RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.09 06:54

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb

90

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib. 

“Report”un məlumatına görə, İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kostanın Rusiyada “Lokomotiv”ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib. 

29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb. 

Qeyd edək ki, “Yuventus” “Lokomotiv”ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı