RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.08.16

Cüdoçuların Azərbaycan birinciliyinə yekun vurulur

22

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi ikinci gündür ki, davam edir.

Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparır. Yarışların birinci günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova (57 kq), Aidə Baxışova (70 kq), oğlanların mübarizəsində isə Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Aliumar Tumayev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Yarışa avqustun 16-da yekun vurulacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı