“Cismani peyzajlar” “YAY” qalereyasında

“YAY” qalereyasında “Cismani peyzajlar” adlı qrup sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə rəssamlar Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov və Səbinə Şıxlinskayanın əsərləri yer alıb. Sərgidə müxtəlif peyzajlar nümayiş olunur. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi forma və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yoxolma təəssüratını yaradır.

Qeyd edək ki, sərgi sentyabrın 1-dək davam edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here