RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Dahi Gənclər 2-ci mərhələyə keçid aldı

224

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dahi Gənclər” layihəsinin ikinci mərhələsinə start verilib. Əsasən region gənclərini əhatə edən layihə yarış hissələrinə keçid alıb. Mingəçevirin orta ixtisas və ali təhsil ocaqlarının tələbə gənclərini əhatə edən layihə təlim və intellektual yarışlar formasında icra olunur. Reallaşdırılan yarışların əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək, eyni zamanda bu oyunlar vasitəsi ilə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası,adət ənənələri haqqında gənclərin maarifləndirilməsinə dəstək olmaqdır. Üç ay davam edən layihə çərçivəsində 300 gənc 50 komandada yarışacaq. Təhsil ocaqlarının komandalarının daxili seçim turundan sonra növbəti ay üçün planlaşdırılan final oyununda “Dahi gənclər” kubokunun sahibi müəyyənləşəcək. Layihə rəhbəri Turqut Əlibəylinin məlumatına görə sonda qaliblər mükafatlandırılacaq və şəhərin qalib komandalarından ibarət intellektual oyunlar klubu yaradılacaq. Onu da bildirib ki: “Sonda yaradılacaq bu klubun da əsas məqsədi belə yarışların regionda ənənəvi şəkildə təşkil olunmasına xidmət etməkdir”. Qeyd edək ki, yarışların sonunda qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

20160222_135749_HDR 20160220_152315_HDR

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı