Cümə, Aprel 28, 2017
KONFRANSLAR

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumun Proqram Komitəsinin iclası keçirilib. Forum 25-28 aprel 2017-ci il tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Confidence Capital Ltd şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və sözügedən Komitənin həmsədri, Confidence Capital Ltd şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Görüşdə qeyd olunub ki, 2-ci SOCAR Beynəlxalq Forumu beynəlxalq maraq doğurur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə öz iştiraklarını 15 ölkədən artıq iştirakçılar təsdiq edib. Onların arasında Azərbaycan, Avstriya, Belorus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Kipr, Litva, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrinin 100-dən artıq nümayəndəsi Foruma qoşulacaqlar.

Forumda SOCAR-ın aparıcı struktur bölmələrin rəhbərlərinin iştirakı, o cümlədən Qaz İxrac İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və SOCAR-ın Ceneva şəhərində yerləşən bölmələrinin və SOCAR-Ukrayna rəhbərliyinin nümayəndələrin iştirakı gözlənilir.
Proqram Komitəsinin iclasında 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunun təşkilatı məsələlərinin müzakirəsi keçirilib.

Trend

IB Club Gənclərin İnkişaf Mərkəzi SUMQAYITA “Gənc Sahibkarlar Forumu”nu gətirir!
İlk dəfə Bakıda böyük marağa səbəb olan Forum bu dəfə Sumqayıt gənclərinə faydalı olacaq!

Gənc Sahibkarlar Forumu nədir?
Bu forum biznes sahəsində uzun illərdir təcrübəsi olan, yeni biznes quranlar, startup layihələr reallaşdıran, biznes inkubatorları, kredit verən təşkilatlar, iqtisadi təhsil verən elm ocaqlar, konsultantlar və təlimçilər üçün ideal bir məkandır. Layihə ərzində adları çəkilən şəxslər öz təcrübə və biliklərini, rastlaşdıqları problem və həlli yollarını öz həmkar və yoldaşlarına bölüşəcəklər.

Forumda Siz:

Gənc Sahibkarlarımızı tanıyacaqsınız;
Onların keçdikləri yolu, qazandıqları təcrübələri mənimsəyəcəksiniz;
Sahibkarlıq üçün düşünməyin kifayət olmadığını bilib icraata keçəcəksiniz.
Və Azərbaycan reallığında öz Biznesinizi necə reallaşdıracağınız haqqında real keysləri bilmiş olacaqsınız.

Gənc Sahibkarlarımızın təcrübələrindən yararlanın!
Qeydiyyat üçün:
http://goo.gl/forms/JuRHxcrv05

Əlaqə Vasitələri: (055) 238-40-03
(055) 238-40-08
(012) 480-34-61
gencsahibkarlarforumu@gmail.com

Gənclər fondunun maliyyə dəstəyi, Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi və IB Club-un təşkilatçılığı ilə…
I Gənc Sahibkarlar Forumu:

Biznes sahəsində uzun illərdir təcrübəsi olan, yeni biznes quranlar, startup layihələr reallaşdıran, biznes inkubatorları, kredit verən təşkilatlar, iqtisadi təhsil verən elm ocaqlar, konsultantlar və təlimçilər üçün ideal bir məkandır. Layihə ərzində adları çəkilən şəxslər öz təcrübə və biliklərini, rastlaşdıqları problem və həlli yollarını öz həmkar və yoldaşlarına bölüşəcəklər.

Formda siz:
Gənc Sahibkarlarımızı tanıyacaqsınız;
Onların keçdikləri yolu, qazandıqları təcrübələri mənimsəyəcəksiniz;
Sahibkarlıq üçün düşünməyin kifayət olmadığını bilib icraata keçəcəksiniz.
Və Azərbaycan reallığında öz Biznesinizi necə reallaşdıracağınız haqqında real keysləri bilmiş olacaqsınız.

Form 27 Dekabr Monolit Plazada keçiriləcək.

Formun iştirakısı olmaq üçün qeydiyyatdan keçməniz lazımdır:
https://docs.google.com/forms/d/1n15bS8zb-5dPL8isS7Z9FDOklRKo49gOb9BnsT96gSw/viewform

Ətraflı məlumat: 012 480 3461, 055 238 4008

forum-dreams

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda elm xadimləri, yerli və xarici qonaqlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə böyük ehtiram və rəğbət ifadəsi olaraq təravətli qızılgül dəstələri qoyublar. Konfransı giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açıb və universitetin kollektivinə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin salamlarını, təhsil ocağının 45 illik yubileyi münasibətilə təbrikini çatdırıb.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

N.Həmzəyev bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətli tərəqqi dövrünü yaşayan Gəncədə bütün qurumlar kimi ali təhsil ocaqları da, forma və məzmunca yeni bir dövrə qədəm qoyub. Bunlardan biri də maddi-texniki bazasını və kadr potensialını gücləndirən, tədrisin keyfiyyətini artırmaq üçün uğurlu addımlar atan Azərbaycan Texnologiya Universitetidir.

ATU-nun rektoru professor Akif Süleymanov çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf yolu haqqında danışıb. ATU-nun yaranması, keçdiyi şərəfli inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 45 il əvvəl Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı 1981-ci ildə instituta, 2000-ci ildə isə universitetə çevrilib. Hazırda 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrant təhsil alır. ATU bu gün Azərbaycanda, həmçinin bütün Qafqazda yeyinti və yüngül sənaye üzrə mühəndis-texnoloq, mühəndis-mexaniklər hazırlayan əsas ali təhsil müəssisəsidir. 240 nəfərlik professor-müəllim heyətinin çalışdığı ATU fəaliyyət profilinə uyğun olaraq,dövrün tələblərinə uyğun yeni ixtisaslar üzrə kadr hazırlığına başlamağı qarşısına məqsəd qoyub.

Çıxış edən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Priyev, AMEA-nın akademiki Ziyad Səmədzadə, AMEA-nın şöbə müdiri Vüqar Babayev, Beynəlxalq Qara Dəniz universitetinin rektoru İlyas Ciloğlu və başqaları ATU-nun 45 illiyi münasibətilə universitetin kollektivini təbrik edib, səmərəli fəaliyyətlərində uğurlar arzu ediblər.

Tədbirdə Təhsil Nazirliyinin, AMEA-nın təbrik məktubları oxunub.

Konfransın gedişində ATU-nun tarixindən, uğurlarından bəhs edən qısa film nümayiş etdirilib. Sonra ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb.

Qonaqlar tərəfiindən universitetə xatirə hədiyyələri, ATU adından isə bır sıra qonaq və iştirakçılara xatirə paketləri təqdim olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə elmi-praktik konfrans iştirakçılarının müraciəti oxunub. 20151114040840-25382-7 (1)

Bu gün “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi üzrə AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun və Bakı Atatürk Liseyinin birgə hazırladığı “Dahi azərbaycanlı Heydər Əliyev”mövzusunda konfrans keçirilib.

Konfrasda Azərbaycan və Türkiyənin dövlət himni səslənib. Daha sonra çıxış edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, layihənin rəhbəri Yaqub Mahmudov Azərbaycanın tarixi keçmişindən danışıb, Türkiyə ilə Azərbaycanın birliyindən söz açıb.
Sonda isə Heydər Əliyevlə bağlı xatirələrini yada salib. “Ən əsası da odur ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarmızın tarixi rolu hələ də sona qədər öyrənilməyib”.

Tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edib. “Bəsdir artıq mən, sən, biz, siz dedik – biz bir millətik, türkük”-deyə Qənirə Paşayeva çıxışı zamanı bildirib. O, layihə rəhbərlərinə və qurucularına təşəkkür edib. Gənçlərin görə biləçəyi işlərdən danışıb. Cıxışını isə “Biz xoşbəxt xalqıq ki, öz dövlətimiz var” sozləri ilə yekunlaşdırıb.

Konfransda tələbələr və müəllimlər də iştirak edib.

UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.

Görüşdə ikili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. Konfransa Vaseda Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri də qatılıb. 

 

Konfransı  giriş sözü ilə açan BBMM-n icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara Mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verib. İcraçı katib qeyd edib ki, hazırda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir.

 

Vaseda Universitetinin Kommersiya fakültəsinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli təhlil edərək ölkələrində Azərbaycandakı kimi müxtəlif milli etniklərin yaşamadığını söyləyib. Professor qeyd edib ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir, bizdə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla – multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq.

Mərkəzin Analitika və İnformasiya  şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında danışaraq bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır. Cəsarətlə demək olar ki, azərbaycanlı kimliyinin özü multikultural bir mahiyyətdədir.  Bu kimliyin əsrlərcə gəlişməsində, müsbət nəticələr verməsində Azərbaycan multikulturalizminin siyasi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları da kifayət qədər böyük rol oynayıb. Azərbaycan multikulturalizmi dünyadakı multikulturalizm modelləri arasında diqqət çəkir.

 

Təşkilat şöbəsinin müdiri Hikmət Babayev Mərkəzinin  həyata keçirdiyi layihələr barəsində söhbət açaraq deyib ki, fəaliyyətimizdə əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək. Yaponiyalı tələbələri bu zəruri və əvəzolunmaz dəyərləri öyrənib təbliğ etməkdə bizimlə bir sırada durmağa çağırırıq.

 

Konfransda Vaseda və ADA-nın tələbələri arasında maraqlı fikir mübadiləsi aparılıb və “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi nümayiş etdirilib.


8 Dekabr tarixində həyata keçiriləcək TestBaku Kenferansı, Bank, Sığorta, Telekom və bir çox sektordan Proqramçı, Biznes Analitik, Layihə Meneceri, Sistem Analitiki, Test mühəndisi kimi bir çox İKT sektorunun mütəxəssislərini bir yerə toplayacaq!

İştirak ödənişsizdir.

Qeydiyyat linki:   http://edu-map.org/testbaku-2015-global-software-testing-trends-insights/

19-20 noyabr 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kitabi-Dədə Qorqud” eposunun yazıya alınmasının 200 illiyinə həsr olunmuş “Türk epos düşüncəsi yazılı abidələrdə” mövzusunda elmi konfrans keçiriləcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Göytürk daş kitabələri və şifahi epik ənənə.
Kitabi Dədə Qorqud eposunun qaynaqları.
Türk eposunun tədqiqat predimetləri.
Koroğlu eposunun Avropa, Rusiya, Orta Asiya, Türkiyə, İran və Azərbaycanda nəşri və araşdırılması.
Dünya epos düşüncəsi və Türk dastanları.
Epos düşüncəsi və türk xalqlarının dili.
Epos düşüncəsi və mədəniyyət.
Türk eposu və yazılı ədəbiyyat.

Sizi bu konfransda iştirak etməyə dəvət edirik!.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
İştirakla bağlı məlumat və məqalə CD elektron daşıyıcı vasitəsi ilə və yaxud elektron formada 8 noyabr 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: dede_qorqud_adpu@mail.ru

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix 8 noyabr 2015-ci il.
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi
13 noyabr 2015-ci il.
Konfransın təntənəli açılış mərasimi 19 noyabr 2015-ci il.
Bölmə iclasları 19-20 noyabr 2015-ci il
Konfransın bağlanış mərasimi 20 noyabr 2015-ci il

Məqalənin tərtibi qaydaları:
1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

2. Məqalə CD elektron daşıyıcı vasitəsi ilə və dede_qorqud_adpu@mail.ru adresinə elektron formatında göndərilə bilər.
3. Xülasə: ingilis dilində.
4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2]və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233, 234].
Materialların strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
Təşkilat və şəhərin adı adi şriftlə

Təşkilati məsələlərlə bağlı suallarınızı və Məqaləni CD elektron daşıyıcı vasitəsi ilə bu ünvana göndərə bilərsiniz:
Azərbaycan Respublikası. Bakı şəhəri.
Səbayıl rayonu Üzeyir Hacıbəyov 68. AZ 1000. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dədə Qorqud elmi-tədqiqat laboratoriyası, otaq 335.
Əlaqə telefonu: (012) 598 43 56
E-mail: dede_qorqud_adpu@mail.ru

Konfransda iştirak üçün bildiriş:

11224427_1218643191498654_4623329671128267126_n

İŞTİRAK ÜÇÜN MÜTLƏQ QEYDİYYATDAN KEÇİN: http://goo.gl/forms/UW3z377tzU Konfransa gələrkən özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.

Müasir dövrdə qadınların İT-də iştirakının ümumdünya işçi qüvvəsi üçün kritik əhəmiyyəti var. Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahəsində bütün iş yerlərinin az qala 76%-ini kişilər tutub. Bu qlobal boşluğu aradan qaldırmağın yeganə yolu qadın və qızların bilik və bacarıqlarını artırmaqdır.

“Oracle” Akademiyası Azərbaycan ACM/ACM-W Bölməsi ilə birlikdə öz peşəkar həyatlarında elm, texnologiya, mühəndislik və riyaziyyatla təmasda olan qadın və qızları dəstəkləmək və həvəsləndirmək üçün İT-də Qadınlara Dəstək Konfransı təşkil edib.

İT-də Qadınlara Dəstək Konfransında bizə qoşulun ki
– Görkəmli qadın liderlərin çıxışlarından öyrənəsiniz və ruhlanasınız
– İT bilik və bacarılarınızın genişləndirilməsi üçün “Oracle” Akademiyasının yaratdığı imkanları kəşf edəsiniz
– Yardımlaşma mühiti yaratmaq üçün həmfikirlərinizlə ünsiyyət qurasınız

Vaxt: 13 oktyabr saat 09:00

Ünvan: ADA University

Tədbirin gündəliyi: http://bilgicozumleri.com/events/201510womeninit/

Hörmətli gənclər təşkilatlarının rəhbərləri, fəalları və gənclər,

Sizi, 22 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” adlı  layihənin  Yekun Konfransında iştirak etməyə dəvət edirik.

Yekun konfrans çərçivəsində rəsmi qonaqların açılış hissəsindəki çıxışlarının ardından konfransda regionlarda keçirilən təlimlər zamanı iştirakçılardan toplanılan rəylər əsasında hazırlanılmış “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” bəyannaməsi tədbir  iştirakçılarına  təqdim edilərək  layihənin yekunlarına dair  hesabat veriləcək.

Layihənin yekun konfransında yüz əlliyə yaxın gənc, gənclər təşkilatlarının nümayəndələri, eləcə də dövlət rəsmiləri və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, layihənin əsas məqsədi gənclərin potensialını üzə çıxararaq onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır. Layihə çərçivəsində Respublikanın 3 regionunda (Lənkəran, İsmayıllı və Ağdam) 60 nəfər gəncin iştirakı ilə 5 günlük təlimlər keçirilmişdir. Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris olunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİV/QİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında əks etdiriblər.  Sessiya zamanı keçirilən açıq müzakirələrdə gənclər sözü gedən mövzular ətrafında öz fikirlərini paylaşıb və səsləndirilən təkliflər toplanılıb. Qeyd edək ki, verilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” bəyannaməsinin tərkibində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.

 

Tədbirdə iştirak: Aşağıda yerləşdirilən qeydiyyat formasını dolduraraq tədbirdə iştirak edə bilərsiniz. Konfransda iştirakçı sayında məhdudiyyət yoxdur.

Son qeydiyyat tarixi: 18 sentyabr 2015,  17:00

QEYD: Konfransda iştirakı təsdiqlənən iştirakçılar 22.09.2015 saat 10:30-dan gec olmayaraq tədbirin keçiriləcəyi məkanda olmalı vəşəxsiyyət vəsiqəsi ilə birlikdə girişdəki qeydiyyat masasına yaxınlaşmalıdır.

http://www.nayora.az/announcements2,116/lang,az/

Azərbaycan Milli Elmlər Akademiyası 2-4 noyabr 2015-ci il tarixlərində AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumunu keçirir.
Elmi Təşkilat Komitənin adından Akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini “Akademik elm həftəliyi – 2015” forumunda iştirak etməyə dəvət edirik.

Tədbirin işçi dili: Azərbaycan və ingilis

40 yaşadək gənc alim və mütəxəssislər

Foruma interaktiv müzakirələr, plenar və panellər üzrə məruzələr daxildir

15 iyul 2015-ci il Qeydiyyatın başlanması
15 sentyabr 2015-ci il İştirakçıların qeydiyyatı üçün son tarix
30 sentyabr 2015-ci il Tezislərin qəbulu üçün son tarix
20 oktyabr 2015-ci il Mehmanxanın sifarışı üçün son tarix (xaricilər üçün)

• Akademik startaplar – nəyi nailiyyət hesab edək?
• Elmin inkişafında mövcud fondların rolu
• İnnovativ ideyalar və perspektivlər
• Elmi tədqiqatlarda multidissiplinar yanaşma
• İnformasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətləri və perspektivləri
• Nəzəriyyədən tətbiqə
• Canlı həyat və ekoloji təhlükəsizlik

Forum zamanı nəzərdə tutulan tədbirlər:
• “Welcome party”
• Şəhərə ekskursiya (Qız qalası, Şirvanşahlar sarayı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bayraq meydanı və s.
• Paçıq vulkanına ekskursiya
• Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya
• “Qala party”

Qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş bütün xərclər (mehmanxana, qida və s.) Təşkilat Komitəsi tərəfindən ödəniləcək.

Bəzi xarici vətəndaşların Azərbaycana gəlişi üçün viza tələb olunur. Bu məsələ ilə əlaqədar yerli Azərbaycan səfirliklərinə müraciət etməyiniz məsləhət görülür. Ətraflı məlumat üçün: www.mfa.gov.az veb ünvanına müraciət edin.

Tezislər – MS Word redaktor mətnli elektron formada qəbul olunur. Mətnin şrifti – Times New Roman (şriftin ölçüsü 12pt), sətirlər arası interval isə 1 olmalıdır. Kağızın formatı A4, mətn sahəsinin hər tərəfindən 2,5 sm saxlanılmalıdır. Tezislərin həcmi 2 səhifədən çox olmamaqla, mətndə bir şəkil və bir cədvəl verilə bilər.
Tezisin adı – səhifənin mərkəzindən boş yer buraxılmamaqla, baş hərflərlə və qalın 11pt ölçülü şriftlə yazılmalıdır.
Sonrakı sətirdə müəlliflərin soyadı və insialları səhifənin mərkəzindən, kursiv 11pt ölçülü şriftlə göstərilməlidir. Müəlliflərin soyadlarından sonra sətirüstü ulduz qoyulmalıdır (əgər müəlliflər fərqli təşkilatlardandırsa).
Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə, məruzəçinin elektron ünvanı kursiv və 11pt ölçülü şriftlə soldan sağa qeyd olunmalıdır.
Mətndə şəkil JPEG formatında yerləşdirilməlidir.
Azərbaycan dilində təqdim olunmuş tezisin ingilis dilində qısa xülasəsi verilməlidir.
S.A.A.:
Ölkə/şəhər:
İşlədiyi/təhsil aldığı təşkilat:
Vəzifəsi:
Elmi dərəcəsi:
Tezisin adı:
Konfransın panellər üzrə mövzusunu seçin:
Ünvan:
E-mail:
Telefon:

Konfrans üçün rəsmi məktub:

tələb olunur tələb olunmur
Ünvan: Azərbaycan, Bakı şəh., H. Cavid 115
E-mail: forum.baku.2015@gmail.com
Telefon: + 994 12 539 25 79
Mobil: + 994 50 334 69 39

www.gencalimler.az

011756609_122624501410762_456654182_n1437575680

Azərbaycan Turizm və Menecment Universitetinin 10-illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda Yubiley beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik. Konfrans 2015-ci il 18-19 dekabr ayında Bakı şəhərində keçiriləcək.
Biz Sizi konfransın iştirakçıları arasında görməyə şadıq.
Konfransda iştirak üçün doldurulmuş qeydiyyat formasının 30.06.2015 tarixinə qədər conference@tourism.edu.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Məlumat məktubu və qeydiyyat forması məktuba əlavə edilir.
Hörmətlə,
Təşkilat Komitəsi

Məumat məktubu: http://www.docdroid.net/13mu6/melumat-mektubu.doc.html

Qeydiyyat forması: http://www.docdroid.net/13mub/qeydiyyat-formasi.docx.html

Информационное_письмо: http://www.docdroid.net/13muj/-.doc.html

Регистрационная_Форма: http://www.docdroid.net/13mum/-.docx.html

11427721_928570857164354_6431712949252686609_n

Azərbaycanda Fransız İnstitutu sizi böyük məmnuniyyətlə publisist, kinorejissor, jurnalist və Fransa televiziyasının aparıcısı Serj Moatinin iştirakı ilə iki müstəsna tədbirə dəvət edir.

10 iyun saat 18.30-da Serj Moati Fransız İnstitutunda « Əsrimizi müşahidə etmək və yaşamaq – bir publisist və kinorejissorun əhvalatı » adlı konfrans keçirəcək. Bu konfrans, Fransız İnstitutunun direktoru ilə dialoq şəklində olacaq. Serj Moati öz həyat və karyerasını hissə ilə nəql edəcək, həyatı, fəaliyyəti barədə film hazırladığı və tez-tez intervyu etdiyi məşhurlar haqqında da danışacaq. O həmçinin, jurnalistika və kinorejissorluq məsləyi barədə məlumat verəcək və daha sonra konfrans iştirakçıları ilə müzakirə aparacaq.

11 iyun saat 18.30-da, cənab Moatinin də iştirakı ilə, «Yelizey 2012, əsl təşviqat » adlı sənədli filmi nümayiş ediləcək. Filmin nümayişindən sonra, filmin çəkilişi və sənədli filmin yaradılması barədə müzakirə aparılacaq.

Fikir yaradıcısı və cəmiyyətimizin audiovizual sahəsi üzrə mütəxəssisi olan Serj Moati, film və veriliş yaradıcılığının səhnəarxasını dinləyicilərlə bölüşəcək. Yaratdığı məşhur proqramlar zamanı o, hər zaman söz azadlığını qorumuş, söz yığınından çəkilmiş və izləmə həvəsi oyandırmışdır. Cənab Moati buna nail olmağın sirlərini də bölüşəcəkdir.

Siyasət və cəmiyyət dünyası barədə dərin biliklərə malik olan Serj Moati, media və siyasətin üstün rol oynadığı bu sahədə də bildiklərini paylaşacaq.

Ünvan: Institut Français d’Azerbaïdjan

67 rue Füzuli, AZ 1014 Bakü
11234918_972385262802390_5735957928901538933_n

İyunun 4-ü “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Yüksək Texnologiya Parkın-da qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçiriləcək.

“Microsoft” Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. Bakıda keçirilən “DigiGirlz” konfransının əsas məqsədi də məhz Azərbaycanda
texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş “Femmes Digitales” klubunun təsisçiləri iştirak edəcəklər. Həmçinin, tədbirdə mobil tətbiqlər üzrə texniki seminar da keçiriləcək.

Konfrans Azərbaycan və İngilis dillərində (tərcüməsiz) keçiriləcək. Konfrans pulsuzdur və yalnız xanımlar üçün açıqdır. Tədbirdə iştirak etmək üçün burada qeydiyyatdan keçin: www.aka.ms/dgaz

 

Cümə axşamı, 4 İyun14:00 – 17:00

High Tech Park Azerbaijan AZ 1010 Baku, Azerbaijan

XƏBƏR LENTİ