxsaylı zəvvarları qarşılamaq üçün bu dar ərazidə hər cür şərait yaradılıb. Ziyarətin rahat keçməsi üçün mükəmməl infrastruktur formalaşdırılıb, yüksək səviyyəli hotellər inşa edilib. Səliqə-sahmana, nizam-intizama söz ola bilməz. Təmizliyə və gigiyenik məsələlərə xüsusi diqqət yetirilir. Bir sözlə, ibadət etmək, Həcc ziyarətini layiqincə yerinə yetirmək üçün bütün məsələlər nəzərə alınıb.
Yolumuz Mədinəyədir
Doğrusu, doqquz günlük səfərdən sonra Mədinəyə gedib-getməmək məsələsində bəzi tərəddüdlərimiz yaranmışdı. Çünki bir gün ərzində təqribən 450 km yol qət edərək Mədinəyə getməli, cəmisi bir neçə saatdan sonra da eyni məsafəni geri qayıtmalı idik ki, Ciddə-İstanbul təyyarəsinə geçikməyək. Ancaq bir də belə fürsətin ələ düşməyə biləcəyi həqiqətini bir daha bir-birimizə izah etdikdən sonra bütün qrup qəti qərarla Mədinəyə doğru yola düşdü.
Nazirlik çox rahat nəqliyyatla bizi təmin etmişdi. Mədinə şəhəri nisbətən düzənlik ərazidə yerləşir deyə bilərik, amma bu da tam olaraq belə deyil. Mədinənin ətrafını da dağlar sarıb, ancaq dağ deyəndə, bizim təsəvvürümüzdə olan dağları düşünmək lazım deyil. Bu dağlar, əslində çılpaq qayalıqlardan ibarət təpəciklərdir. Heç bir yaşıllıq olmadığına görə olduqca cansıxıcı görünürlər. Ancaq, əlbəttə, bütün bunlar Mədinəni görmək, Peyğəmbərimizin məzarını ziyarət etmək həyəcanını heç bir zərrə qədər də azaltmır. Ancaq, sadəcə, Peyğəmbərimizin məzarını ziyarət etmək niyyətilə Mədinəyə getmək dinə caiz deyildir. Çünki İslam Peyğəmbəri gələcəkdə bütpərəstliyə çevrilməsin deyə məzarının ziyarət edilməsini əsla istəməyib. Ona görə də Mədinəni ilkin İslamın yayıldığı, Peyğəmbərimizin hicrət etdiyi şəhər kimi ziyarət edirlər. Bizim də niyyətimiz elə bu idi.
İldə on iki milyon nüsxə Qurani-Kərim nəşr edərək onu müsəlman ölkələrinə pulsuz çatdıran nəhəng mətbəə
Mədinə şəhərində bizi ilk olaraq bu müəssisəyə apardılar. Nəşriyyatın direktoru bizi olduqca səmimi qarşıladı və bu nəhəng istehsal müəssisəsinin işi ilə həvəslə tanış etdi. Bəlli oldu ki, burada Qurani-Kərim 63 dildə nəşr edilir. Onların içərisində Azərbaycan dili də var. Nəşriyyatın bütün xərcləri Kral tərəfindən ödənilir. Müqəddəs kitaba hörmət əlaməti olaraq səhifələr xəttatlar tərəfindən əlyazması ilə yazılır və daha sonra plyonkaya köçürülür. Bundan sonra heç bir səhvə yol verilməsin deyə bir çox ölkədə olan hafizlərə rəy üçün göndərilir. Yalnız müsbət rəy gəldikdən sonra kütləvi nəşrə icazə verilir.
Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq bu müəssisənin rəhbəri ilə aramızda olan iki söhbəti də yazıma əlavə etmək istəyirəm. Dostlarımızın birinin əlində təsbeh görən bu müdrik adam bizə bildirdi ki, bir zaman Londonda təhsil alarkən onun da əlində bir təsbeh olub. Bir ingilisin müsəlmanlar üçün təsbehin nəyi ifadə etdiyi sualına cavab axtararkən məlum olub ki, sən demə təsbeh çəkmək müsəlmanlar üçün əsla caiz deyilmiş. Çünki İslam Peyğəmbəri təsbeh çəkməyib. Tam əksinə, o dövrdə təsbehi xristiyanlar və yəhudilər çəkərlərmiş. Peyğəmbərimiz də deyibmiş ki, bir gün gələcək mənim ümmətim də təsbeh çəkəcək, xristiyanların bütün etdiklərini təkrar etməyə çalışacaqlar. Doğrusu, bu, mənim çox xoşuma gəldi və dərhal soruşdum ki, madam ki belədir, bəs nəyə görə müqəddəs Məkkənin hər yerində, lap elə Məscidil-haramın yanı-başında hamı təsbeh satır?.. Adam müdrikcəsinə gülümsəyib, bu xətadır deməklə kifayətləndi. Əlbəttə, uzaqdan gələn qonaqlarına bunun bir biznes olduğunu söyləyə bilməzdi. Bu müdrik adamın ikinci maraqlı söhbəti isə daha fəlsəfi idi. O dedi ki, mən ərəb olmayıb müsəlman olanlara, İslamı könüllü qəbul edən qeyri-ərəblərə həsəd aparıram və onların Cənnətə gedəcəyinə inanıram. Səbəbini soruşanda isə izah etdi ki, ərəb olub İslamı qəbul etmək o dövrün bir zərurəti idi. Çünki din bu coğrafiyada yaranmışdı və burada baş verən tarixi hadisələrin fonunda İslamı qəbul etmək bir növ məcburiyyətə çevrilmişdi. Ancaq sizlər isə bunu etməyə də bilərdiniz, lakin etmisiniz. Ona görə də bu, sizin üçün Allahın daha böyük bir lütfüdür. Əlbəttə, bu fikirləri qəbul etmək də olar, onunla mübahisə də etmək olar. Amma hər halda bu fikrin içərisində bir həqiqət payının olduğunu da inkar etmək olmaz. Elə bu söhbətin və bizə hədiyyə edilən müqəddəs kitabın yaratdığı xoş təəssüratla da bu gözəl nəşriyyat evindən ayrıldıq.
Uhud dağı və Uhud döyüşünün qəhrəmanları
Uhud döyüşü İslam tarixinin ən maraqlı səhifələrindən biridir. Bu döyüşdə İslam Peyğəmbəri şəxsən iştirak edib. Burada İslam mücahidləri məğlub olub, İslam Peyğəmbərinin əmisi Həmzə şəhid düşüb. Elə ziyarət etdiyimiz məkanlardan biri də başda həzrəti Həmzə olmaqla onun şəhid düşmüş silahdaşlarının dəfn edildiyi yerlər idi. Bu tarixi hadisənin baş verdiyi ərazinin yanında ziyarətçilərin ticarət etməsi üçün xüsusi bazar qurulub. Məşhur Mədinə xurmasının istənilən növünü burada tapmaq mümkündür. Amma məsələ ondadır ki, bu ölkədə xurmanın bir ümumi adı yoxdur. Çünki bu dadlı və doyumlu meyvə yeni yetişəndə bir adla, bir az dəyəndə başqa bir adla, tam yetişəndə yenə fərqli adla, qurudulanda tamamilə ayrı adla, hər növü fərqli bir adla adlandırıldığı üçün ümumiləşdirici bir ad yoxdur. Görünür, bu ölkədə alma, armud, nar, gilas, üzüm və s. meyvələr olmadığı üçün ad yaradıcılığı məharətlərini elə xurmanın üstündə sınayıblar. Amma ədalət naminə deyək ki, hər halda bu gözəl meyvəyə nə qədər ad qoysanız, buna dəyər. Ümumiyyətlə, baxmayaraq ki, ərəb dili samitlər dilidir, ancaq bu dilin sözyaratma qabiliyyəti həddindən artıq yüksəkdir. Bu dili çox yaxşı bilən səfirliyimizin əməkdaşlarından biri dedi ki, ərəb dili iki milyon söz yaratmaq potensialına malik dildir. Doğrusu, buna heyrətlənməmək mümkün deyil.
Məscidi-əl-Nəbi dünyanın ən böyük və ən gözəl məscididir
Başqa bir adı ilə Peyğəmbər Məscidi kimi tanıdığımız bu məscid sözün həqiqi mənasında heyrətedici dərəcədə böyükdür. Məscid Hicrətdən sonra Peyğəmbərimizin inşa etdiyi məsciddir. Elə İslam Peyğəmbərinin və onun çox yaxın silahdaşları həzrəti Əbubəkr və həzrəti Ömərin də məzarları bu məscidin içərisində yerləşir. Bu müqəddəs məkan böyük havalandırıcı qurğular və nəhəng çətirlərlə təchiz edilib. Gigiyena və təmizlik üçün hər cür şərait yaradılıb. Burada ibadət etmək bir ayrı məmnuniyyətdir. Ətrafda ən müasir hotellər mövcuddur. Mədinə əhli olduqca qonaqpərvərdir. Sizi əliaçıqlıqla və həvəslə xurma ilə ərəb qəhvəsinə qonaq edirlər. Amma dərhal da Mədinə qəhvəsinin daha yaxşı olduğunu söyləyirlər. Biz də bildirdik ki, doğrudan da ərəb qəhvəsi çox yaxşıdır, amma Mədinə qəhvəsi bir ayrı qəhvədir.
Diplomatlarımız əsl peşəkarlardır
Səudiyyə Ərəbistanında Azərbaycanın çox da böyük olmayan səfirliyi fəaliyyət göstərir. Amma buna baxmayaraq, hamısı əsl peşəkarlardır. Diplomat olmaq olduqca çətin və şərəfli bir işdir. Bu məsləkdə sizin səhv etmək haqqınız yoxdur. Çünki bir tək səhv dövlətlərarası münasibətlərə ciddi ziyan vura bilər. Başda hörmətli cənab səfirimiz Rasim Rzayev olmaqla elə bil ki, bu səfirliyin əməkdaşları xüsusi istedadlı səxslərdən ibarətdir. Rasim müəllim uzun illərdir diplomatik fəaliyyətlə məşğuldur və ərəb ölkələrində xüsusi iş təcrübəsi var. Ona görə də səfirliyimizin bu ölkədəki işi çox yüksək səviyyədə təşkil olunub. Müasir İnformasiya texnologiyalarının imkanlarından olduqca səmərəli istifadə edilir. Səudiyyə Ərəbistanında yaşayan azsaylı Azərbaycan diasporu ilə də iş çox diqqətlə koordinasiya edilir. Oradakı bütün azərbaycanlılar səfirliyimizin əməkdaşları ilə internet resurslarında yaradılmış ortaq dostluq qrupu üzərindən əlaqə saxlayırlar. Əgər xoşagəlməz bir hadisə baş verərsə, dərhal xəbərləşmə imkanına sahibdirlər. Elə Livan mənşəli bir erməninin Riyadda Ermənistanı təbliğ etmək cəhdinin qarşısı da həmyerlilərimizin və səfirliyimizin birgə səyi nəticəsində bərtərəf edilib. Doğrusu, diplomatlarımızdan bu qədər istiqanlılıq, bu qədər diqqət və qayğı, bu qədər səmimiyyət gözləmirdik. Onların peşəkarlıqları, dövlətimizi təmsil etmə səviyyələri, vətənpərvərlik və intellektual keyfiyyətləri hər birimizdə qürur hissi yaratdı. Səfərimizin bu qədər maraqlı, bu qədər dolğun və bu qədər səmərəli təşkil olunmasında səfirliyimizin çox böyük rolu oldu. Yazımın sonunda səfirliyimizin bütün əməkdaşlarına qrupumuz adından öz səmimi minnətdarlığımı çatdırıram. Sizləri tanımaq, Azərbaycan diplomatları ilə bu qədər yaxından tanış olmaq, onların yüksək intellekt və zəhmət tələb edən fəaliyyətini izləmək maraqlı və qürurverici idi.
Yazıma burada nöqtə qoyur, bir daha bu gözəl səfəri təşkil edənlərə ürəkdən minnətdarlığımı ifadə edirəm.
 
Hikmət Babaoğlu
Bakı–Ər-Riyad–Ciddə–Bakı

Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair milli iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanmışvə hədəflər müəyyənləşdirilmişdir. Bəs bələdiyyələr ölkədə aparılacaq islahatlara necə qoşulmalı və rolu nədən ibarət olmalıdır? Qeyd etməliyəm ki, geniş resurs və imkanlara malik yerli özünüidaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər. Eyni zamanda bələdiyyələrin inkişafı və əlavə maliyyə mənbələrinin əldə edilməsi baxımından gəlir gətirən bələdiyyə müəssisələrinin təsisinə ehtiyac vardır. Bələdiyyələrin iqtisadi fəaliyyəti kənd təsərrüfatı, istehsalat, xidmət və qanunla qadağan edilməyən bütün sahələri əhatə edir.

Azərbaycanda son rəsmi məlumata əsasən 1607 bələdiyyə var və kifayət qədər böyük rəqəmdir. Bələdiyyələr iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edirlər. Sənayeləşən şəhərlərdən, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə Azərbaycanın bütün coğrafiyasını əhatə edən 1607 təşkilatlanmış qurum və yaxud şirkət kimi təsəvvür edərsək bələdiyyələrin hansı dərəcədə əhəmiyyətə malik olmasının şahidi olarıq. Qısacası iqtisadiyyatın bütün sektorları üzrə bələdiyyə müəssisələrinin qurulması mümkündür. Bələdiyyə müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının düzəlməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların dirçəlməsi, yoxsulluğun azadılması, idxalın azalması və ixracın artması deməkdir.

Bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmaqlarına baxmayaraq maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması  bələdiyyə müəssisələrinin yaradılmasına və  iqtisadi fəaliyyətlə məşğul olmaqlarına imkan vermir. Bu səbəbdən bələdiyyələr iqtisadi fəaliyyətlə başlamazdan əvvəl üç əsas problem həll edilməlidir:

  1. Maliyyə qaynağının əldə edilməsi.
  2. Hansı sahələrə kapital qoyulması müəyyənləşdirilməli.
  3. Bələdiyyə nümayəndələrinə biznes təlimlərinin keçirilməsi.

Hazırki, maliyyə vəziyyətlərinə görə  bələdiyyələrin öz gücləri hesabına iqtisadi fəaliyyətlə məşğul olmaları mümkün olmadığından dövlət dəstəyinə ehtiyacları vardır və bu problem kredit və qrantlar yolu ilə həll edilə bilər.Kredit və qrantları aşağıdakı mənbələrdən əldə etmək olar:

  1. Bank kreditlərinin verilməsi:

Bələdiyyələrin malliyyə yetərsizliyi səbəbindən iqtisadi fəaliyyətlə məşğul olması mümkün olmadığından bələdiyyələrin biznes layihələrinə kreditlər ayırmaqla problemi həll etmək mümkündür.

Bələdiyyə kreditlərinin ayrılması aşağıdakı formalarda mümkündür:

  • Banklar tərəfindən bələdiyyələrə münasib şərtlərlə xüsusi kredit paketləri təklif olunsun.
  • Bələdiyyə kreditləri verən xüsusi bank yaradılsın.
  • Bankardan biri sırf bələdiyyə kreditləri üzrə ixtisaslaşsın.

Dövlət tərəfindən bələdiyyələrin götürdükləri kreditlər sığortalanaraq zəmanət verilməsi riskləri aradan qaldırmış olar.

  1. Bələdiyyə İnkişaf Fondunun yaradılması:

Bələdiyyə müəssisələrinin yaradılmasına və  iqtisadi fəaliyyətlərinə dəstək olmaq məqsədiylə dövlət tərəfindən “Bələdiyyə İnkişaf Fondu” adlı kredit fondu yaradıla bilər. Belə bir fondun yaranması bələdiyyələrin uğurlu layihələrinin kreditlər vasitəsiylə maliyyələşməsini təmin edər.Dövlət tərəfindən sırf  bələdiyyə biznesinə kreditlər verəcək fondunun yaradılması bələdiyyə sektorunda bir ilk olsada biznes sahəsində ilk deyil. Nümunə olaraq Sahibkarlığa kömək milli fondununu qeyd etmek olar. Yaradılcaq fond vasitəsiylə bələdiyyələrə aşağı faizlərlə uzun müddətli kreditlər ayrılması mümkündür.

  1. Bələdiyyə layihələrinə qrant verən fondun və ya şuranın təsis edilməsi:

Yaradılacaq fondvə yaxud şura bələdiyyələrin uğurlu biznes və sosial layhələrinə qrantlar ayıra bilər.Nümunə kimi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondu və Azərbaycan Respublikasının Prezidentinin yanında Elmininkişafı fondunu göstərmək yerinə düşərdi.Düzdür dövlət tərəfindən hər il bələdiyyələr üçün dotasiya ayrılır.Sonuncu 2016-cı il bu məbləq beş milyon iki yüz min manat(5.200.000)təşkil etmışdir. Lakin bələdiyyələr tərəfindən bu  dotasiyalardan heçdə səmərəli istifadə edilməsini söyləmək olmaz. Bu problemi aradan qaldırmaq üçün ayırlan dotasiya bələdiyyələr arasında qrant şəklində  bölüşdürülə bilər. Yəni  bələdiyyələr yerli əhəmiyyətli məsələni layihələşdirib fonda  təqdim etməklə qrant ala və problemi həll edə bilərlər.Nəhayət şəffaflığın təmin edilməsi məqsədiylə layihə bitdikdən sonra layihənin hesabatını təqdim etməlidirlər.

  1. Bələdiyyə lizinq şirkətinin yaradılması:

Bu gün Azərbacanda iqtisadiyyata kapital qoyuluşunda və aqrar sahənin inkişfınada lizinq şirkətlər mühüm rol oyanyırlar. Fəaliyyət sahəsi sırf bələdiyyə orqanlarını əhatə edən ixtisaslaşmış bələdiyyə lizinq şirkətləri yaradıla bilər.İxtisaslaşmış bələdiyyə lizinq şirkənin yaradılması sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların,kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin, istehsal təyinatlı bina və tikililərin istifadəsinin lizinq yolu ilə maliyyələşməsi və digər zəruru tədbirlərin görülməsiylə aqrar sahənin inkişafı deməkdir. Burayakənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdırılması aiddir.

Maliyyə məsələsi həllini tapdıqdan sonra ikinci məsələ kapital qoyulacaq sahələrin dəqiqləşməsidir. Bunun üçün ilk növbədə görüşəcək iş bələdiyyə ərazilərinin regionlar üzrə iqtisadi xəritəsinin yaradılmasıdır. İqtisadi xəritə bələdiyyələrin yerləşdiyi ərazinin coğrafi mövqeyi, qaynaqları və resurslarınəzərə alınmaqla, yerli bələdiyyələrin təklif və layihələri əsasında formalaşır.Bu xəritədə ərazinin təsnifatı ətraflı olaraq əksini tapmalı və hansı ərazilərdə hansı sahələrə kapital qoyululacağı müəyyənləşməlidir. Məsələn hər bələdiyyə öz ərazisində sənaye,kənd təsərüfat, turizim və digər sahələrdənhansılarla məşğul olmağın mümkünlüyünügöstərilməli və tədim edilənlər xəritədə əksini tapmalıdır.İqtisadi xəritə hazırlanarkən bu prinsiplər nəzərə alınmalıdır:

  • Ərazinin iqtisadi-coğrafi mövqeyi;
  • Ərazinin təbii şəraiti və ehtiyatları;
  • Ərazi üzrə əhalinin məskunlaşma səviyyəsi;
  • Ərazinin sahə və quruluşu;
  • Ərazinintarixəniqtisadi inkişaf xüsusiyyətləri.

İqtisadi xəritə hazırlanarkən tədbirlər planında daxili və xarici bazar öyrənilməli, idxal və ixrac nəzərə alınmaldır.

  • İdxal:

İlk növbədə daxili bazarın təlabatı nəzərə alınaraq Azərbaycana idxal edilən ərzaq məhsullarının siyahısı çıxarılmalı və hansı bölgədə idxal edilən kənd təsərrüfatı məhsullarının hansının istehsalı və emalının mümkünlüyü planlaşdırılmalıdır.Ölkəyə qida məhsullarının idxalı əsasən ət, süt, süt, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, buğda, çay, tütün və tütün məmulatları,qənnadı məhsualları və digər məhsullardan ibarətdir Bələdiyyələrin bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalını və emalı sənayesinin inkişaf etdirilməsi dövlətimizin ərzaq təhükəsizliyinin təmini və  ölkəmizdən kənara valyuta axınının qarşısının alınması deməkdir.

  1. İxrac:

Bələdiyyələrin iqtisadi fəaliyyətləxüsusən kənd təsərüfatı sahəsində istehsalatla məşğul olmaları daxili bazarların təmini və xarici bazarların öyrənilərək rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsi və ixrac əməliyyatlarının keçirilməsi ölkəyə valyuta axınını təmin edə bilər. Azərbaycandan xarici bazarlara ixrac məhsullarının sırasınaspirtli və spirtsiz içkilər, meyvə-tərəvəz, pambıq, şəkər, çay, bitki və heyvan mənşəli piylər və yağlar daxildir.

Növbəti mərhələdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün biznes bacarıqlarının və biliklərinin artırılması məqsədi iləqabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli biznes təlimləri təşkil edilməlidir. Təlimlərin keçirilməsində məqsəd yaranacaq bələdiyyə müəssislərini və bələdiyyə biznesini idarə edə biləcək peşəkar və bacarıqlı biznes idarəçilərinin yetişdirilməsidir.

Görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı müsbət nəticələr verə bilər. Bələdiyyə assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək, onların səmərəliliyini və müvafiq yenilikçi təşəbbüsləri, təklifləri,  gətirəcəyi faydaları müəyyən edəcək və gedişatda maneə yaranacağı təqdirdə maneələrin aradan qaldırılması istiqamətində tədbirlər planı işləyib hazırlamaq kimi  vəzəfəni həyata keçirməklə prosesdə iştirak edə bilərlər.

 

 

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas, Fərman Salmanlı

 

Həyata gələrkən çox şeyi özümüz seçmirik . Dilimiz,dinimiz,irqimiz,millətimiz kimi. Özün seçmədiyin, zəhmətinlə qazanmadığın sadəcə tanrının sənə uyğun gördüyü nəsnələrə görə necə qürur duya,fəxr edə, onları başqalarınınkından ayıra,üstün tuta və ya əksinə başqalarına kin bəsləyə bilərsən deyirlər bəzən . Baxırsan ki,yanlış da demirlər amma hər şeyin bir səbəbi var əlbəttə. Bizim də səbəblərimiz və olduğumuz yerə bizi addım-addım gətirən yolumuz var. Biz bir gündə sevmədik özümüzü,millətimizi bu qədər,bir gündə nifrət etmədik düşmənlərimizə. Ata yurdunun,baba məzarının həsrətini,bu həsrətin hərarətini qəlbimizdə duyduqca baş qaldırdı bu alov köksümüzdə.

Belə gördük,belə tərbiyə aldıq,belə böyüdük. Həyat bizə çox şey öyrətdi . İllər,aylar,günlər bizə çox şey öyrətdi. Hər il 31 martı,26 fevralı,20 yanvarı,8 mayı öncə bilmədən,dərk eləmədən,anlamadan sonralar isə böyüklərimizdən dinlədiyimiz əhvalatlar,xatirələr,məktəbdə müəllimlərimizin belə günlərdə sadaladığı statistikalar və kitablarda yazılan, o dövrün ağrılı-acılı müharibə günlərindən bəhs edən, fəryad,nalə,işgəncə,qisas,nifrət,kin dolu xatirələr, belə günlərdə göstərilən təsirli filmlər ,o fəryadların,o işgəncələrin canlı şahidləri və iştirakçılarından dinlədiyimiz acı və kədər dolu faktlarla dərk etdik,bildik,anladıq.Hər il təkrar-təkrar yaşadıq o tarixləri.( maraqlıdır görəsən indi bizə beynəlmiləlçilik nağılları danışıb,barış və dostluq nəğmələri oxuyanlar görməyib mi,eşitməyib mi bunları?!) Bu nisgili,bu fəryadı,bu nifrəti,kini ürəyimizə silinməz boyalarla yazmağı borc bildik özümüzə. Onlara nifrət etdikcə özümüzü sevdik, özümüzü sevdikcə “biz”i tapmağa çalışdıq.Bunun üçün birliyə can atdıq,can atdıqca həqiqətləri öyrəndik. Əslimizi,kökümüzü bildik.

Bəli, illər çox şeyi dəyşdi..Bu illər ərzində əlbəttə biz də dəyişdik.Müxtəlif elmlər,fikirlər,ideologiyalarla tanış olduq. Xoşumuza gələnlər,maraqlarımıza uyğun olanlar da oldu amma heç birinə yaxın getmədik. Çünki,hələ qan axırdı torpağımızdan . Çünki hələ qurumamışdı şəhidlərin qanı,anaların gözyaşları. Nəinki qurumamışdı hətta durmadan qan,gözyaşı axır bu torpaqlarda hələ də . Tez-tez xəyallar qurur,yuxular görürəm. Yuxularımda doğma yurdumuza gedir,babamın məzarını ziyarət edib,gəlirəm. Həqiqətdə mən heç vaxt bu məzarı görməmişəm amma yuxu və xəyallar həmişə məni onun yanına çəkir. Fikirdən dəli olmaq həddinə gəlirəm bəzən . Bu sadə,cismani bir düşmənçilik və həsrət deyil axı. Ruhum.Ruhum həsrətdir mənim həqiqətə.. Bu həqiqət axtarışı yollarında qanımızda vətən və millət sevgisi tüğyan etdi illərcə. Bu sevgi bizi bir addım da yaxınlaşdırır həqiqətə. Biz bəziləri kimi,siyasət yollarında deyil,həqiqət və hürriyyət yollarında millətçi olduq,millətimizi,milliyyətimizi sevdik və sevirik. Və bu sevginin səbəbindəndir ki,yorulmuruq,bezmirik.Yolumuzdan bir zərrə qədər belə dönmürük mübarizə meydanında. Bu meydan,bəzi zamanlar qələmimizin mürəkkəbinin axdığı kağızlar,bəzi zamanlar yoldaşlarımızın müqəddəs şəhid qanlarının axdığı torpaqlar olur. Bəli,nə qanın sonu gəlir,nə gözyaşının,nə işgəncənin,nə fəryadın,kinin,nifrətin, heç birinin sonu gəlmir. Buna görədir ki, nə ayrılıq bitdi , nə həsrət , nə silahlardan atılan mərmilər . Buna görə sevgilər,mübarizələr də bitmədi. Kağızlara həqiqətləri nəqş edən mürəkkəblər də.

90-ların uşaqlarıyıq biz. Belə keçib bizim uşaqlığımız. Hər nəyin yoxluğunu desəniz görmüşük. Hər nəsiz desəniz qalarıq amma təkcə nifrətsiz,düşmənsiz,ümidsiz,sevgisiz və dostsuz qala bilmərik. Bəzilərinin hələ də səbəbini anlamadığı amma bizim üzərimizə müqəddəs vəzifə olan nifrətlər və sevgilərdən gedir söhbət.

Bəhrəm Bəhrəmli … (torpağa,vətənə,millətə sevgi,düşmənə amansız,barışmaz və inadkar nifrətlə )

 

Fəridə Həmidzadə
BDU Tarix Fakültəsinin 4-cü kurs tələbəsi

Uzun müddətdir cəmiyyətdə müşahidə etdiklərim məni bu məqaləni yazmağa vadar etdi. Eşitdiklərimlə gördüklərim bir-birindən kəskin fərqlənir və bunun cavabının nədə olduğunu hələ də tapa bilməmişəm. Yaşadığımız cəmiyyətdə hər kəsin öz maraqları, öz dünyagörüşü var. Bu fərd olaraq hər birimizin oxuduğumuz kitabdan tutmuş, dinlədiyimiz musiqiyə, güldüyümüz yumora qədər uzun bir məsafə qət edir. Lakin, fərqli dünyaların insanlarının bir ortaq nöqtəsi var. Bu ortaq nöqtəyə deyilən sözlərlə edilən hərəkətlər aiddir. Daha doğrusu sözlərlə əməllərin tərs mütənasibliyi.

İnstagramda müəyyən qrup insanlar var ki, özlərini “stilist”, “müğənni” və ya digər demək istəmədiyim ifadələrlə adlandırıb, əsasən psixoloji durumunda problemi olan (ya da problemi varmış kimi özünü aparan) və yaxud həyatında baş verən hansısa çətinliyin öhdəsindən gələ bilməyib elə orada ilişib qalan şəxslər hesab edilirlər. Bu şəxslər hər kəs tərəfindən təhqirlərə məruz qalır, gördüyüm hər on nəfərdən səkkizi onlara nifrət etdiyini deyir. Qısa araşdırma apararaq həmin şəxslərin instagram profilini gözdən keçirirəm.

Bu da nəticə. Təhqirlərə məruz qalan, xalqın nifrətini guya ki, qazanmış şəxslərin izləyici sayı.
Bəs onları izləyən kimlərdir?! Elə təhqir edən şəxslərin özü. İnsan bəyənmədiyi kəsi niyə izləyib təhqir etsin ki?! Sonda isə bütün bu mənfi şərhlərdən bezən isteroid “məşhurlarımız” onu təhqir edən şəxsin profilini “screen” edib öz hesabında paylaşaraq “Bu filankəsi tanıyın!!!” başlığı altında ölkəyə car çəkir. Axı niyə onlardan belə hərəkəti özünüzə qəbul etdirirsiniz? Onların kim olduğunu ölkə olaraq çox gözəl bilirik. Niyə onları izləyərək “follower” saylarını 200.000, 300.000, 500.000 edib, sonra nifrətinizi bildirib, “comment”lərdə təhqir edərək onların profilində “məşhur” olursunuz?!

 

Bu da tariximizə, ədəbiyyatımıza və incəsənətimizə xidmət edən səhifələrin izləyici sayı. “Maraqsız”adlandırdıqları, görməzdən gəldikləri paylaşımlar. “Niyə bu tip paylaşımlar sizi maraqlandırmır?” sualını verdikdə “Biz onsuz da bunları bilirik” cavabını verirlər. Sanki, bayaqdan haqqında danışdığım o “stilist”, “müğənni” adı verilən əxlaqsızlardan öyrənəcəkləri çox şey varmış kimi… Niyə görə cəmiyyət dərk etmək istəmir ki, Mirzə Cəlili, Üzeyir Hacıbəyovu və digər tarixi şəxsiyyətləri dərk etməyə nə ömrümüz yetə bilər, nə də ki elmimiz…
Bəlkə də Mirzə Cəlil bilsəydi ki 100 il sonra ona olan maraq ucuz şəxslərdən daha az olacaq.. Bəlkə də… Yox, məncə o yenə də “Ölülər” pyesini yazar və Şeyx Nəsrullahı ifşa edərdi… Yaxud Üzeyir bəy bu gün himnimizin sözlərini oxuyarkən səhvlər edən gənclərimizi görsəydi belə yenə də o möhtəşəm himni Əhməd Cavadla birgə hazırlamaqdan vaz keçməzdi…

 

Bu günlərdə daha bir hadisənin şahidi oldum… Çox istedadlı opera ifaçımızın TV kanalların birində gənclərə arabesk mahnılar öyrətdiyini gördüm. Mühakimə etmək də olmur… Neyləsin? Cəmiyyətin tələbatı bu mahnılaradır. Professional musiqilərə deyil. Onları möhtəşəm əsərlər, simfoniyalar, operettalar deyil, mənasını heç kəsin anlamadığı “mahnı” adlandırılan 3-4 sətirlik cümlələr və o cümlələrə uyğunlaşdırılan bəsit “musiqilər” maraqlandırır. Həqiqət isə budur – əyər bu gün opera ifaçımız arabesk oxumağa məcburdursa bu bizim cəmiyyətimizin nə dərəcədə acınacaqlı vəziyyətdə olduğunun bariz sübutudur…

 

Son rəsmi məlumata əsasən Azərbaycanda bələdiyyələrin sayı 1607 və bələdiyyə üzvlərinin sayı 15035 nəfər təşkil edir. Təxmini hesablamalara əsasən bələdiyyə orqanlarında çalışan bələdiyyə qulluqçularının sayı on beş mindən yuxarıdır və bu kifayət qədər böyük rəqəmdir. Bələdiyyə  orqanlarının yarandığı ilk illərlə müqayisədə fəaliyyətinin daha güclü olması və yerli problemlərin həllində tədricən daha effektli fəaliyyəti cəmiyyətimizdə bələdiyyələrin nüfuzunu  yüksəltmişdir.

İnsanların bələdiyyə orqanlarına olan güvəninin möhkəmlənməsi bələdiyyədə işləmək üçün müraciət edənlərin sayının artmasına səbəb olmuş və növbəti illərdə  daha çox şəxsin iş üçün bələdiyyə orqanlarına müraciət etməsi gözlənilir. Lakin bələdiyyə qulluğunda çalışmaq istəyənlərin əksəriyyəti bələdiyyə qulluğuna qəbul olmağın şərtlərindən, qaydalarından və bələdiyyə qulluqçusunun statusundan xəbərsizdir. Bələdiyyə qulluğunda çalışmaq istəyən namizədlər üçün müsabiqənin elan edilməsi, namizədin yaş həddi, müsabiqənin keçirilmə qaydası, hansı suallara üstünlük verilməsi, hansı qanunvericiliklə tanış olmağın vacibliyi, müsabiqə nəticələrinin qiymətləndirilməsi və elan edilmə qaydalarını bilmək olduqca zəruridir.

İlk öncə qeyd etməliyəm ki, bələdiyyə qulluğu  dövlət qulluğu kateqoriyasına  deyil yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək məqsədiylə bələdiyyə orqanlarına aid ödənişli və daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluğunda vakant vəzifələrə daxil olmaq istəyən şəxslər ilk növbədə sənədlərini müvafiq bələdiyyə orqanına təqdim etməlidir. Namizədlərin göstəriciləri, təcrübələri və bilik səviyyələri vakant işə uyğun gələrsə bələdiyyə daxilində fəaliyyət göstərən müsabiqə komissiyasında müsabiqədən keçərək bələdiyyə qulluqçusu kimi çalışa bilərlər.

Bələdiyyə qulluğunun qanunvericiliyə əsasən hüquqi tənzimlənməsi bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

2015-ci ilə qədər bələdiyyə qulluqçularının xidməti vəzifəyə qəbulu bələdiyyə sədri tərəfindən birbaşa təyinatla həyata keçilirdi. Bələdiyyələrin fəaliyyətində qanunçuluğu, şəffaflığı və obyektivliyi  təmin etmək məqsədiylə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalanmışdır.

Yeni dəyişiliklərə görə bələdiyyə qulluğuna qəbul “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə qəbul edilir. Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” qaydalarına əsaslanır. Bələdiyyədə vakant iş yeri ilə əlaqədar elan əgər varsa bələdiyyənin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir, habelə müsabiqənin keçirilməsi haqqında məlumat bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir.

Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq  üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir

  1. Vahid forma üzrə ərizə (1 nömrəli əlavə).
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi.
  3. Tərcümeyi-hal.
  4. Təhsil haqqında sənədin surəti.
  5. Şəxsiyyət vəsiqəsinin surəti.
  6. Əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla).
  7. Sağlamlıq barədə arayış.
  8. Hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış.

Müsabiqə komissiyasının fəaliyyəti iclaslar vasitəsilə həyata keçirilir və komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə iclas baş tutmuş hesab edilir. İclasda üzrlü səbəblərdən  sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir. Komissiya üzvləri bərabər hüquqludur və hər bir üzvünün müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ qanunla təsbit edilmişdir. Komissiyanın üzvü müsabiqə prosesində namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı və birbaşa olaraq bələdiyyə qulluğuna namizədə müvafiq vəzifəyə yararlı olub olmaması barədə fikirini bildirməkdən çəkinməlidir.

Müsabiqə komissiyasının iclaslarına çıxarılmış  məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu prinsipinə əsasən qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda sədrlik edənin səsi həlledici rola malikdir.

Aşağıdakı kateqoriyalı insanların bələdiyyə qulluğuna qəbulu son dəyişiliklərlə qadağan edilmişdir:

  1. Bələdiyyə sədrinin və müavinlərinin, bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduğu halda.
  2. Ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması.
  3. Namizədin fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması haqqında məhkəmə qərarının olması.
  4. Namizədin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa.

Qanuna görə müsabiqə komissiyasının tərkibi 5 bələdiyyə üzvü və bələdiyyə qulluqçularından ibarət olaraq formalaşır. Müsabiqə komissiyasının tərkibi,  sədri və müavini bələdiyyənin qərarı ilə təsdiq edilir, komissiyanın fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq, bərabərlik prinsipləri əsasında həyata keçirilir və komissiyanın işinə müdaxilə yol verilməzdir.

Bələdiyyə qulluqçuları bələdiyyə orqanlarında seçilməklə deyil təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçilərdir. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Yerli əhaliyə  xidmət göstərmək və insanların rahat həyatının təmin olunmasında iştirak etmək kimi ali, eyni zamanda məsuliyyətli bir vəzifənin daşıyıcı olduqları üçün  bələdiyyə qurumuna işlə əlaqədar müraciət etmiş namizədlərin bilik və bacarıqları ilə yanaşı, ümumi dünyagörüşü, təhlil etmə bacarığı, psixoloji durumu və xarakterik keyfiyyətləri nəzərə alınır. Eyni zamanda çalışacağı sahədə istifadə zərurəti olarsa bələdiyyə qulluqçuluğuna namizəd şəxslər, kompyuterdən istifadə etməyi bacarmalı, internet və ofis proqramlarını bilməlidirlər.

Bələdiyyə qulluğuna qəbul olmaq istəyən namizədlər bələdiyyə orqanları ilə bağlı aşağıdakı qanunvericilik aktları və məcəllələri üzərində çalışmalıdır:

  1. Azərbaycan Respublikasının Konstitusiyası.
  2. Azərbaycan RespublikasınınVergi Məcəlləsi.
  3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
  4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
  6. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  7. “Bələdiyyə üzvlərinin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  8. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu.
  9. “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
  10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
  11. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə.
  12. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respubliksının Qanunu.
  13. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu.
  14. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
  15. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanun.
  16. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
  17. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanun.

Bələdiyyə qulluqçuluğuna qəbul müsabiqəsi yazılı imtahan və müsahibə olmaqla iki hissədən ibarətdir. Yazılı imtahan bitdikdən sonra müsahibə hər bir namizədlə fərdi qaydada ən azı 15 dəqiqə olmaqla həyata keçirilir. Müsabiqə komissiyası tərəfindən müsabiqədə verilən suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. Bələdiyyə namizədləri üçün verilmiş 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

Müsabiqə komissiyasının üzvü tərəfindən bələdiyyə qulluqçuluğuna namizədin bilik və qabiliyyətinin qiymətləndirilməsi zamanı obyektiv qiymətləndirmə metodlarından və şəffaf üsullardan istifadə etməlidir ki, sakinlərə xidmət sahəsinə bacarıqlı və peşəkar şəxslər bələdiyyə qulluqçuluğuna cəlb edilsinlər. Müsabiqənin şəffaf və obyektiv keçrilməsinin təmini məqsədiylə namizəd tərəfindən prosesin video çəkilişi istəyi olarsa və bu komissiyanın normal fəaliyyətinə maneçilik törətməzsə müsabiqə prosesi videoçəklişlə təmin edilməlidir. Habelə namizəd tələb edərsə ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilə bilər. Müsabiqə zamanı namizədlərin balları eyni olarsa müvafiq ixtisas üzrə əmək təcrübəsi daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı  olanlara üstünlük verilir və ən yüksək bal toplamış şəxs 10 gün müddətinə vakant işə təyin edilir.

Bələdiyyə qulluğuna namizəd müsabiqənin nəticəsi ilə razı olmazsa, müsabiqənin qeyri şəffaf keçirilməsi və qanun pozuntusu olduğunun şahidi olarsa həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət vermək hüququna malikdir.

 

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas, Fərman Salmanlı

 

Xaliqin zərrəsidir növü bəşər,

Zərrənin qismətinə zərbə düşər.

Zərrələr get gedə lap zərrələşər,

Kim kiçilməzsə o həqqin səsidir..

