Ceyhun Hacıbəylinin memuarı çapdan çıxıb

Azərbaycan mühacirət ədəbi-elmi fikrinin görkəmli nümayəndəsi Ceyhun Hacıbəylinin “Bir il xəyallarda… və bütöv bir ömür” memuarı çapdan çıxıb.

İyirmi doqquz yaşından Fransada mühacir həyatı yaşamağa məcbur olmuş C.Hacıbəylinin fransız dilində qələmə aldığı və öz sağlığında nəşr etdirə bilmədiyi “Bir il xəyallarda… və bütöv bir ömür” memuarı ənənəvi avtobioqrafik əsərlərdən, bizə bəlli xatirələrdən tam fərqli bir düşüncənin, maraqlı üslubun, yüksək intellektin bədii məhsuludur.

Əsəri orijinaldan Azərbaycan dilinə Mirzəbala Əmrahov tərcümə edib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, elmi məsləhətçisi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here