Cümə, Fevral 24, 2017
SEMİNARLAR

Braziliyanın Beynəlxalq Fizika İnstitutu tərəfindən 14-18 noyabr 2016-cı il tarixində “Ultra-soyuq atomlarda topoloji təsir” mövzusunda seminar, 2017-ci ilin mart-sentyabr aylarında isə akademik proqramlar təşkil olunacaq. Seminar və akademik proqramlarda iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur.

Mövzular, qeydiyyat http://www.iip.ufrn.br/index saytında və ya aşağıdakı linklərdədir.

http://www.iip.ufrn.br/eventsdetail.php?inf===QTUFEM

http://www.iip.ufrn.br/events.php?pn=2

mek.az

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda 28 sentyabr 2016-cı il tarixində “İnklüzif təhsil: reallıqlar və miflər” mövzusunda seminar keçiriləcək

İnstitutdan diaqloq.infoya  bildiriblər ki, seminarın əsas məqsədi inküziv təhsil haqqında ictimaiyyət arasında yaranmış bəzi şübhə və yanlış fikirləri aradan qaldırmaq, dünya təcrübəsinə istinad edərək inklüziv təhsilin real mahiyyəti haqqında məlumat verməkdir.

Bir çox hallarda belə hesab olunur ki, inklüziv təhsil əsas etibarilə müxtəlif dərəcəli əqli və fiziki qüsurları olan uşaqlar üçündür. Lakin daha geniş kontekstdə inklüziv təhsil bütün uşaqların fəal təlim mühitində iştirakını təmin etmək məqsədi güdür. Seminarda mövzu ətrafında müzakirə aparılacaq, arzu və təkliflər öyrəniləcək.

Next Tuition Centre növbəti ÖDƏNİŞSİZ seminarını elan edir!

Seminarın adı: “Gənclərin şəxsiyyət kimi formalaşmasında
cəmiyyətin və ailənin rolu”

Təlimçi : Zenfira Mustafayeva
Peşəkar müəllimə,
Qadın Təşəbüsü və Sosial Problemlerin Həllinə Yardım İB-rəhbəri

Daha ətraflı məlumat üçün:
https://www.linkedin.com/in/zenfira-mustafayeva-44371575

Seminar haqqında məlumat:

Tarix: 03 Aprel 2016 (Bazar günü)
Saat: 14:00 – 16:00

Qeydiyyatdan keçmək üçün mail və ya nömrəyə:
Ad / Soyad / Əlaqə nömrəsi / Email ünvan qeyd etmək kifayətdir.

Ünvan:Sumqayıt ş. Sülh Plaza 4-cü mərtəbə,otaq № 408,
(Mərkəzi Avtovağzalın yanı)

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: 070 207 37 67
Email: office@hmd.az

Next Tuition Centre növbəti ÖDƏNİŞSİZ seminarını elan edir!
Seminarın adı: “Əsas İKT sahələri və iş imkanları”

Təlimçi : Anar Xocayev

Qafqaz Universiteti Kompüter mühəndisliyi müəllimi.
Oracle Academyi-nin rəsmi Java və Oracle Database (SQL) üzrə rəsmi traineri. 5 illik pedoqoji və praktiki təcrübə.
Bildiyi proqramlaşdırma texnologiyaları: C/C++, Java SE7, C#. Veb texnologiyalar: HTML, CSS, AJAX, JavaScript, JSP,PHP. Verilənlər bazası üzrə Oracle, MySQL. MS SQLServer.

Seminar haqqında məlumat:
Tarix: 27 Mart 2016 (Bazar günü)
Saat: 14:00 – 16:00
Ünvan:Sumqayıt ş. Sülh Plaza 4-cü mərtəbə
(Mərkəzi Avtovağzalın yanı)

Qeydiyyatdan keçmək üçün soffice@hmd.az mailinə :

Ad / Soyad / Əlaqə nömrəsi / Email ünvan qeyd etmək kifayətdir.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: 070 207 37 67
Email: office@hmd.az

Müəllim olmaq istəyən hər kəs üçün bu imkan!

28.02.2016 tarixində saat 14:00-da EDU Company tədris mərkəzində müəllimlərin işə qəbulu üzrə seminar keçiriləcək. Seminarda peşəkar müəllimlərimiz sizlərə məntiq və kurikuluma hazırlaşmağın ən səmərəli yollarından danışacaq. Eyni zamanda sizi maraqlandıran bütün suallara da cavab tapa biləcəksiniz. Qeyd: Seminar ödənişsizdir . Seminarda yalnız qeydiyyatdan keçənlər iştirak edə biləcək. Aşağıdakı link vasitəsiylə qeydiyyatdan keçə bilərsiniz. http://goo.gl/forms/YgISIHCLhs

Ünvan: Ünvan: Elmlər m/st çıxışı, BDU-nun arxası, Mətbuat prospekti 31, OFKO göz klinikasının yanı Əlaqə nömrələri: (012) 510-06-81 (077) 412-12-02 (055) 323-47-15

Əziz dostlar hamınız dəvətlisiz
Sizi Central Park hotelində “Elm, din və tərəqqi” mövzusunda keçiriləcək seminara dəvət edirik.
Tarix və saat: 21 Fevral, həftənin bazar günü, saat: 14:00.
Saat 13:00-dan etibarən qeydiyyat başlayır. Iştirakçılardan xahiş edirik ki, saat 13:30-dan gec olmayaraq tədbirin keçiriləcəyi məkanda qeydiyyatdan keçərək öz yerlərini tutsunlar.
Media dəstəyi: Kana12 televiziyası
Qeyd: iştirak etmək istəyən xanımlar Arzu Hesenova , bəylər isə
Меджидли Абдул-Меджид-lə müraciət edə bilərlər.

Bugünə qədər göstərdiyi fəaliyyət və xidmətlərlə gənclərin daim yanında olan Akademi

Group Təhsil Mərkəzi 2 Fevral Gənclər günü münasibəti ilə silsilə seminarlar keçirəcək.

Belə ki, 4-5-6 fevral tarixlərində Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən

gənclərin şəxsi inkişafı və iş dünyasına adaptasiyası kimi mövzularda ödənişsiz

seminarlar təşkil olunacaq.

Üç gün ərzində təşkil olunacaq 4 seminarın hər birində iştirak ödənişsizdir.

Seminarda iştirak üçün qeydiyyatdan keçmək tələb olunur.

Seminar mövzuları və qeydiyyat aşağıdakı linklərdədir.

Seminarlar Xəzər Universitetində baş tutacaq.

4 fevral 14.00
5 fevral 11.00 ve 14.00 
6 fevral 14.00

4 Fevral – Məqsəd Qoyma, Hədəf Təyin Etmə və Planlama

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1dJOA_uMDivyu88VxXfvTle-

S6TLi_SugvULi_8mrjK0/viewform

5 Fevral – İqtisadi böhran dönəmlərində şirkət idarəçilərinin və çalışanlarının

motivasiyası

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1ePE1RxUOibP0bFfZO0pRzS8cDewDxk53XKQ0ofK-

0V8/viewform

5 Fevral – Depressiya: Səbələri və çıxış yolları

https://docs.google.com/forms/d/1qCnpX_vowEjdE3PRVtTk8VsUbWM-

sAntosGyH3V6trY/viewform

6 Fevral – Parlaq Bir Gələcək Üçün İxtisas Seçimi və Kariyera Planlaması (Abituriyentlər

və tələbələr üçün)

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1ocQTZRN9RI6lZxSjQfg8LFDYO4yGZfQCodXaVaC

ni1k/viewform

Bunlardan əlavə Akademi Group 22-28 fevral tarixlərində xeyriyyə məqsədli 2 seminar

daha keçirəcək və bununla bağlı ətraflı məlumat ictimaiyyətə veriləcəkdir.

Dostlar, “Educate” kursu olaraq sizlərə ilk seminarımızı təqdim edirik.

Seminarda sizlər:
1. İELTS imtahanı nədir?
2. Necə hazırlaşmaq olar?
3. Hazırlıq müddəti necə olmalıdır?
4. İELTS alarkən üstünlüyünüz nə olacaq?
5. İELTS imtahanına hazırlaşarkən hansı vəsaitlərdən istifadə etmək lazımdır?
6. Vaxt bölgüsünü necə təşkil etmək olar?
7. İELTS alıb xaricdə təhsil almağın yolları
8. Sizə qaranlıq qalan suallar

27 dekabr saat 14:00-da baş tutacaq seminarda bu kimi suallarınıza cavab tapacaqsınız.

Seminarın spikeri Rəşad müəllim olacaq.
Canada UBC University Vancouver təhsil almışdır.

Seminarda iştirak ödənişsizdir, aşağıdakı qeydiyyat forumunu dolduraraq qeydiyyatdan keçə bilərsiniz:
Qeydiyyat yeri

Ünvan: Xətai metrosunun yanı, Dəmirçi Plaza, 4-cü mərtəbə, “Educate” kursları

Facebook eventi: https://www.facebook.com/events/1639959802921697/# 

IELTS-BANNER

Danışığınızla insanları idarə edin!

Günlük iş həyatında mütəmadi olaraq təqdimatlar və çıxışlar etməli oluruq. Bir çox hallarda isə bu təqdimatlar mühüm əhəmiyyətə malik olur.Natiqlik qabiliyyəti istənilən sahədə istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir, bu səbəbdən WOW Baku Sizi karyera qurmaq üçün vacib olan bu sənətin incəliklərini öyrənməyə dəvət edir.

Seminarın proqramı:
Çıxış öncəsi həyəcan;
Auditoriyanı ələ almaq;
Fikrini düzgün və aydın ifadə etmək;
Ətrafındakı insanları inandırmaq;
Qurbağanı yemək;
Qəlyanaltı, Əsas Yemək və Desert;
Çıxışı yadda saxlamaq fəndləri;
Auditoriyadakı Təxribatlar;
Suallara cavab vermə texnikası;
Diqqəti özündə saxlama bacarıqları.

Seminar Tofiq Sadıxovun təqdimatında keçiriləcək
Tofiq Sadıxov Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert kimi çıxış edir.

Seminar 15 noyabr tarixində keçiriləcək.

İştirak ödənişsizdir.

Qeydiyyat yeri

11 noyabr 2015-ci il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Fizika fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 2015-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Gəncə, Şəki, Göyçay, Lənkəran və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə “Skype” əlaqəsi yaradılmışdır.

Seminarda müzakirəsi aparılmış 10 (A variantı, 106-115, B variantı, 102, 103, 108, 109, 112, 115, 118, 120, 122, 123) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, nominasiya və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Növbəti seminarda (18 noyabr 2015-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir.

Sizi Azərbaycan Universiteti TGT-sinin təşkilatçılığı ilə Ruğu Rügzö`nün (Həbib Heydər) lektorluğunda növbəti seminara dəvət edirik:

Çox insan istəyir ki, şəxsi və iş həyatında uğur qazansın, özü üçün zəmanətli gələcək əldə etsin. Bununla bağlı bir çox təlimlərdə iştirak edib özünü təkmilləşdirmək istəyir. Ancaq hər şeydən əvvəl insan özü ilə tanış olmalı, imkanlarını və məqsədlərini müəyyənləşdirməli, həyatın nəbzini tutmalı və insanlarla münasibətlərinin mənşəyini anlamağı bacarmalıdır. Seminarın da məqsədi bu məsələdə sizə yardımçı olmaqdır.

Seminar aşağıdakı başlıqlar üzrə davam edəcək:
– Çəhrayı qorxular
– Anlayışlar, dəyərlər, münasibətlər
– Bəşərin ən qorxulu icadı
– Mehriban düşmən
– Mən kiməm?
– Atalar və Oğullar

İştirak ödənişsizdir.
Seminar hər kəsə açıqdır.
Tarix: 08 noyabr, 2015
Saat: 12:00 – 15:00

İştirak etmək üçün mütləq (!) ONLİNE QEYDİYYATDAN keçməlisiniz:https://goo.gl/qdeqxi

Lektor haqda qısa arayış:
– 1 kitab müəllifidir
– 8 ilə yaxın təlimçi təcrübəsi var.
– 13-60 yaşlarda olan və 4.000-ə yaxın şəxsi əhatə edən auditoriyalara müxtəlif təlim və seminarlar verib

Əlaqə: 050 611 55 35
Ünvan: Azərbaycan Universiteti, I tədris binası.
Yasamal rayonu, General Akim Abbasov pr.84
(Lider TV-nin yaxınlığı)

P.S. Saat 11:50`dən gec olmayaraq seminar məkanında olmağınız tələb edilir.

