Çin ABŞ qarşısında şərt qoydu: “Bütün tariflər ləğv edilməlidir”

Çin və ABŞ hər iki tərəfin maraqlarına və dünyanın ümidlərinə cavab verən ticarət sazişinin imzalanmasına nail olmaq üçün gecə-gündüz birgə çalışır
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Çinin ticarət nazirinin müavini Van Şouven parlamentin ənənəvi illik yığıncağında bəyan edib. O, bildirib ki, hazırda amerikalı rəsmilərlə davam edən danışıqlar nikbinlik üçün əsas verir, lakin əldə ediləcək istənilən ticarət razılaşması bərabər və ədalətli olmalıdır.

“Bir-birimizə qarşı əlavə gömrük rüsumlarının tətbiq edilməsi işçilər, fermerlər, ixracatçılar və istehsalçılara mənfi təsir edir. Bu, həm də investorların etimadını zədələyir və korporativ investisiya qərarlarını gecikdirir. İndi hər iki tərəfin iqtisadi və ticarət işçi qrupları ölkə rəhbərlərimizin müəyyənləşdirdikləri istiqamət və prinsiplərə uyğun razılaşmanın əldə edilməsi naminə danışıqlar aparmaq üçün böyük səy göstərirlər. Məqsəd Çinlə ABŞ arasındakı ikitərəfli ticarət münasibətlərinin normallaşması üçün bir-birimizə qarşı tətbiq etdiyimiz bütün tarifləri ləğv etməkdir”, – Şouven vurğulayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here