Çoxcildlik “Azərbaycan arxeologiyası”nın V cildinin tamamlanması üçün mühüm işlər görülür

Çoxcildlik “Azərbaycan arxeologiyası”nın V cildinin tamamlanması üçün mühüm işlər görülür

Çoxcildlik “Azərbaycan arxeologiyası”nın V cildi üzərində işin tamamlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunda saxlanılan erkən orta əsrlərə aid arxeoloji materialların fotoşəkillərinin çəkilişinə başlayıblar.

Muzeydən bildiriblər ki, ilkin mərhələdə Mingəçevir, sonrakı mərhələlərdə isə Torpaqqala və digər abidələrdən tapılmış erkən orta əsr maddi-mədəniyyət nümunələrinin fotoşəkilləri çəkiləcək. Həmin tapıntıların fotoşəkillərinin çəkilməsi ilə yanaşı, onların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınır. Toplanmış bütün məlumat və fotoşəkillər müəyyən redaktədən sonra çapa hazırlanan “Azərbaycan arxeologiyası”nın V cildinə əlavə ediləcək.

AZƏRTAC