Diplomatlar Cocuq Mərcanlıda məktəb inşası ilə tanış olub, Həziyevlər ailəsinə baş çəkiblər

Diplomatlar Cocuq Mərcanlıda məktəb inşası ilə tanış olub, Həziyevlər ailəsinə baş çəkiblər

Azərbaycanda olan diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların 60-a yaxın nümayəndəsi bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xarici qonaqlara 4 ay işğal altında qalmasına baxmayaraq, ermənilərin Cocuq Mərcanlıda böyük dağıntılar törətməsindən danışıb. Komitəsinin sədri erməni vandalizminə diqqət çəkib.

Sonra qonaqlar ANAMA-nın brifinq sahəsini gəziblər. Diplomatlara kəndin coğrafi mövqeyi barədə məlumat verilib. Xüsusi hazırlanan ərazidən keçən xarici nümayəndələr kənddə inşa olunacaq məktəb binasının bünövrəsinin qazılması prosesi ilə tanış olublar.

Daha sonra diplomatlar Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsinə baş çəkiblər.

Trend