Deputat: Sarkisyan Xocalı soyqırımına görə tribunal qarşısında cavab verəcək

İnanıram ki, Xocalı soyqırımına görə, orada günahsız insanların, qocaların və uşaqların qanını axıtdığına görə Serj Sarkisyan tribunal qarşısında cavab verəcək.

Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

Deputatın sözlərinə görə, tarix müharibə canilərinin, günahsız insanların qanına əli bulaşmış cinayətkarların heç vaxt cəzasız qalmadığını göstərir:

“İlk növbədə, onların cəzasını mənsub olduqları xalq, sonra onların başçılıq etdiyi ordu, daha sonra isə beynəlxalq tribunallar verir. Sarkisyan ordusuna güvənirdi, çox qürurla Xocalı soyqırımının törədilməsində iştirakını etiraf edirdi və özünəəmin şəkildə cinayətkar fəaliyyətini davam etdirmək üçün hər şey edirdi”.

B.Sadıqov bildirib ki, bu gün Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti, əhalinin yoxsullaşması, ölkənin blokadada qalıb səfil vəziyyətinə düşməsində Sarkisyanın “böyük xidmətləri” var: “Artıq xalq onunla sorğu-sualını etdi, ordu ona arxa çevirdi və hakimiyyətdən qovdu. Lakin bu ona verilən cəzanın başlanğıcıdır”.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here