Deputat: Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artır

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artmaqdadır. Bu münasibətlərdə Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

H.Babaoğlu bildirib ki, bunun üçün Azərbaycan özünə tərəfdaş və dost ölkələr seçir və onların sayı daim artır:

“Ölkədə həyata keçirilən çox böyük regional və qlobal xarakterli iqtisadi layihələr də ayrı-ayrı ölkələri Azərbaycana iqtisadi tərəfdaş etməklə yanaşı, həm də onu etibarlı, siyasi partnyor edir. Azərbaycan 2016-cı il aprel döyüşlərindən sonra müxtəlif şərtlər qoyaraq danışıqlardan qaçmağa çalışan Ermənistanı danışıqlar masası arxasında oturmağa məcbur etdi. Bu gün Azərbaycanın hərbi-siyasi üstünlüyü imperativdirsə, ermənilər danışıqda maraqlı olmalıdır. Əks təqdirdə, onları çox pis nəticələr gözləyə bilər. Bu, Ermənistanın işğalçı rejiminə yeni mesajdır. Bu ciddi mesaj Ermənistan tərəfindən düzgün oxunmalıdır”

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasəti ölkənin milli maraqlarını təmin edən xarici siyasətdir: “Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətdə siyasətini davam etdirəcək və ölkədə yeni, uğurlu layihələr həyata keçiriləcək”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here