Bazar, Fevral 26, 2017
TƏLİMLƏR

“Sonuncu Əsr” bir qrup gənc tərəfindən yaradılan dini və siyasi məzmun daşımayan elmi-mədəni dərgidir. “Sonuncu Əsr”dərgisi həvəskar dostların dərgi heyətinə qatılması üçün təcrübə proqramı elan edir!
Təcrübə proqramına tələbələr, magistrantlar və ümumiyyətlə iştirak etmək istəyən hər kəs müraciət edə bilər. 3 aylıq proqramın sonunda təcrübəçilərə rəsmi sertifikat veriləcək. Təcrübə proqramında fəaliyyətləri ilə seçilənlər isə dərgimizdə daimi çalışa biləcəklər.
İş qrafiki sərbəstdir.
Aşağıdakı vakansiyalara namizədlər qeydə alınacaq. (Başqa ixtisasda olan dərginin inkişafı üçün çalışa biləcək və proqramda həvəslə iştirak edə biləcək olanlarda müraciət edə bilərlər).
1. Sosial media marketinqi
2.Araşdırmaçı (Fəlsəfə, Psixologiya və s. ixtisaslar üzrə)
3.Redaktor
4.Veb-Dizayner
5.Tərcüməçi (Türk dilləri, ingilis dili və rus dili üzrə)
6.Montajçı
7.Jurnalistlər
8.Fotojurnalist
Dərgi işinə həvəsli olan digər ixtisaslardada təhsil alan dostlar müraciət edə bilərlər. Göndərilən məlumatlar dəyərləndirilərək seçilən şəxslər müsahibəyə dəvət olunacaq və nəticə ilə bağlı yekunlar qısa müddətdə elan olunacaq.
Müraciət üçün formu doldurmanız yetərlidir. Forma belədir  https://docs.google.com/forms/d/1s892po3KMLqadzzwgJJsSwG4nD1S40nmy0Z9NSuFGtE/edit?no_redirect=true

Son qeydiyyat tarixi: 03.03.2017.
Sayğılarla…

Azercell Telekom MMC-nin Kaspi Təhsil Mərkəzi ilə 2016-cı il üzrə jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları artıq yekunlaşıb. Hal-hazırda Təhsil Mərkəzi tərəfindən kurslarda iştirak edən jurnalistlərin bilik səviyyələri müəyyənləşdirilir. Bununla bərabər Londona səfər edəcək 2 ən güclü tələbənin seçimlərinə də başlanılıb. Hər il olduğu kimi bu il də imtahanlarda yüksək nəticələr göstərən 2 jurnalist tələbə müəyyən olunacaq və onlar Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndəriləcəklər.
Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. 60 jurnalistin qatıldığı kursların uğurlu tədrisi sayəsində onlar ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.
Şirkətdən dialoq.info-ya bildirblər ki, jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki təşkil edir və bu günə kimi 200-dən çox KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.
“Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

“İstedadlarımızı tanıyaq” sərgisinin təşkili fərdi layihəsi bu ilin iyul ayının sonundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənəhovdur.

Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, yaxud müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında istedadların üzə çıxarılmasıdır. Layihənin vəzifələri qeyd edilən qruplar arasında istedadlıların seçilməsi, seçilən şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkil edilməsi, təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin təşkil edilməsidir.

Layihədən Bakıda olan sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər faydalanacaqlar. Yaş qrupu 14-17 yaşı əhatə edir. Layihəyə seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanılacaq. Seçimdə gender balansı və yaş həddi nəzərə alınacaqdır. Təlimlərdə və daha sonra layihənin digər fəaliyyətlərində iştirak etmək üçün 20 nəfər seçiləcəkdir. Sonra formalaşmış qrupda işləmək üçün layihəyə cəlb olunan mütəxəssislər təlimlərin və kursların keçirilməsi planını tərtib edəcəklər. Tərtib edilən sənədlərə əsasən formalaşan qrup üçün kurslar keçiriləcək. Təlimlərdə uşaqlara müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədiləcək. Kurslar zamanı isə təlimlərdə əldə olunmuş biliklər praktik olaraq həyata keçiriləcək, uşaqlar gələcəkdə layihə çərçivəsində təşkili planlaşdırılan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırlayacaqlar. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət “İstedadları tanıyaq” sərgisi layihənin sonunda təşkil olunacaq. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2016-cı ilin oktyabr ayında yekunlaşacaq.

homenews

Sumqayıtda aprel ayln 16-sı “Professional Marketinq və Satış” təliminə start verilir !

Bazarın böhran vəziyyətində satışlar azalır və iş yerləri məhdudlaşır . Bu vəziyyətdən yararlanmaq isteyirsinizsə Bizə qoşulun və Sumqayıt bazarını araşdırmağı və tələb yaratmağı öyrənməklə satışınızı artırın, uğura bir addım daha yaxınlaşın.

“Marketinq və Satış” təlimi, iştirakçılarımızın, satış və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir. Biz marketinq və satış təlimimizdə sizə hekayə yox, köhnə dərsliklərdən yox, biz sizə praktikanı, yeniliyi öyrədəcəyik.

Təlimçi: Arzu Qafarlı •Marketinq və Satış sahəsində 14 ildən artıq təcrübəyə malikdir. •Bu illər ərzində bu mövzuda minlərlə şəxsə təlimlər keçmişdir. •Müxtəlif layihələrin rəhbəri və təşkilatçısı olmuş. •“Modern Marketing and Sales Management Group”-nun təsisçisi. •“Business Training and Consulting Centre” –nin həmtəsisçisi və təlimçi. •Müxtəlif özəl şirkətlərdə Marketinq və Satış şöbəsinin rəhbəri işləmiş. •Hal-hazırda bank sahəsinin, Marketinq və Satış Departamentində işləyir. •Azərbaycanda ilk olaraq, innovativ satış nəzəriyyəsinin yaradıcısıdır.

Təlimə qatıla bilərlər: Şirkət menecerləri, menecerlər, marketinq və satış mütəxəssisləri, marketoloqlar, bu sahədə təhsil alan tələbələr, Marketinq elmini öyrənmək istəyənlər, biznesini inkişaf etdirmək istəyənlər və yeni biznes qurmaq istəyənlər və s.

Təlimin başlama tarixi: 16 Aprel 2016 saat 14:00 Təlimin müddəti: 1 ay,həftədə 2 dəfə 2 saat olmaqla, 8 moduldan ibarət.

Təlim Modulları: 1)Marketinqin Əsasları(Marketinq anlayışı (Klassik marketinq (4P), Müasir Marketinq (4 C)). 2)Marketinqin planlaşdırılması 3)Müasir Marketinq Fəaliyyətləri 4)Professional Marketinq və Satış texnikaları 5)Marketinq, Məhsul və reklam 6)Müasir dövrdə müştəri məmnuniyyəti amili 7)Satışın Təşkili 8)Bədən dili/Beyin fırtınası/Motiv oyunlar/Praktiki satış/Testlər

Sumqayıt sakinləri üçün xüsusi qiymət təklifimiz mövcuddur! Şirkət nümayəndələrinə -70AZN Digər fərdi şəxslərə – 60AZN Tələbələrə – 55AZN

Qiymətə daxildir: Dərs vəsaiti Sertifikat Kofe breyk Şəhərin özəl müəssələrində praktika

Qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶ SumqayıtMarketinq, tələbə, şirkət nümayındəsi və ya tələbə deyiləm yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz. Digər suallar üçün 24 saat qaynar whatsapp nömrəsi: 051 8432599

Siz də özünüzdə təlimçi olmaq potensialını hiss edirsinizsə və böyük auditoriyalarda insanlara təlimlər, seminarlar vermək istəyirsənizsə bu Akademiya məhz sizin üçün yaradılmışdır. Siz bu Akademiyada iştirak etməklə öz potensialınzı profisiyanallaşdıra və beynəlxalq təlimçi ola bilərsiniz .

Akademiyadan əldə edə biləcəkləriniz:

  1. 40 saatlıq nəzəri və praktik təlim proqamı.
  2. Beynəlxalq Təlimçilik sertifikatı (TOT).

  3. Təlim resursları və təlimçi materialları.

  4. İki dəfə təlim keçmək təcrübəsi.

  5. Təşkilatçılıq və məkan dəstəyi.

TƏLİM PROQRAMI: I . Təlimin Mahiyyəti, Məzmunu, Formaları:

  • Təlimin pirinsipləri.
  • Təlim planlaşdırılması və hazırlanması.

  • Sturukturlaşdırılmış təlim proqramı.

  • Öyrətmə və öyrənmə məqsədləri: sturuktur və ardıcıllıq.

  • Təlimin məzmunu, üsulları və resursları.

  • Təlim yerinin hazırlanması və yekun qiymətləndirmə.

  • II . Təlimçiyə olan tələblər:

    • Təlim prosesində ünsiyyət qurulması və səmərəli ünsiyyət qayadaları.
  • Nitq mədəniyyətində dinləmək və danışmaq qabiliyyəti.

  • Peşəkar dinləmə üsulları:Passiv və Aktiv.

  • Auditoriya Portreti .

  • Diləyicinin diqqətinin cəlb edilməsi və saxlanması metodları.

  • Yaxşı Təlimçinin əsas xüsusiyyətləri.

  • III . Təlim materialları:

    • Yazılı təlim və təqdimat materialarına olan tələblər.
  • Muasir muhazirənin növləri və funksiyaları.

  • Yaxşı muhazirə və distant təhsil necə olur ?

  • Praktik məşğələlər və işgüzar oyunlar üçün materiallar.

  • IV . Təlim metodları:

    • Əsas təlim metdları.
  • Nümayiş və Tamamlayıcı metodlar.

  • Qrup işi (Kollektiv öyrənmə).

  • Konkret vəziyyətin öyrənilməsi ( case study).

  • “Açıq fəza” ( open space)

  • Beynəlxalq kafe ( world café)

  • Təlim metodunun seçilməsi, tapşırıqların hazırlanması və istifadə .

  • V . Təlim alətləri :

    • Təlim alətlərinin və resurslarının öyrənmə prosesində rolu.
  • Dispotik proyektor, video və Multimedia.

  • Yardımçı qeydlər və yazılı materiallar.

  • Təlim məkanı və otağın tərtibatı.

  • VI . Bilik və bacarıqların qiymətləndirilməsi:

    • Qiymətləndirmə meyarı.
  • Qiymətləndirmə planının hazırlanması.

  • Testlərin hazırlanmasında ümumi prinsipi.

  • VII . Təlim kursuna hazırlıq:

    • “Təlim kursu” nədir?
  • Kursun hazırlanması mərhələləri.

  • İŞTİRAKÇI HAQQI: 70 AZN Təlim müddəti: Bir ay müddətində həftəsonu olmaqla həftədə iki dəfə . 3 saat olur. Son müraicət tarixi: 14 aprel

    Təlimdə iştrak üçün əlaqə:

    0774641868

    0518432599 whatsapp

    Əziz və Dəyərli Dostlarımız !

    Sizləri, 3 Aprel tarixində saat 14:00-da peşakar təlimçi Məhəmməd Kərimin təqdimatında fərqli formatda keçiriləcək ” Görünməyəni Satmaq ” adlı təlimə dəvət edirik !

    Təlim haqqında qısa məlumat :

    Son zamanlar, müasir dünyamızda şirkətlər və ya müəssisələr daha çox mənfəət əldə etmək, daimi müştəri toplusunu və illik inkişaf proqramlarını daha da sürətli bir rejimə keçirmək üçün müxtəlif satış strategiyalarından istifadə edirlər. Diqqət yetirsəniz özünüzdə şahidi olacaqsınız ki, bir neçə xarici şirkətlər və ya restoranlar ölkəmizdə yeni fəaliyyətə başlamasına baxmayaraq, qısa zamanda böyük bir müştəri ordusunu özündə cəmləyir və ölkə daxilində tanınmış marka imajını formalaşdırır . Bəs 10 ildən çox ölkədə fəaliyət göstərən yerli şirkətlər, müəssələr və ya restoranlar niyə bu müştəri odusunu özündə cəmləyə bilmir və ya hələdə bir marka imajı formalaşdırmaqda əziyyət çəkir ?

    Bütün bu sualların cavabı, 3 Aprel 14:00-da tanınmış və peşakar təlimçi Məhəmməd Kərim təqdimatında “Görünməyəni Satmaq” adlı təlimdə sizləri gözləyir

    ” Görünməyəni Satmaq ” adlı təlimdə iştirak etməklə siz :

    ▶ “Görünməyəni Satmaq” anlayışı və strukturu
    ▶ Biznes və Satış’da görünməyəni satmaq prosesi
    ▶ Müştəri niyə görə daha çox görünməyəni almaq istəyir ?
    ▶ Hansı yerli və xarici şirkətlər görünməyəni daha yaxşı satırlar ?
    ▶ Görünməyəni satmaqla marka şirkətlərin əldə etdikləri mənfəət və inkişaf strukturu
    ▶ Yerli müəssisələrimizdə görünməyəni sata bilməməyin verdiyi mənfi nəticələr tablosu “ÖYRƏNƏCƏKSİZ ”

    Ödəniş Cədvəli (SERTİFiKAT verilir )

    Digər şəxlər üçün -10 AZN
    Tələbələr üçün – 7 AZN

    Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶”Görünməyəni Satmaq” adlı təlim, ▶Tələbəyəm (və ya Digər) yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz.

    Əziz və Dəyərli Dostlarımız !

    Sizləri, 27 Mart tarixində saat 15:00-da Bakıda baş tutacaq, peşakar təlimçi Məhəmməd Kərimin təqdimatında fərqli formatda keçiriləcək ” Bu Reklam Tutar” adlı təlimə dəvət edirik !

    Təlim haqqında qısa məlumat :

    Müasir dünyamızda, sağlam bir biznesin əsas soyuq silahı reklam hesab olunur. Günümüzün insanları, öz bizneslərində satış ampulalarını daha effektiv bir modelə gətirmək üçün müxtəlif reklama metodlarından istifadə etsələr belə ya bəziləri şablon reklam metodlarından istifadə edir, yada ki , müştərilərdə effektiv bir maraq doğuracaq və onların təlabatlarını ödəyə biləcəyi, reklam psixologiyasını aktivləşdirə bilmirlər. Sirf ona görə də, 27 Mart 15:00-da keçiriləcək bu təlimin əsas missiyasıda öz biznesini qurmuş və ya qurmaq istəyən şəxslərdə effektiv reklam təfəkkürün formalaşdırmaq və bu sahəyə yeni bir rəng qatmaqdır.

    ” Bu Reklam Tutar ” adlı təlimdə iştirak etməklə siz :

    ▶ Reklam / Təsirli Reklam anlayışı və arasındakı fərq
    ▶ Effektiv Reklamın görünməyən üzü və verdiyi mesaj
    ▶ Müştəri reklamdan nə istəyir ? Gözləntiləri nələrdir ?
    ▶ Reklamdan doğan satış ampulası
    ▶ Azərbaycanda və dünyada 1990’lardan sonrakı reklam
    ▶ Reklamda ediməyəcək 3 əsas qayda
    ▶ Son zamanlar ən effektiv istifadə olunan reklam metodları və qazandırığı nəticələri – ” ÖYRƏNƏCƏKSİZ ”

    Ödəniş Cədvəli (SERTİFiKAT verilir )

    Digər şəxlər üçün -10
    Tələbələr üçün – 7 Azn

     

    Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶Bu reklam tutar təlimi ▶Tələbəyəm (və ya Digər) yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz.

    Əziz və Dəyərli Dostlarımız !

    Sizləri, 5 Martdan etibarən hər həftə sonu( Şənbə və Bazar günləri) peşakar memar Hikmət Məmmədovun təqdimatında saat 16:00-17:00da keçiriləcək Photoshop Dərslərinə dəvət edirik ! .Qeyd edək ki, dərsləri uğurla bitirən iştirakçılara həm təlim klubu, həmçinin dizayn şirkəti tərəfindən 2 SERTİFİKAT təqdim olunacaqdır.

    1 Aylıq Ödəniş SADƏCƏ- 20 Azn

    Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶Photoshop Dərsləri yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz.

    Sizləri 20 Fevral tarixindən etibarən bir ay olmaqla hər həftə sonu şənbə günü start götürəcək məşhur təlimçi və yazar Məhəmməd Kərimin təqdimatında keçiriləcək “Gənc Təlimçilər Akademiyası”- adlı layihəyə dəvət edirik !

    Layihədə iştirak etməklə nə qazanacaqsız ?-na cavab :

    ▶Modul 1
    Təlimçilik Nədir ?
    Təməl Təlimçilik Anlayışı
    Planlama
    ▶Modul 2
    Empati,Effektiv Ünsiyyət,Effetiv Dinləmə
    Stressin İdarə Olunması
    Bədən Dili
    ▶Modul 3
    Meta Proqramı
    Təsirli Sual vermə Texnikaları
    (NLP)Danışarkən Sistemi Yenidən Proqlaşdırmaq
    ▶Modul 4
    Walt Disney modeli
    Kütlə Qarşısında idarə edici çıxış stukturu
    Çapa Texinkası

    Kimlər İştirak Edə Bilər ?-na Cavab :

    ✔ Kütlə Qarşısında Təqdimat Bacarığını İnkişaf Etdirmək
    ✔ Gələcəkdə öz sahəsi ilə əlaqəli təlim və ya seminar vermək
    ✔ Ünsiyyətdə problem yaşayan
    ✔ Həyatına 0-dan Başlamaq
    ✔ Xəyallarını və Hədəflərini Reallaşdırmaq
    ✔ Həyat Fəlsəfəsini dərk etmək və ya dahada inkişaf etdirmək “İSTƏYƏN HƏRKƏS” qoşula bilər…

    Ödəniş Sistemi ▶ (SERTİFİKAT verilir )

    Tələbələr üçün – 25 AZN
    Digər şəxlər üçün – 30 AZN

    Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶Gənc Təlimçilər Akademiyası, ▶Tələbəyəm (və ya Digər) yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz.

     

    “Next Tuition Centre”-in təşkilatı dəstəyi ilə Sumqayıt şəhərində ödənişsiz “Təlimlər Festivalı”na start verilir.

    Təlimin adı: “Gənclərin şəxsi inkişafına dəstək və gənclərin biznesdə rolları”

    Təlimin mövzusu:

    • Biznes nədir ?
    • Biznesmen necə olmalıdır?

    • Biznesi idarə etməyin yolları ?

    • İşçi və müştəri məmuniyyətini qorumaq

    • Güclü biznesin sirrləri və s.

    Təlimçi: Arzu Qafarlı

    Biznes üzrə təlimçi, iqtisadi ve marketinq üzrə arasdirmacı. 12 ilik biznes sahesinde təcrübəyə malikdir. Bu müddətdə marketinq və satıs üzrə özəl şirkətlərdə rəhbər vəzifələrdə isləyib. Hal hazırda ölkənin aparıcı bankların birində marketinq və satış sahəsi üzrə işləyir. Biznes üzrə xaricdə və ölkəmizdə onlarla təlimlər keçmişdir.

    Tarix: 17. yanvar .2016 (Bazar günü)

    Saat: 13:00-16:00 (arada 15 dəqiqə “kofe break”)

    Ünvan: Sumqayıt şəh. Sülh Plaza, 4cü mərtəbə

    Qeydiyyatdan keçən hər bir şəxs təlimə gələ bilər.

    Qeydiyyat yeri: Daxil olun

    Əlaqə: 0503678178

    Təşkilatçı: Toğrul Bayramlı

    İnformasiya dəstəkçiləri: Edu-Map.org və Dialoq.info

    təlim-sum

    “1İNCİ PSİXOLOJİ VƏ FƏRDİ İNKİŞAF ” Mərkəzində

    Təlimçi: Nisə Abdullayeva / psixoloq /
    Təlim 09.01.2016-cı il tarixində 14:00 – 17:00 aralığında

    Təlim 3 saatlıq proqramı əhatə edir. Proqrama daxildir:
    – Cütlüklərin əsas xarakteristikası, münasibətlərin formalaşması və dağılma mərhələləri
    – Münasibətlərdə konfliktlərin yaranma səbəbləri və onların aradan qaldırılması
    – Cütlüklər ilə psixoterapevtik işin təşkili qaydaları
    – Ailədaxili münasibətlər və cütlük subsisteminin problemləri

    Təlim çərçivəsində nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı praktik vərdişlərin aşılanması da nəzərdə tutulub. Təlimin sonunda potensial tərəf müqabilinin portretinin yaradılması ilə bağlı psixoloji test keçiriləcək.

    İştirakçı sayı: 30 nəfər sayı

    Təlim ödənişsizdir.

    Son qeydiyyat tarixi: 09.01.2016 12:00- a qədər

    Qeydiyyat üçün əlaqə nömrələri:
    +994 (055) 381 30 44
    +994 (012) 498 17 64

    Ünvan: Bakı şəhəri, Sahil metrosu, Gənc Tamaşaçılar teatrı ilə üzbəüz, Nizami küç 105A

    MK Təlim Klubu həftə sonu ” Möhtəşəm Təlim ” Festivalı ilə təqdim edir :

    Əziz Dostlarımız- Sizləri ,13 Dekabr 15:00-da MK Təlim Klubunun ofisində məşhur təlimçi Məhəmməd Kərimin təqdimatında Şəxsi İnkişaf və Motivasiya yönümlü “Həyatının CEO-su Ol ” adlı təlimə dəvət edirik !

    Təlim zamanı əsas toxunulacaq mövzular :

    ✔ İdarə edən və idarə olunan insanlar arasında vizion fərqi
    ✔ Niyə görə öz həyatımızın CEO-su olmalıyıq ?
    ✔ Məğlubiyyətləri format edib uğura çevirmək düsturu
    ✔ Həyatımızın ” CEO-su” olmaq mexanizmini necə hərəkətə gətirə bilərik ?
    ✔ Şəxsi və İş həyatımızın CEO-su olmaq üçün 3 əsas qayda

    Ödəniş sistemi ( SERTİFİKAT verilir )
    Tələbələr üçün-7 Azn
    MK Təlim Klubunun üzvləri üçün -5 Azn
    Digər şəxlər üçün – 9 Azn

    Qeydiyyat və ətraflı məlumat üçün – (055) 770-71-43 nömrəsinə sms ilə (Ad və Soyadınızı) göndərə bilərsiniz

    Qeyd : Təlimdən əldə olunacaq ödəniş Leykoz xəstəliyindən əziyyət çəkən BDU-“Sabah ” Universetinin 3-cü kurs tələbəsi Əmirxan Səfərovun müalicəsinə həsr olunacaqdır !

    12359798_957421957683865_790880206_o

    12351159_958148427611218_450869414_n

    Gələcəyin İş Adamları üçün Ödənişsiz Təlim.

    Təlim yalnız bakalavr tələbələri üçün nəzərdə tutulub və tam ÖDƏNİŞSİZDİR.

    Təlimin Mövzusu: Keyfiyyət Menecmenti

    Təlimdə tapacağınız cavablar:
    1. Keyfiyyət nədir ?
    2. Məhsul keyfiyyəti ilə idarəetmə keyfiyyəti arasındakı fərq
    3. İş adamı olaraq sizin keyfiyyət menecmentinə münasibətiniz
    4. Lider menecer və ya biznesmen
    5. ISO 9001 standartı haqqında məlumat
    6. Sənədlərdən niyə istifadə olunmalıdır
    7. Çalışanlarınız ilə münasibətiniz
    8. Risk menecmenti
    9. Planlaşdırmanın əhəmiyyəti
    10. Startap olsanız Keyfiyyət Menecmenti nə işə yarayacaq deyirsinizsə ?

    Təlimçi haqqında məlumat
    Habil Turan Əhmədov 2012-2014-cü illərdə Dünya Bankının layihəsi çərçivəsində “Project Management İnstitute”-nin tədris proqramına əsasən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Proqram və Layihə Menecmenti” ixtisası üzrə magistr və 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymətin Əmələ Gəlməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. Layihə Meneceri, Keyfiyyət üzrə Auditor, Keyfiyyətin İdarə Olunması üzrə konsultant və təlimçi kimi fəaliyyət göstərir. Bir neçə şirkətin Keyfiyyət İdarəetmə Sisteminin yaradılmasında layihə meneceri və konsultant kimi iştirak etmişdir. Hal-hazırda Azərbaycan Layihə Menecerləri Assosiasiyasının (ALMA) Direktorudur.

    Təlimdə istənilən ixtisasda oxuyan tələbələr iştirak edə bilər. Təlim iştirakçı sayı 25 nəfər üçün nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir. Son qeydiyyat günü təlimə 2 gün qalmışdır. Təlimdə iştirak üçün seçilmiş tələbələrə zəng edilərək xəbər veriləcək. Təlimə 15 dəqiqə tez gəlin.

    Təlimin vaxtı: 06.12.2015 saat. 11:00

    Ünvan: Next Step İnnovasiya Mərkəzi, Azadlıq pr. 34, ADNSU, Əsas Bina, 5-ci mərtəbə

    Qeydiyyat linki

    Kinolarda, kitablarda, verilişlərdə uğurlu, güclü, pozitiv, özgüvənli, nə istədiyini bilən və məqsədlərinə çatan insanlar görüb fərqli reaksiya veririk. Əsasən, “Onun bəxti gətirib (“daydayı” var)” deyib keçirik. Daha az hallarda isə biz özümüzə ən vacib sualı veririk – “Necə edim ki, onlar kimi olum?”
    Əslində, biz inanırıq ki, hər şey düzgün sualla başlayır. Gənclər üçün ən aktual suallar adətən bunlar olur:
    1. Necə ÖZümü tapım?
    2. Həyatda nə istədiyimi bilmirəm. Necə onu müəyyən edim?
    3. Necə motivasiya əldə edim?
    4. Həyatda məqsədim yoxdur. Necə məqsəd təyin edim?
    5. Necə iş tapım?
    6. İnsanlarla ünsiyyət bacarıqlarımı necə inkişaf etdirim?
    7. Fikirlərimi necə insanlara qəbul etdirim? Və s.

    Biz bilirik ki, yuxarıda qeyd etdiyimiz problemləri aradan qaldırmaq üçün, insana bir istiqamət göstərən, öyrədən və yol yoldaşı olaraq ona istədiyi məqsədə çatmaqda kömək olacaq bir sistemə ehtiyac var və biz bu sistemi Sizin üçün yaratdıq. Onun adı NAVİQATOR-dur.
    NAVİQATOR – 8 həftəlik, ilkin fərdi və peşəkar inkişafa aid BÜTÜN lazımi mövzuları özündə əhatə edən bir məhsuldur.
    Məqsədimiz qeyri-formal təhsil üslubları ilə iştirakçıları müasir zamanın tələbi olan mövzularda məlumatlandırmaq, lazımı bacarıqlara və biliklərə yiyələndirmək və onlara öz seçdikləri yolda istiqamətləndirməkdir. Eyni zamanda fərdi kouçinq alətləri vasitəsi ilə iştirakçılar mütəmadi olaraq mütəxəssislərlə həftəlik görüşüb öz inkişaf xəritələrini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

    8 həftəyə nələr daxildir?
    – 16 fərdi və peşəkar inkişaf təlimi (bəli, düz oxudunuz 16 təlim)

    8 HƏFTƏ = 16 Təlim
    – Liderlik
    – Komfort zonası
    – Komanda işi
    – Özgüvən və motivasiya
    – Bloqçuluq (2 dərs)
    – Şəxsi brend
    – Məqsəd qoyuluşu
    – Karyera planlaması
    – Kommunikasiya bacarıqları
    – Natiqlik
    – Təqdimat bacarıqları
    – Sahibkarlıq
    – Mind Map
    – Müsahibə
    – Start Up-lar

    • Hər təlimin mövzusuna uyğun 16 mütəxəssislə görüş
    • Hər iştirakçı üçün həftəlik fərdi kouçinq sessiyası
    • Həftəlik mövzulara uyğun kitab və film kartotekasından ödənişsiz istifadə imkanı
    • Rəqəmlərlə və sözlərlə ifadə edə bilməyəcəyiniz bir təəssürat!

    Bu hələ son deyil. ƏSAS MƏSƏLƏ: Ən yaxşı iştirakçılar layihənin sonunda müxtəlif tərəfdaş şirkətlərdə təcrübə proqramlarına qatılmaq imkanı əldə edəcəklər.

    Navigator layihəsinə kimlər qatıla bilər?
    – Həyatında köklü dəyişiklik etmək, ÖZünü tapmaq, məqsədlərini təyin etmək istəyən şəxslər
    – Yuxarıda qeyd olunan məsələlər üçün iradəsi olan şəxslər (istəyi yox, məhz İRADƏSİ)
    QEYD: 8 həftə ərzində şənbə-bazar gününü bu işə həsr etməyə hazır olan şəxslər.

    Naviqator-a qoşulmaq üçün nə etmək lazımdır?
    – Layihəyə maraq göstərən şəxslər ilkin olaraq ad, soyad və təlimin adını 0518432599 whatsapp nömrəsinə və ya 0774641868 nomrəsinə göndərə bilərlər.
    Layihənin müddəti: Təlimlər Noyabrın 22-si başlayır və Dekabrın sonuna kimi davam edir
    Ödəniş: Layihənin iştirak haqqı 160 AZN-dir (bura layihə ilə bağlı bütün xərclər daxildir)

    Qeyd: Ödənişi layihə müddətində hissə-hissə ödəyə bilərsiniz.
    Əlaqə vasitələri:

    0518432599 (WhatsApp)

    0774641868

    0709381871

    togrulbayramli@yahoo.com

     

    Təlimçilər:

    Talıb Bayramov
    Qafqaz universiteti və Barselona Universiteti məzunu.
    Forens MMC-nin təsisçisi. 
    Sheraton Hotel və “Sağlam Düşüncə” Gənclər təşkilatında zəngin iş təcrübəsinə malikdir.
    Təlimçilik təcrübəsi də həmçinin zəngindir.
    Naviqator layihəsi çərçivəsində biri birindən maraqlı və faydalı təlimlər keçəcəkdir. 

     

    Nəcəf Allahverdiyev 

    Moskva Ritorika və Natiqlik bacarığı Universitetinin məzunu.
    – “Karnegi klub”-un təsisçisi
    – Beynəlxalq Trenerlər Assosasiyasının üzvü
    Naviqator layihəsi çərçivəsində “Mind map” mövzusunda təlim keçəcək.
    Bu qədər təcrübəyə malik birisi tərəfində olan təlimdə mütləq iştirak etmək lazımdır.

     

    Toğrul Ələkbər

    Bakı Dövlət Universiteninin Beynəlxalq Münasibətlər fakultəsinin məzunu.
    -Fərdi İnkişaf üzrə təlimçi və kouç
    – Allmag Fərdi İnkişaf jurnalının həm-təsisçisi
    – “Isaac Pintosevich Systems” şirkətinin sertifikatlı biznes təlimçisi
    İxtisaslaşması: Karyera planlaması, İş axtarma, Motivasiya və Özgüvən, Liderlik və Komanda işi
    Naviqator layihəsi çərçivəsində bir-neçə təlim keçəcəkdir.

    Coşqun Kərimov.
    Qafqaz Universiteti məzunu.
    Hal-hazırda GR8CLUB-da Biznesin inkişafı üzrə Menecer vəzifəsində çalışır.
    Vital MMC-nin təsisçisidir.
    Baku 2015 Avropa Oyunlarında, Azercell Telecom MMC-də zəngin iş təcrübəsi vardır. 
    “Naviqator” layihəsi çərçəvəsində “Təqdimat bacarıqları” təlimini aparacaq. Bu sahədə yetərincə təcrübəyə malikdir. Bakı çempionatında Debat yarışları üzrə ən yaxşı spiker seçilməyi də buna sübutdur. 
    Komanda ilə yaxşı işləmə, tez ünsiyyətə girmək bacarığı onun təlimlərini həmişə maraqlı və canlı edir. 12115485_702360066530864_7720758621894971645_n

    Noyabrın 13-də Xəzər Universitetində “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlim kursu”na start verilib.

    Təhsil Nazirliyinin sifarişi ilə keçirilən təlimin məqsədi ümumi təhsil məktəbləri üçün dərslik yazan müəlliflərin, dərslikləri qiymətləndirən ekspertlərin, potensial müəlliflərin yeni təhsil proqramının (kurikulumun) prinsiplərinə uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsində biliklərini artırmaqdır. Ümumi həcmi 60 saat olan kurs 10 gün davam edəcək.

    Təlimlər riyaziyyat-informatika, təbiət elmləri, tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, xarici dil fənlərini əhatə etməklə, beş qrupda təşkil olunub. Kursda Türkiyənin Uludağ və Qazi, İrlandiyanın Dublin, Niderlandın Amsterdam universitetlərindən dəvət olunmuş mütəxəssislər iştirakçıları dərsliklərin hazırlanması və qiymətləndirilməsi sahəsindəyeni tendensiyalarla tanış edəcəklər.

    XƏBƏR LENTİ