Daha 30 nəfər əməliyyat olunaraq göz sağlamlığına qovuşub

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsi tərəfindən göz xəstəliyindən əziyyət çəkən insanlar üçün növbəti xeyriyyə aksiyası keçirilib.

Bu barədə  mərkəzin oftalmologiya şöbəsinin müdiri, tibb elmləri namizədi Xəlil Hüseynov məlumat verib: “Əhalinin sağlamlığının qorunması naminə mütəmadi olaraq keçirdiyimiz növbəti xeyriyyə aksiyasında təxminən 60 göz xəstəliyindən əziyyət çəkən insan müayinə olunub və onlardan 30 nəfərinin əməliyyata ehtiyacı olduğu müəyyən edilib. Yaşla əlaqəli və fəsadlı kataraktadan əziyyət çəkən 30 nəfər əməliyyat olunaraq göz sağlamlığına qovuşub”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here