Bazar Ertəsi, Yanvar 23, 2017
Pulsuz

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçiriləcək.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə daxil olmuş və dinc əhaliyə divan tutmuşdur. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalq kütləvi terrora məruz qalmış, yüzlərlə günahsız insan qətlə yetirilmiş və yaralanmışdır.
 
Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci və Maarifçilik Akademiyası ilə birgə təşkil olunmuş sərgidə həmin təhsil ocaqların tələbələrinin və yaşlı nəsil rəssamların 20 Yanvar faciəsini əks etdirən 40-a yaxın əsərləri nümayiş olunacaq.
 
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimovun, 20 Yanvar şəhidi Nüsrət Yaqubovun həyat yoldaşı Dilşad Yaqubovanın çıxışları və Azərbaycan Respublikası Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiyanın nümayişi nəzərdə tutlub.
 
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Maarifçilik Akademiyasının tələbələri, rəssamlar, Sərhəd Qoşunların, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
 
Qeyd edək ki, sərgi-tədbir 18 yanvar saat 12:00-da keçiriləcək.

Əziz və hörmətli tələbələr və IELTS imtahanı vermək istəyən namizədlər, nəzərinizə çatdırırıqki British Centre ingilis dili mərkəzi Azərbaycanda ilk dəfə IELTS onlayn sınaq imtahanı sistemi yaratmışdır. IELTS sınaq imtahanında iştirak etmək üçün daha tələbələr hər hansı bir müəsisəyə ödəniş etmədən və fiziki olaraq getmədən British Centre vebsaytına daxil olmaqla ödənişsiz onlayn IELTS sınaq imtahanını verə bilər. Vebsaytda oxumaq və dinləmə sistemi yer almaqdadır və irəliləyən günlərdə dahada təkminləşdirilməsi gözlənilir.

İELTS sınaq imtahanını vermək üçün bu linkə daxil ola bilərsiniz http://www.britishcentre.az/ielts-onlinetest 

Qeyd və şərtlər.

  • Oxu bölməsi (Reading)3 akademik mövzulu mətnlərdən ibarətdir. Ümumi 40 sualdan və müxtəlif növ çalışmalardan ibarətdir. İmtahan 60 dəqiqə ərzində keçiriləcəkdir.
  • Dinləmə bölməsi (Listening)4 hissədən ibarətdir. Hər hissədən öncə danışan və mövzu ilə bağlı qısa məlumat eşidəcəksiniz. Hər bölmə yalnız bir dəfə səsləndiriləcək. İmtahan 40 dəqiqə ərzində keçiriləcəkdir.
  • Məqsəd verilmiş sualları qeyd edilmiş zaman çərçivəsində tamamlamaqdır.

İB Club və Azərbaycan Dövlət İqtisad Universiteti təqdim edir!
Kəpənək Effekti – Maliyyə Savadlılığı
IB Club Edvard Lorenzin “Kəpənək Effekti” teoremini Azərbaycan Gənclərinin inkişafı məqsədilə Azərbaycana gətirib. “Kəpənək Effekti” Peşəkarlar tərəfindən Biznes, Karyera və eləcə də digər mövzularda bir gün ərzində keçirilən mövzulardan ibarətdir. Aktual, öyrənilməsi çətin, öyrənilməsi zəruri sahələr, məlumatlar və bilgilər “Kəpənək Effekti”-nin işinə aiddir. “Kəpənək Effekti” il ərzində bir neçə dəfə keçirilməklə, öyrədir, dünya görüşü verir, istiqamətləndirir. “Kəpənək Effekti” bu gün gələcəyə qoyulan investisiyadır.
Ardıcıl olaraq 6-cı “Kəpənək Effekti” layihəsi Maliyyə savadlılığı mövzusunda baş tutacaq. Layihə çərçivəsində əsas müzakirə olunacaq mövzular nağdsız ödənişlər, böhran dövründə ailə büdcəsinin düzgün planlaşdırılması, düzgün kredit siyasətidir. Eyni zamanda gənclər üçün faydalı ola biləcək bir neçə gənc mütəxəssis öz sahəsi üzrə uğur təcrübəsini auditoriya ilə bölüşəcək.
Bəs “Kəpənək Effekti”-in iştirakçısı necə ola bilərik?
“Kəpənək Effekti” layihəsində iştirak sayı limitlidir. Layihədə YALNIZ seçimlər əsasında seçilmiş “IB Club” üzvləri və tələbələr, eləcə də xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq.
İştirak tamamilə ÖDƏNİŞSİZDİR.
Seçim istək məktubu əsasında aparılır. Layihədə iştirak üçün aşağıdakı istək formunu doldurmaq lazımdır: http://goo.gl/forms/EBUROz151y
Qeyd: sonuncu suala ətraflı cavab yazmağınız lazımdır.
İstək məktublarının göndərilməsi üçün son tarix 06.04.2016-dir.
Adları açıqlanmış şəxslər dəvətnamələrini 07.04.2016 tarixinə qədər ofisimizə yaxınlaşaraq götürə bilər.
Kəpənək Effekti bir “IB Club” məhsuludur.
Daha Ətraflı:
Tel: 012 4803461, 055 2384008
Ünvan: Həsən Abdullayev 3A (İçərişəhər metrosu, Axundov bağının yanı)

Əziz Gənclər!
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi “GƏNCƏ 2016 Avropa Gənclər Paytaxtı”nda gənclərin könüllülük forumu layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 2016-cı ildə Gəncə şəhərində keçiriləcək layihələr haqqında ətraflı məlumat vermək, həyata keçiriləcək layihələrdə gənclərin könüllü kimi yaxından iştirak etməsini təmin etməkdir. Foruma iştirakçıların seçimi 2 mərhələdə (elektron qeydiyyat və müsahibə) həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif görüşlər və təlimlərin keçirilməsi planlaşdırılır.
Qeydiyyat linki: https://goo.gl/WN7FT3

Next Tuition Centre növbəti ÖDƏNİŞSİZ seminarını elan edir!

Seminarın adı: “Gənclərin şəxsiyyət kimi formalaşmasında
cəmiyyətin və ailənin rolu”

Təlimçi : Zenfira Mustafayeva
Peşəkar müəllimə,
Qadın Təşəbüsü və Sosial Problemlerin Həllinə Yardım İB-rəhbəri

Daha ətraflı məlumat üçün:
https://www.linkedin.com/in/zenfira-mustafayeva-44371575

Seminar haqqında məlumat:

Tarix: 03 Aprel 2016 (Bazar günü)
Saat: 14:00 – 16:00

Qeydiyyatdan keçmək üçün mail və ya nömrəyə:
Ad / Soyad / Əlaqə nömrəsi / Email ünvan qeyd etmək kifayətdir.

Ünvan:Sumqayıt ş. Sülh Plaza 4-cü mərtəbə,otaq № 408,
(Mərkəzi Avtovağzalın yanı)

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: 070 207 37 67
Email: office@hmd.az

Aprel ayının ikisi bütün dünyada Arduino / Genuinonun yaranması ilə bağlı 70-dən artıq ölkədə 350-dən artıq tədbir keçiriləcək. Bu tədbirlərdən biri ilk dəfə olaraq Azərbaycanda Nodex klubun təşkilatçılığı , İKT-nin rəhbərliyi ilə Qafqaz universitetində keçiriləcək. Tədbir əvvəlcə seminar sonra isə Genuino platforması üzərində qurulmuş cihazların sərgisi ilə davam edəcək. Hərbiriniz dəvətlisiniz.

2 aprel 10:00

Qeydiyyat üçün link: tədbirin qeydiyyatı

Əməkdar İncəsənət Xadimi Professor Tərlan Seyidovun Fortepiano Sinfinin Tələbələrinin KONSERTİ.
İfa edirlər:
Beynəlхalq və Respublika Laureatları:
Anna Biryukova, Nigar Hüseynzadə, Tutu Məmmədli, Tamara Xəlilova,

BMA – nın Məktəb – Studiyasının şagirdi
Rəbiyə Gözəlova.

Program:
J.Haydn – Sonata e moll
Ludwig van Beethoven – Sonata no.8 c moll ( “Pathetique”)
L. Beethoven – Sonata no.21 C dur ( “Aurora”)
J. Brams – Rapsodi g moll
I.Moscheles – etude es moll
F. Liszt – Etude Es dur
F. Chopin – Sonata no.3 h moll
S. Prokofiev – Sonata no.2 d moll
G.Garayev – Sonatina a moll

Ətraflı məlumat üçün bura daxil olun.

Next Tuition Centre növbəti ÖDƏNİŞSİZ seminarını elan edir!
Seminarın adı: “Əsas İKT sahələri və iş imkanları”

Təlimçi : Anar Xocayev

Qafqaz Universiteti Kompüter mühəndisliyi müəllimi.
Oracle Academyi-nin rəsmi Java və Oracle Database (SQL) üzrə rəsmi traineri. 5 illik pedoqoji və praktiki təcrübə.
Bildiyi proqramlaşdırma texnologiyaları: C/C++, Java SE7, C#. Veb texnologiyalar: HTML, CSS, AJAX, JavaScript, JSP,PHP. Verilənlər bazası üzrə Oracle, MySQL. MS SQLServer.

Seminar haqqında məlumat:
Tarix: 27 Mart 2016 (Bazar günü)
Saat: 14:00 – 16:00
Ünvan:Sumqayıt ş. Sülh Plaza 4-cü mərtəbə
(Mərkəzi Avtovağzalın yanı)

Qeydiyyatdan keçmək üçün soffice@hmd.az mailinə :

Ad / Soyad / Əlaqə nömrəsi / Email ünvan qeyd etmək kifayətdir.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: 070 207 37 67
Email: office@hmd.az

İçərişəhər və Qala qoruqlarında “Novruz – Bahar Festivalı”
Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin Novruz bayramı həm də ölkəmizdə baharın gəlişini müjdələyir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub. Belə ki, cari ilin mart ayının 20-si və 21-də İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçiriləcəkdir.
Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaqdır. “Meydan Bazarında” ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaqdır.
Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcəkdir.
“Novruz – Bahar Festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində (Böyük Qala küçəsi, 19 və Kiçik Qala küçəsi, 13 ünvanlarında) “master-klass”lar təşkil olunacaqdır.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçiriləcəkdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə qonaqlar rəngarəng konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumağı kimi tədbirlərdə iştirak edə biləcəklər. Tədbir zamanı qonaqlar həmçinin müxtəlif ölkənin mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, suvenirlər, açıqcalar, milli mətbəx nümunələri ilə tanış ola, Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biləcəklər. Müxtəlif xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar yaşadığımız “Multikulturalizm ili”nə töhfə vermiş olacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını “Novruz – Bahar Festivalı” şənliklərində iştirak etməyə dəvət edir.

Müəllim olmaq istəyən hər kəs üçün bu imkan!

28.02.2016 tarixində saat 14:00-da EDU Company tədris mərkəzində müəllimlərin işə qəbulu üzrə seminar keçiriləcək. Seminarda peşəkar müəllimlərimiz sizlərə məntiq və kurikuluma hazırlaşmağın ən səmərəli yollarından danışacaq. Eyni zamanda sizi maraqlandıran bütün suallara da cavab tapa biləcəksiniz. Qeyd: Seminar ödənişsizdir . Seminarda yalnız qeydiyyatdan keçənlər iştirak edə biləcək. Aşağıdakı link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz. http://goo.gl/forms/YgISIHCLhs

Ünvan: Ünvan: Elmlər m/st çıxışı, BDU-nun arxası, Mətbuat prospekti 31, OFKO göz klinikasının yanı Əlaqə nömrələri: (012) 510-06-81 (077) 412-12-02 (055) 323-47-15

IB Club Gənclərin İnkişaf Mərkəzi SUMQAYITA “Gənc Sahibkarlar Forumu”nu gətirir!
İlk dəfə Bakıda böyük marağa səbəb olan Forum bu dəfə Sumqayıt gənclərinə faydalı olacaq!

Gənc Sahibkarlar Forumu nədir?
Bu forum biznes sahəsində uzun illərdir təcrübəsi olan, yeni biznes quranlar, startup layihələr reallaşdıran, biznes inkubatorları, kredit verən təşkilatlar, iqtisadi təhsil verən elm ocaqlar, konsultantlar və təlimçilər üçün ideal bir məkandır. Layihə ərzində adları çəkilən şəxslər öz təcrübə və biliklərini, rastlaşdıqları problem və həlli yollarını öz həmkar və yoldaşlarına bölüşəcəklər.

Forumda Siz:

Gənc Sahibkarlarımızı tanıyacaqsınız;
Onların keçdikləri yolu, qazandıqları təcrübələri mənimsəyəcəksiniz;
Sahibkarlıq üçün düşünməyin kifayət olmadığını bilib icraata keçəcəksiniz.
Və Azərbaycan reallığında öz Biznesinizi necə reallaşdıracağınız haqqında real keysləri bilmiş olacaqsınız.

Gənc Sahibkarlarımızın təcrübələrindən yararlanın!
Qeydiyyat üçün:
http://goo.gl/forms/JuRHxcrv05

Əlaqə Vasitələri: (055) 238-40-03
(055) 238-40-08
(012) 480-34-61
gencsahibkarlarforumu@gmail.com

Əziz dostlar hamınız dəvətlisiz
Sizi Central Park hotelində “Elm, din və tərəqqi” mövzusunda keçiriləcək seminara dəvət edirik.
Tarix və saat: 21 Fevral, həftənin bazar günü, saat: 14:00.
Saat 13:00-dan etibarən qeydiyyat başlayır. Iştirakçılardan xahiş edirik ki, saat 13:30-dan gec olmayaraq tədbirin keçiriləcəyi məkanda qeydiyyatdan keçərək öz yerlərini tutsunlar.
Media dəstəyi: Kana12 televiziyası
Qeyd: iştirak etmək istəyən xanımlar Arzu Hesenova , bəylər isə
Меджидли Абдул-Меджид-lə müraciət edə bilərlər.

Bugünə qədər göstərdiyi fəaliyyət və xidmətlərlə gənclərin daim yanında olan Akademi

Group Təhsil Mərkəzi 2 Fevral Gənclər günü münasibəti ilə silsilə seminarlar keçirəcək.

Belə ki, 4-5-6 fevral tarixlərində Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən

gənclərin şəxsi inkişafı və iş dünyasına adaptasiyası kimi mövzularda ödənişsiz

seminarlar təşkil olunacaq.

Üç gün ərzində təşkil olunacaq 4 seminarın hər birində iştirak ödənişsizdir.

Seminarda iştirak üçün qeydiyyatdan keçmək tələb olunur.

Seminar mövzuları və qeydiyyat aşağıdakı linklərdədir.

Seminarlar Xəzər Universitetində baş tutacaq.

4 fevral 14.00
5 fevral 11.00 ve 14.00 
6 fevral 14.00

4 Fevral – Məqsəd Qoyma, Hədəf Təyin Etmə və Planlama

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1dJOA_uMDivyu88VxXfvTle-

S6TLi_SugvULi_8mrjK0/viewform

5 Fevral – İqtisadi böhran dönəmlərində şirkət idarəçilərinin və çalışanlarının

motivasiyası

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1ePE1RxUOibP0bFfZO0pRzS8cDewDxk53XKQ0ofK-

0V8/viewform

5 Fevral – Depressiya: Səbələri və çıxış yolları

https://docs.google.com/forms/d/1qCnpX_vowEjdE3PRVtTk8VsUbWM-

sAntosGyH3V6trY/viewform

6 Fevral – Parlaq Bir Gələcək Üçün İxtisas Seçimi və Kariyera Planlaması (Abituriyentlər

və tələbələr üçün)

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1ocQTZRN9RI6lZxSjQfg8LFDYO4yGZfQCodXaVaC

ni1k/viewform

Bunlardan əlavə Akademi Group 22-28 fevral tarixlərində xeyriyyə məqsədli 2 seminar

daha keçirəcək və bununla bağlı ətraflı məlumat ictimaiyyətə veriləcəkdir.

“ASAN School” könüllülük proqramının karyera mərkəzi “ASAN Kadr” və “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə START verdik!

“İşgüzar gənclik” layihəsi sayəsində “ASAN Könüllüləri” və “Bakı 2015” İlk Avropa Oyunlarının könüllüləri seçdikləri sahə üzrə bir sıra təlim və seminarlarda iştirak etdikdən sonda “TURİZM” sahəsi üzrə işlə təmin olunma şansı qazanacaqlar.

Müraciət etmək üçün buradan istifadə edə bilərsiniz.
Son müraciət tarixi: 31.01.2016/00:00

İsdəyiniz sahənin açıqlamalarını aşağıda oxuya bilərsiniz:

Oteldə konsiyerj
Lüks həyat tərzi sahəsində xidmətlərin göstərilməsi, məlumatları qonaqlara çatdırır, müxtəlif nəqliyyat biletlərinin sifarişlərini, ekskursiya, əyləncə və digər xidmətləri qonaqlara təqdim edir, məsləhət verir, təşkil edir, xidmət göstərir, eləcə də yüklərin çatdırılmasına nəzarət edir.

Attraksion müdiri
Sahibkarın müəyyən etdiyi qaydalara və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq attraksionların təşkili və idarə olunması istiqamətində bütün proseslərə rəhbərlik edir, mövcud büdcəyə uyğun fəaliyyətləri əlaqələndirir, müxtəlif peşə sahiblərindən ibarət işçi heyətini idarə edir. Onun əsas vəzifələrindən biri texniki xidmət və xidmət proqramlarının idarə olunmasıdır. Bir çox hallarda, müəssisənin özünün maliyyələşməsinə yönələn gəlir gətirən ümumi fəaliyyətlərə də nəzarət edir.

Bellman
Resepşinin və ya qeydiyyatçının köməkçisi çox zaman tam xidmətli otellərdə müştərilərə fərdi xidmətlər göstərir. O, qonaqları otaqlara ötürür, onların yüklərini otağa və ya otaqdan daşıyır, qapıları açır. O, qəbul otağı və otelin digər xidmətləri ilə müştərilər arasında fiziki əlaqə rolunu oynayır, foye və dəhlizlərin təmizliyini təmin edir, qonaqlara səfər məlumatları, istiqamətlər və digər tələb olunan informasiyanı verir.

Baş menecer (otel)
Oteldə baş menecerlər korporativ siyasət və idarəetmə məqsədlərinə uyğun olaraq, mehmanxanaların təşkilati və idarəetmə məsələləri sahəsində kommersiya proseslərini istiqamətləndirirlər.Onlar şöbələrin fəaliyyətini əlaqələndirirlər. Baş menecerin əsas vəzifələrindən biri, mühasibat və işçi heyətinin idarə olunmasına nəzarət etməkdir.

Baş menecer (restoran)
Restoranın baş meneceri restoranlarda gündəlik fəaliyyətin idarə edilməsi ilə məşğul olur, ümumi mədəni xidməti təmin edir. Menyuların təsdiqində iştirak edir, maliyyə məsələlərini idarə edir və gözlənilən nəticələri ölçür. O, işçi heyətinə nəzarət edir, işə götürmə və işdən azad etmə fəaliyyətini həyata keçirir. Texniki xidmətə və razılaşdırılmış səviyyədə yeniləşdirmələrə görə məsuliyyət daşıyır. Ekoloji və gigiyenik standarlara riayət olunmasını gözləyir. Biznes planları, illik planları və inkişaf strategiyalarını təklif edir.

Baş müdir müavini
Mehmanxananın baş müdir müavininin əsas vəzifəsi otelin gündəlik fəaliyyətini effektiv şəkildə və büdcəyə uyğun olaraq təmin etmək məqsədilə bütün problem və məsələlər ilə məşğul olmaqdır. O, bütün departamentlərə, o cümlədən təsərrüfat, reklam, marketinq və sifariş, ərzaq və içkilər departamentlərinə nəzarət edir, həmçinin, xüsusi tədbirlərlə bağlı bütün məsələlər üçün məsuliyyət daşıyır. Adətən otelin maliyyə işlərinin təhlilində baş müdirə yardım edir, dəqiq və vaxtında hesabatlar verir, eyni zamanda otelin işlərini idarə edir, yeni xidmətlər yaradır və xərclərə ciddi nəzarət etmək və imkanlardan optimal şəkildə istifadə etməklə mənfəətin səviyyəsinin maksimum dərəcədə artırılmasına təşəbbüs edir.

Bələdçi
Fərdlər və qruplar üçün səyahətlərin və turların planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi.

Ofisiant
Ofisiantlar fərdi və ya kiçik qrup halında olan müştəriləri qəbul edir, onları masalara ötürür, menyu və içkilər barədə məsləhət verir, sifarişləri qəbul edir, razılaşdırılmış məhsulları masaya verir, təfərrüatlı qəbz hazırlayır və ödənişi qəbul edirlər. Onlar həmçinin, masaları səliqəyə salır və yeni müştərilər üçün hazırlıq görürlər. Ofisiantlar komandanın tərkib hissəsi kimi işləyə bilər qəbul və ya banketlər zamanı xidmət göstərə bilərlər.

Fizioterapevt
Yumşaq toxuma və oynaqları müalicəvi və bərpaedici masaj edir. Müxtəlif hərəkət və əzələ gücünün qiymətləndirilməsində iştirak edə bilər və ya müştəri üçün terapiya planı təklif edə bilər. Terapevt masajist zədə və ya xəstəliklərə malik paseintlərə masaj və boşalma metodları təqdim edir, həmçinin bədənin fiziki vəziyyətinə dair digər məsələlər ilə məşğul olur.

İdman masajçısı
İdman fəliyyəti öncəsi və ondan sonra idman masajı ilə təmin edir və müvafiq bərpa proqramları həyata keçirir. Həmçinin, idmançıların yenidən fəaliyyətlə məşğul olmasını sürətləndirmək üçün hazırlıq və zədələrin qarşısının alınması proqramlarını optimallaşdırmaq məqsədilə idman və bədən tərbiyəsi prinsiplərini tətbiq edir. Bu sahə ümumi sağlamlıq sahəsi deyil, idman fəaliyyəti nəticəsində yaranan əzələ-sümük vəziyyəti ilə bağlıdır.

Konfrans və tədbirlər üzrə təşkilatçı
Əsas vəzifəsi konfransların və digər geniş həcmli tədbirlərin effektiv və səmərəli şəkildə təşkil edilməsidir. O, konfrans və tədbirlərlə bağlı bütün planlaşdırma işlərini həyata keçirir, tədbirdən əvvəl və sonra yarana biləcək problemlərlə məşğul olmaq üçün tədbirin əvvəlindən sonunadək iştirak edir. Tədbir zamanı adətən gələn qonaqlara yardım edir, onları lazım olan məlumatlar ilə təmin edir, texniki nəticə barədə hesabat verir, müştərilərin fikirlərini öyrənir, eyni zamanda tam və ya qismən loqistika məsələləri üçün də məsuliyyət daşıyır.

Barmen
Barmen bar, mehmanxana və ya restoranda içkiləri və qəlyanaltıları hazırlayan, xidmət göstərən, eləcə də inventarizasiya və mühasibatlığa məsuliyyət daşıyan şəxsdir.

Mədəniyyət və idman
Mədəniyyət və idman zallarının baş meneceri sahibkarlıq siyasəti və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq və nəzərdə tutulmuş büdcəyə əsasən təşkilatdakı bütün prosesləri və zaldakı fəaliyyəti idarə edir. Kommunal xərclərə və texniki xidmət səviyyəsinə nəzarət etmək və bir çox hallarda həm də müəssisənin özünü-maliyyələşdirməsinə xidmət edən, gəlir gətirən fəaliyyətləri idarə etmək onun əsas vəzifələrinə daxildir. O həmçinin müxtəlif peşələrə malik çoxsaylı işçi heyətini idarə edir.

Otel xadiməsi
Otel xadiməsi otel otağını tam olaraq təmizləyir, tozları alır, yataq dəstlərini dəyişdirir, elektrik/elektron cihazların vəziyyətini yoxlayır, sanitar-epidemioloji tələblərə əsasən hamam otağını təmizləyir və eləcə də dezinfeksiya edir, otaqları havalandırır. Ondan eyni zamanda ictimai yerlərin, divarların, pəncərlərin və dəhlizlərin təmizlənməsi də tələb oluna bilər.

Qeydiyyatçı (oteldə)
Oteldə qeydiyyatçı otel barədə ilk təəssürat yaradır. O, adətən otellərdə və mehmanxana tipli müəssisələrdə çalışır və ön büroya xidmət edir. Oteldə qeydiyyatçının əsas vəzifələrinə qonaqların salamlanması, onların otelə qəbul edilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması kimi geniş həcmli inzibati işlər daxildir. O, həmçinin kommutator funksiyasını yerinə yetirir, yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verir. Qeydiyyatçı müştərilər ilə yüksək səviyyədə təmasların qurulması, xüsusi tələblərin təşkil edilməsi, taksi sifarişlərinin verilməsi və dəyərli əşyaların saxlanma üçün qəbul edilməsi işlərini görür. Müvafiq fəaliyyət kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadəni tələb edir. Böyük otellərdə qeydiyyatçılar müştəri xidmətinin müəyyən aspektləri ilə məşğul olan mütəxəssislər qrupunun tərkib hissəsi kimi çalışa bilər.

Satış meneceri
Turistləri səyahət və qiymətlər barədə məlumatlar ilə təmin etmək, onlara məsləhətlər vermək. Səyahət paketlərini, otellərdə yerləri satmaq və sifariş vermək, tədbirlər və turlar təşkil etmək, viza və sığorta məsələlərini həll etmək.

Satış və marketinq
Satış və marketinq mütəxəssisləri məhsul və xidmətlərin müştərilərin ehtiyaclarına uyğunlaşdırması sahəsində funksiyaları həyata keçirirlər. Əsas diqqət üzbəüz satış fəaliyyətinə yönəldilsə də, potensial bazarların müəyyən edilməsi və istehlakçıların istəklərinin öyrənilməsi istiqamətində fundamental araşdırmalara da yer ayırırlar. Satış və marketinq mütəxəssisinin işi şirkətin məhsul və xidmətlərinin satışının dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin hazırlanması üçün marketinq proqramlarının planlaşdırılması, yaradılması və həyata keçirilməsindən ibarətdir. Onlar məhsul və ya xidmətlər üzrə toplanılmış məlumatlar əsasında satış təqdimatları həyata keçirə bilər və ya hesabatlar təqdim edə bilərlər. Onlar həmçinin, bazardakı meylləri, rəqabət mühitini dərk etməyə və qiymətləri optimallaşdırmağa çalışırlar.

Otel Animatoru
Otel animatoru otelin mövsümi işçisi olaraq qonaqların əyləndirilməsi və uşaqlar, onların valideynləri üçün mədəni tədbirlərin təşkili işi ilə məşğul olur. Animator uşaqlar üçün oyunların təşkil edilməsi, idman tədbirlərinin keçirilməsi, axşam konsertlərinin təşkili və ya otelin qonaqlarına müvafiq bacarıqların öyrədilməsi üçün məsul ola bilər. Animator yerli görməli yerlər, tarix və folklor ilə bağlı müxtəlif tədbirlər təşkil edə bilər.

Avaikassir
Aviabiletlərin bronlaşdırılması və yazılması;
Azərbaycanda fəaliyyət göstərən digər aviakompaniyalarla əməkdaşlıq edilməsi;
Müştərilərə şirkətin təqdim etdiyi xidmətlər barədə məlumatların verilməsi.

Promouter
Reklam məhsullarını təqdimetmə bacarığıolmalıdır

Xidmətçilərin işi üzrə başçı
Dəhlizlərin, ümumi sahələrin, qonaq otaqlarının, mərtəbə ofislərinin, otelin arxa tərəfinin, davamlı idarəsinin təmizliyinin təmin edilməsi və otel tərəfindən istənilən standartlarda qorunmasını və baxımının edilməsini təmin etmək;
Ayrılmış bölgələrdəki bütün otaqların gündəlik təmizliyinə nəzarət edilməsi və bir uyğunlaşmazlıq və ya fərqlilik varsa bunun hesabatını verilməsi;
Təmizlik maddələrinin, təmizlik vəsaitlərinin və doğru yerlərdə istifadə edilməsini təmin etmək.

Təsərrüfat üzrə nəzarətçi
Təsərrüfat işləri üzrə nəzarətçi obyektin təsərrüfat işlərinin əvvəlcədən təyin olunmuş normalara əsasən idarə olunmasına görə məsuliyyət daşıyır. O, sadə təsərrüfat işlərini həyata keçirir, illik təsərrüfat planları, investisiyaları və başqa xarici xidmətlər təklif edir. Eyni zamandan enerji sərfinə qənaət edilməsi və obyektin ətraf mühitə təsirinə nəzarətə görə də məsuliyyət daşıyır.

Turoperator

Öhdəlikləri və vəzifələri
Aviabiletlərin bronlaşdırılması və satışı;
Müştərilərin sorğularını vaxtında və işgüzar formada cavablandırmaq;
Otellərin bronlaşdırılması;
Sığorta yazılması.

Satış meneceri
Şirkəti təmsil etmək;
Məhsulun satışının təşkil olunması;
Müştərilərlə danışıqların aparılması;
Müştərilərlə sıx əməkdaşlıq;
Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli.
Tədbir Meneceri
Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir. O, eyni zamanda yemək və içkilər təqdim edən təşkilat və ya müəssisələrin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir, xidmətlərin reklamı və satışı üçün məsuliyyət daşıyır və ya birbaşa olaraq prosesdə iştirak edir.

Banket meneceri
Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir. O, eyni zamanda yemək və içkilər təqdim edən təşkilat və ya müəssisələrin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir, xidmətlərin reklamı və satışı üçün məsuliyyət daşıyır və ya birbaşa olaraq prosesdə iştirak edir.

Baş Menecer
Şirkətin ümumi işinin təşkili
Əlaqələndirmə işlərinə nəzarət
Bazarın təhlili
Rəqiblərin marketinq fəaliyyətlərinin araşdırılması və təhlili
Bank və sığorta şirkətləri ilə əlaqələndirmə və işin təşkili
Korporativ müştərilərin axtarışı və onlarla işin təşkili
Tələb olunan hesabatların tərtibi və təqdimi
Reklam və marketinq fəaliyyətinə nəzarət
İşçi heyətin nizam-intizam qaydalarına nəzarət.

“Next Tuition Centre”-in təşkilatı dəstəyi ilə Sumqayıt şəhərində ödənişsiz “Təlimlər Festivalı”na start verilir.

Təlimin adı: “Gənclərin şəxsi inkişafına dəstək və gənclərin biznesdə rolları”

Təlimin mövzusu:

  • Biznes nədir ?
  • Biznesmen necə olmalıdır?

  • Biznesi idarə etməyin yolları ?

  • İşçi və müştəri məmuniyyətini qorumaq

  • Güclü biznesin sirrləri və s.

Təlimçi: Arzu Qafarlı

Biznes üzrə təlimçi, iqtisadi ve marketinq üzrə arasdirmacı. 12 ilik biznes sahesinde təcrübəyə malikdir. Bu müddətdə marketinq və satıs üzrə özəl şirkətlərdə rəhbər vəzifələrdə isləyib. Hal hazırda ölkənin aparıcı bankların birində marketinq və satış sahəsi üzrə işləyir. Biznes üzrə xaricdə və ölkəmizdə onlarla təlimlər keçmişdir.

Tarix: 17. yanvar .2016 (Bazar günü)

Saat: 13:00-16:00 (arada 15 dəqiqə “kofe break”)

Ünvan: Sumqayıt şəh. Sülh Plaza, 4cü mərtəbə

Qeydiyyatdan keçən hər bir şəxs təlimə gələ bilər.

Qeydiyyat yeri: Daxil olun

Əlaqə: 0503678178

Təşkilatçı: Toğrul Bayramlı

İnformasiya dəstəkçiləri: Edu-Map.org və Dialoq.info

təlim-sum

XƏBƏR LENTİ