Coğrafiya İnstitutu: Bu ilki yanvarda isti keçən günlərin sayı çox olub

Hazırda Bakıda müşahidə edilən havanın temperaturu iqlim normasından 1- 1,5 dərəcə yüksəkdir.

Bunu Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, Bakıda temperaturun iqlim normasından yüksək olmasının səbəbi son bir necə gün ərzində paytaxt ərazisində cənub və cənub-qərb istiqamətli hava kütlələrinin dayanıqlı olması ilə izah edilir:

“Adətən, belə hava kütlələri Bakıda qeydə alınır. Ancaq belə hava kütlələrinin müşahidə edildiyi günlərin, yəni hazırkı kimi mülayim isti günlərin sayı yanvarda bir qədər az olmalı idi. Lakin bu il belə günlərin sayı çox olub”.

M.Həsənov deyib ki, adətən, yanvar ayında ayında isti keçən günlərin sayı 7-8 gün olur. Ancaq bu il yanvarda belə isti günlərin sayı 12-14 gün olub.

M.Həsənovun sözlərinə görə, bu il respublikada yanvar ayı üzrə havanın temperaturunun çoxillik iqlim normasından 1 dərəcəyə yaxın yüksək olacağı gözlənilir:

“Hazırda rayonlarda yanvar ayı üçün xarakterik olan hava şəraiti müşahidə edilir. Bakıda isə hava bir qədər isti keçir. Ölkədə iqlim normasına uyğun olmayan hal daha çox Bakıda müşahidə edilir”.

Qeyd edək ki, son bir necə gün ərzində Bakıda gündüz saatlarında 6-10 dərəcə isti qeydə alınıb.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here