RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Çexiya XİN: nəzarətsiz miqrasiya Avropa İttifaqı üçün təhlükə törədir

24

Çexiyanın xarici işlər naziri Yan Qamaçek hesab edir ki, nəzarətsiz miqrasiya Avropa İttifaqı, o cümlədən onun ölkəsi üçün təhlükə törədir.

Xarici siyasət idarəsinin rəhbəri bu fikri Praqada səfirlərlə keçirilən görüşdə səsləndirib.

Qamaçek əlavə edib ki, Avropa İttifaqına üzv dövlətlərin xarici siyasəti miqrasiya dalğasının səbəblərinin aradan qaldırılmasına – silahlı münaqişələrin qarşısının alınmasına, iqlim dəyişikliklərinin təsirinin azaldılmasına və Aİ-ni əhatə edən ölkələrin əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Nazir bildirib ki, bu məqsədlərə nail olmaq üçün sərhədlərin mühafizəsi gücləndirilməli və ünvanlı yardımlar göstərilməlidir.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı