Bazar Ertəsi, Yanvar 23, 2017
"Gənc Yazar"

Dialoq.info gənc şair Fuad Cəfərlinin şeirini təqdim edir

 

Unudarıq

Ağlama, dağlar qızı ,ağlama..

Biz Uşaqlığımızı unutmuş adamlarıq,

Bir birimizi unutmağa nə var ki?

Ağlama, dağlar qızı ,ağlama

Biz nələrlə barışmadıq ki,bununla da barışarıq!

İnan mənə ,

inan, biz hamıdan daha yaxşı yadlaşarıq.

Bax görürsən, dodağimıza qonan o nəğmə

Gör necə göy üzünə qarışdı,

Sanki insanlar da birdən birə başqalaşdı,

Elə bil dostlar azacıq qəddarlaşdı,

düşmənlərləsə bizlə dostlaşdı..

Ağlama, dağlar qızı ,ağlama..

Hamısını birlikdə unudarıq,

Hamısını bir- bir unudarıq..

Sən yollardakı məni,

Mən dayanacaqdakı səni..

Sən sualları , Mən cavabları ..

Birimiz küləklə dolub daşan bu şəhəri,

Birimiz isə küləyə bulaşmayan dağları unudarıq..

Təmkinlə bir -bir tələsəmədən hamısını unudarıq..

Ağlama, dağlar qızı ,ağlama..

Biz uşaqlığımızı unutmuş adamlarıq..

Dialoq.info Pirəli Nurtacın şeirini təqdim edir.

 

Bağışla

 

ümidimin puç olmuş məhəbbət dünyasında

Bu dünyada bir azca sevgimizin payında

Bacarırsan ,bağışla

dünyamızın səsində alınmadı,

olmadı ürəyinin səsində səni üzdüm,

əzizim, mən heç sevə bilmədim

çalış məni bağışla

Inanmmıram sevgiyəŞ məhəbbətə, hisslərə

Dünyanın,belə özünə inam qalmadı məndə,

çalış məni bağışla

sədaqətə inamım,insanlığa güvənim

inam qalmayıb məndə

çalış məni bağışla

Məhəbbət bir dənizdi

əvvəl sənə xoş gələr

Tezliklə əsəbləşər,

sən batarsan sevgiyə.

Mən batmaq isdəmirəm

Bu məhəbbət dənizində

Mən sevmək isdəmirəm,

Çalış məni tez anla,

Çalış məni bağışla !

Dialoq.info  Ağcabədi Pedaqoji Kollecinin laborantı Çinarə Quliyevanın essesini təqdim edir.

 

Yenə gəldi sakit, qaranlıq, səssiz gecə. Və o ecədə parlayan ulduzlar. Qaranlığın ənginliklərində ay.

Sanki, o da ətrafdakı ulduzlara rəğmən təkdir. Kədərdən üzünə ləkələr düşmüş aya baxarkən, onda sənin simanı canlandırdım. Onunla, sanki, səninlə söhbət edirmiş kimi söhbət etdim. Uzun müddət dərdləşdim. Uzun-uzun səni nə qədər çox sevdiyimdən danışdım. Arxa çevirmədi mənə, sakitcə dinlədi. Sanki, o da eyni şeyləri yaşayırmış kimi kədər çökdü üzünə. Qara buludlar arxasında gizləndi bir an.. kədəri görünməsin deyə mənim kimi. Kədərimi gizlətməyə çalışdığım günün bitməsini və gecənin səssizliyinin gəlməsini gözləyirəm səbrsizliklə.

Nəhayət, o səssiz gecə – kədərdən üzünə ləkələr düşmüş ay və mən. Sakitcə dərdləşirik. Hərdən gizlənir buludlar arxasında onu gizlətsin deyə. Nisgilini. Bəlkə də, mənim üzümdəki hüznü, gözlərimdəki qaranlığı görməmək üçün gizlənir.. öz kədərini bəhanə edərək. Amma bu gecə ay, sanki, mənə küskündür. Görünmədi, gizləndi uzun-uzun. Sakit, qaranlıq otaqda gecənin səssizliyini dinləyib sənsizliyin kədərini yaşayıram indi. O ötən günləri bir-bir xəyalımda canlandırıb nə tez bitdiyini düşünürəm. Bax buraxdığın o əllər artıq buz kimidir. O gözlər artıq parlamır, sevgiylə baxmır heç kəsə, qaranlıq çöküb üzərinə. Qəlbimin döyüntüsü duyulmur.

Bəlkə də, sən uzaqda xoşbəxtsən. Bəs arxanda buraxdığın yaşlı gözlərdən xəbərin var mı? Gözlərimdən süzülən yaşlardan, ürəyimdən qopan fəryad dolu fırtınalardan xəbərin var mı? Getdiyin yollara dikilib gözlərim… bəlkə, dönərsən deyə. İz saldığın izlərdən soruşur səni sözlərim.. bir xəbər var mı deyə. Sanki, hər şey lal olub. Səni məndən qoparan yollar belə suallarıma cavab verə bilmir.

Bax, sevgilim! Dön bir geriyə bax! Ardında buraxdığın yaşlı gözlərin, qırdığın qəlbin fəryadını duy. Yuxularıma da gəlmirsən artıq. Onlar da sənə küskündür. Son nəfəsdəyəm, duy səsimi …

Dialoq.info şair Vasif Əlihüseynin şeirini oxuculara təqdim edir

 

ANAMIN XATİRƏSİNƏ

Ağzımızın çörəyə çatan vaxtı idi,

təzə başlamışdıq ayaq üstə durmağa

evin böyük oğlu olmaq bilirsiz nə deməkdi

Anama oğul olmuşdum, qardaş olmuşdum,

dost olmuşdum həm də…

xırda – xırda başladı ağrıları,

adi ayaq ağrısı kimi.

Sonra,

elə ayaqlarını üzdü bu dünyadan anamın.

Heç kim bilmirdi harda olduğumu onda,

anamın ağrıyan ayaqlarına sarılıb yatırdım hər gecə.

Sevdiyimi də unutmuşdum,

yazıq qız anamın sağalmağını gözləyir hələ də…

Elə bil gözü var idi ağrıların ancaq,

axşam düşən kimi başlayardılar…

Bir dəfə yuxuda gördüm ki, anam ölüb,

durub anama danışdım, ağladı.

Dedilər ki, ömrü uzun olacaq amma,

sonradan bildim səhərə yaxın

yuxuların doğru olduğunu.

Dünyanın ən çətin gözləntisi

analiz cavabını gözləməkdi özü də ananın.

O, gün üç gün yatmadım

əllərimi qaldırıb yerimin içində dua etdim Allaha…

dua etdim ki, nə xəstəlik olur, olsun

bircə xərçəng olmasın amma,

gəldi xərçəng oldu.

ağladım,

qızarmış gözlərimlə girdim otağa

anam üzümə baxıb güldü:

  • niyə ağlamısan, nəsə var, mənə demirsən?!

dondum, dondum və elə hönkürdüm:

vallah heç nəyin yoxdu,

sadəcə qanına mikrob düşüb, sağalacaqsan.

sarılıb ana – bala könkürdük

elə bil bilirdi ayrılacağımızı.

sonra nə istədiyini soruşdum

armud istədi. bacım armudu doğradı

hərəmiz bir iki dilim yedik.

Ta səhərisi nə oldu bildiniz yəqin…

Hələ də çiyinimdədi tabutunun ağırlığı,

o qədər ağır idi ki,

elə bil lap dünyanın dərdi sərini aparırdı özüylə.

indi oturub, qollarımda qəbirə qoyub getdiyim

Anam üçün darıxıram o, gündən.

 

Dialoq.info Uğur Canbolatın “Qapalı tunel sindromu” hekayəsini təqdim edir. Tərcümə gənc şairə, tərcüməçi Aydan Umudova tərəfindən edilib.

                                                                                                                           “İşıqlardan könlümüzə pay salaq”

 

                                                                           Qapalı tunel sindromu.

Düzü, təsvir edilmiş belə bir sindrom varmı, dəqiq bilmirəm.

Bir müddətdir ki, özümün və dostlarımın bəzi davranışlarını müşahidə edib bu cümləni qurdum. Eşidənlər belə bir xüsusun olub-olmadığını soruşdular.

Bu istiqamətdə təsvir edilmiş belə bir sindrom olmasa da bəzi hallarımızın tam bu vəziyyətlə uyğun ola biləcəyini düşünürəm.

Bəzən gözlərimizə qara eynək taxaraq ətrafa onunla nəzər yetirib pisləyirik hər nə varsa…

Buna istəsəniz “Biz adam olmarıq, qardaş” sindromu da deyə bilərik. Ya da “Necə olacaq bu məmləkətin halı” sindromu… Yəni adının əhəmiyyəti yoxdur…

Sadəcə yaşadığımız bu neqativ hala diqqət yetirmək istəyirəm. Məqsədim budur.

Bu pessimistlik halı başladığında qonaqlığın qısa davam etməsini təmin etmək lazımdır. Məlum olan qonaqlıq üç gündür.

Çoxu zərərdir…

Əgər daha çox qalmasına icazə versək bizi əhatələyərək bütün mənliyimizə adətən sirayət etmiş olar.

Artıq biz özümüz olmaqdan çıxaraq əvvəlki müsbət, pozitiv insan yerinə “Qaralara bürünmüş” bir kimlik qazanmış olarıq.

Və bu zaman dilimiz neqativ çevriləcək, var olan heç bir gözəllik gözümüzə görünməyəcək. Könlümüzdə sevinc qalmayacaq.

Dünya gözümüzdə matəmə bürünərək hər yer adətən “Kərbəla” olmaqdad davam edəcək.

Dünyada meydana gələn acı hadisələr, xüsusilə də çevrəmizdə yaşanan mənfiliklər də bu ruh dünyamıza əlavə olununca pessimistlik yaranır. Ölkəmizdə yaşanan hamımızın ürəyini yaralayan hadisələri düçünməyə belə dilim gəlmir.

“Qapalı tunel sindromu”na tutulduğumuzda nemətləri görə bilməmək kimi bir bəlanının içinə düşürük.

O zaman şükrsüz əllərin sahibinə çevrilirik. Duasız olur dilimiz. Həmdsiz olur ürəyimiz.

Rəhmət çağırmır mənliyimiz, özümüzü davamlı müsibətə hazır bir vəziyyətə sürüklüyürük…

Keçmişlərin bu prinsipi nə qədər vacibdir və nə dərəcə möhtacıq bu ünsürə. Nəydi o?

“Şükr neməti çoxaltdığı kimi naşükrlük də müsibəti çoxaldır”.

Vacib bir qanundur bu… Çox həyati… Üstəlik getdikcə unutduğumuz, uzaq qaldığımız bir prinsipdir.

Şükr edən bir qəlbə sahib olmaq istəyiriksə bu qanunun ətəyindən yapışmaqdan başqa çarəmiz yoxdur.

Bir an düşünün…

Şükr edən bir qəlbə sahib olmayan insanı hansı varlıq zəngin edə bilər?

Hansı əyləncə xoşbəxt edə bilər? Bundan daha böyük kasıblıq ola bilərmi?

Keçən dəfə facebookdan dostum bir film epizodu göndərdi… Üzərində bu cümlə yazılmışdı: “De görüm bir ev nə zaman ev olar?

Yeri döşəyib boyanı vuruncamı, yoxsa çayı dəmləyib pərdələri çəkincəmi?”

Mənə çox mənalı gəldi. İş yenə gəlib duyğuya, könülə, şükrə, baxış tərzimizə dayanmaqdadır.

Hansı pəncərədən baxdığımızla çox əlaqəlidir bu vəziyyət… Gözəl baxıb, gözəl düşünmə xüsusiyyətlərini itirdiyimiz zaman, axşam çəkilən pərdənin qazandırdığı məhrəmiyyəti, istiliyi başa düşə bilmərik.

Bir stəkan çayı sevdiyinin əlindən məhəbbətlə içməyin fərqində ola bilmərik.

Sevdikləriylə birlikdə içdiyi bir stəkan çaya qiymət verə bilməyən digər nemətlərə də çox təəssüf ki dəyər verməz.

Şükrsüz qaldığında zaman da adətən mənfilik qayasından yuvarlanır.

Parçasını tapa bilənə eşq olsun!

Hadisələrə müsbət pəncərələrdən baxmağı öyrənməliyik. Əlbəttə tunelə girə bilərik, çünki insanıq. Bəzən sabahsız gecələrin zülmət qaranlıqlarında tapa bilərik özümüzü. Amma etməli olduğumuz şey tuneldə qaranlığa deyil, çıxışa yəni işığa istiqamətlənməkdir.

Üzərimizə düşən gecənin boğucu, hüznə qərq edən qorxuducu əzablarında can çəkişmək deyil, sabahın gətirəcəyi aydınlıqla  daxilimizi, xaricimizi necə isitəcəyimizdir.

O zaman “Qapalı tunel sindromu”ları bizim üçün keçici olub təcrübə xanamıza dəyər olaraq yazılır. Bu, ilk baxışda “məşq” sayılacağından, içində qapandığımız başqa mənfiliklərdən necə çıxış yolu tapa biləcəyimiz xüsusda işə yaraya bilər.

“Qapalı tunel sindromu”unu sadəcə fiziki həyatımızla əlaqədar olaraqmı yaşayırıq. Xeyr əlbəttə…

Bu xüsus həyatımızda, özümüzə etdiyimiz səyahətdə də yaxamızdan yapışaraq dərin “gəl-get”lərə sürükləyib, hər şeyi yeni başdan sorğu-sual edərək daha əvvəl sorğu-sualsız qəbul etdiyimiz şeyləri incə ələyib sıx toxuya bilər.

Bağlılıqlarımızı araşdırmalıyıq, yoxsa sədaqətlə bağlandığımız dəyərlərə qarşı min bir sualın yaranması bizi alovlara ata bilər…

Yaşaya bilərik bunları… Burada da eyni yolu izləməliyik.

“Ümidsizlik irəliləməyə əngəldir” sirri ümidsizlik hər cür inkişafa maneə deməkdir və bu səbəblə özümüzə nəfəs alacağımız nurdan nəfəslik açmağımız şərtdir.

Belə vəziyyətlərdə mən mürşidim Haluq Nurbaki Həzrətlərindən eşitdiyim məsləhətlərə müraciət edirəm.

Bu məsləhətin ilki “sədəqəni artırmaqdır”… Digəri isə Sure-i Yusifə müraciət etməkdir…

Əlbəttə ki sizin də variantlarınız vardır.

Bu mövzularda irfan dünyamızın böyüklərinin fikirlərini, sözlərini, danışıqlarını dinləyib əməl etmək lazımdır. Mənim təklifim budur.

Ərzurumlu İbrahim Haqqı Həzrətlərinin “Görək Mövlam nə edər, nə edərsə gözəl edər” və Hz.Mövlananın “Bax, gözəl günlər yola çıxmış, gəlirlər” sözləri üzərində düşünüləcək dəyərdədirlər.

Bu irfan ustadları bizə “Qapalı tunel sindromlar”ından ən gözəl və kəsə yolla necə keçə biləcəyimizi göstərən işıqlardır.

O işıqlardan könlümüzə pay verək.

Və bu az olmasın!

 

 

Dialoq.info Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Pirəli Nurtacın şeirini təqdim edir

 

Qoy, mən ölüm

 

Qoy, mən ölüm,bu payız axşamı

Dəfn etsin özgələr,yaxınlardan xəbərsiz,

Yusun səmaların yağışları

Cənazəmi torpaq üstdə

İsdəmirəm həqiqəti,

Həqiqətdə yalanları.

Qoy, ölüm,bu payız axşamı

Tellərimi külək daramadan,

ŞaxTa,sazaq məni yandırmadan

həqiqətə çevrilməyən arzularım

Məndən əvvəl qoy ölməsin!

illərimi itirmədən,

saçlarımı bu dünyanın kədərində ağartmadan

Qoy, mən ölüm,bu payız axşamı

Istəmirəm yaşamağı,

ikiüzlü insanları,

halalına haramları qatanları,

itgin,süzgün baxışları,

bu dünyanın yalanını həqiqətə qatanları,

əyrini düz bilib,öz ürəyini satanları,

pulu insanlıqdan üstün tutanları,

qoy görməyim.

Qoy, ölüm mən, bir yad payız axşamı

Dialoq.info Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Nəzrin Cavidin, şəhid olmuş Adil Quliyevə həsr etdiyi məktubu (esseni) təqdim edir.

 

Salam, Adil.

Səni qaranlığa qərq etdiyin Dünyadan-ananın dünyasından salamlayıram. Sənə məktub yazıram. Bilmirəm bizim buralardan sizlərə məktub gəlib çatırmı. Ümid edirəm. Bagışla, Adil. Bagışla ki səni vicdansızlıqdan boğulan cəsədlerin nifrəti hopmuş torpaga tapşırdıq. İmdad dilədiyin küləklər də, hər səhər tək güvəndiyin günəş də sənə yad çıxdı. Sən əsgər idin. Biz sənə, sən də Allaha əmanət. Görünür Tanrı əmanətini daha çox qorudu, Seni alıb apardı Bakının dar küçələrindən. Həyat isə insafsız çıxdı.

Əslində təkcə sənə vurmadı şilləsini. Səni biz aldatmışdıq. Bu həyatın vura biləcəyi o şilləni biz səndən gizlətmişdik. Güllə qarşısında o güllədən belə kiçik görünürdün bəlkə də. Amma əmin ol. Əmin ol ki, həmin anda gözəgörünməzlərə dünyanı işığa qərq edən Günəş səndən daha aciz görünmüşdü. Çünki o anda Sənin yoxluğunun bəxş etdiyi o qaranlıqda günəş bizim üçün, anan, atan, qardaşınçün yox idi. Onlar zülmət içində çabalayırdılar. Sən və sənin kimi qurban gedən bütün gənclər dünyaya ard arda gələn günəşlərsiniz. Sən günəşsən. Daha ucalardasan artıq sən.

Nə bilərdin ki, bir güllə qarşısındakı acizliyin bizim inandığımız günəşi hərkəs üçün günahkar edəcəkdi . İndi yuxarılardan aşağı boylan. Bir zamanlar sənin gənc ömrünü işıqlandıran o günəş hər açılan sabahda neçə – neçə insanın ömrünə rəng qatır. Və qaranlıqdan boğulan ailən. Onlara yalan ümidlərin günəşi yox, məhz sən lazım idin. Vidalaşmamaq yaxşı deyildi. Heç olmazsa əvvəl gözlərini unutdurub sonra çıxıb gedərdin uzaqlara. Sənə yaraşmırdı bu ölüm. Ruh bədəndən ayrılıb göylərə qovuşur, deyirlər. Səmadan ruhundakı əllərinlə bizə əl salla, vidalaş. Tanrı dünyanın rəngindən azca oğurlayıb gözlərinin rənginə qatmışdı.

Sən getdin. İndi isə ailən bu dünyada sənin gözlərinin rəngini tapa bilmir. Çünki onlar sənin idi. Sənsiz mənasız idi səma da, günəş də, gözə görünən hər şey də.

Anla, Adil. Bəlkə də biz çox gecikdik sənə bütün bunları nəql etmək də. Bəlkə də bu vaxta qədər önəmli deyildi  05:00. Bundan sonra saat həmişə 05:00da zəng çalacaq. Tanrı öz əlləri ilə oyandıracaq onları.
Zarafat etməyi sevərdin. Nə bilərdin ki, bir gün həyat səninlə elə oynayıb zarafat edər ki…
Dönüb həyata bir şillə vurası gəlir adamın. Kaş yumruğun da ürəyin qədər böyük olsaydı. Baxma ki deyirlər hərkəsin yumruğu ürəyi ölçüsündədir. Yalandır. İnansaq ki, insanlar gedəndən sonra ulduzlarında gizlenir, hərkəsin öz ulduzu var. Bu gecədən ailən sənin ulduzunun axtarışına çıxardı. Nə də olsa, ulduzun da sənin kimi parlaq olacaqdı…

İndi o səma da, buludlar da, yağışlar da sənindir, Adil.  Bu aralar yağışlar daha səmimi davranacaq.
Göylərdən sol əlini anana, sağ əlini isə qardaşına uzat. Və möhkəmcə tut, bərk – bərk sıx. Sağ əl gələcəyi göstərirdi. Ananın sizinlə bağlı xəyalları vardı. Sənin gələcəyini də qardaşın yaşayacaq. Onun əllərini buraxma ve bütün ümidlərini ona ötür. Ananın xəyallarını gerçekləşdirmək sənin ƏLLƏRİNDƏDİR. Deyir, Allah gerçəkləşdirməyəcəyi şeylərin xəyalını qurdurmaz…
He, bir də. Gözlərin atanın üzərində olsun.
Gün gələcək, hərəkətlərin də, özün də, sözün də unudulacaq. Amma gözlərin. Bax, insanın gözləri heç vaxt unudulmur.
Əgər məktubu oxumaq qismət olarsa, Oralardan bizlərə bir səs ver, əllərini uzat.
Ünvanını soraqladım, bəlli deyil dedilər. Məktubu Allaha əmanət etdim.
Bu insafsız dünyanın hər qarışından səni uğurluyuruq.
Əlvida, Əsgər!

Dialoq.info abiturient Könül Hüseynovanın essesini təqdim edir

Bir sıra xəstəliklər mövcuddur: xərçəng, serroz,QİCS,AİDS və s. adını bilmədiklərim. Bunların bəzən şans əsəri əlacı tapılır. Bəzən də bu xəstəliklərin birinə məhkum olarsan.

Ümid sonda ölür deyirlər.  Boş söhbətdir! Həkim əlində test cavablarıyla gəlib ailənə və sənə bəd xəbər verəndə, “ömrünə filan qədər vaxt qalıb” deyəndə, elə həmin saniyədən “ümid” deyilən məvhum ürəyində can vertr. Üstəlik gülünc təsəllilər də var : “Ümidini itirmə”,”hər şey yaxşı olacaq.” və buna oxşar cümlələr qururlar. Elə onlar orada həmişə nəsə deyirlər.

Əgər sənin ömrünə sayılı günlər qalıbsa, hansı ümiddən danışmaq olar burada? Çox gülüncdür. Belə kritik dövrlərdə həyatında 2 qrupa böldüyün, yaxşı və pis insanları, bir daha tanıyırsan. Yaxşı bildiklərinin bəzisi naxələf çıxar və yaxud da, səni bərk-bərk qucaqlayar, mənəvi dəstək göstərər. Pis bildiklərinin də bəzən yaxşılığını görərsən, amma bu sənə toxunar. Düşünərsən ki, görəsən qəlbənmi edir, yoxsa içdən-içə intiqammı alır? Amma bu suallarla beynini yormağa dəyməz. Ömrünə az qalmışsa əgər, gələcəyə dair plan qurub, ümid bəsləmək əvəzinə, keçmişdəki xoş günləri xatırlayıb gülümsəmək gözəldir. Çünki gələcəyi düşünmək mənasızdır. Onsuz da öləcəksən.

Bir də əsası halallıq almaq şərtdir. Əgər cənnətə getmək istəyirsənsə çiyinlərində qul haqqıyla getməməlisən. Ona görə də bu həyatı ömürlük deyil də, bir anda tez bitəcəkmiş kimi özünüzü öyrədərək yaşayın.

Dialof.info Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Məmmədov Mahmudun şeirini təqdim edir.

 

“Gözəl”

Məni məndən alan gözəl,

Gözəlliyi kimdən aldın?

İstədiyim bircə səndin,

Sən də,məni dərdə saldın.

 

Zaman keçir səssiz-səssiz,

Bilmə,məni düşüncəsiz,

Həyatın mənası yoxdu

Ömür keçə,yarım,sənsiz.

 

Sanma sevgi heç əbəsdi,

Könül sevməkdə tələsdi?

Səni görməyən günlərdə,

Ürəyimdə yellər əsdi

 

Xəyalımda daim sənsən,

Mənə məlhəm dərman sənsən,

Mənim üçün bu dünyada

Gözəllər gözəli sənsən.

 

Xəstə könlüm dərman gəzər,

Gözəlliyin aləm bəzər,

Söylə görüm canım mənə

Məgər ürək səndən bezər?

Dialoq.info oxuculara Ulucay Akifin “Yad şəhər” adlı yeni şeirini təqdim edir.

 

“Yad şəhər”

 

Hərdən ayaqlarım sözümə baxmır,
Lazımsız yerlərdə təpik döyürəm.
Mənim heç kəs ilə bir işim olmaz,
Günboyu özümə söyüş söyürəm.

Tuturam yaxamdan, çırpıram yerə
Üzümə tüpürüb çıxıb gedirəm.
Bu ağıl başıma gəlmir ki, yenə
Bir-bir səhvlərimi təkrar edirəm.

Gəzirəm gecələr hey veyil-veyil,
Min bir yalan çıxır hər daş altından.
Bu şəhər deyəsən mənimki deyil,
Götürüb aparın ayaq altından.

“Gənc Təlimçilər Şəbəkəsi” təşkilatının “GALAXY Group” Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirdiyi “Gənc Yazar” layihəsinin mükafatlandırma mərasimi olub.

“Gənc Yazar” adlanan layihənin məqsədi gənc və prespektivli yazarların öz əməyi olan məqalələrinin (məqalə, şeir, roman, pyes, əsər və s.) gənclər arasında yayılamsında və sevilməsində yardımçı olmaqdan ibarətdir. Göndərilən 60-a yaxın məqalələr (məqalə, şeir, roman, pyes, əsər və s.) sayta yerləşdirilib və oxucular tərəfindən 20 gün boyunca səs verilib. Səsvermədə həmçinin münsiflər heyyətidə iştirak edib. Səslərin 50%-i oxucuların, 50%-ini isə münsiflərin olub. Beləki, hər bir münsifin 500 səs vermə hüququ olub, bu səsdən 1 nəfərə yalnız maksimum 300, minumum isə 100 səs verə bilib.

Münsiflər heyyəti:

Firudin Məmmədzadə: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs – Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

Toğrul Bayramlı: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs Xanım Əliyeva (“Sevgi, umud, inam”)

Rəna Mustafazadə: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 200 səs – Emin Abdullayev (“Onun gözləri”)

Qələndər Məmmədli: 300 səs – Xan Abdulla (“Məsihin qanı”), 100 səs – Emin Abdullayev (“Onun gözləri”), 100 səs – Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

 

Qaliblər:

1-ci yer: Xan Abdulla (“Məsihin qanı”) – 344 səs + 1200 səs (münsiflərin səsi) = 1544

2-ci yer: Fuad Əsədov (“ÖLÜMQABAĞI  DÜŞÜNCƏLƏR”) – 1300 səs

3-cü yer: Mədinə Nüsrətqızı (Gördüyüm gənclik….. Arzuladığım gənclik”) – 1100 səs

 

Münsiflərin bəyəndiyi ən yaxşı şeir nominasiyasının qalibi: Təbriz Əli (“BU TƏKCƏ LAYLAY DEYİL,VƏTƏNİMİN SƏSİDİR!!!”)

Münsiflərin bəyəndiyi ən yaxşı hekayə nominasiyasının qalibi: Emin Abdullayev (“Onun gözləri”)

 

Qeyd edək ki, ilk 3-lüyü tutan yazarlar aşağıdakı hədiyyələrlə mükafatlandırılıb. “GALAXY Group” Təhsil Mərkəzindən

  • 1-ci yerə Diplom və 200 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 2-ci yerə Diplom və 100 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 3-cü yerə Diplom və 50 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu.

Həmçinin, layihədə iştirak edən bütün yazarlara Sertifikat və “GALAXY Group” Təhsil Mərkəzinin tədris xidmətlərindən istifadə üçün 10%  endirim kuponu təqdim edilmişdir.

 

Layihənin informasiya dəstəyi Dialoq.info saytına məxsusdu.

 

“Gənc Təlimçilər Şəbəkəsi” təşkilatının “GALAXY Group” Təhsil Mərkəzinin dəstəyi ilə keçirdiyi “Gənc Yazar” layihəsinin səsvermə mərhələsi sona çatıb.

(20 dekabr saat 24:00-dan sonra verilən səslər qeydə alınmır)

Göndərilən 60-a yaxın məqalələr (məqalə, şeir, roman, pyes, əsər və s.) sayta yerləşdirilib və oxucular tərəfindən 20 gün boyunca səs verilib. Səsvermədə həmçinin münsiflər heyyətidə iştirak edib.

Qalib “Gənc Yazar”ın adını bilmək istəyənləri dekabrın 25-i saat 15:00-da mükafatlandırma mərasiminə dəvət edirik. Mükafatlandırma mərasiminə bütün məqalə göndərən yazarlar dəvətlidi. Heç bir yazar hədiyyəsiz qalmıyacaq. Mərasim günü həmçinin münsiflər heyyətinin məqalələrin qiymətləndirmə meyarları haqqında da məlumat alacaqsınız.

İlk 3-lüyü tutan yazarlar aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq. “GALAXY Group” Təhsil Mərkəzindən

  • 1-ci yerə 200 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 2-ci yerə 100 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 3-cü yerə 50 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,

Diplomlar və başqa qiymətli hədiyyələr.

Ünvan: Bakı ş. Dilarə Əliyeva kuç. 235, 28 May m/s-nin çıxışı.

Tel: (012) 599 01 90 / (050) 599 01 90

 

Qeyd edək ki, “Gənc Yazar” adlanan layihənin məqsədi gənc və prespektivli yazarların öz əməyi olan məqalələrinin (məqalə, şeir, roman, pyes, əsər və s.) gənclər arasında yayılamsında və sevilməsində yardımçı olmaqdan ibarətdir.

Müəllif – Zahidə Nəbizadə

Göyçayım

Rayonlar arasında,
Öz yerin var Göyçayım.
Başındakı tacındır,
Gülövşə nar Göyçayım.

Adın harda çəkilsə,
Fəxr edirəm səninlə.
Sevincdən kövrəlirəm,
Bilmirəm mən nədəns.

Çoxdur sənin dahilərin,
Rəsul Rza, Əli Kərim.
Qarağın yolunda da ,
Az deyildir Şəhidlərin.

Ləhcəmizi duyanlar,
Soruşur haralısan?
Fəxrlə söyləyirəm,
Göyçaylı balasıyam

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Müəllif: Qasımova Nigar

Sarı payız tablosu

Payız..Sentyabr və sarı yarpaqlar..İslaq skamyalar..Parkı əhatə edən müxtəlif tip insanlar… Və beləcə ətrafa baxaraq addımlayıram … beynim isə özünü düşüncələr dənizinə təslim edir:

“Hər kəs necə də roldadır. Hər kəsin beynində əzbərlədikləri ssenarilər..Oynayacağı səhnələr..” Tipik bir ssenari sözlərinə misal olaraq ” yaxşıyam”. Siz nə vaxtsa “pisəm” sözünü eşitmisiniz? -Yox. Necə eşidə bilərsiniz ki, ssenaridə o sözlər yoxdur. Ya da siz nə vaxtsa hansısa bir insanın “mən haqsızam” dediyini görmüsüz? – Yox necə görə bilərsiniz ki? Axı ssenaridə baş rol oyunçuları həmişə haqlı olur. Və nə qəribə hamı özünü bu həyatın baş rol oyunçusu kimi görür…Necə də rəhimli dünyadı…Heç kəsin xətrinə dəymir, hər kəsə baş rollar təqdim edir. Hansi ki dünya o baş rolların ətrafında dönür… Ya da yox.. Dünya nə zamandan ssenari yazır? -Yazmır ! ssenarimizi, oynayacağımız rolları biz özümüz özümüzə yazırıq. Hətta hər gecə yatmazdan qabaq rollarımızı əzbərləyib, təkrar da edirik…

… Oqtay Eloğlunun bir cümləsi gəlir qulağıma “nəyə lazım bu süniliklər, cırın bu divar kağızlarını. Çirkli divarları rəngli kağızlarla örtmək gülüncdür. O onsuz da çirklidir.Çirkli də qalacaq!”. Düzünü deyim ? Bu sözləri uşaq vaxtı oxuyanda gülmüşdüm ki, Oqtay dəlidir . Amma indi oxuyanda ürəyimə bir iynə sancir sanki. Ya mən də Oqtay kimi dəli olmuşam, ya da Oqtayın fəlsəfi düşüncələrinə doğru addımlayıram… Necə də haqlı yazılıb və deyilib bu sözlər… Rollar nəyə gərək? Yalançı gülüşlər nəyə gərək? Yalan sözlər nəyə gərək? Gizlədilən düşüncələri əvəz edən mənasız hərəkətlər nəyə gərək?…

Bu fikirlərin axdığı dalğın beyinlə irəliləyərkən, ani olaraq birdən dayanıram. Qoca bir rəssam, ağacın altında oturaraq şəkil çəkir. Rəssama doğru yaxınlaşıram.. Şəkilə göz gəzdirirəm. ” Skamyalarda yazılı kağızlar..Və bir qız o kağızların içərisində “gizlənən” rəssama əl uzadır”. Həqiqətən rəsm möhtəşəm idi. Qoca rəssamın o gün parkdaki ilham mənbəyi mənim gözlərimdən axan düşüncələrim idi… Və o gün parkda 2 nəfər vardı… Qoca Rəssam və mən… Və biz kağızsız idik..Əzbərsiz…Ssenarisiz… Mən düşünürdüm… O isə çəkirdi… Rəssamdan xoşbəxtliyin sirrini də soruşdum hazır ssenari kağızlarımız evdəykən… Mənə ” bəzəkli pərdə” cavabını verdi… Amma əvvəl-axır reallıqlar soldurar o pərdəni də, və yavaş-yavaş deşilər o bəzəkli pərdə.. Gözlər həyat çılpaqlıqlarını görməyə başlar az da olsa o deşiklərdən. Və nəhayət o pərdə tam cırılıb məhv olanda bülbül də ilk və son nəğməsini oxuyar…

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Müəllif: Sahil Şalbuzov

Öncə Özümüzü Dərk Edək

 

Biz insanlar  özümüzü dərk etməkdən, özümüzü öyrənməkdən, kəşf etməkdən çox qorxuruq. Həyatlar, üzlər hər şey oxşar. Belə bir qanunauyğunluq  var. Övlad dünyaya gəlir, onun qayğıları artır. Sonra o, bağçaya getməli, daha sonra məktəbə getməli, yaxşı təhsil alıb məktəbi yaxşı qiymətlərlə bitirməli, hazırlaşıb ali məktəb oxumalı, iş tapıb işləməli, ev tikməli, evlənməli, maşın almalı, uşaqları olmalı,  qocalmalı və nəhayət ölməlidir. Gördünüzmü necə qısa konkret həyat tərzi sürürük.
Kimin xoşuna gəlir belə həyat tərzi?
Heç həyatınıza nifrət etdiyiniz vaxtlar olub?
Gəlin dərinlərə gedək!
Ilk öncə rəbbimizin qurani- kərimdə göstərilən yaranışı, müqəddəs kitablardan biri olan bibliyadakı yaranışı, elmin irəli sürdüyü yaranışı kənara qoyaq.
Orta məktəb dərslərindən bizə yaxşı tanış olan biologiya-insan fənnini yadımıza salaq. Yadınızdadırsa orada insan orqanizimlərini öyrənirdik. Indi də o orqanizimləri incəliklə incəliyək. Orada damarlar, qan,  ürək, ciyərlər, öd, beyin, hüceyrələr, mədə-bağırsaq və s. bu kimi daxili orqanizimlərdən  ibarətdir
Kainat isə biz insanlardan,dağlardan, dənizlərdən, göllərdən, ağaclardan və s. ibarətdir
Sizə elə gəlmirmi ki,bizdə kiminsə orqanizimindəki hüceyrələrik. Milyonlarlayıq birimiz ölür birimiz yaranırıq.
Axı niyə?
Çətindi elə? Heç bu vaxta qədər belə düşünmüşdünüzmü? Yox !
Indi deyirsiz ki, “bir sarsağın yazdığı mənasız şeylərdi”.
Bax! Buna görədə biz insanlar ətrafımızı nəinki ətrafımızı hətta özümüzü dərk etməkdən qorxuruq.
Həyat bizi elə bir nöqtəyə gətirib çıxarıb ki, hər şeydən çəkinirik. Bunu etsək günah olar, bunu etsək camaat  nə deyər, bunu etsək filankəslər gülər və .s.
Ey insanlar özünüzə sual verməkdən qorxmayın! Özünüzü dərk etməkdən qorxmayın! Ətrafınızı  dərk etməkdən qorxmayın! Nə üçün yarandığımızı öyrənməkdən qorxmayın!
Mənə elə gəlirki nə üçün yarandığımı öyrənmək mənim yüzdə-yüz haqqımdır. Niyə yaranmışıq?
    Islam dinində belə deyilir ki, allah öncə suyu yaratdı, sora allah suyu qurudan ayırdı. Allah gördü ki, bütün bunlar yaxşıdı. Daha sonra allah ağacları, yerdə sürünənləri, quşları, meyvələri yaratdı. Allah gördü ki, buda yaxşıdır. Amma o, fikirləşdiki nəsə çatmır və o özünü tanıtmaq üçün şüurlu insanı yaratdı. Insandan öncə yaratdığı hər şeyi insana hədiyyə etdi.
    Elm deyirki insan bir neçə üzvi maddələrin birləşməsindən yaranıb.
   Onda ortaya sual çıxır bəs üzvü maddələr necə yarandı? Alimlər, elm adamları sadə bir şeyi indiyənə qədər çözə bilmirlər ki, ilk öncə toyuq yoxsa yumurta yaranıb. Toyuq yumurtadan çıxır, amma yumurtanıda toyuq doğur.
Belə maraqlı faktlar çoxdu.
  Islam dinində bacınan qardaşın cinsi əlaqəsi günah sayılır. Yaxşı bəs Adəmlə Həvvanın övladları necə olub törəyiblər? Indi çoxu deyir ki, allah onlara çoxaltmaq üçün icazə verib. Amma allah istəsəydi bir çox insan yaradıb deyərdi “çoxalın”. Amma o, belə etmədi.
    Məndə allaha inanıram! O allaha ki, bilirəm dünyanı idarə eliyən birisi vardır onunda adı tanrıdı.!
 Ey dünyanı idarə edən kəs niyə özünü göstərmirsən? Kimsən? Niyə bizi yaratmısan?
Heç belə demisiz? Indi deyirsiz “astafurlah”.
Bax biz beləyik sual verməkdən qorxuruq? Qorxuruq ki, cəhənnəmdə yanarıq.
Heç inanmazsınız məndə bu kitabı yazmağa qorxuram!!! Məndə şüphəliyəm!
Indi deyəcəksiz ki, onda yazma. Amma yox mən qorxularıma qalib gəlmək istəyirəm və mən bunu bacaracam.!
  Niyə dərk edə bilmirik ki, hər şey öz əlimizdədir.
Biz alışmışıq ömrümüzü kiməsə qurban verək. Deyə bilkərsinizmi həqiqətəndə cənnət və cəhənnəm var? Görürsüzmü bilmirik! Çünki qorxuruq! Bütün həqiqətləri öyrənməkdən qorxuruq.
Dünya niyə yaranıb? Biz oyuncaqlarıq? Axı bizi kim oynadır? Heç sizdən doğulmamışdan öncə soruşsaydılar ki, “doğulmaq istəyirsən?”- cavabınız nə olardı? Yəqin ki “yox” olardı. Amma bizdən soruşmadan doğuluruq və həyatımızın sonuna qədər əzab çəkirik. Sonu nə olur?- təbii ki, ölüm.!
  Soruşsalar ki, “ölmək istəyirsən?” cavabın nə olardı- təbii ki, “yox”. Amma ölürük.
Hələ bu azmış kimi cənnət və cəhənnəmə ayrılır, cəhənnəmdədə əzab çəkirik! Indi aranızda deyənlər var ki, “ sənin kimilər cəhənnəmdə yanmalıdıda..”.
Axı qorxuruq. Qorxuruq ki, birdən bu sözlərimizə görə cəhənnəmdə yanarıq! Deyə bilrsinizmi bizi kim idarə edir? Yox ! çünki bilmirik və öyrənməyədə qorxuruq. Biz sadəcə qorxaq yaratıqlarıq.
Heç fikir vermisinizmi?- su olmasa yaşaya bilməz, ağac olmasa nəfəs ala bilməz, meyvə yeyə bilməz və s. bu kimi şeylər. Hər şey bizə görə qurulub. Dünyada ən ağıllı yaratıqlarda insandır. Axı niyə?
Sadəcə kimsə belə istədi və belədə oldu. Bütün bunların belə olmasını istəyən kimdi? Allah ?- yaxşı bəs o, kimdir?
Niyə o, belə edir? Niyə o bizə əvvəl hər şey verib sonrada alır? Onun məqsədi nədi?
Qurani-kərimdə vardır o, doğmadı o, doğulmadı!
Bütün bunları ağlınız kəsir? Sonsuzluğu təsəvvür edə bilirsinizmi? Başlanğıc olmadan son necə olur? Yaxşı bəs başlanğıc hardan başlayır?
Biz insanlar sanki bir labirintin içindəyik. Yolumuzu itirmişik! Hara gedirik? Insanlar yollarını o dərəcədə azıblar ki, kimisi əli ilə düzəltdiyi bütlərə sitayış edir, kimisi ağaca, kimisi heyvana. Sizcə əl ilə yaratdığın bir şeyə dua etmək nə dərəcədə düzdür? Və yaxud da ağaca?
Deyirlər ki, qiyamət olacaq. Bəs bunu kim edəcək?- bizi yaradan?-adını allah dediyimiz birisi? Ondan soruşa bilərsinizmi bizi niyə yaradıb niyədə öldürür?!- soruşa bilmərik!-çünki qorxuruq.
   Niyə görə gecə və gündüz olur? Adətəndə gecələr biz çox qorxuruq! Niyə?
Bir ətrafınıza dönüb baxın! Nə gördünüz? Qabağınızda bir masa. Sadədi amma onu insan yaradıb. Necə? Niyə dünyada bu qədər canlı var ikən ən ağıllısı insandır? Bəlkə biz seçilmişlərik?!
Niyə seçilmişik? Məqsəd nədi?
Bura qədər siz ən sadə sualları verdim. Amma siz sadə belə olsa heç birinin cavabını bilmirsiniz?! Çünki öyrənməyədə səy göstərmirsiniz! Öyrənməyə qorxursunuz.
Kainat təkcə yer kürəsindən ibarət deyil. Yer kürəsinə oxşayan bir çox planetlər var. Görəsən oradada bizim kimi “qorxaqlar” var? Onlarda ətraflarını öyrənməkdən qorxurlar?
 Qorxularımıza qalib gəlməyin vaxtıdı.
Həyat yalnız yaşayıbda ölməkdən ibarət deyil. Əslində yaşadığımız bu həyat çox gözəldir. Düzgün yaşaya bilsək. Bunu bacarırıq? Niyədə bacarmayaq?! Hər şey əlimizdə deyilmi?! Gəlin birləşək. Ataların gözəl sözü var. “tək əldən səs çıxmaz”. Dəstək olun. Dəstək olun ki, çözə bilək biz kimik. Bədbəxt yaratıqlar olmayaq. Hansı amal uğurunda yaşadığımızıbilək. Biz seçilmişlərik. Inanmırsız?- yaxşı bəs niyə bu dünyadasız.? Biz də əzəldən vardıq. Sadəcə doğulmamışdan öncəki həyatımızı xatırlamırıq. Yaddaşımızı siliblər. Ortaya sual çıxır- kim silib? Bax, bizdə bunu öyrənməliyik. Bizdə sonsuz yaşayan insanlarıq. Əvvəldən vardıq və olacağıq. Biz həmişə bir cür qala bilmərik hər zaman dəyişirik. Niyə?- çünki təsəvvür edin ki, ölmürsüz! Belə bir lətifə danışım.
-Günlərin birində bir kişi olur. O, bizi yaradandan xahiş edir ki, heç vaxt ölməsin. Necə deyərlər  “ölümsüzlüq şərbətin içsin”. Onun bu səsinə bizi yaradan cavab verərək deyir- yaxşı. Bu insan evlənir uşaqları olur, nəvələri olur, nəticələri olur, uşaqları ölür, nəvələri ölür, nəticələri ölür . bu insan isə ölmür. Bütün insanların ölümünün şahidi olur. Var-dövləti olur, kasıb olur. Hər cur yaşayır.
Nəhayətində iş o yerə gəlib çatır ki, həmin insan bizi yaradana yalvarırki canını alsın. Yəqin ki, nəticə çıxardınız. Heç istərdinizmi ölümsüzlük şərbətini içəsiniz? – şəxsən mən istəməzdim. Həqiqətəndə həyatın mənası olmur. Bütün yaxınlarının ölümünü görmək çox çətindir. Yəqin sizdə də olur yaxın adamlara bağlanırsız sonrada ayrılmaq lazım gəlir. Bu çox çətin olur. Elə buna görədə mən insanlara bağlanmağı sevmirəm. Çünki acımasız həyat bizim ayrılmağımızı istəyəndə çox pis oluram. Mən həyatda sevginin belə olmasına inanmıram. Deyəcəksiz ki, niyə? Sizcə nə dərəcədə düzgündür özümüzü dərk etmədən sevmək? Həmdəki sevgi nədir? Gözlə görürük sonra deyilənə görə ürəkdən aşiq oluruq. Hamısı boş  şeydir. Biz niyə yaranmışıq? Doğub törəməkdən ötrü? Törəməyimiz niyə lazımdı? Indi ürəyimdən keçir ki, məni yaradanı görüm və ona sual verim- bizi niyə yaratmısan?  Təəssüf ki, bunu edə bilmirik. Bəlkədə o bizim suallarımıza cavab verməkdən qorxur. Necədə olsa onada ağır gələr ki, yaratdıqları ondan hesab sorur. Bizi oynadan kimdi? 70-80 il ömür sürürük. Bəzilərinə heç oda nəsib olmur. Bir zəmanamıza nəzər salaq. Ilk insanın yaranması afrika tərəflərə təsadüf edir. Insanlar çoxalmağa başlayır. Elimin biliyin olmadığı dövürdə insanlar necə olub ki, materiklərə keçib? Bəlkədə insanlar çoxalandan sonra litosfer tavalarının birləşməsi nəticəsində insanlar ayrılıb digər materiklərdə qalıblar.
 Görürsüzmü bilmirik! Qabağımızda bir neçə kilidli qapı var. Biz sadəcə düzgün qapını açmalı və düzgün irəliləməliyik. Məncə bu belədir.  Bu qorxulu, sürpiriz dolu yolları düzgün keçməliyik.
Bax o zaman istədiyimiz, sərhədsiz aləmlə qovuşa biləcəyik.
  Sonralar insan inkişaf etdi və ağıllı insan yarandı. Artıq insan sözün əsl mənasında insan oldu. O zamanlarda sərhəd yox idi. Dövlətlər yox idi. Hökümdar yox idi. Hərə özü üçün yaşayırdı. Amma “ insan” yaranandan sonra hər şey dəyişdi.
Özümüzü çox ağıllı hiss etdik və hərə öz hakimiyyətini qurdu. Budur budur ki, o vaxtın yalnışlıqlarını indi biz çəkirik. Niyə sərhədlər var?
Heç sərhədsiz təsəvvür etmisinizmi dünyamızı?!
Yox ! Niyə?- bilmirik. O kiçik beynimizə bunu sığışdıra bilmirik. Niyə buna görə mübarizə aparmırıq? Yenədə hər şeyin başında qorxu dayanır.
 Bu gün bizi yaradanla ünsiyyət qurdum. Yox onu görməmişəm, sadəcə içimdəki allahla danışdım. O, qorxaq birisidir. Deyilənə görə insan iki mələkin səhvi üzündən yaranıb. O vaxtlar allah Adəm və Həvvanı cənnətdən qovub və ona görədə bizlər yaranmışıq. Necə?- allah onları yaratmışdı və onların nə isə yeyərək yaşamasına gərək yox idi. Onsuzda onlar sonsuz ömür sürəcəkdilər. Amma şeytan ilan cildinə girərək Həvvanı yoldan çıxardır. “bu meyvədən yeyin çox dadlıdır” deyib. Allah isə bu meyvədən yeməməyi tapşırıb. Onlar nəfislərinin qurbanı olaraq o meyvədən yeyib. Və allah bunu görəndə onları cənnətdən qovub. Sonra isə onlarda qəbizdiy baş verib və onların cinsiyyətləri yaranıb. Allah onlara doğub törəyəcəklərini deyib. Şeytan o gündən allahla kontakt imzalıyıb və o, həmişə insanları pis yola çəkəcəyini söyləyib. Gördüz buda yaranışın digər variantı.
  Bütün bunları eşidəndə gülməyim gəlir. Mənə bir şeyi izah edin. O iki mələk var Adəmlə Həvva, niyə onların nəfislərinin qurbanı biz olmalıyıq? Allah bizi mənasız kontakta görə yaradıb? Onların günahını biz niyə çəkirik? Soruşmadan doğuluruq, əzab çəkirik, bütün bu azmış kimi cəhənnəmdə yanırıq. Düzün deyin xoşunuza gəlir bu dünyamız?
  Sizə bunları deməkdə məqsədim həyatın necə acımasız olduğunu göstərməkdir. İndi vaxt keçəcək bizlərdə öləcik…

—————————————————————————————————-

—————————————————————————————————–

Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

XƏBƏR LENTİ