RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Daşınmaz əmlakla bağlı çıxarışlar elektron formada veriləcək

21

Aprelin 18-dən daşınmaz əmlakla bağlı çıxarışların elektron formada verilməsinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 16-da keçirilən “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda ictimai təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.

Onun sözlərinə görə, elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artıracaq və ölkədə leqal əmlakların sayını artıracaq. Qeyd edib ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar müvafiq olaraq 1, 3, 7 və 10 iş günündə elektron qaydada hazırlanacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı