RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Çin və Azərbaycan əməkdaşlıq sahələrini genişləndirəcək

63

Çin və Azərbaycan ticarət, investisiyalar, energetika və nanotexnologiyalar sahələrində əməkdaşlıq edə bilər.Bu fikirləri “Huawei” şirkətinin Asiyada ictimaiyyətlə əlaqələr üzrə regional direktoru Dun Aybo məxsusi müsahibəsində söyləyib.Azərbaycanı çox mühüm ölkə kimi səciyyələndirən regional direktor deyib: “Xəzər dənizinin sahilində yerləşən ölkəniz çox mühüm strateji nöqtədədir. Azərbaycan Avropa və Asiyanın qovuşuğunda böyük əlaqələndirici rola malikdir. Bir neçə il əvvəl Azərbaycan qədim Böyük İpək Yolunu dirçəltməyə başlayıb. 2015-ci ildə Çin Xalq Respublikasının sədri Si Cinpin “Bir kəmər – bir yol” təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün mahiyyəti Çinin iştirakı ilə mövcud regional ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmlərini və strukturlarını möhkəmləndirmək yolu ilə beynəlxalq əməkdaşlığın yeni modelinin axtarışından, yaradılmasından, irəlilədilməsindən və inkişafından ibarətdir. Qədim İpək Yolunun davamına və inkişafına əsaslanan “Bir kəmər – bir yol” təşəbbüsü regional iqtisadi tərəfdaşlığın yeni mexanizmlərini hazırlamağa, cəlb edilmiş ölkələrin iqtisadi çiçəklənməsini stimullaşdırmağa, müxtəlif sivilizasiyalar arasında bütün sahələrdə mədəni mübadilələri və əlaqələri möhkəmləndirməyə, habelə sülhə və dayanıqlı inkişafa kömək etməyə çağırır”, – deyə Dun Aybo qeyd edib.O hesab edir ki, bu layihələrin reallaşdırılması üçün iki ölkə arasında yaxşı imkan və çoxlu şanslar var. “Çin və Azərbaycan ticarət, investisiyalar, energetika və nanotexnologiyalar sahələrində böyük əməkdaşlıq perspektivlərinə malikdir”, – deyə Dun Aybo bildirib.

azertac.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı