RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Dahi xanımların dahi sözləri

790

Xanımlar bu dünyanı gözəl, mənalı və dəyərli edirlər. Onlar kişilərin ilham mənbəyinə çevrilərək bir çox sənət əsərlərinin yaranmasına səbəb olurlar. Sadaladıqlarımız nəzərə alaraq dünyada öz sözünü demiş məşhur xanımların kəlamlarını toplayaraq sizinlə bölüşürük. Məncə bu kəlamların vasitəsilə xanımları anlamaq daha asandır.

  1. Adəm və Həvva tarixin ən gözəl cütlüyü idi: Adəm Həvvanın qonşunun ərinin necə bacarıqlı olduğu barədə, Həvva da Adəmin anasının necə gözəl yeməklər bişirdiyi barədə narazılığını eşitmirdi (Vanda Blonskaya – polyak jurnalisti).

  2. Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür (Yanin İpaxorskaya – polyak rəssamı).

  3. Kşini nəyəsə təhrik etmək istəyirsinizsə, ona bu işlər üçün qocaldığını deyin (Şirli Makleyin – ABŞ kinoaktrisası).

  4. Xanım doğulmur, xanım tədricən formalaşır. (Simon de Bavuar – fransız yazıçısı).

  5. Birinci imkanda Adəm bütün məsuliyyəti Həvvanın üzərinə atdı. (Nensi Astor – İngiltərənin millət vəkili)

  6. Mən şöhrətin ən pik nöktəsindəydim, daha sonra uğursuzluğu da hiss elədim və anladım ki, mahiyyət olaraq bunlar eyni şeydi (Anna Axmatova – şairə).

  7. Xanımda gözəllik və gözəllikdən başqa heç nə olmayanda, problemə çevrilir (Monika Belluçi – aktrisa).

  8. Mədə xorasının səbəbi sizin yediyiniz deyil, sizi yeyən səbəbdədir (Vika Baum – Avstriyalı yazıçı).

  9. İnsan özünə səmimi güldüyü anda yetkinləşir (Estel Barimor – amerikalı aktrisa).

  10. Xəyanəti bağışlamaq olar, amma alçaldılmağı yox (Anna Axmatova).

  11. Sevilən xanım həmişə öz istəyinə nail olur (Viki Baun).

  12. Xanımlar həmişə özlərinin monoqraması olan kişiləri sevirlər ( Loren Beykoll – amerikalı aktrisa).

  13. Sevgi romanları toyla bitir və məncə ondan sonra danışmağa heç nə qalmır (Marqarita de Blessinqton – İngilis yazıçısı).

  14. Zaman necə tez keçir! Artıq 10 ildir ki, mənim 25 yaşım var. (Vanda Blonskaya).

  15. Səhər tezdən gecə yarısınadək gözəl görünmək üçün çalışmaqdan ağır iş ola bilməz. (Brijit Bardo – aktrisa)

  16. Etiket – qapalı ağızla əsnəmək bacarığıdır (Brijit Bardo – aktrisa).

  17. Bizim həyat adlandırdığımız, sadəcə gün ərzində planlarımızdan ibarətdir (Vanda Blonskaya).

  18. Evlənmək qərarı kişinin axırıncı müstəqil qəbul etdiyi qərar olur (Vanda Blonskaya).

  19. Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir ( Lus Boll – amerikalı aktrisa).

  20. Siz yumorun və gözəl gülümsəmənin mənə nə verdiyini soruşsanız, cavabında gözəl həyat yoldaşı, üç uşaq və sevdiyim işi sadalaya bilərəm (Erma Ombek – amerikalı yumorist).

  21. Özünüzə inanın, heç nədən qorxmayın, azad olun. Fikirləşəndə ki, mən nələr edə bilərdim, amma etmədim ən pis hiss elə budur (Ludmila Qurçenko – aktrisa).

  22. Yemək yeganə sevinc mənbəyi olmayanda insan arıqlayır (İnna Qof – yazıçı).

  23. Xanımlar uşaqlar kimidirlər, “yox” sözünü sevirlər, kişilər uşaq kimidir, bunu çox ciddi qəbul edirlər (Yanina İpoxorskaya).

  24. Xanımlarda karyera çox çətin alınır, çünki onların hər gün deyinən arvadları yoxdur (Yanina İpoxorskaya).

  25. Tanrı kişini yaradanda anladı ki, daha gözəlini yarada bilər və xanımı yaratdı (Adela Sent-Dcons).

  26. Xanımlarda məsləhət yox, ilham mənbəyini axtarın (Delfina de Jirarden, -fransız yazıçısı).

  27. Xanımlar reklam kimi qələbə çalır, sözü təkrar-təkrar deyir (Yanina İpoxorskaya).

  28. Karyera çox gözəl şeydi, amma soyuq gecələrdə səni isidə bilməyəcək (Merlin Manro).

  29. İnsan var ki, onun daxilində Tanrı, insan var ki, daxilində iblis, insan var daxilində ancaq qurdlar var (Faina Ranevskaya – aktrisa).

  30. Anam deyirdi ki, ərini sev, inan və daha çox əmlakını adına keçir. (Djoan Riverz – amerikalı komik aktrisası).

  31. Əsl sevgi bir il ayrılığa dözmək deyil, bir il yaxınlığa dözməkdir ( Xelen Roulend – amerikalı jurnalist).

  32. Qarımış lazımından çox “yox” deyen xanımlara deyirlər (İnqa Mayzel, alman aktrisası).

  33. Bütün evliliklər uğurludur, uğursuzluq evlilikdən sonra başlayır (Fransuaza Saqan – fransız yazarı).

  34. Kişilər xanımlarsız roman yaza bilər, amma xanımların kişilərsiz romanı mümkün deyil ( Marqarit Advut – İngilis yazarı).

  35. İdeal kişi həmişə digərinə evli olur (Fey Danauey – amerikalı aktrisa).

  36. İnsanın ən qəliz həyat dönəmi 10-70 arasındadır (Xelen Xeyz).

  37. Kişilər xanımlara səbəbsiz yerə gül verirsə, demək bu səbəb daha mühümdür (Molli Maqi).

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı