Bazar Ertəsi, Yanvar 23, 2017
Müsabiqələr

Azərbaycanda ilk dəfə qeyri-adi, bununla bərabər çox kreativ bir yarış keçirilir – Velo-Polo. Bu layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri-adi tərzdə qədim Azərbaycanda yaranmış olan Çovqan-Polo oyunu ilə bağlı məlumatlandırmaq, bu oyun üzrə yarışma təşkil etməkdən ibarətdir. Burada yarışmaya müasirlik qatan – yarışda atların əvəzinə velosipedlərin istifadəsidir. Yəni iştirakçılar at əvəzinə velosipedlərlə təchiz olunmuş, olimpiya sistemi üzrə yarışmada iştirak edir və bütün iştirakçılar bol əylənməklə bərabər Polo oyunu ilə yaxından tanış olaraq bu oyunu bilavasitə oynamaq imkanı əldə etdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Universitetlərarası Müasir Polo Yarışı” layihəsi çərçivəsində Bakı şəhərində universitet tələbələri arasında müasir üslubda polo (çovqan) yarışı keçiriləcək. Yarış velosiped üzərində və əlində dəyənək ilə topu qarşı rəqibin qapısına atmaqdan ibarətdir.
8 komanda arasında keçiriləcək oyunların nəticəsində bir komanda qalib seçiləcək, yarış olimpiya sistemi üzrə keçəcək.

Turnirlərdə iştirak etmək üçün qeydiyyatdan 1 komanda olaraq ( eyni universitetin 4 tələbəsi 1 komanda təşkil edir ) keçmək mütləqdir. İlk qeydiyyatdan keçən komandalar layihədə iştirak haqqı qazanacaqlar.

Qeydiyyat üçün komanda iştirakçılarının
– ad və soyadlarını
– təhsil aldıqları universitetin adını
– tələbə bileti və şəxsiyyət vəsiqələrinin scan versiyalarını
– əlaqə vasitələrini (mob, e-mail)
qeyd edib 1 mail şəklində “Universitetlərarası Müasir Polo Yarışı” başlığı altında haciliorxan92@gmail.com ünvanına göndərmələri xahiş olunur.

Yarışma 17 yanvar 2016-cı saat 12:00-da Şıxovda yerləşən Veloparkda baş tutacaq. Hər birinizi layihədə tamaşaçı və ya iştirakçı olaraq iştirak etməyə dəvət edirik.

Əlavə Məlumat üçün:

Orxan Hacılı:
WhatsApp: (+994)55-590-27-54
Mob: (+994)55-227-78-98
Mail: xtremeproaz@gmail.com

12511639_1042088245853836_376612197_n

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bərpa olunan enerji mənbələrindən istifadənin təbliği” adlı layihənin icrası çərçivəsində

“Ən yaxşı banner” müsabiqəsi elan edilir.

Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AZGÜNTEX günəş modulları zavodu, Azərbaycan Texniki Universiteti və 239 saylı orta məktəbin təşkilati dəstəyi ilə “Bərpa olunan enerji mənbələrindən istifadənin təbliği” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrindən istifadəni təbliğ etmək və gənclər arasında bu sahəyə marağın artırılmasıdır. Layihə çərçivəsində ATU-da və 239 saylı orta məktəbdə seminarlar, AzGünTex günəş modulları zavoduna və Qobustan Hibrid Elektrik Stansiyası və Eksperimental Poliqonuna  ekskursiyalar təşkil olunmuşdur. Layihənin növbəti mərhələsində bərpa olunan enerji mənbələri (BOEM) mövzusunda banner müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün bərpa olunan enerji mənbələri (BOEM) mövzusunda maarifləndirici banner hazırlanmalıdır. Banner BOEM ilə əlaqəli istənilən mövzunu əhatə edə bilər (ətraf mühit məsələləri, ekologiya, enerji təhlükəsizliyi, iqtisadi səmərəlilik və s.). Bannerlər elektron formada (jpeg) aşağıdakı email ünvanına göndərilməlidir. Bannerlərin qəbulu üçün son tarix 28 noyabrdır. İlk 3 yeri tutan qaliblər mükafatlandırılacaq.

Qaliblər aşağıdakı meyarlara əsasən müəyyən ediləcək:

İdeyanın orijinallığı

                   Mövzunu əhatə etmə dərəcəsi

                   Bannerin dizayn və tərtibat keyfiyyəti

Qaliblərin elanı və mükafatlandırılması mərasimi 30 noyabr tarixində Azərbaycan Texniki Universitetinin 301 saylı auditoriyasında keçiriləcəkdir.

Bannerlərin göndərilməsi və məlumat üçün fuadhasanov@yahoo.com ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

DSC_0030

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə 21 noyabr 2015-ci il, saat 10:30-da “Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan Coğrafiyası” adlı Coğrafiya fənni üzrə olimpiada keçiriləcək.

Layihə 2 turdan ibarət olacaq, Olimpiadanın birinci turu daxili olimpiada olacaq və orada ən yaxşı nəticə göstərən 12 tələbədən 2 komanda formalaşacaq, hansıki Akademiyamızı finalda təmsil edib dəyərli hədiyyələr qazanacaq!

Qeydiyyatdan keçmək üçün formu doldurmağınız tələb olunur:http://goo.gl/forms/vPPIz4i58z
Əlavə məlumat üçün:
Elvin Şahsuvarlı – 0503519033 (DİATGT sədri)

Qeyd: Olimpiadada yalnız Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edə bilər!

Səmti müəyyən etməyə hazırsız?

Açıq Ölkə Çempionatına start veriləcək

Cari ilin 7-8 noyabr tarixlərində səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcəkdir. Belə ki, Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonun Nabran (Xəzər turist bazası) meşə zolaqlarında keçirilməsi planlaşdırılan yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilərlər.

Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil ediləcək çempionatda yarış iştirakçıları “Elit”, “Open” və azyaşlı iştirakçıların qeydiyyatından asılı olaraq “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə mübarizə aparacaqlar.

QEYD: “Open” kateqoriyasında yalnız fərdi şəkildə iştirak etmək mümkündür. Komanda şəklində iştirak etmək üçün “Elit” kateqoriyasından qeydiyyatdan keçmək vacibdir.

Qeydiyyatdan keçməyənlər burada ərizəni doldura bilər –
https://docs.google.com/…/1Uzrxy6VR18XuVXexARpkYhk…/viewform

YARIŞ HAQQINDA ətraflı məlumatı isə buradan oxuya bilərsiniz –
http://smef.az/Xeberler_2/Bulleten-AZE_2015OC-B.pdf

AÇIQ ÖLKƏ ÇEMPİONATININ 1/2 saylı BÜLLETENİ

Yüklə: http://smef.az/Xeberler_2/Bulleten-AZE_2015OC-B.pdf

Yarışın əsasnaməsi: http://smef.az/Xeberler_2/esasname2015aoc.pdf

Fərdi iştirakçılar üçün qeydiyyat: https://docs.google.com/…/1Uzrxy6VR18XuVXexARpkYhk…/viewform

Komanda (syaca birden çox idmançısı olan klublar üçün) şəklində iştirak etmək üçün qeydiyyat forması: http://smef.az/Xeberler_2/Sifaris-2015oc.doc

Facebook eventi: https://www.facebook.com/events/491772354324824/

12188220_937977696296459_4034689816160358153_o

Tələbələr üçün Ümumrespublika inşa müsabiqəsi keçirilir

“Gələcək nəsillərlə üz-üzə” 6-cı Ümumrespublika İnşa Müsabiqəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) ilə birlikdə cari tədris ilində ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında 6-cı Ümumrespublika İnşa Müsabiqəsi keçirir.
Müsabiqəyə təqdim ediləcək inşa yazıları Minilliyin layihəsinin 15 qlobal çağırışlarına uyğun 15 mövzunu əhatə edir. Müsabiqədə tələbələrin iştirakı könüllüdür və mövzu seçimi aşağıda qeyd olunan çağırışlar çərçivəsində sərbəstdir.
1. Hər kəs üçün mümkün olan dayanıqlı inkişaf;
2. Hər kəs üçün, münaqişəsiz, kifayət qədər təmiz su;
3. Əhalinin artımının mövcud olan resurslarla balansa gətirilməsi;
4. Demokratiyanın yayılması;
5. Qlobal uzaqgörənlik və qərar qəbul edilməsi;
6. İKT-nin qlobal konvengensiyası;
7. Cəmiyyətdə mülkiyyətlə bağlı təbəqələşmə;
8. Sağlamlığa təhlükə;
9. Təhsil;
10. Dünya və münaqişə;
11. Qadınların statusu;
12. Transmilli cinayətkarlıq;
13. Enerji;
14. Elm və texnologiya;
15. Qlobal etika
İnşa yazıları 15 yanvar 2016-ci il saat 18.00-dək info@galacaknasillar.az elektron ünvanına, yaxud Azərbaycan Futuroloqlar Cəmiyyətinin poçt ünvanına (AZ-1001, Bakı şəhəri, V. Məmmədov küçəsi 10/12, Old Caspian Business Center) göndərilməlidir. Müsabiqənin rəsmi internet saytı www.galacaknasillar.az-dır.
“Gələcək nəsillərlə üz-üzə” 6-cı Ümumrespublika İnşa Müsabiqəsinin təlimatı ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz. Burada müsabiqənin məqsədi, inşa yazılarına qoyulan tələblər, qiymətləndirmə, mükafatladırmaya dair məlumatlar öz əksini tapıb.
http:// www.galacaknasillar.az/ ?s=telimat

 

Azəri Gənclər Alyansı jurnalistlər üçün müsabiqə elan edir

Azəri Gənclər Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqə elan edir.
“Qadın və seçki” mövzusunda araşdırma aparan jurnalistlər qadınların siyasi iştirakçılığı, seçkili orqanlarda təmsil olunan lider qadınların fəaliyyəti mövzusunda müxtəlif janrlarda yazılarını müsabiqəyə təqdim edə bilərlər.
Müsabiqəyə oktyabrın 16-dan noyabrın 10-dək dövrədək yazılı və elektron KİV-lərdə dərc edilən yazılar qəbul ediləcək.
Müsabiqədə gender balansını qorumaq məqsədilə 2 birinci, 2 ikinci və 2 üçüncü yerlərin qalibləri (hər birində kişi və qadın olmaqla) mükafatlandırılacaq. Ən yaxşı yazılara görə birinci yerlərə 100 AZN, ikinci yerlərə 70 AZN, üçüncü yerlərə 50 AZN pul mükafatları və müvafiq diplomlar veriləcəkdir.
Məqalələrin sonunda Azəri Gənclər Alyansınin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsinə təqdim edilmək üçün sözləri yazılmalı və sevdamemmedli@yaho.com e-mail ünvanına göndərilməlidir.
Azəri Gənclər Alyansı İctimai

 

Qeyri-hüquq ixtisaslı gənclərarası “Konstitusiya” birinciliyi layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə, ATGTİ “Hüquq” işçi qrupunun və DİA Vətənpərvərlik Klubunun təşkilati dəstəyi ilə həyata keçirilir.
Layihə hüquq təhsili olmayan tələbələrə Respublikanın əsas qanunu- Konstitusiya haqda olan biliklərini sərgiləmək və artırmaq şansı verəcəkdir. Test tapşırıqlarına əsaslanaraq müsabiqə formasında keçiriləcək layihə “Nəzəri Konstitusiya” və kreativliyi ilə seçilən “Rəqəmsal Konstitusiya” olmaqla 2 mərhələdə həyata keçiriləcəkdir. I mərhələdə ən yüksək nəticə göstərən 20 iştirakçı II mərhələyə buraxılacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
LAYİHƏNİN TƏQVİMİ:
31 oktyabr – “Nəzəri Konstitusiya” (50 sual/1saat)
7 noyabr – “Rəqəmsal Konstitusiya” (20 sual/30 dq)
QEYDİYYAT LİNKİ: http://goo.gl/forms/SK9UuM7yUn
LAYİHƏ RƏHBƏRİ: İsmixan Süleymanlı
HƏR KƏS İŞTİRAK EDƏ BİLƏR!

26-27 noyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Təhsil Nazirliyinin himayəsi ilə “Dil-karyeraya gedən yol” mövzusunda II Ümumrespublika universitetləri arasında tələbə müsabiqəsi keçiriləcək. Müsabiqə zamanı tələbələr mövzu ilə əlaqədar ingilis dilində təqdimatlar hazırlayaraq münsiflər heyətinə təqdim etməlidirlər. Tələbələr müsabiqədə fərdi və komanda şəkilində iştirak edə bilərlər.

Qaliblərə aşağıdakı mükafatlar veriləcək:

I yer noutbuk
II yer planşet
III yer mobil telefon

dil

 

Əziz gənclər,

ELSA Azərbaycan ən genişmiqyaslı tədbirlərindən olan ELSA Day çərçivəsində “Gender bərabərliyi” mövzusunda qısametrajlı film müsaqibəsi elan edir. Layihə iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə gender bərabərliyi və layihə barədə informasiya xarakterli təlim keçiriləcək. İkinci mərhələdə isə filmlərin nümayişi olacaq və münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.

-Film üçün tələblər:
Videoçarxlar film və ya animasiya formatında 5 dəqiqədən çox olmamaq şərti ilə təqdim oluna bilər.
Münsiflər tərəfindən seçilən qaliblər mükafatlandirilacaq, sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
1-ci yer : 300 manat
2-ci yer : 200 manat
3-cü yer : 100manat

Qalib olan iştirakçının filmi Avropanın müxtəlif ölkələrindən olan 500dən artıq hüquqşünas tələbələrin iştirak etdiyi Beynəlxalq Şura Toplantısında nümayiş olunacaq.

Təqdim olunan filmlərin müəllif hüquqları ELSA Azərbaycana məxsus olacaqdır.

Müsaqibədə iştirak etmək istəyən şəxslər asağıdakı linkdə qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi: 29 oktyabr

Qeydiyyat linki: http://goo.gl/forms/pa5iQe2wCE

Parlaq Zəkanın III mövsümünün II seçim turuna START veririk.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyirsiniz?

Bu şansı Sizə Parlaq Zəka verilişi təqdim edir!!!

Verilişimizin qalibləri 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazancaqlar.

Beləliklə, YAZILI SEÇİM TURU Oktyabr ayının 18-də, saat 14:30-da Azərbaycan Universitetində keçiriləcəkdir.

Qeydiyyatdan keçmək üçün bu linki doldurmağınız lazımdır.*

http://goo.gl/forms/OJwTCtEOkO

*Qeydiyyat linkini yalnız Azərbaycan hərfləri ilə doldurmağınız, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etməyiniz vacibdir. Elektron poçt ünvanınızı DƏQİQ göstərin.

Qeydiyat bitdikdən sonra qeydiyyata alındığınız haqqında məlumat sizin elektron poçt ünvanınıza göndəriləcək.

**Yazılı seçim turu və müsahibədən uğurla keçsəniz sizlərə çəkilişlərdə oynanılacaq mövzular təqdim olunacaq.

Yeri gəlmişkən çəkilişlərimiz Şəmkir şəhərində keçirilir.

Qeydiyyatın bitmə tarixi: 16.10.2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda “IE Venture Day” Beynəlxalq Startap Müsabiqəsi keçiriləcək.
Qeyd edək ki, dekabrın 3-də təşkil ediləcək tədbirdə yerli və beynəlxalq startapçılar iştirak edəcək.

Dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda  Azərbaycanda baş tutacaq. İştirak edən startaplar öz bizneslərini startap sahəsi üzrə ekspertləri, vençur kapitalistləri və investorları özündə birləşdirən münsif  heyəti qarşısında təqdim edəcəklər. Seçilmiş on finalçı mükafatlar üçün mübarizə aparmaq məqsədilə “Venture Day Baku” tədbirində ideyalarını təqdim etmək üçün Bakıya dəvət ediləcək (gediş-gəliş haqqı qarşılanacaq).

Komandanın bir üzvünün 10 finalçıdan biri üçün “Venture Day” Madrid tədbirində iştirakı və gediş-gəliş haqqının qarşılanması, İE Biznes Məktəbində “Executive Education” proqramının istənilən kursu üzrə 100 faiz təqaüd, pulsuz ofis ərazisi təqdim olunmaqla partnyorların birgə işləmə sahələrində (co-working spaces) 3 ay inkubasiya,  “İE Venture Lab” tərəfindən mentorluq xidməti nəzərdə tutulur.

“İE Venture Day Baku” tədbiri üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Futbol oynamağı sevirsən?
Onda Red Bull Winning 5 unikal futbol yarışında iştirak etmək şansını qaçırma!

Beş nəfərlik komanda yığ, öz şəhərində seçim turuna qeydiyyatdan keç və dünya finalına səfəri udmaq şansını əldə et.

Qeydiyyat – redbull.az/winning5

Oyunun qaydaları:
İki komanda, beş beşə (5×5), qapıçılarsız, 2 x 1 metr ölçülü qapılarla, 14 x 27 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandasından bir oyunçunu uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına, və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçuların sayı ən çox qaldığı komanda qalib gəlir. Oyunçuların yaş məhdudiyyəti: 16-24 yaş.

Seçim turları:
Quba – 14 oktyabr – Olimpiya İdman Kompleksi
Şəki – 17 oktyabr – Şəhər Stadionu
Gəncə – 18 oktyabr – Şəhər stadionunun kiçik meydançası
Lənkəran – 21 oktyabr – UGIM stadionu
Sumqayıt – 24 oktyabr – Kapital Bank Arena
Bakı – 25 oktyabr – Tofiq Bəhramov adına Respublika Stadionunun Məşq meydançası

Red Bull Winning 5 Azerbaijan finalı 1 noyabrda Bakıda Bayıl Arenada keçəcək.

Əlavə məlumat üçün redbull.az/winning5 linkinə keç və ya 012 491 80 85 nömrəsinə zəng et.

12107275_1037199516325176_2542593592444646011_n

“Azərbaycan” İntellektual Oyunlar Klubunun təşkilati dəstəyilə respublikanın ali təhsil müəssisələri arasında keçirilən sinxron çempionat növbəti mövsümdən “Qafqaz Universiteti İntellektual Oyunlar klubu”nun təşkilatçılığı ilə Qafqaz Universitetində. Sinxron turnir hər şənbə günləri saat 12:00’da Qafqaz Universitetinin İqtisad binasının akt zalında(3cü mərtəbə) keçiriləcəkdir. Oyunlarda iştirak etmək üçün ən azı 4, ən çoxu 6 nəfərlik komanda toplayıb qeydiyyatdan keçmək lazımdır. Yarış yalnız Qafqaz Universiteti tələbələri üçündür.
Qeydiyyat linki: http://goo.gl/forms/BjhWmysLn8
behruzaydnl@gmail.com

12122741_953765001347978_8683806435784785737_n

Əziz UNEC tələbələri!

Sizi “İqtisadçı Gənclər Akademiyası” İB-nin təşkilatçılığı, “Gənclərin İntellektual İnkişaf ” Mərkəzinin dəstəyi, “Reduco” Tədris Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək ” I UNEC İntellektual Sinxron Çempionatı”na dəvət edirik. 10,12,13 oktyabr tarixlərində baş tutacaq silsiləvi yarışda, 1-ci yarış günü NHN (Nə? Harda? Nə zaman?), 2-ci yarış günü Breyn Ring, 3-cü final günündə isə Xəmsə oyunu keçiriləcək. İlk yarış günündə (NHN) 16-lığa düşən komandalar, 2-ci yarışa (Breyn Ring) vəsiqə qazanacaq. 2-ci yarışda 8-liyə düşən komanda isə final oyununa (Xəmsə) vəsiqə qazanacaq və komandalar arasında 1-cilik uğrunda mübarizə aparılacaq. Bütün iştirakçılara Sertifikat, 2-ci və 3-cü yerlərə çıxan komandaların üzvlərinə medal və diplom, qalib gələn komandaya isə Kubok, medal, diplom və dəyərli hədiyyələr təqdim olunacaq.

FİNAL MƏRHƏLƏSİNƏ keçən 8 komanda universitetlər arası çempionata göndəriləcək.

İştirak etmək üçün sadəcə qeydiyyat formasını doldurmağınız kifayətdir qeydiyyat linki aşağıdakıdı. Qeydiyyatdan komanda olaraq keçməlisiz. 25 komanda qeydə alındıqdan sonra qeydiyyat bağlanacaq. Onuda qeyd edək ki, oyun bütün avadanlıqlarla təmin olunacaq( Breyn Ring və Xəmsə aparatları). Yarışlar müddətində Coffe break də veriləcək. Çempionatda yalnız UNEC-in tələbələri iştirak edə bilər.

12115836_1502879223363393_6813556476781806626_n

XƏBƏR LENTİ