Dağlıq Qarabağ Münaqişəsi kontekstində Basq ölkəsi Münaqişəsinə Yanaşma mövzusunda Dəyirmi Masa

Dəyirmi masada Beynəlxalq Həyəcan (International Alert) təşkilatının 2015-ci ilin əvvəlində nəşr etdiyi “Dağlıq Qarabağ münaqişəsi kontekstində Basq ölkəsi konfliktindən dərslər” jurnalının Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov tərəfindən təqdimatı nəzərdə tutulur. Jurnalda Azərbaycanlı və erməni ekspertlərin Basq ölkəsi ilə bağlı 5 mövzu ətrafında yazdlqları məqalələr cəmlənmişdir. Məqalə toplusu Basq ölkəsindən olan siyasətçilər, rəsmilər və ictimaiyyət xadimləri ilə aparılmış müsahibələr və münaqişə ilə bağlı proseslərin təhlili əsasında formalaşmışdır.
Dəyirmi masa zamanı konfliktolok Əvəz Həsənov gənclərə və universitet tələbələrinə Bask ölkəsi münaqişəsi haqqında, o cümlədən, bunun Dağlıq Qarabağ münaqişəsi ilə oxşar və fərqli tərəflərinin analitik təhlili istiqamətində mühazirə deyəcək. Tədbirin növbəti hissəsində isə, mövzu ilə əlaqədar gəncləri maraqlandıran suallara cavab verməklə interaktiv müzakirə təşkil olunacaq.

Ünvan: Xəzər Universiteti, Konfrans Zalı (otaq 102)
Tarix: 12 Mart, 2015-ci il; Saat: 12:00-da

Dəyirmi masa ictimaiyyətə açıqdır və hər kəs iştirak edə bilər.

Daha ətraflı məlumat üçün, Bəxtiyar Aslanov ilə [email protected].com ünvanına yazmaqla yaxud +994558209671nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.

Dəyirmi masa Beynəlxalq Həyəcan (International Alert) təşkilatı və Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Departamentinin texniki dəstəyi ilə “Humanitar Tədqiqatlar Cəmiyyəti” qeyri-hökumət təşkilatı tərəfindən icra edilən Dağlıq Qarabağ münaqişəsi kontekstində Basq ölkəsi konfliktindən dərslər layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here