Cümə, Fevral 24, 2017
MARAQLI

omas Conston Lipton (Thomas Johnstone Lipton) 1848-ci ilin 10 may tarixində Şotlandiyanın Qlazqo şəhərində anadan olub. 8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayır. 10 yaşında o, köynək satışı ilə məşğul olan mağazada satıcının köməkçisi kimi işə başlayır. Daha sonra gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində bu onun həyatında dönüş nöqtəsi olur. Tomas uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayır. 1965-ci ildə 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu arada qeyd edək ki, o zaman Amerikada yaxşı həyat axtaran şotland və irlandların sayı çox idi.

O, Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Burdan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə də o ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanır. 4 ildən sonra şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzəlir. Məhz burada o gələcək biznesini qurmaq üçün məktəb keçir. 1869-cu ildə evlərinə qaydır. 2 ildən sonra 180 funt kapitalla Qlazqoda kiçik bir dükan açır. Dükanda bütün işləri təkbaşına icra edir. Daimi müştəri cəlb etmək istiqamətində düşünməyə başlayır. Məqsədinə nail olur da. 25 yaşında Şotlandiyanın qərbində 20-dən çox mağazaya sahiblənir. O bir tərəfdən alıcılara güzəştə gedir, digər tərəfdən də fermer, topdansatışla məşğul olanları axtararaq ən ucuz malları alır. Bununla da böyük şəbəkə qura bilir. Tomas 1890-cı ildə çay biznesinə başlayır. Seylonda 5 çay plantasiyası almaqla təcrübələr aparır. Məqsəd münasib qiymətə keyfiyyətli çay istehsalı idi. Öz plantasiyalarına və donanmaya sahib olmaqla vasitəçilərsiz işləyir. Ona görə də satdığı çay bahalı olmur.

Bu arada yazılanlara inansaq, Tomas Lipton ilk çay tarlalarını almaq üçün Şri Lankaya gedərkən hər kəsə Avstraliyaya getdiyini söyləyir. Bununla da rəqiblərindən bir addım önə keçir. O dövrdə qəhvə istehsalında yaşanan çətinliklər səbəbiylə torpağın qiymətinin aşağı olması onun bəxtinin gətirməsinə səbəb olur.

1893-cü ildə «Thomas J Lipton Co.» şirkətini yaradır. 35 yaşında artıq Çikaqoda məhsulların qablaşdırılması və saxlanması üçün fabrik satın alır. Yeri gəlmişkən, T.Lipton sıfırdan işə başladığını heç vaxt unutmur. Bu onun işçilərə münasibətində də özünü göstərir. Onlara yaxşı maaş verir, normal yaşayışla təmin edirdi. 1898-ci ildə şirkət səhmdar cəmiyyətə çevrilir. Cəmiyyətin rəhbəri Tomas Liptonun özü olur. Səhmlərin paylanması ona 2 milyon funt sterlinq gəlir gətirir. Onu da bildirək ki, yarandığı gündən «Lipton» çaylarının 3 növü mövcud olur. Onlardan ən yaxşısı sarı qablaşdırmada üzərində qırmızı loqo olan Quality-1 çayı idi. Hansı ki, hazırda bu sort dünyada Lipton Yellow Label kimi məşhurdur.

«Lipton»un istehsalına başlananda İngiltərədə çayın qiyməti çox yüksək idi. Çayı yalnız varlılar içirdi. Tomas Lipton bütün bu nizamı dəyişdirdi. Çayı özü istehsal edib daha aşağı qiymətə satmağa başladı.

Tomas Lipton evil olmayıb. Buna görə də 1931-ci ildə vəfat etdiyi zaman sərvəti xeyriyyə fondlarına bağışlanır. Onu da qeyd edək ki, iş adamı «Scotia» mason lojasının üzvü olur.

Şirkətin taleyi
Tomas Liptonun uğuru onun kütlə ilə işləməsində, öz məhsulunu yaxşı reklam edə bilməsində idi. İş adamı üçün müştərilərin rəyi əsas idi. Bunun nəticəsində də biznesi böyüyürdü. 19-cu əsrin sonunda iş adamının Londonda 300, Seylonda 500 işçisi var idi. Böyük Britaniyada isə ona məxsus 150 mağaza fəlaiyyət göstərirdi. Lakin 20-ci əsrin əvvəlində Tomasın işləri elə də yaxşı olmur. 1920-ci ildə o, bazarda iki güclü rəqiblə — «Home and Colonial Stores» və «Van der Berghs»la qarşılaşır. İkinci 1927-ci ildə Liptonun səhmlərinin 25 faizini satın alır. Nəticədə nəzarət paketinin əsas səhmdarlarından olur. Səhmdar cəmiyyətin sədri vəzifəsinə Con Ferqyuson gəlir. Tomas Lipton isə fəxri prezident statusunda qalır. Onun şirkətin idarəçiliyndə iştirak hüququ olmur. İki ay sonra Tomas Lipton şirkətdəki səhmlərinin yerdə qalan hissəsini «Home and Colonial Stores» şirkətinə satır və biznesini tərk edir.

1938-ci ildə Unilever şirkəti «Lipton» markasını almaq istiqamətində səylərə başlayır. Bu proses 1978-ci ildə tamamlanır. 1991-ci ildə «Unilever» PepsiCo, Pepsi Lipton Partnership birgə müəssisəsini yaradır. Növbəti mərhələdə isə Pepsi-Lipton International (PLI) ərsəyə gəlir. Bu gün Lipton Yellow Label dünyanın 150 ölkəsinə ixrac edilir. «PepsiCo»nun birgə layihəsi olan Lipton Ice Tea isə 60 ölkəyə ixrac olunur. Hesablamalara görə, hər gün dünyada 250 milyon fincan «Lipton» çayı içilir.

Enjoying the sun

Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.

Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır. Digər qarışıqlardan fərqli olaraq bu qarışığın tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.

Qarışığın hazırlanması:
1. Aloenin qalın yarpaqları yığılır, şirəsi sıxılır (yarım stəkan alınmalıdır).
2. 300 qr qoz, 2 limon (qabıqlı) blenderin köməyi ilə xırdalanır.
3. Qozlu-limonlu qarışığa yarım stəkan təbii bal və aloenin şirəsi əlavə olunur, yaxşı qarışdırılır.
4. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə (səhər və axşam) 1 desert qaşığı olmaqla qəbul edin. Qarışıq çox gözəl profilaktik və müalicəvi təsir edir.

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.

Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.

Siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da yer alır. D.Tramp jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyoner adlandırması olub.

Kolumbiya narkobaronlarından olan Pablo Eskobar «karyera»sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.

Telekommunikasıya sahəsi üzrə milyarder Henri Nikolas evinin altında gizli seks məkanı düzəltmişdi. Bundan başqa, milyarder təyyarədə o qədər marixuana çəkirmiş ki, pilot ayıq qalmaq üçün əleyhqaz taxırmış.

Professor Deyvid Çeriton öz şagirdlərinin ideyasını investisiya (Google) edərək milyarder olub. Dünyada ilk rəsmi milyarder Con Rokfellerin ölümündə sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar 2007-ci ilin dollar ekvivalenti ilə 663,4 milyard dollara bərabər olub.

Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.

Ortalama ömrünüzü nəyə xərcləyirsiz? Bu nəticələri görəndə, əslində yaşamaq üçün nə qədər az vaxtınızın olduğunun fərqinə varacaqsınız.

İnsan həyatı boyu nə qədər yol gedir, nə qədər söz danışır, nə qədər yatır, gəzir neçə il işləyir? Alimlər əslində yalnız beş il yaşadığımızı iddia edir.
Baxın insanın ortalama həyatı necə keçir
– 2 üzmə hovuzu dolduracaq qədər tüpürcək ifraz edir.
– 25 min at gücü enerji xərcləyir.
– 300 ton ağırlıq qaldırır.
– 105 gün suda qalır.
– 26 il yatır.
– Ortalama 2 ilini telefonla danışaraq keçir.
– 130 min km yol gedir.
– 90 milyon söz danışır.
– 18 il ayaqüstə dayanır.
İnsanın maddi dəyərlərinə gəlincə isə:
– Bir insanda 7 qəlib sabun hazırlayacaq qədər yağ var.
– Orta boy mismar edəcək qədər dəmirə sahibdir.
– Bir qəhvə fincanını dolduracaq qədər şəkər var.
– Kiçik bir toyuq hinini dolduracaq qədər çirk var.
– 2000 kibrit hazırlayacaq qədər fosfor var.
– Kiçik bir topun atımına çatacaq barıt üçün kalium var.
Bir insan ortalama 70 il yaşayar. Bunun yarısını gecə yaşayar və bu müddətdə ümumiyyətlə yatar. Geriyə 35 il qalır. Bu 35 ilin 5 ili uşaqlıqdaykən keçər və aydın olmaz. 5 ili də yaşlanınca gedər və həyatın bu qisimindən də çox bir şey aydın olmaz. Geriyə 25 il qalar. Bu 25 ilin 15 ili işləyərək keçir, geriyə 10 il qalır. Bir də tualet və duş kimi ihtayaclar var ki bunlara da 5 il sərf olunur.

“GeekBuying” onlayn mağazası “Windows 10” əməliyyat sistemi işləyən mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda “Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarüklərinə başlanılacaq.

Dördnüvəli “Intel Atom X5 Z8300” prosessoru ilə işləyən “Windows” sistemli kompüter birbaşa taçpada birləşdirilib. “Vensmile K8” sensor daxiletmə sistemini və “4G” şəbəkəni dəstəkləyir, “HDMI+VGA” çıxışına, “Bluetooth” simsiz modulu, ikidiapazonlu “Wi-Fi” (2.4 və 5 QHs) və başqa periferiya qurğularını qoşmağa imkan verən “USB 3.0” portuna malikdir.

Mini-fərdi kompüter 4 QB əməli yaddaş (“DDR3”) və 64 QB “eMMC” fləş yaddaşı ilə təchiz edilib. “K8” kompüteri “Windows 10” (ev redaksiyası) sistemi ilə tədarük edilir. Qurğunun ən qeyri-adi özəlliyi cibə yerləşdirmək imkanıdır.

vesti.ru

Dünyanın ən uzunömürlü insanları harada yaşayır? Bu suala cavab tapmaq üçün, mütəxəsisslər müxtəlif ölkələrdə araşdırma aparıb.

Yaponiya ən uzunömürlü insanların yaşadığı ölkə kimi ilk pillədə qərarlaşıb. Bu ölkədə 110 yaşlarında yüzlərlə insan var.

Mütəxəssislərinin sözlərinə görə, Yapon xalqının uzunömürlülük sirri onların yediyi qidalardadır. Bundan başqa yaponlar heç vaxt tam doyana kimi yemirlər, buna görə də onlar həmişə fiziki cəhətdən formada qalırlar.

 

qafqaz.info

“IBM” və “Samsung” şirkətləri “NAND” yaddaş toplayıcısından yüz min dəfə sürətli işləyən, oxuma və yazma üçün məhdudiyyətsiz dövrəyə malik, enerjidən asılı olmayan yaddaş kartının istehsalı üzrə texnoloji prosesin yaradıldığını bəyan ediblər.

“ictnews” saytına  xəbər verilir ki, şirkətlər birgə səylərlə “STT” (spin-transfer torque) texnologiyasından istifadə edərək yeni nəsil maqnitorezistiv yaddaş kartları (MRAM) hazırlayırlar. Bu, hazırda məlumatların saxlanılması üçün “NAND” yaddaş kartının istifadə olunduğu “Əşyalar interneti” texnologiyası cihazları, daşınan qurğular və mobil texnika üçün kiçik tutumlu daha səmərəli yaddaş mikrosxemləri yaratmağa imkan verəcək.

“IBM” və “Samsung” ilk dəfə layihələndirmə normasını impulsun 10 nanosaniyə davam etməsi və 7,5 mikroamperi ötməyən cərəyan gücü ilə 11 nanometrədək azaltmağa nail olub. Mütəxəssislərin sözlərinə görə, bu, böyük uğurdur.

“NAND” yaddaş kartları məlumatların yazılması üçün bir millisaniyə tələb etdiyi halda “MRAM” kartlarında bu prosedur üçün cəmi 10 nanosaniyə lazımdır. Beləliklə, “MRAM” yaddaşı yazılma sürətinə görə “NAND” toplayıcısını 100 min dəfə və oxunma sürətinə görə 10 dəfə üstələyir.

Bununla belə, yaxın gələcəkdə “STT MRAM” yaddaşının “DRAM” mikrosxemlərini əvəzləyəcəyi gözlənilmir.

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərə öz nəşrlərindən pul qazanmağa kömək etmək üçün yeni üsullar araşdırır.

Şəbəkə istifadəçiləri statuslarına görə pul qazana biləcək.

Bu məqsədlə “Facebook” rəhbərliyi istifadəçilər arasında sorğu keçirir. İstifadəçilər şərh və statuslarını pula çevirməsinin ən maraqlı variantlarını seçməlidilər: statusa görə, brendləşdirilmiş kontent və reklamlardan əldə olunan gəlirlərin bir hissəsi.

Sorğunun gedişatında istifadəçilərə həmçinin “hərəkətə çağırış” adlı yeni düymə haqqında fikir bildirmək də təklif olunur. Bu düymə istifadəçilərə ianə toplamaq üçün nəzərdə tutulur. Yeniliyin nə zaman reallaşacağı hələlik məlum deyil.

ANS

Dünyada bulud texnologiyalarının köməyi ilə verilənlərin emalı mərkəzlərinin (VEM) hesablama və yaddaş resurslarından səmərəli istifadəsi istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu baxımdan bulud texnologiyaları əsasında VEM-in resurslarından şəbəkə istifadəçiləri arasında səmərəli istifadə olunması aktual məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda kompyuter elmləri ixtisası üzrə “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsində məlumat verilib.

İddiaçı Məmməd Həşimov bildirib ki, dissertasiya işinin məqsədi bulud texnologiyaları əsasında VEM hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənilməsidir. Aparılan tədqiqatlar göstərir ki, nəhəng şirkətlərin (Intel, IBM, Google, HP, Cisco və s.) VEM resurslarının 60-80 faizindən səmərəli istifadə olunur.

Tədqiqat işində bulud texnologiyalarının müasir vəziyyəti və inkişaf perspektivlərinin araşdırıldığı, kompyuter şəbəkələri əsasında paylanmış hesablama sistemlərinin təhlil edildiyi, bu texnologiyalar əsasında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamik paylanması üçün metod və alqoritmin təklif olunduğu nəzərə çatdırılıb.

İtaliyanın Toskana şəhərində “Mona Liza”nın villası 10 milyon avroya satışa çıxarılıb.

Bu barədə Trend İtaliyanın “The Local.it” qəzetinə istinadən xəbər verir.

Satışa çıxarılan villanın sahibi vaxtilə Leonardo da Vinçinin rəssam “Mona Liza”nı yaradarkən modeli olub.

Florensiyanın 5 kilometr yaxınlığında yerləşən villanın kiçik kilsə və limon meşəliyi daxil olmaqla geniş ərazisi var. Vaxtilə bu imarətə ipək taciri Françesko del Cokonda sahiblik edib. Deyilənə görə, onun həyat yoldaşı Liza Gerardini (1479-1542) görkəmli rəssama poza verib.

Rəssam qiymətsiz şedevri 1503-1506-cı illər ərzində çəkib. Bu illər ərzində L.Gerardininin həyat yoldaşı villanın sahibi olub.

axar.az1460754586mona_liza_150416

Payızda keçmiş İraq lideri Səddam Huseynin Bəsrə şəhərindəki sarayında İraq mədəniyyət tarixi muzeyi açılacaq.

National Geographic yazır ki, muzeyin dörd zalında İraqın Şumer, Babil, Assuriya və müsəlmanlıq dövrlərini əks etdirən eksponatlar sərgilənəcək.

İraqın nüfuzlu Bağdad muzeyi öz kolleksiyasından 3500-4000 əşyanı yeni muzeyə verəcək. Səddam Hüseynin sarayını muzeyə çevirmək layihəsinə ümumilikdə 3,4 milyon ABŞ dolaları xərclənəcək. Bu pulu indiki Bəsrə hakimiyyəti verəcək.

strateq.az

Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
SSRİ Ali Sovetinin 9 aprel 1961-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika Günü kimi elan olunub.
Bu günün keçirilməsinə səbəb isə 53 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.
Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib.
Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O “Mir” stansiyasında bir ildən çox- 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub.
Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb.(faxtxeber)
1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Google uzun bir süredir robotik teknolojiler kapsamında çalışmalar yürütüyordu. Bu süreçte Boston Dynamics, Redwood Politics, Industrial Perception, Meka Robotics, Holomini, Bot&Dolly firmalarıyla işbirliği içerisine de girmişti.

Android Authority’de yer alan haberde firma şimdi ise Japonya’nın başkenti Tokyo’da düzenlenen Yeni Ekonomi Zirvesi’nde iki ayaklı robot çözümünü tanıttı.

Tuhaf bir yürüyüş ve ürkütücü bir görüntüye sahip olan robot, izleyici yorumlarına bakıldığında şirketin başarısız robot projelerinden biri daha olacak gibi gözüküyor.

Robotun iki ayak üzerinde yürümesinin haricinde, kargo taşımacılığında kullanılacak bir taşıma kapasitesine sahip olduğu belirtiliyor.

Robot; gıda plakaları gibi küçük ve hafif maddelerin taşımacılığını gerçekleştirebiliyor. Tuhaf görüntüsünü oluşturan ayaklarının denge ağırlık merkezi yaratarak, sağlam bir robot deneyimi sunacağı ifade ediliyor.

Nitekim Google, bir süre öncesinde satın aldığı Boston Dynamics Robotları’nın satışını gerçekleştireceğini açıklamıştı.

Google; mobil, sürücüsüz otomobil, drone vb. farklı alanlarda çalışmalarda bulunmaya devam ediyor. “Ne yaparsan yap, en iyisini yap” sözü kapsamında, birden fazla alanda uzman olmanın zorluğu konusunda Google’dan tavsiye almak gerekir.

NASA-nın NEOWISE adlı avtomatik planetlərarası stansiyası Yerə yaxın göy cismlərini (YYO), yəni asteroidləri və kometləri araşdırır.

NEOWISE 2013-cü ildən bəri bu qəbildən olan 72 yeni göy cismini aşkar edib. Bunlardan səkkizi potensial olaraq təhlükəli asteroidlərdir, yəni onlar bir gün yerə çox yaxınlaşa, yaxud Yerlə toqquşa bilər.

NEOWISE bundan başqa alimlərə daha əvvəl yerdəki teleskopların aşkar etdiyi kosmik qayaları öyrənməyə kömək edir. O, teleskopların daha əvvəl aşkar etdiyi 439 belə obyekt haqqında yeni informasiya verib.

Kosmik qayalar da araşdırılır

NEOWISE-ın baş tədqiqatçısı Amy Mainzer deyir ki, bu obyektlərin diametri orta hesabla bir neçə yüz metrdir.

Əgər biz NEOWISE-ın aşkar etdiyi Yerə yaxın obyektləri və yerdəki teleskopların aşkar etdiyi obyektləri toplasaq bu həftəyə qədər 14246 YYO-nun tapıldığını görərik.

Bəs bu obyektlər yerə düşə bilərmi?

NASA-nın Yerə Yaxın Obyektlər proqramı bildirir ki, yaxın zamanda hər hansı böyük kosmik qayaların yerə düşməsi ehtimalı yoxdur.

Ancaq daha kiçik kosmik daşlar hiss olunmadan yerə düşə bilir. Məsələn, 2013-cü ilin fevralında Rusiyanın Çelyabinsk vilayətində gözlənilməyən bir meteorit səmada peyda olunmuş, sonra isə partlayaraq pəncərələri silkləmiş və yüzlərlə adama xəsarət yetirmişdi.

Atreoid Yer kürəsinə yaxınlaşsa…Bəs əgər biz iri bir asteroidin, yaxud kometin Yerlə toqquşacağını əvvəlcədən bilsək nə edə bilərik?

NASA deyir ki, biz onu nüvə silahı ilə vura bilərik. Ancaq diametri bir neçə yüz metrdən böyük olan təhlükəli asteroidləri parçalamaq cox vaxt həddindən artıqenerji tələb edir.

Astonomların sözlərinə görə, YYO-ları Günəş sistemindəki nəhəng planetlər öz orbitinə çkə bilir və beləcə onlar Yerin yaxınlığına gəlib çıxır.

Heç bir agentliyə Yerli qorumaq vəzifəsi verilməyib

NASA bdeyir ki, hər hansı təhlükəli asteroid aşkar olunduqda heç bir milli, yaxud beynəlxalq hökumət agentliyi onu dayandırmaq məsuliyyətini öz üzərinə götürmür. Heç bir agentliyə belə bir vəzifə verilməyib. NASA Yer üçün təhlükə yaradan asteroidlərin “istiqamətini dəyişmək” üzərində işləyir, ancaq bu missiyanın 2020-ci ildən tez işə düşməyəcəyi bildirilir.
NASA yeni asteroidləri tapmaq istəyən entuziastlar üçün “Asteroid Grand Challenge” adlı müsabiqə də keçirir. Bu sahə ilə maraqlanan alimlər layihəyə qatılmağa və mükafat qazanmağa dəvət edilirlər.

Kaliforniya Ştatında yanğın fonunda selfi çəkən ABŞ vətəndaşı 20 il həbs cəzası alıb və 60 milyon dollar məbləğində cərimə edilib.

Trend “Reuters”ə istinadən xəbər verir ki, Ueyn Allen Hantsman məhkəmədə meşə massivinin yandırılmasında və əmlakın məhv edilməsində günahı boynuna alıb. Əvvəl isə U.A.Hantsman yanğına aidiyyatından boyun qaçırıb.

U.A.Hantsman yanğından dərhal sonra meşədə iki tonqal arasında çəkdiyi videonu ona meşədən evakuasiya olmaq üçün yardım edən bir sürücüyə göstərib. Sürücü isə bu roliki telefonuna çəkərək polisə təqdim edib. Beləliklə, U.A.Hantsman polisin şübhələri altına düşüb və bir necə gündən sonra həbs edilib.

Qeyd edək ki, 2014-cı ildə Kaliforniyada baş vermiş yanğın son on illər ərzində ən ğüclü yanğınlardan olub. Yanğın 100 min akr ərazini əhatə edib. Fəlakət zamanı 12 yaşayış binası və 100 tikili məhv olub. Yanğının söndürülməsinə 1 aya yaxın vaxt sərf edilib.

XƏBƏR LENTİ