DAAD-Master təqaüdü

DAAD-Master təqaüdü:

1. Məqsəd 2. Müddəti 3. Təqaüdün həcmi 4. Kimlər təqaüd üçün ərizə verə bilər 5. Siz nə oxuya bilərsiniz 6. Təqaüdçülər necə seçilir 7. Ərizə üçün lazımi sənədlər 8. Dil testi 9. İncəsənət, memarlıq, dizayn və musiqi ixtisaslı namizədlər üçün 10. Sənədlərin təhvili 11. Universitetə qəbul 12. Almaniyada təhsildən əvvəl dil kursları DAAD-Master-Təqaüdü (Studienstipendien für Graduierte aller wissenschaftlichen Fächer)

Son qeydiyyat tarixi: 31.10.2014

Məqsəd Almaniyada ali məktəblərdə magistr təhsili almaq Müddəti Bir qayda olaraq 4 semestr (bəzi proqramlar yalnız 2 və ya 3 semestr davam edir) Almaniyada əksər master təhsil proqramları 3 və ya 4 semestr davam edir. 2 semestr davam edən master təhsil proqramlarını DAAD həmçinin dəstəkləyir. Bu səbəbdən Sizə axtarışda yardım olmaq üçün biz 1 illik təhsil proqramlarının siyahısını sizə təqdim etmək istərdik: 1 illik master təhsil proqramları Siyahının mükəmməlliyinə qarantiya vermirik. Təqaüdün həcmi Aylıq təqaüd 750 avro Almaniyada tibbi sığorta Gediş gəliş xərcləri Ailə üçün əlavə ödənc (əgər həyat yoldaşı və uşaqlar təqaüdçünü müşayiət edirlərsə) Qanunda nəzərdə tutulan təhsil haqqı 500 avrodan yuxarı olan təhsil haqqını DAAD ödəmir! (belə ali məktəblər əsasən özəl ali məktəblərdir.) Kimlər təqaüd üçün ərizə verə bilər: Ali məktəb məzunları Təhsilin sonuncu kursunda oxuyan tələbələr Kimlər ərizə verə bilməz: Ərizə verən müddətdə artıq bir ildən çox Almaniyada olan şəxslər Siz nə oxuya bilərsiniz: Nəyi və harada oxuyacağınızı siz özünüz müəyyənləşdirirsiniz. Bu işdə sizə www.study-in.de məlumat bazası yardımçı ola bilər. Almanca və ya ingiliscə təhsil almaq olar. Siz ərizə verərkən ərizədə oxumaq istədiyiniz 3 ixtisas sahəsini qeyd etməlisiniz. (istəklərinizin ardıcıllığına olaraq) Təqaüdçülər necə seçilir: Vacib seçim meyarları bunlardır: Namizədin keyfiyyəti Şəxsi və ixtisasla bağlı motivasiya inandırıcı olmalıdır. Namizəd seçilmiş ixtisas sahəsinın formal tələblərinə cavab verməlidir. Çox yaxşı alman və ya ingilis dili biliklərinə (seçilmiş ixtisasa uyğun olaraq) malik olmalısınız. Ərizə üçün lazımi sənədlər Aşağıda təqdim edəcəyiniz sənədlərin siyahısını tapa bilərsiniz: Master-Checkliste Magistr təqaüdləri üçün online ərizə forması: www.funding-guide.de https://www.daad.de/miniwebs/icbaku/az/22262/index.html