Bazar Ertəsi, Yanvar 23, 2017
Sənində Qələmin var

Gənc Maarifçi Pedaqoqlar Klubu, Parlaq İmzalar Nəşriyyatı və Dialoq.info Təhsil Portalının birgə layihəsi olan “Sənin də qələmin var” layihəsinin qalibləri müəyyən olundu.

Qaliblər 3 kateqoriya üzrə müəyyənləşdi. Mükafatçıları səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İştirak edən hərkəsə öz təşəkkürümüzü bildiririk.

Növbəti layihələrdə görüşmək ümidi ilə…

Hekayə janrında:

  1. İlkin Tomar, “İntihar”
  2. Gülnar Quluzadə, “İtirilmiş həyat”
  3. Narniya Hacıyeva, “Bir söz”

Publisistik (hekayə olmayan nəsrlər) janrda:

  1. Aqşin Ələkbərzadə, “Zaman”
  2. Lalə A-va, “Öz uğurum”
  3. a) Məhəmməd İsrayılzadə, “Həyat”;
    b) Fərzanə Səmədzadə, “Başqaları üçün yaşamaq…”;
    c) Leyla Təhməzli, “Vətənpərvərlik”

Şeir janrında:

  1. Məlik Cahan, “Əlvida”
  2. Fidan Ömərli, “Nəsə çatmır” (adı yox idi, biz ad vermişik)
  3. Günel Məmmədova, “Relslər”

Qaliblərin mükafatlandırılması üçün gün təyin ediləcək və saytda paylaşılaraq sizlərə məlumat veriləcək.

Raminə Baloğlanova

Məxfi sevgi məcrası

Gülüşlər bütün ətrafa nur kimi səpələnirdi.Hər tərəfdə gül-gülü salamlayır,bülbül-bülbülü alqışlayırdı.Gənclərin qayğısız gülüşləri ,söhbətləri təbiəti öz qoynuna almışdı.Yalnız Gövhər kədərli idi.Qəlbi coşğun bulaq kimi çağlayırdı.Düzdür, qəlbinə xoşbəxtlik yağışları olduğu halda qəm səpələnmişdi.Mənim yeni qəhrəmanım Gövhər həyatında təsadüf etdiyi hadisələri gözləri önünə gətirir,kiməsə danışmaq istəyirdi.

Gövhər GDU-nun ıv kurs tələbəsi idi.Daim ürəyində doğma yerlərində  olmaq ,özünə yaxın olan adamları görmək həsrətilə qovrulurdu.Gövhərgil üç uşaq idilər; Gövhər,Yavər,Yetər.Hər kəsdən böyük Yavər idi.Yavər artıq dörd ildir ki,ali məktəbi bitirmiş,öz rayonlarındakı müəssisələrdən birində çalışırdı.Yetər isə orta məktəbdə təhsil alırdı.Atası-Tofiq sürücü,anası isə evdar qadındır.Gövhərgilin rayonu dənizin kənarında yerləşən səfalı bir yerdədir.

Yağmurlu yaz axşamlarından birində heyrət doğuran hadisə oldu .Ailə üzvləri qonaq getdiyindən Gövhər bacısı ilə evdə tək qalmışdı,Yetər yatır,Gövhər tək darıxırdı.Bu zaman qapıya açar salındı.Qapı açılanda hündürboylu,yaraşıqlı bir oğlan əlində yekə çanta  içəri daxil oldu.Mətbəxin pəncərəsindən baxıb donub qalan Gövhər nə edəcəyini bilmədi.Aha,oğlan ona səbəbi məlum olmayan,həmişə qıfıllı olan otağı açıb ora keçdi.Gövhər düşüncələr içərisində stulda oturdu.Dəhlizdəki otaqdan ayaq səsləri,paltar xışıltısı,sonra çarpayı cırıltısı eşidildi.Gövhər suallar dənizində üzürdü sanki;Görən kimdir,evin açarı niyə onda var,otaq niyə həmişə qıfıllı olur?və s.Telefon zəngi onu fikirdən ayırdı.Dəstəyi götürüb;-Alo,-dedi,-Faiq,gəlmisən?paralel xətdən,-gəlmişəm,səhər işə çıxacağam.-Hər şey qaydasındadırmı?-niyə soruşursan ki..əlbəttə,-tez gəldin.-oldu sağ ol,yorğunam…Dəstək əlində qalan Gövhər təəccüb içində idi.Deməli,adı Faiqdir.

Faiq yorğun halda çarpayıda əyləşdi.Elə bil ayıldı,telefondakı səs Yetərin səsi deyildi.Bu saat öyrənərəm.Faiq Yavərlə bir qrupda təhsil almışdı.Ali məktəbi bitirdikdən sonra Yavərgilin rayonuna təyinat alaraq evi tikilənə qədər Yavərgildə qalmağı münasib görmüşdülər(Valideyinlərini evləri yanan zaman itirmişdi)Artıq savad,biliyi nəticəsində uğur qazanmış rəis vəzifəsinə qədər yüksəlmişdir.Bütün bu müddət ərzində Yavərgilin dəhlizindəki balaca otaqda yaşayır,amma nə sirdirsə,ali məktəblərdə tətil günləri olanda qrup yoldaşı İlqargilə gedir,bir neçə gün orda qalırdı ,bu məsələ onun üçün müəmma idi.Ailədə hər kəs onu sevirdi,bütün nəsil onu tanıyırdı.Fikirli halda mətbəxə keçərkən qonaq otağında televizorun səsinin gəldiyini bilib otağa keçdi.Otaqda hər şey yerində idi,dəyişən televizoru seyr edən qız idi.Qızın üzü güzgüyə düşdüyündən Faiq onu aydın görürdü.Düşündü;24 illik həyatımda belə yaraşıqlı qız görməyib.Qızın bahar kimi təravətli üzü,dağ şəlaləsi kimi uzun düz saçları onu məftun etdi.Faiq burada olduğunu bildirmək üçün astadan iki dəfə öskürdü.Qız səsə boylanıb tez ayağa qalxdı.Faiq bu gözəllik qarşısında özünü itirdi,amma tez özünü ələ aldı;-Axşamınız xeyir!Qız gülümsündü;-Xoş gəlmisiniz,amma mən sizi tanımadım.Mən Gövhər,siz də Faiq?-bəli,-Təəccüblənməyin,telefon zəngindən bildim,əyləşin.Tək yeyə bilmirəm,yemək isidmişəm,yeyərsinizmi?Faiq başı ilə razılıq verdi.Faiq özünün kim olduğunu danışdı,Gövhər də bu ailənin qızı olduğunu deyəndə Faiq;-Siz ali məktəbdə oxumursunuz ki?-Bəli,necə bildiniz?-hər şey aydın oldu,suallarıma cavab tapdım.İndi bildim,siz gələndə mən gedirəm,bir-birimizi eyni evdə yaşasaq da bu üzdən görməmişik.İndi mən tətil bitməmiş gəldim,işləri həll etməliydim.Yaqin ki,mənim üzümdən sizi sabah yola salacaqlar.

Hər ikisi bir-birini bəyənmişdi.Faiq”belə gözəli məndən haqlı olaraq gizlədiblər-deyə düşündü”Birdən üzü bahar buludutək tutuldu və təlaşla soruşdu;-Zöhrabı tanıyırsınız?-Bəli,mənə elçi düşüb.Nə olub ki?-İndi anladım,neçə dəfə ailəsini burda görmüşəm,məni görən kimi gediblər.O zaman atanın fikirli olduğunu bilib səbəbini tapa bilmirdim.İndi də mənim gəldiyimi görüb zəng etmişdi,yaqin,narahatdır,özü də bilmədən dedi-haqqı da var,siz çox gözəlsiz….baxışlarını yerə dikdi.Onlar uzun danışıqlardan sonra qərara gəldilər ki,tanışlıqlarını hələ deməsinlər,sağollaşıb otaqlarına keçdilər.Gövhər o saat yatdı.Öz otağında xəyala dalan Faiq yata bilmədi,planlar qurdu,öz yarısının Gövhər olduğunu düşündü…………

Səhər Gövhər səsə oyandı,anası onun çantalarını yığmışdı.-Qalx geyin,əziz balam,dərsindən qalma.Gövhər nə baş verdiyini anladı.Qalxıb geyindi.Nə etməli,onlarla razılaşmalı idi.Amma onu yenə görmək istəyirəm.Qəlbi təlatümlə çırpındı.Maşına minərkən gözləri otağn pəncərəsinə sataşdı.Faiq ona baxırdı.ona işarə ilə sənə zəng edəcəyəm –dedi.Gövhər də ona et dedi.Ailə Gövhəri yola salırdı.Həmişəki kimi amma Gövhər bu dəfə heç getmək istəmirdi.Yolboyu Faiqi unutmadı.Yoxsa o mənim qəlbimin hakimi olur?Niyə də olmasın?Atamgil onu evdə saxlayırlarsa,qalmasına icazə veriblərsə,deməli,o ,yaxşı insandır,amma atam bizim bir-birimizi sevəcəyimizdən qorxurmuş,bu da baş verir.O dedi ki,zəng edəcək.O ki mənim nömrəmi bilmir,necə zəng edəcək?Fikirlər onu öz ağuşuna almışdı….

Faiq idarədə nə edəcəyini bilmir,Gövhər ağlından çıxmırdı.Çox qızlarla münasibət qurmuşdu.Gövhərə olan duyğuları başqa idi.Zöhrabın səsi onu fikirlərdən ayırdı.Ona nifrətlə baxdı.Zöhrab narahat görünürdü,Faiqin Gövhərlə qarşılaşmadığına əmin olmaq istəyirdi,rəislə necə elə danışa bilərdi…əlacsız halda vurnuxurdu.Rədd cavabı almasına baxmayaraq ümid edirdi..Axşam telefonda qızın səsini eşitdiyindən çox narahat idi.Özünü zorla toplayıb;-Faiq müəllim,axşam telefondan qız səsi gəldi,kim idi ki?,ürəyində əzab çəksə də gülümsündü.Qız kimdir?Yəqin araya düşüb-ciddi,amiranə deyilmiş sözlərdən sonra Zöhrab dərindən,azad nəfəs aldı.Otaqdan çıxdı.Faiq qəzəblə onun ardınca baxdı,söz almağa gəlib.Bəs mən hara zəng edəcəyəm?,nömrə bilmirəm,axı.Valideynlərim yoxdur,Gövhər həyatımın mənası olar,inşallah.Evə gəldi,telefon çeklərini yığdı,eyni nömrəyə çoxlu pul ödənilmişdir.Hə.bu ,onun nömrəsidir,Əlləri əsə-əsə nömrələri yığdı.Telefondakı səs onun qəlbini titrətdi,zorla özünü ələ alıb-necəsinz?Necə çatdınız?Gövhər də onun səsini tanımış,titrədiyini hiss etmişdi.Onlar danışdılar….

Bu gün Gövhər xüsusi bəzənmişdi,yoldaşlarından birinin ad günü idi.Qızlar ona baxaraq,cox gözəlsən-demişdilər.Onlar dərsdən çıxıb gedərkən Gövhər qarşıda Faiqin dayandığını gördü.Özünü itirmədən,qızlar şübhələnməsin deyə ona tərəf addımladı.Faiq Gövhəri belə görməmişdi,nə edəcəyini bilmədi,yaxınlaşan qıza-Gövhər,mən səni bacı kimi sevə bilmədim,başqa duyğularla sevdim.Əgər istəməsən,geri ,qızların yanına qayıt,bir nəfəsə dediyi sözlərdən özü də təəccübləndi.Gövhər isə qayıtmadı,onun maşınına əyləşdi.Evdəkilərin əhvalını soruşdu.Sonda Faiq dedi ki,bura Yavərlə gəlib,ona sevdiyim qızı göstərəcəyimi dedim.Gövhər qızarmış çöhrəsindəki sevinc qarışıq təlaşla;Məncə,çox tələsirsən.Hisslərin səni aldada bilər,uzun danışıqlardan sonra dediyi sözləri bir daha təkrar etdi.Faiq dediyindən dönməyərək;-sabah Yavəri gətirib səninlə tanış edəcəyəm.Sənin uğrunda mübarizə aparacağam…

Gövhər evə gələndə Yavər içəridə xalasıgillə şirin söhbət edirdi.Onlar görüşüb,hal-əhval tutdular.  Səhər Yavər Gövhəri universitetə gətirdi.Qızlar Yavəri tanıdıqları üçün ona yaxınlaşıb söhbət edirdilər. Gövhər dərsdə otursa da,fikri Faiqin yanında idi;görən bu işin sonu necə olacaq?.Ürəyi sinəsindən çıxacaqdı.

Dərsdən sonra Gövhər heç kəsi gözləmədən çıxdı.Qapıda dayanmış Yavərlə Faiqi gördükdə nə edəcəyini bilmədi.Hər ikisi ona tərəf irəlilədi.Yavər ;-Tanış ol,demək istəyirdi ki,Faiq –biz tanışıq,Gövhər mənim sevdiyim qızdır.Tir-tir əsən Gövhərə sakit ol işarəsi verdi.Onlar maşına mindilər,Yavər ona tərs-tərs baxırdı.Yavər özünə gələ bilmirdi.Qorxduğu başına gəldi,illərlə çəkdikləri əziyyət hədər olmuşdu,bəxt ,tale budurmu?Harada olsa,özünü göstərir.Düzdür,Yavər çox istəyirdi ki,Gövhər Faiq kimi oğlanla evlənsin,amma hər kəs nə deyərdi,evlərinə gətirib qızlarını verdilər…

Ata onların arasındakı soyuq münasibəti görürdü,Faiq evini də tamamlamışdı.Artıq köçəcəkdi.Bir neçə gün sonra Faiqin qrup yoldaşı İlqarın ata-anası onlara elçi gəlib Gövhəri Faiqə istəyəndə hər şey məlum oldu. Gövhərin də razılığını bilən atanın razılaşmaqdan başqa əlacı olmadı.

Hümbət İsmayılov

Payiz fesli.Bir qeder soyuq hava acilan bir seher.Bir kucede bir genc oyanir bir teher.Qalxir ayaga temizleyir ust bawin.Bunu adam saymir kecen her mawin.Yerdeki kiciy golmecelerdeki sularla olub coxdan taniw.Artig sece bilmir gelen su palcig yoxsa yagiw.Onun kecmiwi bir qeder qeliz.Bir uwag idiki ureyi saf temiz.Mehellede qonwular buna guvenir.Cox boyuk pullari emanet edir.Werefi cox ama pulu az olub.Yetim atayla uwax gorende gozleri dolub.3 yawinda baw veren bir avtamabil qezasi.Dunyasini deyiwir atasi hem anasi.Orada kicik xesaretle ayrilan uwaq.Uzden cox sert ama qelbi yumuwaq.Her gun duwunur kaw mende sag qalmazdim.Bu boyuk yuku boynuma almazdim.Kicik bir uwagin boyuk duwuncesi.Her gece qelb titreden sesi.Uzanir kuceye goz yawiyla xeyallar.Yadina gelir kecen o anlar.Isti carpayida anasi her gece.Gelib ustunu ortur gizlice.Bu feryad sesi daha yukselir.Xeyalinda anasi yanina gelir.Ortur usdunu opur uzunnen.Bawlayir yagiw yaw axir gozunnen.Bu xeyaldan oyanir hiss etmir istini.Eslinde yarpaqlar imiw orten ustunu.Gunler kecir her saat bir yara.Geceler sanki o uzanir mezara.Artig boyuyur seyr edir insanlari.Qelbinde yara udqunur qanlari.Gorur gelin mawini icinde bey gelin.Qelbinin ustune qoyaraq elin.Duwunur ozunu duwunur o beyi.Duwunur ondan eksikdir neyi.Sadece aci olub taleyi.Ama itirmiyib her weyi.Yene sade bir gun gorunur biri.Sanki bir peri gozleri cox iri.Kecerken kuceden o qiz yixilir.Gorur terpenmir qelbi sixilir.Qacaraq gelir gorsun ne olub.Gorurki agliyir gozleri dolub.Qaldirir qizi bir taksiyle qarwilawir.Olan az puluyla taksi razilawir.Catir xestexanaya hekimler gelir.Yarasi sadedir hekimde bilir.Sagalir tezdiyle bayira cixaraq.Tewekkur ucun isteyir axtarmaq.Gorurki oglan getmeyib hele.Tecbulenir ozunu alir ele.Baxaraq gozune tewekkur edir.Amma gozlemir cixib gedir.Gunler kecir oglan unuda bilmir.Dolur gozleri amma silmir.Gozunun onunnen getmir qizin gozleri.Bir baxiwla yarali qelbinde qoydu izleri.Amma razi olmaz qizin valideyinleri.Bu duwunce oldurub nece beyinleri.Kecir bir muddet bir qerara gelir.Amma bu qerarin sonunu bilir.Gelir boyuy bir dukanin onunde durur.Ele hey o qizla xeyallar qurur.Baxir kassaya qapidan iceri.Duwunur ne edir kimnen oteri.Aglina bu fikir gelir bir an.Werefi qorumaq deyil asan.Ne qeder qelbi olsada temiz.Ewq olan yerde mesele qeliz.Vuraraq qapiya kecir iceri hamini pisdiyir.Saticilar polis cagirmaq isdiyir.Bu qacir kassaya pullar elinde.Eytiyat ucun bicag belinde.Goturur pullari qacir durmadan.Wukr edir bitdi hec kimi vurmadan.Ozude bilir etdiyi bu sefi.Secim arasinda qalir pozulur kefi.Amma artig gecdi geriye yol yoxdu.Artig varlanib puluda coxdu.Cox kecmir ozune ust baw alir.Gozel ayaqqabisinin ustu qaralir.Artig gun yetiwir tapir o qizi.Qiz bunu gorur acig qalir agzi.Gozlemir hec neyi deyir sevirem seni.Sende gozleme mennen evlen yeni.Qiz ayilir wokdan cavab verir.Deyir atan anan bunu bilir? Bu soz oglani parca parca edir.Duwunur etdiklerini ozunnen gedir.Yixilir yere elinner guller duwur.Yumulur gozu anasiyla goruwur.Anasi uzune baxmir oglunun.Bilir sefini oglan uzadir qolun.Tutmur anasi cixib gedir.Olmayan anasi onu terk edir.Qiz bilmir neynesin polis cagirir.Etrafdakilari sesleyir bagirir.Oglan ayilir polisde gelir.Qaldirir oglani oglanda deyir.Men sef etmiwem ewqe uymuwam.O boyuy dukani men soymuwam.Uzadir elini polis qandal taxir.Qiz da aglayir oglana baxir.Deyir gozleyin yawlidir gozu.Belke mene var sozu.Oglan susur sadece baxir.Ele bu baxiw qizin qelbini yaxir.Qoyurlar mawina gedir zindana.Artig ne qiz qaldi nede ki ana.Qiz baxir yere gorur gulleri.Sanki donur bir an elleri.Eyilir yere goturmek isteyir.Amma bacarmir eli titreyir.Birde ayilir gorur hekimleri.Gozunun onune getiri kimleri.Alir derinden o son nefesi.Gorunur gozune zindan qefesi.Gorur oglani yumur gozunu.Valideyinleri o an itirir ozunu.Baxillar goren hekim ne edir.Artig heyati duz xett gedir.Aglayir atasi aglayir anasi.Gor nece insanda qalir hesret yarasi.Sozum odur ki bu gun sizlere.Pislere qowulma qowul temizlere.Duwunmemiw hec vaxt hereket etme.Kiminse heyatina girib sonra getme.Son sozum budur tewekkur sizlere.Yaxwilar verir ilham bizlere.

Fidan Mehdili

Sənində qələmin var.
Məhsəti Gəncəvi
Dərin hissiyyatlı, incə təbiətli, zərif оlduqları qədər də möhkəm və dözümlü оlan, mənəvi yükün əsas ağırlığını çiyinlərində daşıyan qadınlarımızın yaratdıqları əsərlər də özləri kimi lətif və əvəzsizdir. Ədəbiyyat da tərbiyəçidir, qadın da. Belə qadınlardan biri,bəlkədə elə birincisi Məsəti Gəncəvidir.
XII əsirdə yaşıyıb yaradan,Azərbaycanımızın tarixində öz dərin izlərini qoymuş bu qadın ədəbiyyatımızın inkişafında mühüm rolu olan sənətkarlardandır. XII əsrdə dünyanın heç bir yerində bu qədər qüdrətli qadın şairəsinə rast gəlmək mümkün deyil.
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuşdu. Onun həyatı haqqında çox az məlumat var. Ancaq yazılanlara görə o, 14 yaşında öz şeirlərini yazmağa başlayır. Onun rübailəri çox şirin və qadın incəliyi ilə seçilir.Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.
Məhsəti adının mənası isə gözəl, böyük, dahi deməkdir.Elə adından göründüyü kimi Məhsəti xanım, həqiqətəndə gözəl qadın,əsirlər keçsədə yazıb yaratdığı şeirləri ,rübailəri,əsərləri,qəzəlləri ilə tariximizdə böyük izlər qoyan dahi insan olub.
Məhsəti hər şeydə birincilik qazanmışdır. O, nəyinki ilk məşhur Azərbaycan şairəsi, eyni zamanda ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz ilk qadın bəstəkarımız kimi tarixə düşmüşdür. O işıqdır,dünyadır,o əsil sevgidir.Onda azadlıq, müdrüklük,sakitlik, daxili aləmin gücü hiss olunurdu.Bir kəlmə ilə əsil Azərbaycan xanımı.
Bəs bizə,bu dövrümüzün Məhsəti Gəncəvisi,əsil Azərbaycan xanımı olmağımızda manə olan nədir? Niyə bizdə onun kimi öz dövrümüzün ağıllı,savadlı,güclü bir qadın deyilik?
Buna səbəb olan amillərdən biri nəsə etmək istəyib alınmayacağından qorxaraq heçnə etməməyimiz.Öz üzərimizdə işləməməyimiz,utancağlığımız,özümüzə güvənimizin olmaması.Daim nələrdənsə qorxub çəkinməyimizdir.
Məhsəti Gəncəvi hər birimiz kimi adi bir qadın idi sadəcə özünə güvənən hər zaman öz üzərində işləyərək,oxuyub öyrənərək,görüb götürərək,dinləyib nəticə çıxararaq, düşüncələrini və fikirlərini lazım olan tərəfə yönəldib,inkişaf etdirib bu əbədiyyat zirvəsinə qalxmışdı.
Nə qədər ki,bizim ideallarımız kumirlərimiz, Məhsəti Gəncəvi kimi dahi insanlar deyil də, əlində mikrafon olub da dilində bir kəlmə mənalı,düşündürücü,sözü olmayan barbilər olacaq,biz heç vaxt irəliyə gedə bilməyəcəyik.
Hamımızın bildiyi gözəl bir deyimimiz var,”Ot kökü üstə bitər”.Bizim keçmişimiz elə bizim köklərimizdi.Axı bizim millətimizin, cəmiyyətimizin, Azərbaycanımızın kökündə,Məhsəti Gəncəvi kimi dahi şəxsiyyətlər var.Bu bizim kökümüzdə qanımızda var,sadəcə olaraq həmin köklər üzərində balaca fidanlar yetişdirməli onu soyuqdan şaxdadan qoruyaraq, ayaq altına düşüb məhv olmağına imkan vermədən balaca fidanlardan hündür,iri gövdəli,çox şaxəli ağaclar yetişdirməliyik.Bunun üçün isə öz üzərimizdə işləməliyik.Bütün günü boş bekar oturduqca heçnəyə nail ola bikməyəcəyik.Bekarçılıq cavanların fəlakətidir. Bu fəlakəti özümüzdən uzaq tutmalıyıq.
Kimsə özünü bəxtliksizlikdə və ya şansızlıqda qınayırsa buda düz deyil,çünki genetik olaraq iki valideyndən 30 milyon uşaq dünyaya gələ bilər. Əgər biz o 30 milyon arasından seçilib dünyaya gəlmişiksə, artıq şanslıyıq.Burdanda göründüyü kimi bu dünyada yaşayan heç kim özünü şansızlıqda günahlandırmamalıdır. Çünki biz bu dövürdə bu əsrdə doğulmuşuqsa deməli şanslıyıq.
XII əsrlə XXI əsr arasında çox böyük bir fərq var.IX əsr keçib Məhsəti Gəncəvinin dövtündən 900 il deməkdi bu.İndi texnalogiyanın bu qədər inkişaf etdiyi bir dövürdə yaşayırıq.Yəni istəklərimizi reallaşdıra bilməyimiz üçün bizim o dövürlə müqayisədə daha çox şansımız var.Ancaq təəsüf ki, texnalogiyadan lazım olan formada və istiqamətdə istifadə etmirik, alnamırıq ki, biz özümüzü, gələcəyimizi məhv edirik.Düşünən də ki,texnalogiyanın olmadığı bir dövürdə yaşayan, öz istəklərini reallaşdırmaq üçün daha çox çətinliklərə tab gətirən,güclü iradəsi,iti zəkası, özünə və sözünə güvəni olan, ən əsas qadınlara qarşı haqsızlıqlar,zorakılıqlar olan bir dövürdə yaşayan,öz sözünü deyən, qadınların nələrə qadir olduğunu IX əsr əvvəl sübüt edən Məhsəti Gəncəvinin törəmələriyik, indiki dövürdə,yəni qadınında cəmiyyətdə kişilərlə eyni hüquqlara malik olduğuna hamının qəbul etdiyi bir dövürdə,texnalogiyanın inkişaf etdiyi bir dövürdə,biliyə,savada,elmə yiyələnmək üçün,gələcəyimiz üçün, ancaq öz üzərimizdə işləyərək özümüzə güvənərək irəliləməli olduğumuz bir dövürdə, gələcəyimiz üçün heç bir addım atmırıq, bu həqiqətən də çox acınacaqlıdır.
Məhsəti Gəncəvi bizim keçmişimizdi.Deyirlər,keçmişini unudanın gələcəyi olmaz.Bu o demək deyil ki,biz keçmişimizlə yaşamalıyıq.Keçmişimizi öyrənək,gələcəyimizi yaradaq. Biz keçmişimizlə yaşamalı deyil keçmişimizi unutmamalı bu günümüzlə yaşamalı və gələcəyə böyük ümidlərlə baxaraq irəliləməliyik. Gəlin Məhsəti Gəncəvinin bizə miras qоyduğu ədəbiyyatımızı daha da zənginləşdirək və zirvələrə qaldıraq.

Elmin Müşfiq

*** EY TÜRK OĞLU ***

EY TÜRK OĞLU!
BİR AĞACIN GÖVDƏSİNDƏN
MİN BİR BUDAQ OLMUŞUQ BİZ
MİN BİR BUDAQDANDA
MİLYON YARPAQ OLMUŞUQ BİZ
XƏZAN VAXTI SARALMIŞIQ,SOLMUŞUQ
YAZ GƏLƏNDƏ BUDAQLARA QONMUŞUQ.

EY TÜRK OĞLU!
HANI BİZİM BİRLİYİMİZ?
HANI BİZİM MƏRDLİYİMİZ?
HANI BİZİM QÜRURUMUZ?
HANI BİZİM BƏS GÜCÜMUZ?

EY TÜRK OĞLU!
DE HARDASAN?
GÖZLƏRİNİ NİYƏ YUMMUSAN?
QƏFLƏT YUXUSUNDA BƏLKƏ YATMISAN?
AYIL,ÖZÜNƏ GƏL!

EY TÜRK OĞLU!
DÜŞMƏN BİZİ ƏZƏCƏKMİ?
QANIMIZI İÇƏCƏKMİ?
ÜSTÜMÜZDƏN KECƏCƏKMİ?

EY TÜRK OĞLU!
AYIL QALX,QALX BİR OLAQ
DÜŞMƏNLƏRƏ SİNƏ GƏLƏK
BİRLİYİMİZİ GÖSTƏRƏK
DƏRSLƏRİNİ BİRLƏŞƏRƏK GƏL BİZ VERƏK.

EY TÜRK OĞLU!
AYIL,QALX!
YUMRUQ KİMİ BİZ BİR OLAQ
ONDA GÖRƏCƏKLƏR BİZ KİMİK
ƏZİLMƏRİK,ƏYİLMƏRİK BİZ BİR OLSAQ…

EY TÜK OĞLU!
EŞİDİRSƏNSƏ SƏSİMİ
DUR CAVAB VER,GÖZLƏYİRƏM…
EY TÜRK OĞLU
BİRLİYİNİ GÖZLƏYİRƏM.

Elmin Müşfiq

“Sənində qələmin var”

“AĞ İLƏ QARANIN VƏHDƏTİ” Heykayə

“Bir gün pianinonu düzəldən şəxslə rastlaşdım və ondan mənə maraqlı olan sualları cavablandırmasını rica etdim.Dedi olar.Bir məkanda oturduq və ilk sualımı verməyə hazırlaşdım və nəhayət mənə çətin olsada verdim.
Nəyə görə pianinonun dillərini düzəldəndə ağ və qara rənglərdən istifadə etdiniz?Başqa rəng ola bilməzdimi?
Bir qədər düşündü və əlini çiynimə qoyub belə cavab verdi:
Oğul,pianino mənim sanki həyatımı canlandırır.Qara dillər pianinonu düzəltdiyim vaxtdan əvvəlki günlərimi əks etdirir.Uşaqlığımı,kasıb günlərimi,əziyyət çəkdiyim illərimi və ac qaldığım aylarımı,bir sozlə qara günlərimi
Ağ dillər isə pianinonu düzəldib satdıqdan sonra əldə etdiyim gəlirdən sonrakı illərimi,gözəl ailəmi,şanımı-şöhrətimi və mənə olan hörmətimi əks etdirir.
Cavabından heyrətə gəldim və belə bir sual yenə verdim.
Yaxşı,bəs niyə ağ dillər qara dillərdən çoxdu?
Gülümsüyüb belə cavab verdi:qara gün ömrümün az hissəsini əhatə etdiyindən az,ağ gün çoxluq təşkil etdiyindən çoxdur.Və mən hal-hazırda ağ günlərin əhatəsindəyəm.
Bu cavabdan sonra susdum ve heç bir sual vermədim.”

Ramil sanchez

Sənində qələmin var

Onlar

Şeir

Bəziləri yaşamadan ölər.
Bəziləri də yaşlanmadan.
Amma bəzi yaşlanmayanlar.
Yaşamadan ölənlərdən fərqli

Daha çox yaşıyarlar.
Kimdir bu yaşayanlar?
Onlar bilir bir yetimi güldürməyi.
Onlar bilir bu həyat müvəqqəti.

Onlar sevmir tapmaqçün cənnəti.
Sevirlər tapmaqçün xoşbəxtliyi.
Sevirlər sevməkçün sevməyi.
Onlar etmir yaxşılığı minnətli.

Aralarında yox heç kim nifrətli.
Onlarçün mənası yox kağızların.
Mənası yox nə irqlərin,nə dinlərin.
Təbəssümləri kasad,

Sevgiləri miskin deyil onların.
Sevincləri aşıb-daşar coşğun dənizlər tək.
Onlar bilir həm gülməyi,həm güldürməyi.
Var hər kədərə yox deyəcək gülüşləri.

Bir də bu həyatda var yaşadanlar.
Və əslində daha çox yaşayanlar
Yaşatmağı bilənlərdir.
Miras olaraq sevgilərlə gedənlərdir

Şəhriyar Bəhmənov

Müəllim
Çəkib üstümüzdə xeyli zəhməti,
Müqəddəs sayılır onun sənəti,
Unutmaq olarmı o şəxsiyyəti?!
Bizə bilik verən əziz müəllim!

Həvəslə öyrətdin sən bizə savad,
Dedin ki, bilikdir insana qanad,
Borcluyam etməyə sizləri mən yad
Bizə bilik verən əziz müəllim!

Müəllim sanki bir valideyn kimi,
Hər bir çətin yolda tutdun əlimi,
Tanrı hifz eyləsin müəllimimi,
Bizə bilik verən əziz müəllim!

Müəllim işıqdır, işıq var olsun!
Nadana, cahilə dünya dar olsun!
O hər bir cəhətdən bəxtiyar olsun!
Bizə bilik verən əziz müəllim!

Hümbət İsmayılov

“Ana”

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

O bir varliq ki uca Rəbbimiz
Bizi xaric etdi ondan tər-təmiz
Ana üçün övladlar gör necə əziz
Olurlar bu sənə gəlməsin qəliz
Bu eşqi Allahdır salan o cana

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

O Anadir böyüdür öz körpəsini
Kəsib verir ona öz nəfəsini
Qəlbi şad olur duyub səsini
Sanki eşidir eşq nəğməsini
Insan insana bu cür bağlana?..

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

Səbrinle öyünme sen bir səbr elə
Səbrinə güvənmək çox tezdir hələ
Rəbbimiz buyurur demə of belə
Ana xidmətində hirsi al ələ
Amma bənzəməsin bu iş asana
Çətindir qəzəbin sakit dayana

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana

Qaldır başını dur yatma oyan
Bu qədər rəhməti qəlblərə qoyan
Kimdir səncə,hansısa piyan..?!
Xoş sənə bu sözü düşünüb duyan
Dərk edən Allahı bu sözü qana..
Hər sözdə bir ibrət vardır alana…

Insanlar dərk etsə,ki nədir Ana
Görər məhəbbəti baxıb hər yana..

Leyla Əhmədova

Var olmayan xoşbəxtlik

Oturmuşdu. Bütün həyatı bir fraqment kimi gözünün önündən keçirdi. Qırışmışmışdı üzü, əlləri və artıq yaşlanmışdı. Gözlərinə baxdıqda isə gördüklərin yalnız bu heyata nifret olardı. Çünki o qədər uğursuzluqlar yaşamışdı ki, yaşadığı bütün bunlar onun üçün çox menasız idi. Həyat ona qarşı çox amansız olmuşdu. Onun üçün bu qədər pul heç nə idi. Çünki bu pullar ona heç vaxt xoşbəxtlik gətirmiyib bu qədər varlıq içərisində olmasına baxmayaraq her şeyini – əzizlərini itirmişdi. Bəlkə də o bu həyat oyunu içərisində xoşbəxtliyi tapa bilməyib. Şəhərdən kənar kiçik bir evdə anadan olmuşdu. Hələ o kiçik yaşında həyat ona qarşı çox amansız olmuş və o anadan olan zaman anasını itirmişdi. Həyat dolu bir uşaq idi çoxlu arzuları xəyalları vardı oxuyacaqdı işləyəcəkdi və o atasına baxacaqdı. O altı yaşında ikən Atası işlədiyi tikintidə qəza nəticəsində həyatını itirmişdi. Artıq o tək idi. Bu andan etibarən həyat onun üçün bir yazı yazdı. Çox çətinliklərdən keçdi böyüdü oxudu işlədi. Arzusu bu idi işləyəcəkdi. Ancaq heyat ona bir sürpriz hazırlamışdı… o sevdi. Ancaq sevgi də amansızlıqlarla dolu idi. Aldatdı onu. İllər sonra sevmədiyi biri ilə ailə həyatı qurdu. İşi ona çoxlu gəlir gətirirdi. Ancaq o bununla xoşbəxtliyi ala bilməzdi. Bir övladı vardı onu heyata bağlayan tek varlıq yanan bir ulduzu. Gün gəldi bu ulduz söndü. Həyatdan ümidini kəsmiş ölmək istəyirdi. Hətta ölməyi belə bacarmadı. Amma ömrünün son günlərini rahatlıqla keçirdi. Oturub bunları düşünüb həyatın niyə ona bu qədər amansız olduğunu anlamağa çalışırdı və o anda həyata əbədiyyən gözlərini yumdu.

Gülnar Quluzadə

İtirilmiş həyat…
Ağır-ağır addımları ilə anasının otağına girdi yaşlı adam. Həyəcan dolu gözləri ilə ətrafa göz gəzdirdi. Qəribə duyğuların ağuşunda idi. Gah acı-acı gülür, gah da gözləri dolurdu. Otaq toz içində olsada, rəhmətlik anasının qoyduğu səliqə-sahman yerində idi. Soyuqluq, qaranlıq və səssizlik artıq bu evin sahibi idi. Bir zaman sevinc, gülüş və xoşbəxtlik olan kimi…
Xatirələrlə dolu otağa yorğun gözləri ilə bir daha nəzər saldı. Anasının yatağının yanındakı dolaba belə baxdı. Siyirməsini çəkəndə donub yerində qaldı. Gördyünə inana bilmədi. Üzərini toz basmış “qəhrəman” ona baxırdı. Bir vaxtlar doğma,indi donuq baxışlarla gözünü-gözünə zilləmişdi.. Çərçivəyə salınmış şəkli siyirmədən çıxarıb, əlinə aldı. Əlləri əsirdi. Bu dəfə daha yaxın, üz-üzə idi O üz ilə. Bütün xartirələr gözünün önündə canlandı bir an. Ürəkdən gələn yanğı ilə iki damla göz yaşı çərçivənin üstünə düşdü. Sanki göz yaşının ağırlığına titrəyən əlləri tab gətirmədi. Çərçivənin əlindən yerə düşməsi ilə xatirələrindən oyanması bir oldu. Çərçivənin şüşəsi sınıb ətrafa səpələndi. Bir vaxtlar onun həyatı sınan kimi.
Taqətsiz halda əyilib sınmış çərçivəni yerdən götürdü. Anasının yatağında əyləşdi. Bir yandan yaşının verdiyi yorğunluq, bir yandan da qarşılaşdığı mənzərə onu daha da taqətsiz etmişdi. Cavadın əlləri əsir, rəsmə zillənmış gözləri isə yol çəkirdi. Qırx illik sınmış, məhv olmuş həyatının pəncərəsindən kecmişinə baxırdı.
Sonuncu xoşbəxt ilinin son günündə çəkdirdiyi şəkli ilə, yəni unutduğu üzü ilə qarşı-qarşya idi. Arxaya daranmış gur qara saçları, qara qaşları, nazik bığı və tər-təmiz üzü ilə. Bir vaxtlar yaraşığı ilə qururlandığı, hamının həsədlə baxdığı, hər getdiyi məclisdə hörmətlə qarşılandığını yadına salan Cavad indi onu görüb qorxmasınlar deyə gecələrin qaranlığında gizlənir. Ətrafı dostlarla dolu olan Cavadın yalnızlıq sirdaşı olub. Bir vaxtlar güzgü önündən çəkilməyən o Cavad güzgülərə düşmən olub.
Dərindən bir ah çəkib :
-Hə, “qəhrəman” — deyərək qırıq –qırıq kəlmələr ağzından çıxırdı. – “Sən, o yanğında verdiyin fədakarlıqla bütün həyatımı məhv etdin. Qırx il kimsəsizlik, qırx il tənhalıq hədiyyəm oldu. Həyat çərçivəm sındı. Sənin çərçivən indi sınsa nə olar ki… -Xilas etdiyin insanların “sağ ol”u belə olmadı. Çünki bu yanğınsöndürənlərin işi, hətta borcudu. Bir yanğınsöndürənin üzü yansa nə olar ki, dünya dağılmaz. Həyat yenə davam edəcək. Etdi də. Sən isə yalnız gecelərinlə , keçəl başınla, yanıb eybəcər hala düşmüş sifətinlə, insanların qorxu dolu gözlərinin, kinayəli “gündüzlər çıxma, görmürsən qorxuruq!!!” sözlərini eşidəçək qulaqlarınla davam edən həyatı yaşayırsan ona yaşamaq demək olarsa əgər. Ta can bədəndən çıxanacan.” – deyib bir daha ah çəkdi.
Rəhmətlik anasının xartirəsinə minnətdarlıq hissilə son dəfə otağa nəzər salıb vidalaşdı. Cavanlıq rəsmi olan çərçivəsini əlinə alıb yalnızlığına sığındı… Sonra gündəlik yazar kimi öz dünyasında sanki pıçılti ilə nəyisə qeyd edirdi : – “Bu gün unutduğum və əbədi unudacağım qəhrəmanla bir daha vidalaşdım. Bu yanmış üzün sahibini öləndə belə o üzlə xatırlamasınlar deyə… nə var ki ölüm qapıda artıq… hə vidalaşdım qırx il bundan öncə insanların vidalaşdığı kimi. İndi o da sınmış, zibil qutusunda lazımsız, istifadə vaxtı keçmişlərin arasındadır” – deyib bu günkü tarixi unutmamaq üçün tez-tez tekrarladı: “-Cümə günü 16 yanvar 2015ci il.”

Lalə A-va

Öz uğurum.
Həyat həmişə bizə hər şeyi qizil qabda bəxş etmir.Çox vaxt bir yerlərə çatmaq üçün nələrəsə can atmalısan,baş qoymalısan,bəzən risk etməyi bacarmalısan,çətinliyi görüb geri çəkilmək acizlikdi və biz o çətinliyə qalib gələn gizli məni tapmalıyıq özümüzdə.Bəli gizli məni.Hər insanın daxilində gizli bir mən yatır .Onu oyadıb istifadə etmək ,özümüzə qazandırmaq ,cəmiyyətə qazandırmaq bizim əlimizdədi.Yadımıza uşaqlığımızı salaq,kimsə ən sevdiyiniz oyuncaqları bizdən alıb balaca bacı-qardaşımıza verəndə , ağladığımız,o hirs dolu oyuncağı alma çabaları,indi hansımızda qalıb axı bu cür inad? indi deyəcəksizniz ki oyuncaqla ,hansısa uğuru və ya işi qazanmağın nə əlaqəsi.Amma unutmayaq ki, elə həyatın özüdə bir oyundu sadəcə hamıya ayri ayri rollar paylanıb və şərt budu baş rolu oyunda rolunu yaxşı icra edən alır.İşin sonuna kimi qəhrəmanın kim olduğu bəlli deyil əslində.Bəzən səhnədə 2-3 saat rol alan heç alqış almazkən ,biri gələr 5dəqiqə səhnədə rol alar bütün oyunu alar aparar və inanları çixişi ilə özünə heyran qoyar.Bunun üçündə çalışmaq lazımda biraz efor sərf etmək lazımdı.Kim nəyi asanlıqla qazanıb ki bu həyatda?yada hamı tacir övladi olaraq doğulmayıb ki? Əgər istəyib ,xəyal qurub amma heç bir əmək sərf etmədən gözləyirsənsə ortada hansı uğurdan söhbət gedə bilər axı?!Nələrisə qazanmaq üçün nələrdənsə əl çəkməlisən bəzən.Boş vaxtini sərfəli istifadə etməklə yada kitab oxumaqla,bunlar üçün pula eytiyac yoxdur məncə.Ağıl ki pulla alinmır.
Psixologiyada daxili mən deyə bir anlayış var .Hər bir insanın potensiyalı, məhz üzə çixara bilmədikləri və ya bildiklərinin toplusu deyərdim buna.Əgər uğur əldə etmək istəyirsənsə öncə özünə inam olmalıdı insanda ,sonra isə özünü görmək istədiyi pilləyə çiynində addım addım daşımalısan…
Məsələm çətinliklərə alişmağı öyrənməlisən ,düşünün ki qaranlıq bir otağa daxil olursuz ilk öncə hər şey sizə qaranlıq gələcək ,hansi ki alişana kimi müəyyən bir müddət sonra isə görəcəksinizki otaqdaki qaranlığa alişmisiziniz və artiq qaranlıq sizə get gedə aydinlanacaq ,qisməndə olsa görəcəksiniz.Uğura gedən yolda belədi birinci qaranlıq olaraq görünür sonra çalışırsan və aydinlanır hər şey.
Bir çox insan tez ruhdan düşür və buda onları uğursuzluğa aparır amma bu yazını yazarkən və araşdırma edərkən bir çox halla qarşılaşdım ,maraqlı hekayələrlə tanış oldum.Bunu da öyrəndim ki ,uğur psixologiyasını qaldırmaq üçün özundən qabaq həyatda uğur qazanmış olan insanların həyatları və onları uğura aparan yollarla tanış olmalısan.Bir sira hamımızın tanıdığı məhşurarın uğura gedən yolları ilə tanış olaq.Bilmək olmaz bəlkədə elə bu yazını oxuyan sizdə birgün öz uğurunuzla hamının dilində dolaşacaqsınız.
Pablo Pikasso
Hamımızın tanıdığı məhşur rəssam. Doğumu olduqca çətin olub.11 yaşına qədər oxumaq, yazmaq və hesablamağı öyrənə bilməyib. İmtahanlarından müəllimlərinin yardımı ilə keçib. Miqren eyni zamanda dikleksiya xəstəsi idi. Bir müddət həyatını pulsuz və ac yaşayıb. Bir rəsmin 36 fərqli versiyasını yaradıb. Bu işi ilə dövrün sənətkarlarını təqlid etməkdə günahlandırılıb. Ancaq o, 20-ci yüzilliyin ən məşhur rəssamı olub. Həyatı boyunca 22 mindən çox sənət əsəri yaradıb.
Digər bir məhşur icad Albert Enşteyn 4yaşına qədər danışa bilməyən alim danışmağa kəkələyərək başlayıb.Öyrənməkdə ciddi çətinlik çəkirdi.Buna görə də müəllimləri valideynlərinə “bu uşaq məktəbi bitirə bilməz, o heç vaxt uğur qazanmayacaq”Amma o adinin qabağına Dahi sözünü yazdırmağı bacardı.
buna dair bir çox misallar var.
Əgər sizdə çalışsanız ,özünüzə inansanız və bu yolda addimlamaq istəsəniz əmin olunki bəhrəsini görəcəksizniz.
Bəlkədə kor əlifbasını icad edən ilk alimin gorməməsi kimi çətin amma xeyirli bir yol sizi gözləyir.Sabaha saxlamadan başlayın və bu gün ilk addımınızı atın,yixilmaqdan qorxmayın, yoxsa qalxmağı heç vaxt öyrənə bilməzsinizn.Uğur sənin özünsən unutma.

Fərid Qarazadə

Bakı 2015 1-ci Avropa Oyunları – Azərbaycan üçün yeni üfüqlər!
Ölkəmiz 12-28 iyun tarixlərində bütün Avropa tərəfindən izləniləcək olan 1-ci Avropa Oyunlarına ev sahibliyi edəcək. İndiyənə qədər 30-dan çox ölkənin televiziya və mətbuat orqanları ilə bağlanılan müqavilələr bu möhtəşəm idman bayramının nəinki “Köhnə qitə”də bütün dünyada səs duyuracağına şübhə yeri qoymur. 253 yarış, 20 idman növü, 6000-dən çox idmançı və oyunlar müddətində çalışacaq 20000-ə yaxın könüllü. Rəqəmlər insanın gözünə necə də çox görünür elə deyil? İndi hər bir Azərbaycan vətəndaşı ağlında bu suala cavab axtarır: “Avropa Oyunları ölkəmizə nə verəcək?”. Bu möhtəşəm idman bayramı Azərbaycan üçün dünyaya açılan yeni üfüqlər hesab oluna bilər! Bakı 2015 1-ci Avropa Oyunlarının İşçi Qrupunda çalışan yerli mütəxəssislər təcrübəli əcnəbi kadrlar yanında daha da peşəkarlaşacaq və ölkəmiz artıq bu kimi irimiqyaslı tədbirlərin keçirilməsində gələcəkdə çox problem yaşamayacaq. Nəzərə alsaq ki, “Odlar yurdu” 2017-ci ildə İslam Həmrəylik Oyunları və bir sıra qitəmiqyaslı idman tədbirlərinə də ev sahibliyi edəcək. Bu Avropa Oyunlarının verdiyi faydanı bir qədər də dəyərli edir. Həmçinin, 20000-ə yaxın könüllünün ölkəmizdə əksəriyyətinin gənclərdən, daha dəqiq desək tələbələrdən ibarət olacağını təxmin etmək elə də çətin deyil. Və maraqlısı budur ki, bir çox gənc könüllü ilk dəfə iş təcrübəsini məhz bu irimiqyaslı tədbirdə yaşayacaq! Bu maraqlı və bir o qədər də öyrədici könüllü iş təcrübəsindən sonra ölkə gəncləri gələcəyə daha ambisiyalı, daha həvəsli baxacaq, bəziləri xarici dil biliklərini artırmağa səy göstərəcək. Təbii ki, bu onların dərslərini də öz faydasını verəcək. Digər tərəfdən Avropa Oyunları ölkəmizə bütün dünya ölkələrinin paxıllıq edə biləcəyi idman kompleksləri bəxş edir! Hələ yerli publika qarşısında belə yüksək səviyyəli yarışda önündə mübarizə aparacaq gənc azərbaycanlı idmançıların qazanacağı təcürbəni demirəm. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 65 min tutuma malik Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, tamamilə yenilənmiş Heydər Əliyev adına İdman Arenası, Bakı İdman Zalı və.s Sonda Avropa Oyunları qədim mədəniyyəti və zəngin tarixi olan Azərbaycanımızı, doğma Bakını bütün dünyaya tanıtdıracaq!
Ümid edək ki, daim öz təşkilati uğurları ilə tanınan ölkəmiz bu yarışların da öhdəsindən gəlməyi bacaracaq. Biz yeni idman qəhramanlarımıza məhz bu yarışda ilk dəfə “əhsən” deyib fəxr edəcəyik. Qoy Vətən idman və idmançıları ilə ucalsın!

Ulu Öndər Heydər Əliyev: “İdman kimi Azərbaycan rəmzlərini uğurla təmsil edən ikinci bir vasitə yoxdur”

Prezident İlham Əliyev: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”

Leyla Əhmədova

ANA
13 fevrala saatlar qala qrupyoldaşım Leylanın təkidi ilə yazıram)). Söhbətimi ana barədə açmaq istəyirəm. Ana dedikdə hər kəs bir hiss keçirdir ürəyindən kimi sevgi, kimi kədər, kimi nifrət, kimi də yad bir söz kimi anlayır. Ana adını hər kəs qazana bilər, amma hər kəs bu adı daşıya bilmir ağır gəlir. Məsələn, nələrinsə uğruna öz körpəsini atanlar… Sosial şəbəkələrin birində oxumuşdum 16 yaşlı orta məktəbli bir qız təzə dünyaya gəlmiş körpəni diri-diri basdırıb. Hər ölkədə yüzlərlə belə hadisələr baş verir, hansı ki, boş bir səbəb uğruna yüzlərlə körpələr məhv olur. Birdə övladı qızdı deyə uşaq evinə atanlar da var. Bax onlar heç bağışlanmamalıdır.. Halbuki ana olmaq həsrəti ilə yaşayan neçə ailələr var. Əlindən tutub parkda gəzdirmək arzusu ilə yaşayan insanlar var. Müqəddəs bir kəlmə o qədər ucuzlaşıb ki, hər kəs adi qəbul edir. Ana olmaq asandır, amma analıq vəzifəsini yerinə yetirmək çətin. Yalnız ana bütün həyatını övladına sərf edər.
Analar da var övladları tərəfindən zorakılığa məruz qalır: döyülür, küçəyə atılır , qocalar evinə göndərilir. İnsan övladı nə qədər nankor ola bilərki, illərlə ona qayğı göstərən, boğazından kəsib ona paltar,kitab-dəftər alan bir ananı əşya kimi bir kənara ata bilər, hansı ki, ana həsrəti ilə yaşayan insanlar varkən, ana qoxusu özləmi ilə yaşayanlar varkən…Bir yerdə oxumuşdum əgər süfrədə 3 nəfərlik yemək varsa , mən ac deyiləm deyən yalnız ana olacaqdır. Bu sevgi deyilsə nədir bəs?! Siz hər evdən çıxanda “ papaq tax soyuq olar” deyən yalnız anadır. Hər siz ağlayanda, xəstələnəndə, gecə yuxusuz qalıb sizə laylay oxuyan yalnız anadır. Sosial şəbəkələrin birində maraqlı karikatura paylaşmışdılar: Bir oğlan və ana təsvir olunub. Oğlu zirvəyə anasının köməyi ilə pilləkənləri bir-bir qalxır və zirvəyə çatdıqda isə “mən bacardım bunu” deyərək qışqırır, halbuki anası olmasaydı elə ilk addımda yıxılardı.Hətta oğlu olan analar bunu daha yaxşı bilər, siz oğlanlar hərbi xidməti çəkərkən analarınızda sizinlə birlikdə 1 il 6 ay yolunuzu gözləyir. Övlad acısının nə olduğunu və ömrünün sonuna kimi bu acıyla yaşamağı ən yaxşı analar bilər. Bəlkə də yazdıqlarım 18 yaşlı biri üçün şablon ola bilər, amma həqiqətdir. Analıq hissi o qədər dərin və o qədər xoşbəxt bir hissdir ki, sözlərlə ifadə etmək çox çətindir. Gəlin hər zaman nəinki analarımızın , ümumilikdə ailəmizin qədrini bilək, çünki onlar bizim tükənməyən sərvətimizdir.

Aynurə Müzəffərli

Bilirəm bir gün də mənim
Yuyacaq mürdəşir tənim
Bax o günçün ricam sizdən
Böyük kütlə cəm etməyin
Tək ölən mən deyiləmki,
Özünüzü həlak edib
Gözünüzden yaş axıdıb
Qəbr evimi nəm etməyin
Ruhum ölmür cismim üçün
Heç boşuna qara geyib,
Yas saxlıyıb, qəm etməyin
Tən Rəbbimin əmanəti yer üzünə
Əlbətki bir gün dönəcəkdi Rəbbimə
Torpaga verdiyinizçün
Siz qəti sitəm etməyin
Dərdim çəkib ölümümü
Saçınızda dən etməyin
Mərmər daşla üstüm örtüb
Torpagımı kəm etməyin
Guya yaşadırmış kimi
Yalvarıram, son diləyim
Adımı kimsəyə qoyub
Məni təzdən mən etməyin
Nə ehtiyac məndən sonra,mərmər daşdan sərdabəyə
Oxşamasın qoy məzarım tarixi daş kitabəyə
Varsa əgər az hörmətim hər kimdəsə,
Həsrət qoymasın ruhumu Qurandan üç, beş ayəyə
Diləyinki,aləmlərin ilahından məni uca rəhmətinə bağışlasın
Son istəyim aşinadan kəfənimi ayələrlə naxışlasın
Sizdən uzaq ölməzliyə yol açıram
Dua edin mənim üçün
Diləyinki, yerin göyün sultanından məni sonsuz rəhmətinə bağışlasın

XƏBƏR LENTİ