Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib

Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib.

Verilən  məlumata görə, açılış mərasimində baş nazirin müavini Əli Əhmədov və BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak ediblər.

Stendlər 4 ay ərzində Bakı bulvarının mərkəzi hissəsində nümayiş olunacaq.

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışıb. Baş nazirin müavini əsas məqsədin 2030-cu ilə qədər dünyanın simasının dəyişdirilməsi, yoxsulluqdan, kasıblıqdan əziyyət çəkən insanların problemlərinin aradan qaldırılması olduğunu söyləyib: “Biz istəyirik ki, Azərbaycanda hər bir kəs Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini bilsin, dövlətin və hökumətin bu istiqamətdə həyata keçirdiyi işləri dəstəkləməyə hazır olusnular. Belə təşviqat tədbirləri bizim qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəek”.

BMT-nin rezident əlaqələndiricisi Q. İshaqzai deyib ki, stendlərin nümayiş etdirilməsində məqsəd insanların Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlılığının artırılmasıdır.

Daha sonra Ə. Əhmədov və Q. İshaqzai stendlərin rəsmi açılışını bildirən lenti kəsiblər.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here