Dialoq.info Uğur Canbolatın “Qapalı tunel sindromu” hekayəsini təqdim edir.

Dialoq.info Uğur Canbolatın “Qapalı tunel sindromu” hekayəsini təqdim edir.

Dialoq.info Uğur Canbolatın “Qapalı tunel sindromu” hekayəsini təqdim edir. Tərcümə gənc şairə, tərcüməçi Aydan Umudova tərəfindən edilib.

                                                                                                                           “İşıqlardan könlümüzə pay salaq”

 

                                                                           Qapalı tunel sindromu.

Düzü, təsvir edilmiş belə bir sindrom varmı, dəqiq bilmirəm.

Bir müddətdir ki, özümün və dostlarımın bəzi davranışlarını müşahidə edib bu cümləni qurdum. Eşidənlər belə bir xüsusun olub-olmadığını soruşdular.

Bu istiqamətdə təsvir edilmiş belə bir sindrom olmasa da bəzi hallarımızın tam bu vəziyyətlə uyğun ola biləcəyini düşünürəm.

Bəzən gözlərimizə qara eynək taxaraq ətrafa onunla nəzər yetirib pisləyirik hər nə varsa…

Buna istəsəniz “Biz adam olmarıq, qardaş” sindromu da deyə bilərik. Ya da “Necə olacaq bu məmləkətin halı” sindromu… Yəni adının əhəmiyyəti yoxdur…

Sadəcə yaşadığımız bu neqativ hala diqqət yetirmək istəyirəm. Məqsədim budur.

Bu pessimistlik halı başladığında qonaqlığın qısa davam etməsini təmin etmək lazımdır. Məlum olan qonaqlıq üç gündür.

Çoxu zərərdir…

Əgər daha çox qalmasına icazə versək bizi əhatələyərək bütün mənliyimizə adətən sirayət etmiş olar.

Artıq biz özümüz olmaqdan çıxaraq əvvəlki müsbət, pozitiv insan yerinə “Qaralara bürünmüş” bir kimlik qazanmış olarıq.

Və bu zaman dilimiz neqativ çevriləcək, var olan heç bir gözəllik gözümüzə görünməyəcək. Könlümüzdə sevinc qalmayacaq.

Dünya gözümüzdə matəmə bürünərək hər yer adətən “Kərbəla” olmaqdad davam edəcək.

Dünyada meydana gələn acı hadisələr, xüsusilə də çevrəmizdə yaşanan mənfiliklər də bu ruh dünyamıza əlavə olununca pessimistlik yaranır. Ölkəmizdə yaşanan hamımızın ürəyini yaralayan hadisələri düçünməyə belə dilim gəlmir.

“Qapalı tunel sindromu”na tutulduğumuzda nemətləri görə bilməmək kimi bir bəlanının içinə düşürük.

O zaman şükrsüz əllərin sahibinə çevrilirik. Duasız olur dilimiz. Həmdsiz olur ürəyimiz.

Rəhmət çağırmır mənliyimiz, özümüzü davamlı müsibətə hazır bir vəziyyətə sürüklüyürük…

Keçmişlərin bu prinsipi nə qədər vacibdir və nə dərəcə möhtacıq bu ünsürə. Nəydi o?

“Şükr neməti çoxaltdığı kimi naşükrlük də müsibəti çoxaldır”.

Vacib bir qanundur bu… Çox həyati… Üstəlik getdikcə unutduğumuz, uzaq qaldığımız bir prinsipdir.

Şükr edən bir qəlbə sahib olmaq istəyiriksə bu qanunun ətəyindən yapışmaqdan başqa çarəmiz yoxdur.

Bir an düşünün…

Şükr edən bir qəlbə sahib olmayan insanı hansı varlıq zəngin edə bilər?

Hansı əyləncə xoşbəxt edə bilər? Bundan daha böyük kasıblıq ola bilərmi?

Keçən dəfə facebookdan dostum bir film epizodu göndərdi… Üzərində bu cümlə yazılmışdı: “De görüm bir ev nə zaman ev olar?

Yeri döşəyib boyanı vuruncamı, yoxsa çayı dəmləyib pərdələri çəkincəmi?”

Mənə çox mənalı gəldi. İş yenə gəlib duyğuya, könülə, şükrə, baxış tərzimizə dayanmaqdadır.

Hansı pəncərədən baxdığımızla çox əlaqəlidir bu vəziyyət… Gözəl baxıb, gözəl düşünmə xüsusiyyətlərini itirdiyimiz zaman, axşam çəkilən pərdənin qazandırdığı məhrəmiyyəti, istiliyi başa düşə bilmərik.

Bir stəkan çayı sevdiyinin əlindən məhəbbətlə içməyin fərqində ola bilmərik.

Sevdikləriylə birlikdə içdiyi bir stəkan çaya qiymət verə bilməyən digər nemətlərə də çox təəssüf ki dəyər verməz.

Şükrsüz qaldığında zaman da adətən mənfilik qayasından yuvarlanır.

Parçasını tapa bilənə eşq olsun!

Hadisələrə müsbət pəncərələrdən baxmağı öyrənməliyik. Əlbəttə tunelə girə bilərik, çünki insanıq. Bəzən sabahsız gecələrin zülmət qaranlıqlarında tapa bilərik özümüzü. Amma etməli olduğumuz şey tuneldə qaranlığa deyil, çıxışa yəni işığa istiqamətlənməkdir.

Üzərimizə düşən gecənin boğucu, hüznə qərq edən qorxuducu əzablarında can çəkişmək deyil, sabahın gətirəcəyi aydınlıqla  daxilimizi, xaricimizi necə isitəcəyimizdir.

O zaman “Qapalı tunel sindromu”ları bizim üçün keçici olub təcrübə xanamıza dəyər olaraq yazılır. Bu, ilk baxışda “məşq” sayılacağından, içində qapandığımız başqa mənfiliklərdən necə çıxış yolu tapa biləcəyimiz xüsusda işə yaraya bilər.

“Qapalı tunel sindromu”unu sadəcə fiziki həyatımızla əlaqədar olaraqmı yaşayırıq. Xeyr əlbəttə…

Bu xüsus həyatımızda, özümüzə etdiyimiz səyahətdə də yaxamızdan yapışaraq dərin “gəl-get”lərə sürükləyib, hər şeyi yeni başdan sorğu-sual edərək daha əvvəl sorğu-sualsız qəbul etdiyimiz şeyləri incə ələyib sıx toxuya bilər.

Bağlılıqlarımızı araşdırmalıyıq, yoxsa sədaqətlə bağlandığımız dəyərlərə qarşı min bir sualın yaranması bizi alovlara ata bilər…

Yaşaya bilərik bunları… Burada da eyni yolu izləməliyik.

“Ümidsizlik irəliləməyə əngəldir” sirri ümidsizlik hər cür inkişafa maneə deməkdir və bu səbəblə özümüzə nəfəs alacağımız nurdan nəfəslik açmağımız şərtdir.

Belə vəziyyətlərdə mən mürşidim Haluq Nurbaki Həzrətlərindən eşitdiyim məsləhətlərə müraciət edirəm.

Bu məsləhətin ilki “sədəqəni artırmaqdır”… Digəri isə Sure-i Yusifə müraciət etməkdir…

Əlbəttə ki sizin də variantlarınız vardır.

Bu mövzularda irfan dünyamızın böyüklərinin fikirlərini, sözlərini, danışıqlarını dinləyib əməl etmək lazımdır. Mənim təklifim budur.

Ərzurumlu İbrahim Haqqı Həzrətlərinin “Görək Mövlam nə edər, nə edərsə gözəl edər” və Hz.Mövlananın “Bax, gözəl günlər yola çıxmış, gəlirlər” sözləri üzərində düşünüləcək dəyərdədirlər.

Bu irfan ustadları bizə “Qapalı tunel sindromlar”ından ən gözəl və kəsə yolla necə keçə biləcəyimizi göstərən işıqlardır.

O işıqlardan könlümüzə pay verək.

Və bu az olmasın!