RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.09.11 16:32

Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq

181

2020-ci ilin dövlət büdcə layihəsi hökumətə təqdim edilib. Biz isə rəqəmlərlə tanış deyilik. Hökumətdən sonra Cənab Prezident büdcə layihəsinə baxacaq və sənəd Milli Məclisə təqdim ediləcək.

Dialoq.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın proqnozuna görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsində sosial layihələrə daha çox üstünlük veriləcək.

“Maaşlar, pensiyalar, müavinətlər yenə diqqət mərkəzində olacaq”, – deyə V.Əhmədov əlavə edib.

Onun fikrincə, gələn ilin büdcəsi investisiyayönümlü olmalıdır ki, ümumi daxili məhsulun artımı baş versin.

“Büdcə investisiyayönümlü olarsa, qeyri-neft sektoru daha da inkişaf edər”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı