Çin kosmosa yük gəmisi göndərəcək

Çinin ilk kosmik yük gəmisi olan “Tiencou-1” cari ilin aprelində orbitə buraxılacaq.

 

Istinadən xəbərinə görə, gəmi Çinin şimalındakı liman şəhəri olan Tiencində hazırlanıb.

 

“Tiencou-1” artıq bu ölkənin Haynan əyalətində fəaliyyət göstərən Vınçang Atma Mərkəzinə gətirilib. Yük gəmisi burada montaj və test prosedurundan keçərək orbitə buraxılması üçün hazır vəziyyətə gətiriləcək.

 

Altı ton yük daşıya biləcək “Tiencou-1” orbitdə kosmik stansiyanın yaradılması istiqamətində böyük töhfələr verəcək.

IKT.lent.az