Dəniz qumunun müalicəvi xüsusiyyətləri və zərərləri

Yay fəslində dəniz və günəşdən faydalanarkən, qumdan da faydalanmağı laqeyd yanaşmayın. Sizə dəniz qumunun bəzi faydalı xüsusiyyətlərini təqdim edirik:

Tətildə həm istirahət edə, həm də dəniz qumunun müalicəvi xüsusiyyətlərindən faydalana bilərsiniz. İsti qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Dəri yanıqları, allergik reaksiyalar, günəşdən gələn şüalar qumdan gələn xeyiri heçə endirir. Təzyiq, şəkər, ürək kimi xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər. Ən dəhşətlisi isə iflic ola bilərlər. Quma basdırılma da həkim nəzarəti altında olmalıdır.

Ümumiyyətlə, insanlar elə düşünür ki, ayaqların quma basdırılması ağrıları azaldır. Hardasa azaldır demək olar, amma qum yeyilmiş, yaxud zədələnmiş oynaqları bərpa etmir. Oynaqlara kənardan heç bir müdaxilə onların yenidən sağlam vəziyyətə gəlməsinə kömək edə bilməz.

  • Yaş dəniz qumunda gəzinti qan damarlarının genişlənməsinə və qanın təzyini tənzimləyər, qan axınını artırar.
  • Romatizm xəstəliyini müalicə edər
  • Bəzi dəri xəstəliklərini müalicə edər
  • Gümrahlıq hissini artırar
  • Yorğunluğu aradan qaldırar
  • Antidepresan təsirə malikdir

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here