RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Davamlı Müəssisənin İnkişaf Proqramı”

383

Quba  rayonuında yaşayan, sahibkarlıqla məşğul olan və ya sahibkar olmaq istəyən gənclər!
Gənc yaşdan öz biznesinizi qurmaq istəyirsiz? Biznes ideyalarınız var? Xəyallarınızı reallaşdırmaq istəyirsiz?

Onda bu fürsəti qaçırmayın!
Paşa Bankın dəstəyi ilə 2015-ci il üçün “Davamlı Müəssisənin İnkişaf Proqramı” na JAA ictimai birliyi tərəfindən start verildi.
Proqramın məqsədi peşəkar inkişaf təlimləri, maliyyə görüşləri və maarifləndirmə kompaniyaları ilə gənclər tərəfindən idarə olunan kiçik və orta müəssisələrin yaradılmasını dəstəkləməkdir.
Proqram daxilində Siz peşəkar təlimlərdən yararlanaraq sahibkarlıq savadınızı təkmilləşdirəcək, biznes plan və onun işlənib hazırlanması, maliyyə görüşləri zamanı yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat əldə edəcəksiniz.

Proqram çərçivəsində aşağıdakı işlər həyata keçiriləcək:

Quba rayonu – 9 oktyabr (saat 12:00) – Heydər Əliyev parkında yerləşən Gənclər Mərkəzi.

• Biznes Təlimləri – sahibkarlıq maliyyə savadı, biznesdə İT-dən istifadə,biznes etika üzrə təlim proqramları

• Biznes konsaltinq və maliyyə görüşləri – gənclərə biznesin yaradılması, lisenziyanın alınması, vergilərin təyin edilməsi və digər sahibkarlıq məsələləri ilə bağlı kommersiya bankları ilə görüşlər.

• “Biznes Günü” tədbiri – Seçilmiş ən yaxşı biznes planların təqdimatı və onların mükafatlandırılması.

Proqrama qoşulmaq üçün qeyd olunmuş tarixlərdə Quba regionunda təşkil olunacaq təqdimatda iştirak edərək qeydiyyat blankını doldurmalısınız.

Əlavə məlumat üçün 436 76 48 ofis nömrəsi və ya [email protected]om / [email protected] mailləri ilə əlaqə yarada bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı