“Diqqət, Danışır Natiq” seminarı keçiriləcək

“Diqqət, Danışır Natiq” seminarı keçiriləcək

Danışığınızla insanları idarə edin!

Günlük iş həyatında mütəmadi olaraq təqdimatlar və çıxışlar etməli oluruq. Bir çox hallarda isə bu təqdimatlar mühüm əhəmiyyətə malik olur.Natiqlik qabiliyyəti istənilən sahədə istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir, bu səbəbdən WOW Baku Sizi karyera qurmaq üçün vacib olan bu sənətin incəliklərini öyrənməyə dəvət edir.

Seminarın proqramı:
Çıxış öncəsi həyəcan;
Auditoriyanı ələ almaq;
Fikrini düzgün və aydın ifadə etmək;
Ətrafındakı insanları inandırmaq;
Qurbağanı yemək;
Qəlyanaltı, Əsas Yemək və Desert;
Çıxışı yadda saxlamaq fəndləri;
Auditoriyadakı Təxribatlar;
Suallara cavab vermə texnikası;
Diqqəti özündə saxlama bacarıqları.

Seminar Tofiq Sadıxovun təqdimatında keçiriləcək
Tofiq Sadıxov Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert kimi çıxış edir.

Seminar 15 noyabr tarixində keçiriləcək.

İştirak ödənişsizdir.

Qeydiyyat yeri