Diqqət! Şuranın dəstəyilə müsabiqə elan edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB tərəfindən icra olunan “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsi istiqamətində fəaliyyətin qurulması” layihəsi çərçivəsində “İnsan alveri ilə mübarizə” mövzusunda ən yaxşı yazı (məqalə,araşdırma) üzrə jurnalistlər arasında müsabiqə elan edilir.

Daxil olan məlumata görə, müsabiqə İnsan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının problemləri və oxşar digər mövzular üzrə ən yaxşı tədqiqat və yazı üzrə jurnalistlər arasında keçirilir.

Müsabiqənin qalibləri insan alveri ilə mübarizə aparan dövlət və ictimai qurumların nümayəndələrindən təşkil olunacaq xüsusi komissiya tərəfindən müəyyən olunacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Kütləvi İnformasiya Vasitələrinin insan alveri ilə mübarizə sahəsinə daha çox diqqətini artırmaqdır.
Müsabiqənin qalibləri 05.10.2018 tarixində elan ediləcək, qaliblərə diplom və mükafat təqdim ediləcək.
Müraciət üçün email:[email protected]

Əlaqə nömrələri (018) 642 48 27, (050) 680 22 22

qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here