“Çövkən – qədim atüstü Qarabağ oyunu”-məqalə müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə “Çövkən – qədim atüstü Qarabağ oyunu” mövzusunda ən yaxşı məqalələr müsabiqəsi elan edir.
Dialoq.info-nun məlumatına görə, müəlliflər məqalələrini poçt, e-mail vasitəsi ilə ([email protected]) və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinə (Hökumət evi, 3-cü mərtəbə, 319-cu otaq) və “Mədəniyyət” qəzeti redaksiyasına (Moskva pr. Dövlət Film Fondu, 5-ci mərtəbə) təqdim edə bilərlər.
Ən yaxşı üç məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə layiq görüləcəkdir.
Qaliblər üçün pul mükafatı və diplom nəzərdə tutulub.
Müsabiqəyə 2014-cü ilin dekabr ayının 1-də yekun vurulacaq, nəticələr barədə nazirliyin mətbu orqanları olan “Mədəniyyət” qəzeti, “Mədəni həyat” jurnalı və nazirliyin rəsmi saytında (mct.gov.az ) məlumat veriləcəkdir.