Bir anlıq,gözünüzü yumun,sizi sizdən alan “maddiyatlardan”- “iphonelerdən”, “apple”dən,”samsunglardan” yalnız facebookda,instagramda sizlə olan “dostlar”dan,sizin arxanızca və ya elə üzünüzə sizə “palçıq atan”lardan,3-5 bəlkədə elə 1 ildən sonra ağlınıza belə gəlməyəcək məişət problemlərindən,kağız-kuğuzlardan,saxta sevgilərdən hamısından bir anlıqda olsa qurtulun,düşünün.Düşünün ki,  bir bütün nəsə var,bu bir fincanda ola bilər,bir hilalda,bir ağacda,bir dağda hər nəysə istədiyiniz bir bütün.O bütünə özünüzü yerləşdirin,məsələn ağacsınızsa özünüzü tumurcuğun yerinə və ya zoğun və ya gövdənin və ya yarpağa yaşıllıq verən xlorapalastların və ya elə yarpağın özünün yerinə qoyun,hiss edin xlopalastsınızsa yaşıllıq verməyi düşünün,tumurcuqsunuzsa boy atmağı,yarpağsınızsa əsin,alqılayın,alqıladıqlarınızı anladın və ya heç anlatmayın canlandırın,yaşayın.Nə yaşadınız?Siz ağacı tamamlaraq ağacı yaşatdığınızı yaşaya bildinizmi?Düşünün indi,siz də ağacın hər hansı bir hissəsi məsələn deyək,yarpaqsınız,Sevdiyiniz bir dostunuzda bir tumurcuq kimi təsəvvür edin,Digərini isə xlorapalast kimi (hansıki siz yarpağa yaşıllığı məhz o verəcək) və özünüzü harmonik şəkildə işləyən mexanizm kimi təsəvvür edin.Siz çalışırsınız,öz funksiyanızı yerinə yetirirsiniz və ağac yaşayır,ağac güclənir,siz ağacı bütünlüklə görmürsünüz amma ağac yaşayır siz ağacı yaşadırsınız!siz ağacı güclü edirsiniz!məhz siz.

İndi təsəvvür edin,sizin xloparastınız yalnış seçilib və funksiyasın ifadə edə bilmir,sizə yaşıllıq verə bilmir,tumurcuq öz işini görə bilmir,yarpaq çürüyür,zoğ,tumurcuq məhv olur,nəticədə bu yayılır,budaqlar qırılır,Ağac çürüyür,ağacda yuva quran canlılarda həmçinin məhv olur..Nəticədə canlı həyatın canlıları canlılıq edə bilmədikləri üçün,canlı aləm cansızlaşır..Bu fəlakətdir elə deyilmi?

Siz indi bunlardan hansı olmaq istəyərsiniz?Ağacı məhv edənlərdənmi,ağacı yücəldənlərdinmi?

O Ağac nədir,siz bilirsiniz,o ağac toplumuzdur,o ağac hamımızıq,o ağac bizik fərdi şəxsiyyətə çevirək,şəxsiyyətləri topluma. Ümumi bəşəri ədalət,ümum bəşəri sülhün əsası məhz ədalətin bərqərar olmasında deyilmi?Bəs ədalət məfhumu niyə var? Çünki ədalətsizlik məfhumu var.Ədalətsizliyi kim yaradır?fərdlər.Fərdlər,ədalətli olarsa,fərdlər bir olarsa nə olar?Ədalətli toplum.Anlayışlı,bir birinə dəyər verən toplum necə toplum olar?şübhəsiz ki güclü toplum. Güclü Toplum güclü dövlətdir,güclü dövlət isə daim yaşayacaq güclü toplumun qarantıdır.

Biz Türkləri daim biz edənlər,qüdrətimizi ehtiva edənlər,bunlardır,insanlığa sevgimizdir,bir birimizə sayqımızdır,bizi birləşdirən duyğularımızdır,torpağımızı nəfəsimizdə içdən qoxulamaqdır…Bizi biz edənlərlə bağlı deyəcəklərimin bir qismi bu qədərdir.Sonra kı məqalələrimizdə görüşmək diləyiylə..Sayqılarla..

 

Qeyd 1: İxtisasca bioloq deyiləm və biologiyadan elə də çox bilgim yoxdur, bu yöndə əgər səhvlər etmişəmsə üzrlü sayınız.

Qeyd 2: Məqalədəki fikirlər şəxsi fikrimdir və fikrimə iradı və ya sualı olanlar mailimə ya da facebook profilimə yaza bilərlər : togrul.memmedbeyli7@gmail.com

 

Müəllif: Toğrul Məmmədbəyov

Togrul Mammadbayov (Fb hesabım)

Sayqılarla.

Bəlkə də, bir ifadəni tez-tez işlətmək oxucuları yorur. Amma əsas məsələ ideyanın düzgün təlqin olunması, izah edilməsi olduğundan ifadələrin tez-tez təkrar olunması da hesab edirəm ki, yerinə düşür. Ona görə də, diqqət etdinizsə ötən yazıda da ideyanı məhz “milliyyətçiliyimiz” adlandırmışdım. Yaxşı bəs niyə bizim milliyyətçiliyimiz? Nədir onu belə adlandırmağa səbəb və nədir onun fərqi? Öncə onu qeyd etmək istəyirəm ki, milliyyətçiliyimiz deyərkən, bizim, milliyyətçi ideologiyaya yanaşmamız, onu qəbul və ifadə etmə prinsiplərimiz nəzərdə tutulur. Qeyd edim ki, onsuz da təməl praktiki mexanizması ölkəmizdə və dünyada çox da sağlam olmayan milliyyətçiliyin ( söhbət türk milliyyətçiliyindən gedir) bu qədər fərqli baxışlar tərəfindən müxtəlif qollara, şaxələrə ayrılaraq, başqa-başqa cəbhələr halında fəaliyyəti, mübarizəsi, ideologiyanın düzgün ifadə olunması, düzgün dəyərləndirilməsi və gələcəyi baxımından heç də yaxşı hal deyil. Çünki, mövcud durumda milliyyətçilərin (bütün dünyada) coğrafi, siyasi, kültür və mədəni mənsubiyyətləri, inancları bir sözlə sahib olduqları fərqlilikləri, uğrunda mübarizə apardıqları türkçülük, milliyyətçilik ideologiyasını müxtəlif istiqamətlərə bölməklə yanaşı, bu işin əsl qayəsinə kölgə salır və milliyyətçiliyə qarşı münasibətlər çox zaman birmənalı olmur. Bütün bunlar əsas verir ki, bu mövzunu yenidən təhlil edib, ideologiyaya daha dərindən, daha fəlsəfi yanaşaq.

Əgər tarixdə “türklərin böyük köçü” adlanan hadisələr olmasaydı, qədim türklər də digər oturaq tayfalar kimi daimi ərazidə məskunlaşıb öz oturaq mədəniyyətlərini formalaşdırdaydılar bəlkə də bugün biz türkçülərin milli-ideoloji konsepsiyamız, fəaliyyətimiz tamamilə başqa məcrada təşəkkül tapacaq və inkşaf edəcəkdi. Ancaq, nə var ki, tarixin gərdişi belə olmadı. İstər təbii, istər tarixi, istərsə də siyasi amillər əcdadlarımızın bir qisminin qədim ötükən yurdlarından, bozqır səhralarından daha əlverişli coğrafi regionlara köç etməsinə və zaman keçdikcə yuxarıda qeyd etdiyim fərqlilikləri mənimsəməsinə səbəb olmuşdur. İndi belə bir sual meydana çıxır: doğurdan mı, Mərkəzi Asiyadakı türklərin milliyyətçiliyi, Qafqazdakı türklərin milliyyətçiliyindən, Qafqaz türkününkü, Anadolu türklərininkindən, o da Avropada yaşayan soydaşlarımızın milliyyətçiliyindən fərqlənirsə və yaxud da tengriçi, müsəlman və xristian türklər hər üçü türkçülük davasın aparır ancaq bir-birini nəinki qəbul etmir hətta bir-birinə düşmən münasibət bəsləyirsə burada sizcə də bir ziddiyyət, bir uyğunsuzluq, bir məntiq xətası yoxdur mu? Deyəcəksiniz ki, əlbəttə yoxdur. Fərqli mənsubiyyətlərin bir ideologiyaya yanaşması təbii ki, eyni ola bilməz. Razılaşardım sizinlə əgər burada müzakirə mövzusu olan faktor türkçülük (milliyyətçilik) olmasaydı. Çünki, mən bir türkəm. Mənsub olduğum milləti, irqi bəzi digər faşist əsaslı, xəstə millətçi ideologiyalarda olduğu kimi dünyanın ən “ali”, “seçilmiş”, bütün digər millətlərdən “üstün yaradılmış” irqi hesab etməsəm də, fəqət təbii olaraq öz milli mənsubiyyətimə qarşı həssasam və türk millətinin bugün dünyada bütün sahələrdə gəldiyi nöqtə məni qane etmir. Bu məqamda yazının əvvəlində qeyd etdiyim “bizim milliyyətçiliyimiz” anlayışına diqqət çəkmək istəyirəm. Əslində burada yeni bir şey yoxdur. Biz günümüzdə aktiv olan milliyyətçi hərəkatlardakı boşluqları görür, səbəblərini təhlil edir və müəyyən nəticələrə gəlirik. Təkcə yaşadığımız coğrafiyada ideologiyanın tarixinə nəzər salsaq burada milliyyətçilik dalğasının zaman-zaman qırılan xətlərini görə bilərik. Çar əsarətinin son zamanlarında meydana çıxan milli şüur, milli ideologiya, milli oyanış prosesi, şərqdə ilk demokratik cumhuriyyətimizin yaranmasıyla zirvəsinə çatdısa da, rus imperializminin bir sonrakı həmləsində məharətlə boğuldu və o dövrün repressiya prosesi ilə də birdəfəlik susduruldu. Ara-sıra qalxan kiçik qığılcımları nəzərə almasaq bu dönəm ölkədə milliyyətçilik yox dərəcəsində idi. Və daha sonra qalxan milli oyanış prosesi ilə yenidən aktivləşən milliyyətçi dalğa isə bu səfər tamam başqa abu-havada köklənmişdi. Əvvəla, qonşu dövlətlə gedən milli-etnik həmçinin ərazi münaqişəmiz və milliyyətçilik sahəsində  təcrübəmizin olmaması bizə məsələnin məğzini tam olaraq mənimsəməyə mane olurdu. Yalnız çox az bir ziyalı qisim idelogiyanın mahiyyətinə varacaq qədər dərindən araşdırır, öyrənir və nəticə çıxarırdı. Yerdə qalan böyük əksəriyyət isə sadəcə milliyyətçiliyin havasında idi. Və bunun da acı nəticələrinin izləri bugün belə görsənməkdədir.

Bəs nədir milliyyətçiliyin mahiyyətinə varmaq, məğzini anlamaq? Milliyyətçiliyi hər hansı ayrı-ayrı şəxslər və ya topluluqlar şablon əsaslarla öz düşüncəsi, dünyagörüşü və maraqlarına uyğun olaraq dəyərləndirə, təbliğ edə bilməz! Milliyyətçilik bu torpağın insanının hava və su kimi ehtiyacı olduğu bir ideologiyadır. Biz, milliyyətçilik deyərkən təkcə etnik milliyyətçiliyi deyil həm də vətəndaş və demokratik milliyyətçiliyi nəzərdə tuturuq. Burada söhbət geniş, əsaslı bir proseslə yanaşı həm də öyrənilməsi zaman və əhatəli araşdırmalar tələb edən dərin bir ideologiyadan gedir. Bizim insanımıza kommunizm lazım deyildi amma bunu bizə zorla qəbul etdirmək istəyirdilər. Bu proses öz ağır nəticələrini dünən olduğu kimi bugün də göstərir əlbəttə. Lakin, tarix də göstərir ki, əhalinin milli hissiyyatına yaxın olmayan heç bir ideologiya sona qədər davam gətirə bilməz. Hətta bu təzyiq on illərlə davam etsə belə. Nə qədər uzun müddət keçsə də insanımız yenidən öz soykökünə, milli inancına, milli dəyərlərinə yönəlir və yalnız bu yolda öz tərəqqisini mümkün hesab edir. Amma bu yönəlmə başı pozuq və kortəbii halda, şüarlar, təlqinlərlə deyil, sistemli, həssas qaydada olmalıdır. Onu mənimsəmək üçün M.K.Atatürk, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu, H.N.Atsız, M.Ə.Rəsulzadə, Ə.Elçibəy kimi mütəfəkkirlərlə ən azı tanış olmalı, onların əsərləri, fikirlərini araşdırmalı, öyrənməli, mənimsəməli və bu prosesdən çıxardığımız nəticələrlə milliyyətçi düşüncə və təfəkkürümüzü inkşaf etdirməli və ideologiyamızı peşəkar formada təbliğ etməliyik. Bu iş,təkcə fərdi təşəbbüs və cəhdlərlə deyil, eyni zamanda toplu, qrup və təşkilati qaydada aparılmalıdır. Ölkəmizdə və digər ölkələrdə fəaliyyət göstərən milliyyətçi təşkilat, cəmiyyət, qruplar və qurumlar bu prosesdə səy göstərməlidirlər. Yuxarıda adlarını qeyd etdiyim mütəfəkkirlərin ideologiyaya yanaşma və prinsipləri artıq milliyyətçiliyimizin təməl, fəlsəfi əsasıdır. Bunlarsız milliyyətçiliyi təşkil və təsəvvür etmək mümkün deyil. Bunlardan kənarda müasir türkçülük yoxdur. Milliyyətçilik şüarlarla, şablon düşüncə və nəzəriyyələrlə deyil, məhz qeyd etdiyim milliyyətçiliyə dərin, fəlsəfi yanaşma ilə yaşayacaq və insanlarımızı aydınladacaq. Çünki, fəlsəfi yanaşmadan kənar qalan bir ideologiya çürük olduğu kimi, arxasınca gələn toplumu da nəinki irəliyə aparacaq, aydınlığa çıxaracaq əksinə əbədi bir qaranlığa məhkum edəcək…

Bəhrəm Allahverdiyev

filoloq

 

Bu məqalədə davranışlarınızı dəyişdirməyə,Daha yaxşı nəticələr əldə etməyə,daha yaxşı bacarıqlar oluşdurmağa yardımcı olacaq ən yaxşı performans verən texnikalardan bir neçəsini sıralayacağıq..

1.Texnika : Xaricdən Müşahidə

Bəzən stresə,depresiyaya ya da digər olumsuz duyğulara itələyən şeylərə reaksiya göstərmə cəhdindəsiniz.Məsələn dostunuz,xüsusilədə bir söz işlətdiyinizdə,dostunuzun davranışı  sizi sinirləndirir.Bu NLP texnikası,belə vəziyyətlərdə ortaya çıxan olumsuz duyğularınzı zərərsiz etməyə yardım edəcək

NLP texnikası eyni zamanda qorxulara qarşı bir dərman kimidir.Çünki NLP texnikası insana,şəxsiyyətin müşahidəçi olaraq durumu gözətləməsinə durumu tərəfsiz olaraq dəyərləndirməsinə imkan verir.Daha sonra  insan,durumu necə şişirtdiyiniz və gələcəyə artıq reaksiya verilməsinin durdurulması gərəktiyini görər.

Xaricdən Müşahidə texnikasını tətbiq etmək üçün etməniz gərəkənlər :

  • Ortadan qaldırmaq istədiyiniz duyğuyu bəlirləyiniz.  hörümcək qorxusu, bəlirli insanlar qarşısında aşağılıq duyğusu kimi.Ortadan qaldırmaq istədiyiniz duyğuyu bəlirləyin.Hörümcək qorxusu,bəlirli insanlar qarşısında aşağılıq duyğusu kimi.
  • Müşahidəçi olaraq başından sonuna doğru yenidən yaşayın.Yerin,Zamanın,mövzunun detaylarını xatırlayın
  • İndi bir film kimi durumu yenidən gözləmləyiniz.Meydana gələn olayları sürətli və yavaş tərzdə ilərlətiniz.Eyni zamanda bir neçə dəfə bu olayı xatırlatmağı durdura bilərsiniz.
  • 3-4 dəfə bunu ediniz.
  • Beyninizdə eyni olan hadisəni görməyə çalışınız.Olumlu olan duyğular.olumsuz duyğuların yerini alacaqdır.Hələ olumsuz duyğular hiss edirsinizsə,olumsuz duyğularınız tamamən itənədək bu alışdırmaları təkrarlayınız

2.Texnika : İçəriyin yenidən çərçəvələnməsi

NLP texnikası özünüzü itirmiş,əsəbiləşmiş hiss etdiyiniz zaman müsbət bir missiya üstlənir..Daha olumlu bir şəkildə düşünərək olayın duyğusunu dəyişdirir.Fərqli çərçəvədə durumun içəriyinin yenidən çərçəvələnməsinə imkan tanıyır.

Deyək ki,işinizi itirdiniz.Düşündüyümdə mənə çox pis gəlir.Amma olayın fərqli yönlərini görməyə hazır olunuz.İşinizi itirdiyiniz üçün,indi daha yaxşı mərhələlərə açıqsınız və istedadlarınızı inkişaf etdirməyə fürsət verəcək fərqli işləri kəşf edəcək durumdasınız.Bu təcrübə sizi dayanıqlı duruma gətirəcək və daha cəsur bir insan olacaqsınız

Bu nümunədə olayı yenidən çərçəvələnmiş duruma gətirdim.Sizi olumsuz durumlar qarşısında fokuslanmağa və eyni zaman da bunları olumlu göstərməyə fürsət verərək,sizin baxışınızdan durumu dəyişdirdim.Tamamən başqa bir baxış bucağı altında olayı görməyinizə imkan verəcək və daha yaxşı qərarlar alacaq durumda olacaqsınız.Çünki indi olayların olumlu yanlarına qarşı diqqətlisiniz

O zaman, hadisələrdən qorxmayın həllini düşünün

Gözlənmədik olaylarda insanların etməli olduqları şey,panika,güvənsizlik,gələcəkdən qorxmaqdır.Bu sadəcə daha çox sorunlara yol açar.Bu tip olumsuzluqlara qarşı diqqət ediniz və olayın üstünlüklərini bulunuz.

  1. Texnika:  ÇAPA

Söylədiyiniz ya da etdiyiniz bir şeyə duyğusal reaksiya üçün təməl olaraq NLP texnikası istifadə olunur.Məsələn,bir insanın çiyninə toxunduğunuzda şüursuz olaraq gülməyə başlaması mümkündür.

Çapa texnikası NLP də çox istifadə olunan bir texnikadır.Bir fərdin necə hissetdiyini həmin an dəyişdirə bilərsiniz.Bir çox durumda mümkündür,xüsusilə fərd özünü güvənsiz və üzgün hiss etdiyində.Sadəcə olumlu bir duyğuya dəmir atabilərsiniz və bir insanın sinirləndiyini gördüyünüzdə çapayı  çəkə bilərsiniz.

Bunun Necə Edildiyinə Dair Bir Neçə Bilgi

Üzərində sınaq etmək istədiyiniz insanın durumunu bəlirləyin.Xoşbəxtlilik,cəsarət ya da başqa şeylər ola bilər.

Fərdin hadisəyə müdaxilə olması üçün gərəkənləri ediniz.(Fərdi istənən duruma aparacaq hekayə anlata bilərsiniz)

Fərdi tamamən hadisənin içində gördüyünüz zaman,ona toxunabilir,çiyninə əllərinizi qoyabilərsiniz,bir neçə saniyə bu durumda qalın.Toxunduğunuz yeri xatırlayın

Sonra əlinizi çiyninizdən çəkiniz və oluşdurduğunuz duyğusal durumla əlaqəsi olmayan bir şeylər söyləyiniz.Önəmli olan şey insanın zehnini ortaya qoymasıdır.

Bir neçə dəqiqə sonra yenidən eyni bölgəyə toxunun və reaksiyanı müşahidə edin.Proses uğurluysa,bu fərddə oluşdurduğunuz eyni reaksiyaya sahib olmalıdır.

  1. Texnika :  UYĞUNLAŞMA

Uyğunlaşma önəmli bir qabiliyətdir və buna hakim olmaq olduqca asandır.Hər cür insanla uyuşmanıza imkan tanınır.

İnsanlarla əlaqə qurmanın birçox yolu vardır.Bir insanın nəfəs almasını izləyə bilərsiniz,bədən dilini güzgüdə əks etdirə bilərsiniz və başqa insanın istifadə etdiyi bənzər sözləri işlədə bilərsiniz

Eyni zamanda danışdığınız insanın əsas emosional qəbul etməsini dəyərləndirə bilərsiniz.Bu görüntülü,toxunuşlu ya da eşidərək ola bilər.Eyni duyğuyu siz də istifadə edə bilərsiniz.O fərdin istifadə etdiyi sözlərə diqqət edərək və onunla danışaraq bunu anlaya bilərsiniz

Danışdığınız fərd belə sözlər ya da cümlələr istifadə etdiyində,istifadə olunan təməl duyğuların eşidilməli olduğunu anlaya bilərsiniz.

Səni eşidirəm

Səni dinliyirəm

Çınlamaq

Bip bip

Tik tak

Səs küylü

Danışdığınız fərd belə sözlər ya da cümlələr istifadə etdiyində istifadə olunan təməl duyumların görsəl olduğunu anlaya bilərsiniz

“Nə demək istədiyini anlıyıram.”

“Mənim görüşüm açıqtır.”

“Gələcəyin parlaq”

böyük

qaranlıq

portağal

dairə

Danışdığınız şəxs belə sözlər ya da cümlələr istifadə edildiyində,istifadə olunan təməl duyğuların,hissi olduğunu anlaya bilərsiniz.

“Bunun ediləcək  ən yaxşı  şey olduğunu düşünürəm.”

Bu mövzuda pis hissim var.

Xoş bir havası vardı

İsti

sərin

qumlu

nəmli

toxunmaq

Nəticə:

Bu texnikalar doğru olaraq istifadə olunarsa,NLP-nin 4 texnikası həyatınızı birçox yönünü dəyişdirə bilər.Bir texnika istənən təsiri vermirsə,istənən təsir əldə edilənə qədər alışdırmaları təkrar etməyi buraxmayınız.

Müəllif: Sizin Psixoloqunuz.

Bələdiyyə qulluğunun yüksək səviyyədə və peşəkarcasına təşkil edilməsi bələdiyyələrin effektli və səmərəli fəaliyyətinin əsas şərtidir. Bələdiyyə qulluğu nədir və hansı prinsiplər əsasında təşkil edilir? Yerli özünü idarəetməyə həvalə edilmiş işlərin icrası məqsədiylə bələdiyyə qulluğu bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri tərəfindən təşkil edilən və bələdiyyə qulluqçuları tərəfindən icra edilən daimi və ödənişli peşə fəaliyyətidir. Bələdiyyə qulluğunun təşkil edilməsinin şərtləri, qaydaları və prinsipləri hüququ baxımdan Azərbaycan Respublikasının Konstitusiyası,  Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının  Qanunu, Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasıının Qanunu, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin nizamnaməsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Bələdiyyə qulluqçularının əsas fəaliyyəti yerli özünü idarəetmə orqanı olan bələdiyyələrin səlahiyyətlərini icra etmək, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərməkdir. Bələdiyyə qulluqçuları yerli özünüidarə orqanlarında xidməti vəzifələrinə seçkilər vasitəsiylə deyil  müsabiqə yolu ilə qəbul edilirlər. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əsasən seçki yolu ilə seçilmiş bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçilərsə 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilməlidir.

Yerli əhaliyə xidmətin göstərilməsi, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsi prosesində bələdiyyə qulluqçularının təcrübəsi və yüksək peşəkarlığı bələdiyyənin fəaliyyətində  səmərəli nəticələr verə bilər. Nəzərə  alınmalıdır ki, bələdiyyə qulluqçularının peşəkarcasına fəaliyyəti cəmiyyət arasında bələdiyyə orqanına olan inam və güvənin artmasında mühüm faktordur.

    Bələdiyyə qulluğunun təşkilində aşağıdakı 6 prinsip əsas götürülmüşdür:

  1. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunun yerinə yetirilməsinə nəzarət:

Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir. Bələdiyyə sədri və  bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri qanunun yerinə yetirilməsinə nəzarət edirlər. Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarətdir

  1. İxtisasartırma(əlavə təhsil) sahəsində işin təşkil edilməsi:

Bələdiyyə qulluğunun təşkili prosesində ixtisasartırma deyərkən bələdiyyə qulluqçularının  tədris mərkəzlərində əlavə təhsil almaqları nəzərdə tutulur.  Bələdiyyə qulluqçularının peşə hazırlığı və ixtisas artırma kurslarında iştirakları xidməti fəaliyyət göstərdikləri bələdiyyə orqanında öyrəndiklərini tətbiq edərək bələdiyyənin inkişafına xidmət edir. Azərbaycanda 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkisindən bu günə qədər Bələdiyyə qulluqçuları mütəmadi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təlim tədris mərkəzində seminarlara, peşə hazırlığına, ixtisas artırılma və hüquqi marifləndirmə kurslarına cəlb edilmişlər. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bələdiyyə qulluqçularının  habelə onları əvəz etmək üçün ehtiyyat kadrlarının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məqsədiylə “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutu yaradılmışdır.İnstitutda  bələdiyyə qulluqçuları üçün müxtəlif istiqamətlər üzrə uzunmüddətli və qısamüddətli ixtisasartırma kursları və treningləri təşkil edilir.

  1. Bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi:

Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədiylə  bələdiyyə qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir. Bələdiyyə qulluğuna qəbuldan fərqli olaraq bələdiyyə qulluqçularının digər vəzifədə daha səmərəli nəticələr verə  biləcəyi qənaəti yaranarsa onların yerdəyişməsinə dair təkliflərin verilməsi bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərlərinin səlahiyyətindədir.

  1. Bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi:

Bələdiyyə tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət bələdiyyə sədri və bələdiyyənin icra aparatının səlahiyyətləri daxilindədir. Bələdiyyələrin  statusu haqqında Azərbaycan Respublikasının  Qanuna əsasən  bələdiyyələrin qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Bələdiyyə tərəfindən verilmiş qərarlar hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının pozulmasına səbəb olarsa bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və yaxud hərəkətsizliyindən məhkəməyə qanunda müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.  Qəbul edilmiş bələdiyyə qərarlarları yalnız bu qərarları qəbul etmiş orqan və  və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

  1. Yerli əhaliyə xidmət:

Yerli əhaliyə xidmət və yerli problemlərin həllinə çalışmaq bələdiyyə qulluqçusunun ali vəzifəsidir. Bələdiyyə qulluqçusunun yerli əhaliyə xidməti fəaliyyət göstərdiyi ərazidə yerli problemlərin həllinə çalışmaq, proqram və layihələrin həyata keçirilməsində iştirak etmək, bələdiyyələr tərəfindən qəbul edilən əmr və sərəncamları yerinə yetirmək və vətəndaşların müraciətlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq daxildir.

  1. İqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək:

Sakinlərin həyat səviyyəsinin yüksəldilməsi, yerli əhaliyə xidmət, onlar üçün rahat həyat şəraitinin təmin edilməsi və həmçini yerli özünü idarəetmənin iqtisadi və maliyyə əsaslarının təmini istiqamətində çalışmaq bələdiyyə qulluğunun əsas şərtlərindəndir. Eyni zamanda bələdiyyələr daxili imkanları hesabına  tətbiq etdikləri sosial müdafiə və sosial inkişaf proqramları çərçivəsində bələdiyyə tərəfindən müəyyən edilmiş müəyyən qrup sakinlərə dövlət sosial təminatından əlavə yerli sosial təminatlar müəyyən edə bilərlər.

Bələdiyyə qulluğunun təşkili təkcə  bələdiyyə qulluqçularının peşəkar fəaliyyəti  ilə məhdudlaşmır. Bələdiyyə qulluğunun təşkili prosesində bələdiyyənin sədri və icra aparatının rolunuda  qeyd etmək vacibdir. Çünki bələdiyyə qulluğunun təşkil edilməsinin məntiqi davamı kimi bələdiyyə sədri və onun formalaşdırdığı icra aparatı bələdiyyənin  büdcəsini, planları, proqram və qərar layihələrinin hazırlanmasını və bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin  təşkil edirlər.

 

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas, Fərman Salmanlı

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid qardaşlarımızın əziz xatirəsinə itfah edirəm.

Allah rəhmət eləsin.

DÖYÜŞ XATİRƏLƏRİNDƏN….

Biz tapşırığı yerinə yetirib geri qayıdanda artıq demək olar ki,gecə idi.Hər tərəf qaranlıq və ətrafı yolu seçmək qeyri mümkün idi…Bütün bunlarla bərabər mərkəzlə rabitə əlaqəsi də kəsilmişdi.Tapşırığın çətinliyi və eyni zamanda yolun uzunluğu bizi xeyli ləngitmişdi.Əməliyyat nəticəsində düşmənə xeyli itgi vermiş,maddi və psixoloji cəhətdən erməni əsgərlərini sarsıtmışdıq.Bu birinci dəfə deyildi.Bundan əvvəl də,bir neçə dəfə bu cür əməliyyatlar keçirmişdik..Artıq onlar bundan təngə gəlmişdilər və nəyin bahasına olursa olsun bütün bunların əvəzini çıxmaq istəyirdilər.Əslində planları çox bir şey deyildi,buna onların nə cəsarəti nə də gücü çatardı.Onlara yalnız biz ,-dəfələrlə ağılagəlməz üsullarla onları təşvişə salan,planlarını pozan və ən əsası günahsız insanlara zülm etməkdən məhrum edən biz üç kəşfiyyatçı lazım idik.. Əməliyyat zamanı xeyli ləngiməyimizi və gecə vaxtı yolun çətinliyini fürsət bilən erməni hərbi hissəsi komandiri arxamızca bir neçə nəfərdən ibarət əks-kəşfiyyatşı qrup göndərmişdi… Biz meşənin içəriləri ilə çox sakit və çox ehtiyyatla gedir,hava işıqlanana qədər gizlənəcək yer axtarırdıq.Deyəsən tapmışdıq da.Yerə çöküb sakitcə qarşımızdakı kiçik evi üç tərəfdən əhatəyə aldıq.İşarə ilə döyüş yoldaşlarım “YAQUAR”və “PƏLƏNG”-ə(bu onların şərti adları idi.)eyni vaxtda içəri girib evi nəzarətə götürəcəyimizi tapşırdım.Mən özüm qapıdan,onlar isə hərəsi bir pəncərədən girməklə içəri daxil olduq və qısa müşahidədən sonra buranın təhlükəsiz olduğunu anladıq.Səhərə qədər burada gözləməyi qərara aldıq və hərəmiz bir küncə qısılaraq,silahımıza sarılıb oturduq. Mən gözlərimi açanda artıq səhər açılmışdı.Nə vaxt yuxuya getdiyimdən xəbərim yox idi ancaq yoldaşlarım hələ də yatırdılar.Deyəsən biz bu gecə bir balaca zəiflik göstərmişdik.Bu balaca səhvin bizə həyatımız bahasına başa gələcəyini nəzərə alsaq,bunun heç də balaca səhv deyil,bağışlanılmaz bir günah olduğunu düşünmək olar.Bu fikirlərlə məşğul ikən ayaq səsləri eşidildi.Başımı qaldıranda “PƏLƏNG” və “YAQUAR”-ın artıq oyandığını gördüm.Heç şübhəsiz onlar da mənim kimi göstərdikləri zəifliyə görə özlərini günahlandırırdılar.Amma onu da gözəl başa düşürdülər ki,indi bunun vaxtı deyildi.Ayaq səslərindən mühasirəyə alındığımızı başa düşdük.Birdən bizə tanış və bir o qədər də nifrət elədiyimiz bir səs eşitdik. –”Ey turklar.Bilıram ki,içarıdasız.On daqıqaya çıxıb taslım olmasaz,sızı tutub dirı-dirı küluvuzu göyə sovaracam. Bəli o, idi.Dərhal tanıdım onu səsindən.Dəfələrlə əsirləri dəyişərkən rabitə əlaqəsində olmuş,bir dəfə də üz-üzə gəlmişdik onunla.Tanımamaq mümkün deyildi onun səsini.Unutmaq mümkün deyildi o iyrənc səsin sahibini.Ən iri miqyaslı hücumlara rəhbərlik edən,ən inanılmaz vəhşiliklərə əl atan,körpə uşaqların dilini,gözünü kəsib çıxaran,qadınların,qızların namusu ilə oynayan,şərəflərinə toxunan,qocalara belə rəhm etməyən Samuel Karapetyan adlı bir qaniçən idi bu səsin sahibi.Mən onu öz qanında boğacağıma and içmişdim və artıq deyəsən məqam yetişmişdi. Biz bir-birimizə baxır və heç nə fikirləşmirdik.Fikirləşəsi bir şey də yox idi.Bu şərəfli yola gələrkən içdiyimiz andı xatırladıq və nəhayət sakit səslə son əmrimi verdim: -Əgər döyüş qurtarana qədər təslim olası olsaq , son gülləni özünüzə saxlayın. -Oldu. -Baş üstə. Buraya daxil olduğumuz qaydada mən qapıda dostlarımsa hərəsi bir pəncərədə sipər tutduq.Bundan sonra bizi mühasirəyə alanların səkkiz nəfər olduğu aydınlaşdı.:ikisi mənə,ikisi Pələngə,dördü Yaquara qarşı sipər almışdı.Birdən güllələrin üzərimizə yağdığını hiss elədim.Atışma başlamışdı.O qədər də asan olmayacağı hiss olunurdu.Atışmanın nə qədər davam elədiyini bilmədim ancaq bir vaxt gördüm ki,atəşi dayandırdılar.Çevrilib Pələngə baxdım.O da eyni vəziyyəti müşahidə eləmişdi. -Bunlara nə oldu? İkimiz də dönüb Yaquara tərəf baxdıq.O,yerində yox idi.Birdən bərk partlayış eşidildi və yenə atışma başladı.Qəribə burası idi ki,bizə heç kim atəş açmırdı.Nə baş verdiyini anlayana qədər bir də baxdıq ki,qarşımızdakı əsgərlər yerə səriliblər.Hələ də nə baş verdiyini anlamırdım.Yerə çökmüş vəziyyətdə çölə çıxdım.Pələng Yaquarın bayaq durduğu pəncərəyə yaxınlaşdı. -Bunların dördü də ölüb.Mən tərəfdəkilər də. -Bəs bunları kim vurdu?Yaquar hanı? Ayağa qalxdım və heç gözləmədiyim,ürəyimi titrədəcək mənzərəylə qarşılaşdım. -Elxan,Elxan deyə qışqıraraq bədənində saysız-hesabsız güllə yaraları ilə yerdə uzanmış Yaquarı səslədim.Amma artıq o həyatda yox idi. Elxan pəncərədən aşaraq üzərində saxladığı ehtiyat qumbarası ilə qarşısındakı dörd düşməni məhv etmiş və bizimlə vuruşan əsgərləri də öldürmüşdü.Bu ona həyatı bahasına başa gəldi.O,bizi,-döyüş yoldaşlarını uşaqlıq dostlarını xilas etmək üçün bizdən gizli plan qurmuş və öləcəyini bilə-bilə bu planı həyata keçirmişdi.O,şəhid olmuşdu və artıq Samuel Karapetyan da öz qanında boğulurdu. Qeyri ixtiyari cəsədinin yanına gəlib diz çökərək başını qucağıma aldım.Xəyallar məni çox uzaqlara,-onunla birlikdə böyüdüyümüz uşaqlıq çağlarımıza aparmışdı.Elə aparmışdı ki,ürəyimi sızıldadan atəşin yanğısını,durmadan gözlərimnən axan yaşı və yanımda oturaraq için-için ağlayan Fərhadın hıçqırtısını belə hiss eləməmişdim. Biz çox çətin döyüşlərdən və amansız işgəncələrdən çıxmışdıq amma heç zaman nəinki qorxmamış,işgəncənin əzabından səsimizi çıxarmamış,hətta üzümüzün ifadəsini belə dəyişməmiş,nə qədər əzab çəkdiyimizi alçaq düşmənə bildirməmişdik.Amma indi bizi bu qədər sarsıdan və göz yaşlarına qərq edən,ürəyimizi titrədən bu ağrı başqa idi və bu ağrıya dözmək çox çətin idi. Şəhid qardaşımın başını sinəmə sıxaraq ürəyimin çox-çox dərinliyindən gələn bir fəryadla Tanrıya yalvarırdım: -İlahi,ömrünü bu vətənə həsr etmiş,millət yolunda vuruşmuş, qan tökmüş və son nəfəsini doğru bildiyi yolda vermiş şəhid qardaşımızı və bütün şəhidlərimizin qisasını almağı bizə nəsib et.İlahi vəhşicəsinə öldürülən uşaq,qoca və qadınların qisasını almağı bizə nəsib et.İlahi bu haqq yolda,sənin yolunda şəhid olmağı bizə nəsib et.AMİN,AMİN,AMİN………..

Müəllif : Bəhrəmli Bəhrəm Filoloq

Yerin quru səthi materik və adalara bölünməklə yanaşı qitələrədə bölünür. Belə bir bölgü insanların coğrafi biliklərinin zəif olduğu zamanlar yaranmışdır. Qədim yunan alimləri ele güman etmişlərki,Avrasiya materiki iki ayrı-ayrı hissələrdən ibarətdir . Onun günbatan tərəfdə yerləşən hissəsini Avropa (qədim finikiyalıların dilində “ereb”-günbatan deməkdir ) , şərqdə yerləşən hissəsini ise Asiya ( “Asu” –gündoğan deməkdir) adlandırmı.lar.

Məşhur ispan dənizçisi Xristofor Kolumb XV əsrdə Atlantik okeanın ən arxasında avropalılara hələ məlum olmayan geniş quru sahələri kəşf etdi. Həm Kolumb həm de ondan sonra gələn Ameriqo Vespuççi ele güman edirlər ki, yeni torpaqlar vahid bir materikdir. Ona görə də orta əsrlərdə yaşayan coğrafiyaçı alimlər əslində iki böyük materiki bir qitə kimi qəbul etdilər.

Amerika qitəsi uzun müddət həm də Yeni dünya adlanırdı. Bundan əvvəl avropalılara məlum olan Avropa, Asiya, Afrika ise birlikdə köhnə dünya hesab edilirdi.

Sonralar, niyə XVII əsrdə dünyanın başqa qitəsi – Avstraliya, nəhayət, XIX əsrin əvvəllərində Antraktida qitəsi kəşf edildi.

Beləliklə “materik” anlayışı böyük quru parçası mənasını verirsə, “qitə” anlayışı dünyanın böyük bir hissəsi mənasında işlədilir.Qitəyə həm materik həm də onun yaxınlığındakı adalar aid edilir.Dünyada altı qitə var : Avropa, Asiya, Amerika, Afrika, Avstraliya, Antraktida.

Hazırladı: Taleh Cəlilov.

İstinad olundu: Materik və Ölkələr coğrafiyası.

Mən Tanrının Şamanıyam

Mən 40 əsrdən çoxdur,

Türk ruhlu şamanam.

Dualarım Tanrı dağlarında səslənir,

Altayların Bozqurdları gecə mənlə ulayır,

Sibiryanın buz küləkləri şerlərimdir mənim.

Mən Tanrını özlüyümdə tapmışam, hər an Tanrıylayam,

Tanrı mənim şerlərimdə, sətirlərimdə yaşayır.

Mən Tıva, Altay, Yakut, mən Türküstan Şamanıyam.

Göy Tanrının şaman ruhlu şairi.

Tanrının qol – qanadıyam

Mən yerdə ağac olmuşam

Əvvəlcə çarmıxda İsa,

Sonra isə xaç olmuşam

Bəşər mənim sətirlərim,

Ruhumda imana gəlim,

Şaman ruhu dediklərim,

Dualara ac olmuşam

Şaman mənəm Altaylarda,

O taylarda, bu taylarda,

Ruhum birləşib Hunlarda ,

Mən bir Yalquzaq olmuşam

Gecənin nurlu ayıyam, İrtışam, Ural çayıyam,

Mən bir Şaman duasıyam,

Tanrıya əlac olmuşam

Dua olub qəlbə dolan,

Tanrını eşidən duyan,

İbrahimdən incik olan,

Qoca Canavar olmuşam

Leylinin derdi Məcnun mən,

Göytürk, Qaraxani, Hun mən,

Ayələrdə Məhəmmədəm,

Mən bir Yalavac olmuşam

Mənə elə gəlir ki, insanlar din üstündə bir – birin ittiham etməkdənsə, hərə öz dinində və düşüncəsində Tanrıya çatsa, Tanrını bulsa yaxşı olar. Tanrı mənim ruhumdadır. Göy Tanrı məni duyur, məni anlayır, o məni eşidir. Sən Altay küləyisən, Saçlarımın ətrini, Türküstana yayırsan Sən Bilalın verdiyi, İlk əzan səsisənmiş, Bəlkədə, məni sorağlayırsan amma sən mənim üçün, bir ulu türk Şamanı, Bir ruh bilicisisən,.. Sən o Tanrı dediyim, Gözümlə görmədiyim, O ilahi bir üzün, məndəki cismisən sən  bir şaman, mən ocaq əsrlər keçsə belə, Turan adlanan yurdda, Bu ocaq susmayacaq Ocağın özü sönsə, hənirtisi qalacaq, Bu dünya daşa dönsə, qorxma ay oğul hələ, Türkü yox olan deyil, Tenqrisi qalacaq Sən ey mənim, yuxumun, Şahı, sultanı şaman, sən tanrının əlindən, doğdun, doğulmamışdan ey ulu Bozqurd, Böri, 600 ildir bu bele, sən Bozqurdumsan mənim, ölsəm göylər gedən, Şaman Ruhumsan Mənim Tanrın özü şairleri, ozanları, yazarları haqq carçısı etdiki, məhz onlar bu dünyada Tanrının sözcüsü olsun. qopuz nərdə, xaqan hanı, ? Gün gələr, quraq Turanı, Göz yaşlarıyam Tanrının, göydən yerə yağıram mən

Nicat Kamaloğlu

Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsi, 2-ci kurs tələbəsi

Dəyərimizi, dəyərli olanımızı tanımırıq. Qəbul eləmirik. Ümumiyyətlə sovet dövləti dağılandan sonra Azərbaycanda dəyər anlayışı arxa plana keçdi. Zaman və şərait insanlarımızı fərdiyyətçi, fürsətcil, mənəvi dəyərlərdən getdikcə uzaqlaşan toplum halına gətirdi. Şəxsən mən tarixə nəzər saldıqda bu xalqı heç qınamıram da. Hələ uzun yüz illər öncədən tarixin hər mərhələsində rast gəldiyimiz işğallar, hücumlar özü ilə yeni dəyərlər, yeni ideologiyalar gətirirdi və biz bu dəyərləri ya xoşluqla, ya da zor gücünə qəbul edirdik. Ən son sovet istilası zamanı kommunist-sosiolist ideyaları xalqımıza təlqin edilmişdi. Lakin bu gün başımızın üstündə bizə ideya, dəyər təlqin edən bir gücün olmaması bizə əsas vermir ki, biz insani keyfiyyətlərimizi getdikcə itirək. Dünyada bütün insanlara, insanlığa aid olan bəşəri dəyərlər anlayışları da var. Tarixin bugünkü mərhələsində biz yaşadığımız coğrafiyanın qarışıq siyasi-strateji vəziyyətinə baxmayaraq həmin bəşəri dəyərləri qəbul etməli, inanmalı və bununla da itirilmiş milli psixologiyamızı bərpa etməliyik. Təbii ki, bütün bunlar insanların inancları və düşüncələri fonunda baş verəcəkdir. Və biz zaman keçdikcə bəşəri dəyərlər müstəvisində özümüzə xas milli dəyərlərimizi formalaşdıracağıq. Bu bizim, varlığı, keçmişi, gələcəyi, taleyi, bugünkü fəaliyyətimizdən asılı olan gələcək nəsillərimizin qarşısında müqəddəs borcumuzdur…. Tarix özü hər şeyin layiqli qiymətini verəcək!

Keçmişlərin əmanətidir deyə deyil (necə əmanət etdikləri bəllidir) gələcəkdəkilərin haqqıdır deyə sahib çıxmalıyıq ölkəmizə, vətənimizə, insanımıza…. Onlar bizdən fərqli olaraq yüz il öncəki mühiti yaşamasınlar deyə, inkşaf etmiş ölkələrə baxıb həsəd aparmasınlar deyə, layiq olduqları səviyyədə yaşasınlar deyə çalışmalıyıq, mübarizə aparmalıyıq… Bunun üçün ilk növbədə ölkəmizə, dövlətimizə, insanımıza sahib çıxmalıyıq… Əsas olan dövlətdir. Bizim dövlətimiz bizim (Azərbaycan insanının) sabahımızın təminatıdır. Və əgər uzun vədəli siyasi çəkişmələr fonunda dövlətin varlığı zaman-zaman kəsintilərə uğramasa, o zaman davamlı inkşafa nail olmaq olar…

Bizim milliyətçiliyimiz faşizm deyil. Bizim milliyyətçiliyimiz irqçilik deyil. Bizim milliyyətçiliyimiz düşmənçilik deyil. Bizim milliyyətçiliyimiz dostluqdur! Vicdandır! Dürüstlükdür! Bizim milliyyətçiliyimiz hücuma, məhv etməyə deyil müdafiəyə, qurmağa, yaratmağa hesablanıb. Əgər hücuma hesablansaydı hər an imperialistlərin əmrinə tabe olan şərəfsizlərdən heç bir fərqimiz olmazdı. Milliyyətçiliyimiz üçün ən önəmli məsələ insandır! İnsanın taleyi, şərəfi, həyatıdır! Bizim milliyyətçiliyimiz bizim duruşumuzdur! Fəxrimizdir! Şərəfimizdir!

Mübarizəyə davam edəciyik. Müstəqilliyimizi qoruyacağıq. Müstəqilliyimizi qorumasaq millət deyil, azlıq olarıq (yəni azlıq olmarıq da, o münasibəti göstərə-göstərə bizi azlıq edərlər). Azlıq olarsaq Aərbaycanı itirərik. Damarlarında bir damla qan qaldıqca TÜRK müstəqillik davasından, hürriyyətindən, suverenliyndən imtina edərmi? İmtina etməz!
Biz də imtina etmirik! Etməyəciyik! Hər kəs bundan əmin olsun!

Biz Türklərin ölüm qorxusu olsaydı, hələ min il əvvəl Ergenekondan çıxa bilməzdik! Ona görə də bizim Qarabağ, Güney Azərbaycan, Mosul, Kərkük, Süleymaniyə, Kipr, Ötükən, Uyğur Elləri xəyallarımız heç vaxt bitməyəcək! Heç bir qorxu bizi xəyallarımızdan, ideallarımızdan döndərə bilməyəcək! Və bu xəyallar bir gün gerçək olacaq !
Tengri biz menen!
Tanrı Türkü qorusun

Bəhrəm Allahverdiyev

filoloq

Mən Türk milliyətçisiyəm Ergenokandan başlamış, Kürşadın 40 igidi ilə Çin sarayını talan etmiş, Tanrı dağlarından Qafqaz dağlarına, Dünyanın dörd bir yanına yayılmış, əsrlərlə milyonlarla Şəhid vermiş Anlı-Şanlı bir məfkurənin daşıyıcısıyam.  Nə müxalifət nə iqtidar?! Siz nədən bəhs edirsiniz ?!

Məgər bizim məfkurəmiz bir siyasi partiyanın çərçivələrinə sığacaq qədər kiçikdirmi?

Yox əsla!!!

Məlum məsələdir partiya ideologiyası iqtidara gəlmək üçün bir rəqabət zəminidir. Hakimiyyət uğrunda siyasilərin xalqı el dilində desək “Güdaza” verməsidir.

Türk Milliyətçisi bir xalqın iqtidara gəlməyə ehtiyacı yoxdur. Zatən Dövlət idarəsi, Dövlətin dərdi Xalqın sıxıntısı Milliyətçilərin çiynlərindədir.

Milliyətçilər Dövlətin “Mülkiyyəyi-əmirləridir”.

Bizlər üçün ilk öncə Dövlətin varlığı, Millətin birliyidir.

Hər zaman məni bu mövzu narahat etmişdir, Milliyətçi gəncliyin hansısa siyasi partiya və ya təşkilata mənsub olduğunun söylənməsi və ya Milliyətçilərin yıxıb-dağıdan gənçlik olaraq qələmə verilməsi.

Əsla! Bu bağışlanmaz bir səhvdir.

Doğrudur mövzu Vətən olduğu zaman Milliyətçi məfkurənin edə bilməyəcəyi heç nə yoxdur. Lakin Türk Milliyətçisi  son nəfəsində belə ətrafına işıq saçan bir çıraqdır, Vətən eşqi ilə yanan çıraq…

Əfsuslar olsun ki, “Boz Qurd” işarəsini hansısa partiyaların ayağına bağlayırlar. Boz Qurd Türklüyün simvoludur və heç bir siyasi, dini partiya və ya təşkilatla əlaqəsi belə yoxdur.

Bu məfkurə demək olar ki, Dünyanın hər yerinə yayılıb. Təsəvvür edin Kanadada Toronto ərazisində binaların birinin löhvəsində böyük həriflərlə yazılıb “TORONTO ÜLKÜ OCAQLARI”. Necə də qürur duyur insan İlahi…

Bayraq enməsin deyə minlərlə Şəhid vermiş bir məfkurənin daşıyıcısı olmaq necə də qürur verir insana Ya Rəbb!

Heç bu davanı hansısa siyasi oyunlara alət etmək olarmı?!

Əsla!!!

Bu yola könül verənlərin yanı sıra milliyətçilik libasına bürünmüş Qurd postu geyinən çaqqallar da az deyil.

Boz Qurdlarla birlikdə manqurdlar da az deyil.

Yəqin ki bir çoxunuz Manqurd kəliməsini eşitmisiniz.

Nədir Manqurd?

Juan-Juan adlı barbar bir cəmiyyət məhbus etdiyi kəsləri işə yarar kölələr halına gətirmək üçün yaddaşlarını silərək “manqurd” halına gətirirmiş..!

Bir insanı “manqurd” etmək istədiklərində bax gör nə edirlər:

– Dustaq adamın saçları yaxşıca qırxınır,

– Başına dəvənin boyun dərisi dartılaraq keçirilir,

– Dustaq başını yerlərə vurmasın deyə bir kötüyə bağlanır,

– Ürək parçalayan qışqırıqları duyulmasın deyə əlləri ayaqları bağlı olaraq kimsəsiz bir yerdə isti günəş altında dörd beş gün ac-susuz buraxılır,

– İstinin təsiriylə dəvə dərisi büzülüyor və bir məngənə kimi başı sıxışdırır,

– Dəvə dərisinin artıq baş dərisiylə inteqrasiya olunmağa başlamasıyla qırxılan saçlar yenidən uzanmağa başlayır,

– Lakin, dəri başa o qədər yapışır ki, onsuz da sərt olan dəvə dərisi istinin təsiriylə yaxşıca sərtləşir və uzanan saçlar dərini deşib uzanmasına davam edə bilmir,

– Bu səbəblə saçlar başın xarici istiqamətində deyil, içinə doğru uzanmağa başlayır,

– İstidən büzüşən dəvə dərisinin kəlləyə etdiyi təzyiq və başın içində tərs istiqamətdə uzanan saçların kəlləni dəlib, beynə doğru irəliləməsiylə məhbus böyük ağrılar çəkir,

– Beşinci günün sonunda məhbusların çoxu ölür,

– Sağ qalan məhbus zamanla özünə gəlir; yeyib içərək gücünü yığışdırır.

– Amma o artıq bir insan deyil; ölənə qədər keçmişini xatırlamayan “manqurd” olmuşdur. Artıq yaddaşı yoxdur…

Kim olduğunu, hansı nəsildən gəldiyini, anasını, atasını və uşaqlığını bilməz hala gəlir.

Düşünmürlər …

İnsan olduğunun fərqində deyil. Ağzı var, dili yoxdur; qaçmağı belə düşünməyən, heç bir təhlükə kəsb etməyən bir kölədir yalnız.

Şüuru, mənliyi olmadığı üçün, yalnız ağasına boyun əyən bir kölə …

Bəli … manqurd, onun üçün əhəmiyyətli olan tək şey əfəndisinin əmrlərini yerinə yetirməkdir …

Manqurdlar əlbətdəki bizlər istəməsək də varlar var olacaqlar amma şükürlər olsun ki, Türk Dünyasında yetərincədə Bozqurdlar var.

Türk milliyətçiləri heç bir zaman kreslo, vəzifə, iqtidar uğruna kimlərəsə baş əymirlər.

Hər bir vəzifə, hər bir kreslo mənim məfkurəmdən qat-qat aşağıdadır.

Var olsun İrqimin TURAN məfkurəsi…

 

Mərdan ORUCOĞLU

Azərbaycan Cumhuriyyəti Ankara Səfirliyi Giresun Nümayəndəsi,

Qaradəniz Bölgə Konsey başqanı, Beynəlxalq Tələbə Nümayəndəliyi başçısı

Güllü Yoloğlu

türkoloq

Yüzillər boyu Türk tarix yaradıb, gündoğandan günbatana, günbatandan gündoğana – Böyük Çölə bir çox imperatorluqların, dövlətlərin adını yazdırıb. Bütün bunların sələfləri olan bugünkü türk dövlərləri, muxtar respublikalar, azsaylı türk topluluqları türkün möhtəşəm tarixinin olduğunu, Avrasiyaya sahibliyini bir daha sübut edir.

Təsərrüfat sahələrinin yaratdığı mübahisə və müharibələr, ətrafdakı xalqlarla, dövlətlərlə münasibətlərin öz dövlətinin mənafeyinə uyğun qurmaq, yeri gələndə savaşan tərəflərə müəyyən şərtlər müqabilində dəstək vermək, bəzən böyük əraziləri ələ keçirtməklə yanaşı, onları əldə saxlamaq kimi çətin vəzifənin öhdəsindən gələ bilmək bacarığı, dövrün böyük dövlətlərilə bərabərhüquqlu siyasət yürütmə qabiliyyəti də türklərin zəngin və keşməkeşli tarixinin bir parçasıdır. Elə bunun nəticəsi idi ki, dağılan hər türk dövlərtinin yerində yeni, daha güclü dövlət yaranırdı…

Türk tək güclü dövlətlər qurmayıb, eyni zamanda həm heyvandarlıqla, həm də əkinçiliklə bağlı zəngin mədəniyyət yaradıb. Onun at oynatdığı, qılınc çaldığı, sürülərinin keçdiyi, kotanlarının işlədiyi Böyük Çölün bir çox xalqları bu günə qədər də həmin mədəniyyətin izlərini yaşadırlar…

Daim təbiətin “şıltaqlıqlarından” asılı olan türklər onun oyanmasını, canlanmasını xüsusi həyəcanla izləyiblər. Müşahidəçi babalarımız səma cismlərinin yerdəyişməsini, gecə ilə gündüzün vaxtının uzanıb qısalmasını, təbiətdə baş verən digər dəyişiklikləri illərlə, əsrlərlə sınaqdan çıxararaq inamlar, mərasimlər, ayinlər şəklində günümüzə miras qoyublar. Təbii ki, babalarımız sadəcə seyrci olmayıb, bacardıqları qədər bu, ya da digər təbiət hadisəsinə öz münasibətlərini bildirib, bir çox hallarda onlara təsir göstərməyə çalışıblar. Bu təsir kəsilən qurbanlar, verilən paylar, hay-küy, tamaşalar… şəklində olub, yəni hər şeyin hami ruhu, yiyəsi olduğunu düşünən ulularımız yeri gələndə xarakterlərinə, çəkilərinə görə bu yiyələrin könlünü xoş etməyi, yeri gələndə hədə-qorxu gəlməyi, yeri gələndə kədərlənməyi, yeri gələndə kinayəylə, istehzayla yanaşmağı da bacarıblar… Bu gün astronomiya elminin, onunla bağlı texniki vasitələrin inkişaf etdiyi bir vaxtda xalqın dilində söylənilən kosmoqonik miflərin, rəvayətlərin, sınamaların, inamların nə qədər əsaslı olduğu bir daha ortaya çıxır…

İlin ən uzun, ən qaranlıq gecəsi, yəni dekabrın 21-dən 22-ə keçən gecə dünya xalqlarının əksəriyyəti tərəfindən ayrı-ayrı adlar altında qeyd olunur. Niderlandda bu gün Müqəddəs Tomas günü, Çində Dunçcitsze bayramı, Azərbaycanda Böyük Çillənin gəlişi (Çillə gecəsi), İran türkləri arasında Çillə gecəsi, farslarda Şəb-i Yelda – Yelda gecəsi, slavyan mifolojisində isə Karaçun kimi qeyd olunur…

Vaxtilə Osmanlıda Yelda gecəsi, yəni ilin ən uzun, ən qapranlıq gecəsi ilə bağlı bir beyt dillər əzbəri idi:

Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir

Müptela-yı gama sor kim geceler kaç saat.

Məşhur Türküstan şairi İshakxan İbrət (1862-1937) yazırdı:

Ahim tü tümle çozgarim.

Yelda tünidey qara bolubdur.

(Ahımın tüstüsündən həyatım

Yelda gecəsitək qara olubdur).

Oğlaq bürcündə Günəş 0 dərəcəlik açılır. 0 dərəcə həyat enerjisinin başlanğıcı olaraq qəbul edilir. Əski xalq inancında 21 dekabra “ayna günü” də deyilir. Dekabrın 21-dən 22-ə keçən gecə Günəşin yenidən doğulmasına inanırlar. Bu gecə Günəş öləcək, sabah isə yenidən doğulacaq. Xürrəmilər də Yelda gecəsini Xorrəm-Ruz (Mübarək Gün) kimi qeyd edirdilər…

Klassik ədəbiyyatda özünə dərin kök salan “şəb-i yelda”, “yelda gecəsi” ilə gözəlin qaşlarının, gözlərinin, saçlarının, onsuz keçən günlərin qaranlığı müqayisə olunur.

XV yüzil Osmanlı şairlərindən olan Əhməd Paşa sevgilisinin saçlarını şəb-i yeldaya, yanaqlarını al-qırmızı Novruza bənzədir, uzun qış gecələrindən sonra gələn al-qırmızı Novruzla qara saçlar arasında paralellər aparır:

Ey müneccim ruh u zülfin göricek dilberümün

İyd-i nevruza bulaşmış şeb-i yelda göresin.

“Çillə” (qırx) sözünün türk xalqları arasında əsas mənası “ağırlıq”, “çətinlik”, “ağır sınaq”dır.

Bir çox xalqlarda, o cümlədən də özbəklərdə həm yay, həm də qış çilləsi var. Belə ki, 22 iyundan üç gün sonra, yəni iyunun 25-dən avqustun əvvəlinə qədər 40-41 günlük dəhşətli istilər “Yay Çilləsi”, ya da “Suroton”, 22 dekabrdan üç gün sonra, yəni 25 dekabrdan başlayaraq fevralın 5-ə qədər davam edən soyuqlar isə “Qış Çilləsi” adlandırılır. Qaraçay-malkarlıla çilləyə həm “ipək”, həm də “soyuq” anlamı verirlər. Onlarda da çillə həm yayda (“Çay Çillə”), həm də qışda (“Kış Çillə”) olur. Deyirlər ki, “kış Çillə üç ayın başını görür”. Bunlar yanvar, fevral və mart aylarıdır. Qış çilləsi girəndən 20 gün sonra “kış yaşlandı” deyirlər. Çillədən sonra gələn üç günün adına “Sarı Tamız”, onun arxasınca gələn üç günə isə “adsız günlər”, onların arxasınca gələn doqquz günə “Baldıracüz” deyirlər. Xalq arasında söyləyirlər ki, bu günlərdə Baldıracüz Çilləyə deyir: “Mən sənin qədər uzun olsam, beş yaşındakı öküzün buynuzlarını qoparıb alardım. Amma çəmənin qoxusu burnuma gəlir, gücüm məni tərk edir”. Burada “Çillə” Azərbaycan folklorundakı Böyük Çillə, “Baldıracüz” isə Kiçik Çillədir…

Türkmənlərdə Ulu Çillə (Böyük Çillə) dekabrın 22-dən yanvarın 30-a qədər davam edir. Kiçi Çillə (Kiçik Çillə) 22 gün, yəni 22 fevrala qədər uzanır. 22 fevral qışın son günü hesab olunur.

Anadoluda qış fəsli 90 gün olaraq iki yerə bölünür: İlk Kara Kış (Ərbain) dekabrın 21-də başlayıb yanvarın sonunda bitir və 40 gün çəkir. Son Kara Kış (Hamsin) fevralın 1-də başlayaraq martın 21-də başa çatır.

Adətən, zəif adam haqqında deyirlər: “elə bil çilləyə düşüb”, “elə bil çillədən çıxıb”, “elə bil çillə çıxardıb”.

Türkmənlər çillə kəsmək ayininə “kırk çillədən çıkarmak”, uşağın qırx saçına isə “çillə saç”, ya da “qalpak” deyirlər. Eyni inamın izlərinə qaqauz, kırımtatar… kimi türk boylarında da rast gəlirik.

22 dekabr gününün xalqın həyatında iki önəmli yeri var. Bu, həm qışın ilk günü (Çillə gecəsinin keçirilməsi məhz bu günlə bağlıdır), həm də Günün doğması, günlərin uzanmasının başlanğıc günüdür. Bu münasibətlə də Gündoğan bayramı keçirilir… Əslində elə yeni il Gündoğanla, Günəşin doğuşu ilə başlayır. Çünki Günəş həyat deməkdir… Onun əsl doğuşu isə məhz 22 dekabrda, işıqlı günlərin qaranlıq gecələrə qalib gələrək yavaş-yavaş uzandığı anda baş verir. 22 martda isə sadəcə gündüz gecə ilə bərabərləşir, ertəsi gündən onu ötməyə başlayır.

Böyük Çillənin girişi ilə xalqların bir çoxu Gündoğan bayramına hazırlaşır…

Narduqanı, Nardoğanı, Gündoğanı bəzən İdel-Uralın yeni ili də adlandırırlar. İslamaqədərki bayramlar arasında özünün özəl yeri olan Narduqan bölgənin bir çox xalqlarında qeyd olunur.

Tədqiqatçılara görə, Narduqan monqol dilindəki “nar” (Günəş), türk dilindəki “tuqan” (doğulan, doğan) sözlərindən əmələ gəlib. Tatarca bu bayrama “Koyaş Tua”, yəni “Günəş Doğan” gün deyirlər, tatarların bəzi qrupları, başkortlar, udmurdlar “Narduqan”, “Marduqan”, mişar tatarları “Raştua”, çuvaşlar “Nartavan”, ya da “Nartuken”, erzyalar “Nardava”, mokşalar “Nardvan” deyirlər. Təbii şəraitdən asılı olaraq Nardoğan bayramının keçirilməsində az da olsa, zaman fərqinə rast gəlirik…

Hər bir bayramın keçirilməsində olduğu kimi, Narduqan bayramı da mahnılarla, tamaşalarla, falabaxmalarla, idman yarışları ilə zəngindir… Axşam düşən kimi gənc oğlanlar, qızlar dəyişik paltarlar geyinərək özlərini tanınmaz hala salıb qapı-qapı gəzir, səhnələşdirilmiş tamaşalar göstərirlər. Adətən, gənc oğlanlar qoca qarı, qızlar isə qoca kişi paltarı geyinib hər kəsi Nardoğana dəvət edə-edə məhəllə-məhəllə gəzir, tamaşa göstərir, mahnı oxuyur, əvəzində isə müxtəlif bayram şirniyyatları, hədiyyələr alırlar. Adətən, xoşbəxtlik, taxılın, çovdarın bol, inəklərin, qoyunların südlü, buzovların, quzuların çox olması ilə bağlı alqışlar oxunur.

Öncədən nəzərdə tutulmuş həyətə toplaşanlar qarı paltarı geyinmiş oğlanın cəhrə arxasına keçərək yun əyirməklə məşğul olduğunu görürlər. Qoca kişi paltarı geyinmiş qız əlindəki süpürgəni havada yellədə-yellədə “qarıya” deyinir, hədə-qorxu gəlir. Birdən o, öncədən hazır duranlardan birinin əlindəki su dolu şüşəni qaparaq ətrafa toplaşanların ətəklərini su ilə isladır. Şən zarafatlarla müşaiyət olunan bu tamaşa rəqslə, musiqi ilə başa çatır. Adətən, qarı paltarı geyinən oğlanlar ətrafa toplaşan al-əlvan bayram libaslı gənc qızlara göz qoyur, onları rəqsə dəvət edirlər. Qılıqlarını dəyişmiş qızlar da qoca kişi paltarında xoşlarına gələn oğlanın həyətinə girməyə çəkinmirlər. Başqa vaxt onlar təbii ki, bu addımı atmazlar. Bayram günləri görüşənlər bir-birinə alqış deyirlər:

“Narduqanım nar bulsın,

Gündoğanım gün olsun,

Eçe tulı nur bulsın!

İçi dolu nur olsun!”

Evlərdə bu günlərdə şirnili, şəkərli un məmulatları hazırlanır. On iki gün davam edən Narduqan bayramında fala baxmaq adət halını almışdır. Ümumiyyətlə, hər yeni il insanda gələcəyə ümid, maraq, bəzən də onu dəyişmək həvəsi, istəyi yaradır. Falabaxmalardan biri “Yezek salu” (“üzük salmaq”) adlanır. Gənc qızlar gecə onlardan birinin bulaqdan arxasına baxmadan gətirərək ortaya qoyduğu su dolu qabın başına toplaşır, suya üzük, bəzən də düymə atır, sonra da fal xarakterli bəndlər oxuyurlar. Ən gənc qızın sudan çıxartdığı əşya kimə məxsusdursa, mahnının sözləri də ona aid olur. Təbii ki, bütün bunlar bizə ilin, ayın Axır çərşənbəsindəki, İl başındakı falabaxmalarımızı xatırladılar…

Qədimdə Günəşin zəfərini bütün işlərində təbiətlə hesablaşan türklər ağ küknar ağacının altında qarşılayır, onun budaqlarından müxtəlif yeyəcəklər asır, al-əlvan iplər bağlayaraq dilək diləyirdilər.

Qeyd etmək lazımdır ki, doğrudan da eyni mahiyyət daşıyan, uzun zaman bir-birinin mədəniyyətinin təsiri altında qalmış qonşu xalqların həyatında önəmli rola malik olan bayramları ayırmaq çətindir. Buna səbəb də onlardakı adətlərin, ayinlərin bir-birinə çox bənzəməsidir. Məsələn, qədim Azərbaycanda və İranda insanlar bir yerə toplaşıb çilləni qarşılayır, çillə qarpızı kəsib yeyir, çalır, oxuyur, sabahacan yatmır, “dan atırlar”. Bu da fərqli adlar altında keçirilən mərasimin mahiyyətinin, məqsədinin eyni olduğundan irəli gəlir. Günümüzdə əksər türk xalqlarının həyatında hələ də yaşayan “Nardoğan”, yəni “Gündoğan” bayramı da eyni məqsədlə, məramla keçirilir, həmin gecə hamı Günəşlə birgə olduğunu, onun tərəfini tutduğunu bildirmək məqsədilə müxtəlif ayinlər icra edir, əyləncələr keçirir. Ertəsi gün isə hər kəs Günəşin qələbəsini bayram edir.

Eyni iqlim kəsiyində yaşayan insanlar da Günəşdə baş verən dəyişiklikləri görür, uzun qaranlıq gecələrin onların təsərrüfat həyatlarını dondurduğunu dərk edir, bundan keçirdikləri narahatlıq hissi 21 dekabrdan 22 dekabra keçən gecə daha da artır. Nəhayət, ertəsi gün Günəş bu mübarizədən qalib çıxır. Hər kəs Gündoğan bayramını qeyd edir, bir-birini görərkən “Üzünə Gün doğsun!”, “Günün ağ olsun!”, “Ağ Günə çıxasan!” deyə alqış söyləyirlər. Cavab olaraq da “Səninlə belə”, “Səninlə birgə” deyirlər. Beləcə, insanlar bu bayram sevincini tam 10-12 gün yaşayırlar… Gündoğan bayramı 31 dekabrda keçirdiyimiz Yeni ili də içinə alır…

Bizcə, Gündoğan bayramımızı bərpa eləməyin vaxtıdır! Beləcə, Yeni İl bayramına kimlərəsə xas bayram kimi baxanların şübhələrinin dağıdılmasına, türk xalqları ilə də bağlı olduğunu aşılamağa şərait yaratmış olarıq… Əslində elə Günəşin yenidən doğulması yeni ilin başlanğıcıdır. Hamınıza yeni ildə xeyir, bərəkət, uğur, ən əsası isə can sağlığı arzulayırıq… Can sağlığı olan yerdə hər kəs bu cəmiyyətdə layiq olduğu yeri tutacaq!..

XƏBƏR LENTİ