Daşınmaz Əmlak və İnvestisiya Sərgisi

“Azerbaijan International Real Estate & Investment Exhibition” (RECEXPO) sərgisində yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, eləcə də, daşınmaz əmlak investorları iştirak edəcək. 17-19 dekabr tarixində, Baku Expo Centerdə keçiriləcək sərginin təşkilatçısı “ELANEXPO” beynəlxalq sərgi şirkətidir. “Elanexpo” regionda ixtisaslaşmış sərgilərin keçirilməsi üzrə ixtisaslaşıb. Belə ki, bu şirkət hər il 5 fərqli ölkədə 20 beynəlxalq sərgi həyata keçirir.
Regionun əsas layihələri bir arada RECEXPO sərgisində Azərbaycan, Avropa, Orta Şərq, Fars Körfəzi və Qafqaz ölkələrinin ən cəlbedici mülk layihələri nümayiş etdiriləcək. Sərgidə beynəlxalq nüfuzlu satış agentlərinin, iri investorların, tikinti və daşınmaz şirkətlərinin, eləcə də istehlakçılar və dövlət qurumlarının iştirakı nəzərdə tutulur. Müştərilər seçim edə biləcəklər RECEXPO sərgisinin ən cəlbedici cəhəti burada sonuncu istehlakçılar, yəni birbaşa alıcılar üçün yaradılan seçim imkanları olacaq. Sərgi təşkilatçıları “RECEXPO”da beynəlxalq əhatədə aktual olan bir çox yeni və brend layihələrini toplamağı planlaşdırırlar. Bütün layihələrin eyni zamanda nümayişi və təqdimatı sayəsində əmlak alıcıları, təklifləri müqayisə etmək, sürpriz fürsətləri qiymətləndirə bilmək, sərfəli variantları seçmək imkanı qazanacaqlar. Nəticədə sərgi iştirakçıları və potensial investorlar daşınmaz əmlak sektoruna öz tələbatlarına uyğun olaraq ən düzgün investisiya həyata keçirə biləcəklər.

İştirak sərbəstdir!