Dirijor Cavad Tağızadə: Belə festivallarda iştirak etmək gənclərin peşəkarlıq səviyyəsinin artmasına çox böyük təsir göstərir

Tələbə Simfonik Orkestri ilə birlikdə artıq ikinci dəfədir Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Gənc musiqiçilərimiz bu festivala böyük həvəslə qatılıblar. Onlara bu fürsəti yaratdıqlarına görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Bu sözləri müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin dirijoru Cavad Tağızadə deyib.

Konsertlərdə, festivallarda iştirak etməyin gənclərin yaradıcılığına, peşəkarlıq səviyyəsinin artmasına çox böyük təsir göstərdiyini vurğulayan istedadlı gənc dirijor deyib: “Səhnəyə çıxmaq o qədər də asan deyil. Tələbələrin təcrübəsi az olduğundan bəzən onlar konsert zamanı həyəcanlanır, problemlər yaranır. Festivallarda iştirak etmək onları həvəsləndirir, ruhlandırır. Musiqiçilərimiz bu festivala ciddi hazırlaşıblar. Necə deyərlər, onlar artıq qastrol həyatına öyrəşirlər”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here