Dilçilik İnstitutunun direktoru cəmiyyəti ana dilinin saflığını qorumağa çağırıb

“Ulu öndər Heydər Əliyevin ana dilimizə olan bağlılığı və sevgisi Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılmasına qədər gətirib çıxardı. Dil o qədər əhəmiyyətli bir məsələdir ki, hətta AXC-nin ikinci qərarı ana dili ilə bağlı olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda deyib.

“Mən sovet dövründə ilk dəfə Bakıya gələndə ana dilində danışanlara ironik yanaşırdılar” deyən M.Nağısoylu cəmiyyəti ana dilinin saflığını qorumağa çağırıb: “Ana dili hər bir insan üçün onun varlığı və kimliyi deməkdir. Bununla yanaşı ana dili birbaşa dövlətlə bağlıdır. Nə qədər ki, dövlətçilik ənənələrinə sadiq olunacaqsa, hər zaman dilə qiymət veriləcək. Bu, tarixən belə olub”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here