Con Bolton Azərbaycana səfər edəcəyini təsdiqlədi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri dəqiqləşib. AzVision.az-ın məlumatına görə, bu barədə C.Bolton özü “Twitter” hesabında yazıb. “Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edəcəyəm, Amerika maraqlarının irəliləməsi üçün təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə etmək üçün həmkarlarımla və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcəyəm”, – deyə Bolton qeyd edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here