12193679_952386818154984_4764487148506362770_n

Wow Baku Gənclər Mərkəzi sizi Anar Məmmədovun gənclərlə görüşünə dəvət edir!
Görüşün mövzusu: “Biz əslən uşaqlıqdanıq”

Mövzunun təsviri:
“Əslən hardan olduğumuz deyil, əslində hardan olduğumuz vacibdir“ – Anar Məmmədov

Uşaqlıq dövrü bir fenomendir. O, təkrar olunmaz və elm adamlarının istədikləri kimi dərk edilməzdir. Bildiyimiz budur ki, uşaqlıq dövrü talehimizin, həyat ssenarimizin bazasının qoyulan dövrüdür. Bu yaşlarda bizə olan həm neqativ həm də pozitiv təsirlər xarakterimizin formalaşmasında birbaşa rol oynamaqla yanaşı bizim dünyaya baxışımıza da toxunmamış olmur. Bəs mənim uşaqlığımdakı hadisələr “bu günkü mənə” necə təsir göstərib?

Hamımızın özümüz haqqında bildiyimiz lakin ciddi qəbul etmədiyimiz xırdalıqlar var. Bu nüansların arxasında ciddi səbəblər dayana bilər, vərdişlərimizə, hətda xasiyyətimizə belə təsir göstərə bilən səbəblər.

Mövzunun tərkibi:
Niyə mənimlə baş verən problemlər yenə və yenə baş verir?
Nəyi və niyə bağışlaya bilmirəm?
Küsü və sevinc!
Valideynlərim və Mən…
“Sevgi çatışmamazlığı” və “öldürücü məhəbbət”
İllər keçdi, bəs mən böyüdümmü?
Ekspert haqqında:
Anar Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin İnzibati İdarəetmə ixtisası üzrə təhsil alıb. Təhsilini Moskva Psixoanaliz İnstitutunun Praktik Psixologiya fakultəsində davam etdirir.

Ətraflı və qeydiyyat: http://edu-map.org/anar-m%C9%99mm%C9%99dov-biz-%C9%99sl%C9%99n-usaqliqdaniq-seminari/

CİBS (Caspian International Business Services) şirkəti və “Qadın İnkişaf mərkəzi” ilə xanımlarımız üçün növbəti lahiyəsini təqdim edir.

 

“GİZLİ İDARƏETMƏ və ya Təsirə Əks Təsir (F=-F)” psixoloji seminar!

Gündəlik həyatımızda özümüz də hiss etmədən başqalarının təsiri ilə qarşılaşırıq. Bəzən bu təsirin qurbanı olur, bəzənsə özümüzü bu təsirdən qoruya bilirik. Seminar sizə ətrafınızda olan “MANİPULYATOR” larla düzgün davranmağı öyrədəcək.

 

Seminarın məqsədi:

 

• Manipulyasiyanın meyarlarını izah etmək

• Sizi manipulyatorlardan qorumaq,

• sizə edilən təsirlərə əks müqavimət göstərmək,

• psixoloji tələlərdən müdafiə olunmaq.

 

Seminarın proqramı:

 

• Şəxsiyyətin dağıdıcı ifadələrdən istifadə etməklə trans (resurssuz) vəziyyətə salınması (öz iradəsindən asılı olmayaraq);

• Şəxsiyyətin həssas tərəflərinin, şüuraltı hərəkətlərin üzə çıxarılması;

• Əminliliyin aradan qaldırılması, köməksizliyin və ziddiyətin yaradılması;

• Emosional qətiyyətsizliyin formalaşdırılması. Depresiya, həyacanın yaradılması;

• Manipulasiyanın texnikaları.Təsirə və manipulasiyaya necə müqavimət göstərmək olar.

Təlimçilər:

TƏBRİZ HACIYEV

CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. İndiyə qədər yüzlərlə mütəxəssis hazırlamışdır. Gilan Holding, ASB(Azərbaycan Sənaye Bankı), CSS( Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə FHN (Fövqaladə Hallar Nazirliyi) ,DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar vermişdir. Həmçinin Rusiya, Ukrayna ,Gürcüstan, Belarusiya, Latviya ,Türkiyə, Kipr,Özbəkistandan onlarla şəxslərə online təhsil vermişdir.8 illik təcrübəyə sahibdir.

GÜLNARƏ TAĞIYEVA

 

CIBS (Caspian International Business Services) təlim mərkəzinin direktoru, şəxsiyyətlərarası münasibət üzrə konsultant, coach, yalan üzrə ekspert, Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, biznes təlimçi

 

 

Seminar ödənişsizdir. (Yerlər məhduddur)

 

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı 44 Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami M/S yaxınlığı.

Tarix və saat : 10.10.2015 17:00-18:30
  • QEYDİYYATDAN KEÇ

 

 

QEYDİYYATDAN KEÇ http://cibsaz.com/gizli-idareetme-ve-ya-tesire-eks-tesir-f-f-psixoloji-seminar.htmll

“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi 11 oktyabr tarixində növbəti seminarını təşkil edir.
Seminar Qafqaz Universiteti Texnoparkının direktoru, dosent İsa Qasımovun təqdimatında “MƏNIM SƏRMAYƏM” mövzusunda keçiriləcək.
Seminarın proqramı:
1. Potensial – sərvət – kapital – sərmayə
a. Neft ehtiyyatları nümunəsində izah
b. Gandinin deyimi
2. Bizim imkanlarımız
a. Kim və ya necə olmaq istəyirsən?
b. Başqa
3. Təşəbbüskarlıq nə qazandırır?
a. Karyerada
b. Öz işini qurarkən
Təlimin Detalları:
Tarix: 11 oktyabr
Saat: 16:00: 18:00
Seminara giriş: ÖDƏNİŞSİZ
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 50 222 14 17
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

12108889_1011017135588087_1603505136694488338_n

Uğur qazanmaq üçün 10 əsas tövsiyə
Cavanşir Abdullayevdən maraqlı 2 saat həyat dərsləri.
Təşkilati dəstək: “İrəli” İctimai Birliyi və ABTC

= Açıq qapıda qarşınızdakı insan =
Cavanşir Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmiş, Strateji idarəetmə, İnsan resurslarının idarə edilməsi, risklərin idarə edilməsi və idarəetmənin digər sahələri üzrə Avropanın aparıcı 10-dan artıq bankında üst-üstə 6 aydan çox təcrübə mübadiləsində olmuşdur.
İş karyerasını SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlayan, C. Abdullayev, SSRİ Dövlət Bankının Azərbaycan Kontoru və Respublika Aqrar-Sənaye bankının nəzarət-təftiş idarələrində müfəttiş, aparıcı müfəttiş, «Azinvestbank» KB-nın, Respublika Aqrar-Sənaye Bankının, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətlərinin Sədri vəzifələrində işləmişdir.
2000-ci ilin yanvarından Azərbaycan Bank Tədris Mərkəzinə rəhbərlik edən C.Abdullayev 50-dən artıq məsləhət xidməti layihəsi idarə etmiş, 10-dan artıq beynəlxalq təşkilatla yaxın əməkdaşlıq quraraq, Mərkəzin 27 beynəlxalq layihəyə cəlb olunmasına nail olmuş, Azərbaycanın aparıcı 19 bankına Strateji planlaşma və təşkilati struktur, 10 bank və 3 Dövlət təşkilatına (Mərkəzi Bank, Neft Fondu, Azərbaycan İnvestisiya Şirkəti) insan resurslarının idarə edilməsi, 3 banka risklərin idarə edilməsi, bir banka bankdaxili proseslərin təşkili və təlimat kitabçası və digər layihələr üzrə birbaşa məsləhət xidmətləri göstərmiş, Gürcüstanın 2 bankında SWOT təhlil aparmış və strateji inkişaf üzrə tövsiyələr vermişdir.
Cavanşir Abdullayev 2002-ci ildən başlayaraq, Strateji planlaşma, Liderlik, Filialların idarə edilməsi, Maliyyə Planlaşması və büdcə, Çirkli pulların yuyulması əleyhinə tədbirlər, İnsan resurslarının idarə edilməsi, Proseslərin səmərəli təşkili və Təlimat Kitabçası, Risklərin idarə edilməsi, habelə idarəetmə sistemləri və yumşaq vərdişlər üzrə təlim kursları aparır və məsləhət xidmətləri göstərir.

Vaxt: 3 oktyabr saat 11:00

Ünvan: World Business Centre

Səməd Vurğun küç., Bakü

https://ru.surveymonkey.com/r/IRELI_ABTC

 

XƏBƏR LENTİ