Danimarka Qızıl Xaç Cəmiyyətinin xoşməramlı səfiri QHT-nin qonağı olub

Danimarka Qızıl Xaç Cəmiyyətinin xoşməramlı səfiri Thorbjorn C. Pederson AzQAC-nin Baş İdarəsində qonaq olub. Cənab Thorbjorn Milli Cəmiyyətin işi ilə tanış olub, əməkdaşlar ilə görüşdən məmnunluq hissi keçirdiyini bildirib.
Daha sonra cənab Thorbjorn AzQAC-nin Sumqayıt şəhər bölməsində qarşılanıb. Qonağı AzQAC-ın İcraçı katibin müavini, Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi İran, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova müşayət ediblər. Sumqayıt şəhər bölməsinin kollektivi və könüllülərinin iştirakı ilə keçən görüşü giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova acıb, qonaqları salamlayıb, mərasimin məramını dilə gətirib.
Bölmənin fəaliyyətindən bəhs edən slaydla bölmə könüllüsü Nicat Hüseynov çıxış edib, görülən işlər barəsində ətraflı məlumat verib. Təqdimat ingilis dilində keçirildiyi üçün danimarkalı qonaqla könüllülər arasında xoş və səmimi ünsiyyət yaranıb, maraqlı söhbət aparılıb.
Diskussiya xarakterli keçən görüşdə tərəfləri maraqlandıran suallar cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here