RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.06 18:27

Deputatın oğlu PAŞA Bank-a borcludur…

23

Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı bank kreditlərinin qaytarılmamasına görə məhkəməyə verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Adilovanın sədrliyi ilə PAŞA Bank-ın Altus MMC-yə, habelə Elçin Ağamalı, Ülvi Bayramova və Suğra İmanovaya qarşı qaldırdığı iddiaya baxılır.

Fed.az-a müsahibəsində Elçin Ağamalı manatın devalvasiyasından sonra Altus şirkətinin maliyyə problemləri ilə üzləşdiyini qeyd edərək məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, borcun çox hissəsi artıq bankla ödənilib və tezliklə kredit borcu tam ödəniləcək.

Borcun məbləği və şirkətin fəaliyyət sferası açıqlanmır, ancaq məlumdur ki, o avrozonası ölkələri ilə ticarət əməliyyatları aparır.

Kredit manatla götürülüb, amma baş verən devalvasiya şirkətə onu qaytarmağa imkan verməyib.

Millət vəkilinin oğlu qeyd edib ki, şirkətin iqtisadi problemlərini həll etmək üçün 2019-cu ilin yanvar ayından etibarən o, müdir vəzifəsini icra edir.

Elçin Ağamalı bildirib ki, ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görüblər, problemlərin böyük əksəriyyətini həll ediblər. Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: “PAŞA Bank-ın məhkəməyə müraciətindən əvvəl də, sonra da borcların bir qismi ödənilib. Qalan borcla bağlı məbləğ dəqiqləşdirilir. Borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də tam ödəniləcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı