Cavid Qurbanov: “Azərbaycan BTQ-ni reallaşdırmaqla dünyaya öz gücünü sübut edib”

“Yüz illiyin layihəsi adlanan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb”.

Bu sözləri Tbilisidə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov deyib.

C.Qurbanov deyib: “Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa dövlətlərin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirə, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərib və sözünü deyib”.

Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti düzgün siyasətdir və respublika düzgün yoldadır.

“Bu layihə, eyni zamanda, Azərbaycanın, Gürcüstan və Türkiyənin dostluğunun möhkəmlənməsinə xidmət edir” – deyə, C.Qurbanov vurğulayıb.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here