RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib

21

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Liseyin, o cümlədən Bakı şəhər 27, 91, 134, 160, 239 və 272 saylı məktəblərin müəllim və şagird heyəti iştirak ediblər.

Konfransı NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq görkəmli rus alimi D.İ.Mendeleyevin 150 il bundan öncə yaratdığı elementlərin dövrü cədvəlinin rolu barədə məruzə ilə çıxış edib. O, məşhur azərbaycanlı kimyaçı Abbas Çayxorskinin elementlərin dövrü cədvəlinin 5 kvant ədədinə əsaslanan yeni, tamamlanmış nümunəsi haqqında geniş izahat verib.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva D.İ.Mendeleyevin Bakıdakı fəaliyyəti haqqında danışıb.

Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinın əməkdaşı, rus icmasının sədr müavini Lyubov Yakunina çıxış edərək gələcək nəsillər üçün bu cür konfransların önəminə toxunub və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı