RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.10.09 15:37

Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü – Təfərrüat

50

Ötən gecə Beyləqan rayonunda 18 yaşlı qızın vəhşicəsinə döyülərək yol kənarına atılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum olmayıb.

Bildirilir ki, ailədə 6 uşaqdan (3 qız və 3 oğlan) biri olan Aygün dünən axşam saatlarında Yuxarı Aran kəndindəki evlərindən çıxıb. Gecə saatlarında isə Beyləqan-Kəbirli yolunun kənarında onu ölümcül halda aşkarlayıblar və hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə qız xəstəxanaya çatdırılıb.

Məlumata görə, döyülərək öldürülən Aygün Quliyeva subay olub. Onun ötən gecə kiminlə görüşməsi, harda və hansı şəraitdə döyülməsi hələlik məlum deyil. Kənd sakinləri qızın ailəsinin sakit həyat tərzi sürdüyünü və kiminləsə düşmənçilik etmədiyini deyiblər.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı