Dialoq.info-nun 4 yaşında Dialoq TV fəaliyyətə başladı

Bu gün Dialoq.info saytının 4 yaşı tamam oldu. 2014-cü ilin 1 fevralında fəaliyyətə başlayan Dialoq.info ötən müəddətdə IP üçün deyil cəmiyyəti maarifləndirmək istiqamətində çalışdı.

2017-ci ilin iyul ayında saytın rusdilli oxucular üçün nəzərdə tutulan ru.dialoq.info versiyası istifadəyə verildi.

Bu gündən isə saytın ingilisdilli oxucular üçün nəzərdə tutulan en.dialoq.info versiyasının istifadəyə verildiyini redkasiya olaraq bəyan edirik.

Lakin Dialoq media ailəsinin yenilikləri və xoş anları bununla bitmir. Bu gün eyni zamanda 23 000 abunəçisi, milyonlara izləyicisi olan yeni onlayan televiziyanın – Dialoq TV-nin də fəaliyyətə başladığını elan edirik. Daha ətraflı videodan izləyə bilərsiniz:

Hörmətlə,
Dialoq.info saytının redaksiyası

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here