RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Dialoq.info”nun təcrübə proqramı sona çatdı

686

“Dialoqİnfo” Təhsil Portalında könüllülər üçün təşkil olunan üç aylıq təcrübə proqramı uğurla başa çatdı. Baş redaktor Mübariz Göyüşlü, redaktorlar Toğrul  Bayramlı və Rasim Abdurahman tərəfindən davamlı olaraq  keçirilən  təlimlər  öz  bəhrəsini  verdi.  Qeyd edək ki, qiymətləndirmə ilə davam  edən  proqramı  Gülzar Quliyeva, Kəmalə Rəsulova, Fəridə İbrahimli tapşırıqların  daimi olaraq  yerinə yetirilməsi ilə əlaqədar müvəffəqiyyətlə başa vurdu. Artıq  onların hər biri xəbər hazırlama, sayta yerləşdirmə, eyni zamanda məqalə yazma bacarıqlarına sahibdirlər.

Bununla əlaqədar olaraq 21 may tarixində könüllülərin təltif mərasimi keçirildi. Təlimlərdə aktiv iştirak etdikləri, kursu müvəffəqiyyətlə bitirdikləri hər üç könüllü sertfikatla təltif olundular. Tədbirdə baş redaktor Mübariz Göyüşlü, redaktor Toğrul Bayramlı və Türk Evinin sədri Yalçın Sucu çıxış edərək könüllülərə uğurlar arzuladılar. Sonda isə könüllülər proqram başa çatsa belə, saytla əməkdaşlığa davam edəcəklərini və bu işdən məmnun olduqlarını bildirdilər.

11271277_1602893079959246_1465929207_n 11264360_1602893043292583_1172944532_n 11269620_1602892949959259_1029096949_n 11303639_1602892939959260_513009304_n

11297705_1603056879942866_1322973899_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı